Slavyan olkeleri tarixi. 1917-2015. pdf


SSRİ-nin daxili və xarici siyasəti. 1953-1964-cü illər



Yüklə 1,22 Mb.
səhifə54/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   50   51   52   53   54   55   56   57   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ-nin daxili və xarici siyasəti. 1953-1964-cü illər




İctimai-siyasi vaziyyat.1953-cü il gecə fevralın 28-dən martın 1-nə keçəndə İ.V.Stalinin beyninə qan sızdı və o, komaya düşdü. Martın 2-də xəstəni müayinə edən SSRİ Səhiyyə nazirliyinin terapevti, professor P.Y.Lukomski, TEA-nın akademikləri A.L.Myasnikov, Y.M.Tareyev və d. xəstəyə beyninə qan sızması ilə insult diaqnozu qoydular. Martın 6-da SİTA xəbər yaydı ki, martın 5-i saat 21.50-də Lenin işinin dahi davamçısı, Kommunist Partiyasının və bütün sovet xalqının rəhbəri İosif Vissarionoviç Stalinin (Cuqaşvili) qəlbi dayandı. İ.Stalinin cənazəsi Kuntsevodan İttifaqlar Evinə gətirildi və on minlərlə adam cənazənin önündən keçərək onunla vidalaşdı. G.Malenkov, L.Beriya və V.Molotovun vida nitqindən sonra cənazə Leninin sarkofaqı ilə yanaşı Mavzoleyə qoyuldu.
İosif Vissarionoviç Stalin (Cuqaşvili) (1879-1953) peşəkar inqilabçı, bolşeviklər partiyasının fəal üzvü və rəhbərlərindən biri olmuşdur. Oktyabr silahlı üsyanından sonra Milli məsələlər üzrə Xalq Komissarı olmuşdur. Vətəndaş müharibəsi dövründə bir sıra hərbi-siyasi vəzifələr tutmuşdur. 1922-ci ilin aprelindən RK(b)P MK-nın Baş katibi olaraq V.İ.Leninin yazdığı kimi “öz əlində hədsiz hakimiyyət toplayaraq”, onun ölümündən sonra partiyada şəxsi mövqeyini möhkəmlətməyə yönəltmişdir. Müxalifətlə mübarizə pərdəsi altında özünün bütün potensial rəqiblərini məhv edərək partiya və dövlətin təkbaşına rəhbəri olmuşdur. İ.Stalinin adı ilə sənayeləşdirmə, kollektivləşdirmə və “böyük terror” sıx bağlıdır. Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin çoxlu qurbanlar hesabına başa gəlməsinin məsuliyyəti onun üzərinə düşməklə yanaşı, İ.Stalinin faşizmin darmadağın edilməsində təşkilatçılıq xidmətləri danılmaz bir həqiqətdir.
1953-cü il martın 6-da İ. Stalinin yaxın ətrafı rəhbər vəzifələri öz aralarında böldülər. G.M.Malenkov Nazirlər Sovetinin sədri və Sov.İKP MK-nin Birinci katibi oldu. Malenkov Georgiy Maksimilianoviç (1902-1988) Orenburqda qulluqçu ailəsində anadan olub, 1918-ci ildə Qızıl Ordu sıralarına daxil olaraq briqada komissarı kimi Orta Asiyada hərbi
əməliyyatlarda iştirak edib. Moskva Ali Texniki uçilişini bitirdikdən sonra UİK (b)P MK-nın aparatında işə qəbul edilib. 1937-ci il repressiyalarında bilavasitə iştirak edərək 150 mindən çox adamın “xalq düşməni” kimi ifşa edilməsinə rəhbərlik etmişdir. 1939-1946-cı və 1948- 1953-cü illərdə UİK(b)P və Sov.İKP MK-nın katibi olub. 1941-1945-ci illərdə DMK-nın üzvü kimi təyyarələrin istehsalına, sonra işğaldan azad olmuş rayonların bərpasına başçılıq
edib. 1952-ci ildə Sov.İKP-nin XIX qurultayında G.M.Malenkov MK-nın hesabat məruzəsi ilə çıxış etdi. Bu isə o demək idi ki, İ.Stalin ona özünün gələcək xələfi kimi baxırdı.
L.P.Beriya DİN-nin, V.M.Molotov isə XİN-nin rəhbərləri kimi Nazirlər Soveti Sədrinin birinci müavinləri təyin oldular. N.A.Bulqanin və L.N.Koqonoviç isə Nazirlər Soveti Sədrinin müavinləri təyin edildilər. K.Y.Voroşilov formal olaraq dövlət başçısı hesab edilən Ali Sovetin Rəyasət Heyətinin Sədri seçildi. N.S.Xruşşov heç bir dövlət vəzifəsi tutmasa da, o Sov.İKP MK-nin katibi kimi partiyada ikinci adam idi. İ.Stalinin ölümünün ertəsi günü tez- tələsik bölüşdürülən bu rəhbər vəzifə bölgüsü MK-nin Rəyasət Heyətinin başqa üzvləri tərə- findən narazılıqla qarşılandı və G.Malenkov iki vəzifədən birini seçmək qarşısında hökumət başçılığını seçdi və beləliklə MK-nın katibliyini 1922-ci ildə İ.Stalin seçilən zaman olduğu kimi hamıdan az şübhə doğuran N.S.Xruşşova təhvil verilmiş oldu.
Yeni hakimiyyət birinci gündən keçmiş illərdəki sui-istifadə hallarını aradan qaldırmaq istiqamətində addımlar atdı. 1953-cü ilin martında G.M.Malenkov elan etdi ki, “şəxsiyyətə pərəstiş siyasətindən” əl çəkib kollektiv rəhbərliyi təmin etmək zəruridir. Bu isə İ.V.Stalinin ehtiyyatla tənqidi demək idi. Tədricən mətbuatda İ.Stalini tərifləyib göylərə qaldıran söz çələngi yığışdırıldı. Martın 27-də SSRİ Ali Soveti 5 ildən artıq cəzası olmayan məhbusların
əfv edilməsinə dair fərman verdi. “Voroşilov” əfvinə əsasən 1 mln nəfərdən çox məhbus azad edildi. Aprelin 4-də “Pravda” qəzeti elan etdi ki, “adam zəhərləyən” həkimlər təxribatın qurbanı olduqları üçün bəraət almışdır. Bu məlumatı L.Beriya tərəfindən rəhbərlik edilən və vaxtı ilə belə işləri təşkil edən DİN-nin yayması diqqəti cəlb edir. Beləliklə, özünü “sosialist qanunçuluğunun” bərpa edilməsinin tərəfdarı kimi qələmə verən L.Beriya hələ İ.Stalinin cənazəsi başındakı vida nitqində birdən-birə “liberala” çevrilmişdir. Məhz onun təşəbbüsü ilə “həkimlərin işi”nin günahı S.D.İqnatyev və M.D.Ryuminin üzərinə atılaraq, onlar həbs edildilər. Gələcəkdə özünə dayaq hazırlamaq məqsədilə L.Beriya Gürcüstan və bir sıra respublikaların rəhbərliyinə öz yaxın adamların təyin etdirdi. Hətta o, müəyyən mənada kollektivləşdirməni yumşaltmağı və xarici siyasət sahəsində beynəlxalq gərginliyi azaltmağı belə təklif etmişdir.
Beriya Lavrentiy Pavloviç (1899-1953) Abxaziyada anadan olub, Birinci Dünya mü- haribəsində Rumın cəhbəsində qulluq edib. 1917-ci ildə bolşeviklər partiyasına daxil olaraq Gürcüstan və Azərbaycanın Fövqəladə Komissiyası orqanlarında işləmiş, 1938-ci ildə Xalq Daxili İşlər Komissarı olmuşdur. Müharibə illərində DMK-nin üzvü, sonra isə müavini kimi silah istehsalına rəhbərlik etmişdir. SSRİ Nazilər Soveti nəzdində nüvə silahının yaradılması ilə məşğul olan Xüsusi Komitəyə başçılıq etmişdir. 1953-cü ildə İ.V.Stalinin ölmündən sonra SSRİ Nazirlər Sovetinin birinci müavini və Daxili İşlər Naziri təyin edilmişdir. Ancaq L.Be- riyanın hədsiz canfəşanlığı və siyasi polisi qüdrətli partiya aparatından üstün tutması başqa rəhbərlərin ordunun da köməyi ilə ona qarşı birləşmələrinə səbəb oldu. 1953-cü ilin iyunun 26-da L.P.Beriya həbs edildi. N.S.Xruşşov, Müdafiə nazirinin müavini G.K.Jukov, Moskva hərbi dairəsinin komandanı K.S.Moskalenko və onun müavini P.F.Batitski həbsin təşkilində
əsas rol oynamışdır. 1953-cü il iyulun 2-7-də toplanan Sov. İKP MK-nin Plenumunda qiyabi olaraq o, partiya və dövlətin əleyhinə fəaliyyət göstərməkdə təqsirkar bilindi. Plenumda çıxış edən onun dünənki həmkarları L.Beriyanı xarici kəşfiyyatla əlaqədar, DİN orqanlarını hakim partiyadan üstün tutmaqda və əksinqilabi qəsd hazırlamaqda günahlandırdılar. Eyni zamanda L.Beriya ölkədə əsassız repressiyaların təşkilində ittiham edildi.1953-cü ilin dekabrında SSRİ Ali Məhkəməsinin qapalı iclasında L.Beriya və onun əlaltıları V.N.Merkulov, V.Q.De- kanozov, B.Z.Kobulov, S.A.Qoqlidze, P.Y.Meşik və L.Y.Vlodzimirsk Vətənə xəyanət mad- dəsi ilə ittiham edilərək ölüm hökmü aldılar. Lakin bəzi mənbələrin, xüsusilə N.S.Xruşşovun məlumatına əsasən L.P.Beriya həbs ediləndən dərhal sonra güllələnmişdir. 6sl həqiqət isə ondan ibarətdir ki, 1953-cü ildə L.P.Beriyanın vəzifədən uzaqlaşdırılması repressiya siya- sətindən imtina edilməsi idi.
L.Beriya hakimiyyət uğrunda mübarizədən məhz ordunun yaxından iştirakı və köməyi ilə uzaqlaşdırıldıqdan sonra onun rolu artdı və təhlükəsizlik orqanlarının ordu üzərindəki al- çaldıcı nəzarətinə son qoyuldu. Dövlət Təhlükəsizlik orqanlarının strukturu dəyişdirildi. DİN-
nin rəhbəri S.N.Kruqlov təyin edildi. Siyasi polisə məxsus “üçlük”, yəni xüsusi tribunal ləğv olundu. Eyni zamanda DİN-nin Düşərgə idarəsi (QULAQ) 6dliyyə Nazirliyinin sərəncamına verildi. 1954-cü ilin martında siyasi polis yenidən təşkil edilərək müstəqil Dövlət Təh- lükəsizlik Komitəsinə (DTK) çevrildi, N.Xruşşovun adamı hesab edilən general A.İ.Serov onun rəhbəri təyin olundu. 1954-cü ilin yazından başlayaraq bəraət alanların ilk dəstələri dü- şərgələrdən qayıtmağa başladı. 1954-55-ci illərdə “Leninqrad işinin” qurbanları, çoxlu hərbi komandirlər, kosmopolitizm maddəsi ilə hökm alanlar azad oldular. 1930-cu illərdəki işlərə baxılmağa başlandı.
İslahat işlərinin davam etdirilməsi İ.V.Stalindən sonra SSRİ Nazirlər Sovetinə başçılıq edən G.M.Malenkova keçdi. 1953-cü ildə Sov.İKP MK-nin iyul Plenumunda İ.Stalinin şəx- siyyətinə pərəstişi tənqid edən G.Malenkov qeyd etdi ki, hakimiyyətin yuxarı dairələrində kollektiv rəhbərliyin olmaması, təkbaşına qəbul edilən qərarlar ölkə və partiyaya rəhbərlikdə səhvlərə səbəb olmuşdur. 1953-cü ilin avqustunda SSRİ Ali Sovetinin sessiyasında G.Malen- kov yüngül və yeyinti sənayesinə, kənd təsərrüfatına əhalinin həyat səviyyəsinin yüksəldilmə- sinə yönəldilmiş tədbirləri artırmaq məqsədi ilə beşillik plan tapşırıqlarının əsas istiqamət- lərinə yenidən baxılmasını irəli sürdü. Onun çıxışında partiya və sovet hakimiyyəti aparatı bü- rokratizmdə ittiham olunurdu. Mahiyyət etibarı ilə söhbət sovet cəmiyyətinin inkişafının yeni proqramından gedirdi.
Yeni rəhbərliyin fəaliyyətində mərkəzi yerlərdən birini cəmiyyətinin inzibati-amirlik sisteminin eybəcər formasının, xüsusilə İ.V.Stalinin şəxsiyyətinə pərəstişin aradan qaldırıl- ması tuturdu. Bu işdə əsas rol 1953-cü ilin sentyabrın 7-də Sov.İKP MK-nin Birinci katibi se- çilən N.S.Xruşşov oynadı. Xruşşov Nikita Serqeyeviç (1894-1971) Kursk vilayətinin Kali- novka kəndində anadan olub, çoban, Donbasın zavod və hövzələrində çilingər işləyib.1918-ci ildə bolşevik partiyası sıralarına daxil olaraq Vətəndaş müharibəsində iştirak edib. Donetsk Sənaye institutunun fəhlə fakültəsini bitirdikdən sonra partiya xətti ilə irəliləyərək ilk partiya təşkilatı katibindən Ukrayna KP(b) MK-nin Birinci katibi vəzifəsinə qədər yüksəlmişdir. İ.V.Stalinin ölümündən sonra Sov.İKP MK-nın Birinci katibi seçilən N.S.Xruşşov “Stalin qvardiyası” ilə islahatçılar arasında ağılla hərəkət edərək əvvəlcə L.Beriyanı hakimiyyətdən uzaqlaşdırmış sonra isə əsas rəqibi olan G.Malenkovu ikinci plana sıxışdırmışdır. Sov.İKP- nın XX qurultayında İ.Stalinin “şəxsiyyətinə pərəstişi”ni tənqid edərək dünyaya səs salmışdır. 1957-ci ildə “Stalin qvardiyasın”ın onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi uğursuz olmuşdur. 1958-ci ildə N.S.Xruşşov partiya və hökumət rəhbərliyini öz əlində birləşdirmişdir. Bütün hakimiyyəti öz əlinə alan N.Xruşşov əslində İ.Stalinə məxsus diktatorluq stilinin ona da məxsus olduğunu nümayiş etdirmişdir. Onun impulsiv xarakteri, çox məsələlərdə qeyri- peşəkarlığı, nə vaxtsa qazandığı ideoloji ehkama fanatik bağlılığı ölkənin daxili və xarici siyasətinin formalaşmasına hər zaman yaxşı təsir göstərməmişdir. 1964-cü ildə partiya- dövlətin ali rəhbərliyi qocaman liderin Krımda istirahətdə olmasından istifadə edərək onu hakimiyyətdən kənarlaşdırmışlar. Təqaüdə çıxan və faktiki olaraq ev dustağı olan N.S.Xruş- şov öz xatirələrini diktə edərək onun xaricdə çap edilməsinə nail olmuşdur.
İ.V.Stalinin ölümündən sonrakı 11 il tarixə SSRİ-nin daxili və xarici siyasətinin nis- bətən liberallaşdıran “mülayimləşmə” kimi daxil olmuşdur, ancaq siyasi və iqtisadi sahədə yuxarıdan aparılan islahatlar qeyri-ardıcıl olmuşdur. Rusiyanın siyasi həyatı, xüsusi ilə “Stalinin epoxası” üçün xarakterik olan avtoritar olar ənənə Stalin hakimiyyətinin davam- çılarını, xüsusi ilə partiya-dövlət aparatını öz əsirinə çevirmişdir.
L.Beriyanı hakimiyyətdən kənarlaşdırıb fiziki cəhətdən məhv edildikdən sonra N.S.Xruşşovla G.M.Malenkov arasında hakimiyyətdə birinci olmaq üstündə mübarizə qızışdı. Bu özünü ölkənin iqtisadi və ictimai inkişafına fərqli yanaşma fikrində büruzə verdi. Belə ki, G.Malenkov yüngül sənayenin inkişafı strategiyasını müdafiə etdiyi halda N.Xruşşov kənd təsərrüfatındakı vəziyyəti nəzərdə tutaraq, ilk növbədə, bu sahəyə diqqət verilməsini plan- laşdırırdı. Bu məqsədlə kolxozların istehsal etdiyi məhsulların dövlət satınalma qiymətlərinin artırılması, əkin sahələrinin sürətlə genişləndirilməsi nəzərdə tutulurdu ki, bunun da sayəsində kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq labüd idi. N.Xruşşovun xam torpaqların
fəth edilməsi proqramı bir tərəfdən istehsalın tez və ucuz artımı demək idi, başqa bir tərəfdən bu siyasət kənd təsərrüfatı maşın və traktor parkının artırılması, yəni ağır sənayenin inkişafı demək idi. Bu isə müharibənin sonlarından G.Malenkovun nəzarəti altında olan ağır səna- yenin bir bölməsinin N.Xruşşov tərəfindən inkişafının irəli sürülməsi onun əhalinin böyük
əksəriyyətinin maraqlarının müdafiəçisi kimi tanınmasına və özünün başlıca siyasi rəqibinin mövqeyinin zəifləməsinə şərait yaradırdı. 1953-cü ilin sentyabrında MK-nin Plenumunda N.S.Xruşşov kənd təsərrüfatındakı ağır vəziyyəti kəskin surətdə tənqid edərək G.Malenkovun Sov.İKP-nin XIX qurultayında “çörək problemi həll edilmişdir” sözlərinin yalan olduğunu göstərdi. N.Xruşşovun təkidi ilə dövlət tərəfindən kolxozlardan ətin satınalma qiyməti 5,5, süd və yağınkı 2 dəfə, taxılınkı isə 50 faiz artırıldı. Eyni zamanda dövlətə icbari ödənilən məhsulun miqdarı azaldıldı, həyatyanı sahələrdən və bazarlarda satılan məhsuldan alınan ver- gilər azaldıldı. Bütün bunların nəticəsində uzun müddət tənəzzüldə olan kolxozların gəliri artmağa başladı və bu 1957-1958-ci illərdə artmaqda davam etdi.
Şimali Qazaxıstan, Sibir, Altay və Cənubi Uralda xam torpaqların mənimsənilərək əkil- məsi ideyası 1954-cü ilin fevral ayında olan Sov.İKP MK-nın Plenumunda N.S.Xruşşov tərəfindən irəli sürüldü və təsdiq olundu. Üç il ərzində 1954-cü il fevral Plenumunda təsdiq edildiyindən üç dəfə çox, yəni 37 mln hektar torpaq əkildi ki, bu da SSRİ-də işlənən tor- paqların 30 faizi demək idi. Xam torpaqları fəth etmək üçün 100 minlərlə adam, çoxlu sayda komsomolçu və məhbus səfərbər edildi. 1956-cı ildə SSRİ-də rekord səviyyədə, yəni 125 milyon ton taxıl tədarük edildi ki, bunun da 50 faizi xam torpaqların payına düşürdü. Məhz bu nəticədən ruhlanan N.Xruşşov 1955-ci ilin yanvar Plenumunda kənd təsərrüfatındakı yeni problemi həll etmək məqsədilə qarğıdalı əkinçiliyinin artırlmasını irəli sürdü. İki ildə onun tə- şəbbüsü ilə 18 milyon hektar sahəyə qarğıdalı əkildi ki, bəzən bitki üçün yararsız olan ra- yonlar belə bu kampaniyadan kənarda qala bilmədi. Kənd təsərrüfatı sahəsində N.Xruşşovun islahatları sayəsində üç ildə kənd təsərrüfatı məhsulları 25 faiz artdı.
G.Malenkov və N.Xruşşov eyni zamanda sosial əlaqələrin təkmilləşdirilməsi tərəfdarı idi. Lakin G.Malenkov mövcud siyasi mexanizmləri daha da təkmilləşdirilb, ehtiyatla haki- miyyəti aşağı səviyyəli inzibati aparata verməyi, müəssisə rəhbərləri və təsərrüfat kadrlarının texniki və peşə qabiliyyətlərini nəzərə almaqla onların rolunu artırmağı nəzərdə tuturdu ki, bu sistemdə də xalq kütlələri iştirak etmirdi. Bu siyasətin əksinə olaraq N.Xruşşov xalq kütlə- lərinin təşəbbüskarlığını daha da artıraraq populist şüarlarla onları öz tərəfinə çəkməyə ça- lışırdı. 1955-ci il yanvarın 25-də Sov.İKP MK-nın Plenumunda G.Malenkov 50-ci illərin əv- vəllərindəki kənd təsərrüfatı sahəsindəki səhvlərinə və “sağtəmayülçülüyə” görə kəskin tənqid olundu. MK-nın katibi və “Pravda” qəzetinin baş redaktoru D.T.Şepilov yüngül sənayenin inkişafını və istehlak malları istehsalını artırmağı nəzərdə tutanları “sağtəmayülçülükdə” ittiham edərək onları təftişçi və marksizmi vulqarlaşdıranlar adlandırdı. 1955-ci il fevralın 8- də G.Malenkov ciddi təzyiq altında SSRİ Ali Sovetində çıxış edərək öz səhvləri və səriştəsizliyi üzündən işdən azad olunmağını və bu vəzifəni dövlət işində daha təcrübəli bir yoldaşa tapşırmağı xahiş etdi. Beləliklə, SSRİ Müdafiə Naziri N.A.Bulqanin G.Malenkovun yerinə SSRİ Nazirlər Sovetinin sədri oldu, marşal G.K.Jukov isə Müdafiə Naziri təyin olundu. Bu vəzifə dəyişikliyi təbii olaraq N.S. Xruşşovun mövqeyini və hakimiyyətini möhkəmlətdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin