Xaricisiyasat.İkinci Dünya müharibəsində antifaşist koalisiyasının iştirakçısı olan dövlətlər Almaniya və onun müttəfiqlərini məğlubiyyətə uğratdıqdan sonra beynəlxalq və- ziyyət və qüvvələr nisbəti əsaslı sürətdə dəyişdi. Müharibənin başa çatması ilə dünənə qədər
əməkdaşlıq edən antihitler koalisiyasının iştirakçı dövlətləri bir-biri ilə rəqabət aparmağa başladılar. Bu qanunauyğun bir vəziyyət idi, çünki dünənki müttəfiqlər bir-birinin sosial- siyasi sisteminə düşmən münasibət bəsləyirdilər. SSRİ müharibədən hərbi-iqtisadi gücünü və nüfuzunu artıraraq çıxsa da bu ona böyük itikilər hesabına başa gəlmişdir, ölkə demək olar ki, viran edilmişdir. SSRİ-nin iqtisadiyyatına dəyən ziyan 1940-cı ildəki ölkənin milli gəlirindən 20 dəfə artıq idi. Təkcə Baltik və Şimal dənizlərini birləşdirən Skaqerrak boğazında almanlar 27 min ton zəhərli maddə batırmışdılar.Onların zəhər ehtiyyatları Qara, Ağ, Oxot, Barents və Yapon dənizlərinin sularında gizlədilmişdir. Bunlar tədricən dünya okeanına yayılaraq bütün canlı həyatı təhlükəyə atırdı.Rusiya, Ukrayna, Belaorusiyasının ərazilərindəki partlamayan mina, mərmi, bombalar təhlükə saçırdı.
SSRİ-dən fərqli olaraq müharibədən sonra ABŞ nəhəng iqitsadi, hava, dəniz və atom gücü olan dünyada ağalıq edən fövqəlgücə çevrildi. Düzgün strateji siyasət yeridən ABŞ ümummilli məhsulunu 1,7 dəfə artıra bildi.Müharibədə onlar yalnız 405 min nəfər adam itir- mişdir. Dollar sabit valyutaya, Nyu York isə dünyanın ən böyük maliyyə bazarına çevrildi. Ölkənin iqtisadiyyatı tezliklə sülh dövrünün tələblərinə uyğun yenidən quruldu, işçilərin əmək haqqı artırıldı, istehsalın texnologiyası və əmk məhsuldarlığı dünyada ən yüksək səviyyəyə çatdı. 1945-ci ildə prezident H.Trumen konqressə göndərdiyi müraciətdə qeyd edirdi ki, İkinci Dünya müharibəsindəki qələbə Amerika xalqını dünyanı idarə etmək zərurəti qarşısında qo- yur. Odur ki, Ağ ev gələcəkdə SSRİ ilə müttəfiqlik münasibətlərini kəsməyi nəzərdən keçi- rirdi. Müharibənin yekunlarından biri kimi bir sıra kapitalist dövlətləri böyük ölkə statusunu itirdiyi üçün dünya ağalığı iddiasında olan ABŞ-ın hədəfində məhz SSRİ və Şərqi Avropanın kommunist blokuna daxil olan ölkələri dururdu.
İkinci Dünya müharibəsinin əsas yekunlarından biri sosializmin bir ölkə çərçivəsindən çıxıb dünya sisteminə çevrilməsi oldu. Belə ki, İkinci Dünya müharibəsinə kimi sosializm ancaq SSRİ və Monqolustanda meydana gəlmişdir. Müharibə başa çatdıqdan sonra isə 11 ölkə kapitalist sistemindən ayrıldı və sosializm dünya ərazisinin 26, əhalisinin 35 faizini əhatə edən dünya sisteminə çevrildi. Mərkəzi və Şərqi Avropanın yeddi ölkəsində hakimiyyətə sol, demokratik qüvvələr gəldi.Onların təşkil etdiyi yeni hökumətlərə kommunist və fəhlə partiyalarının nümayəndələri başçılıq etməyə başladı. Albaniya, Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa, Yuqoslaviya və Çexoslovakiyanın yeni hökumətləri öz ölkələrində aqrar islahatlar keçirdilər, iri sənaye, bank və nəqliyyatı milliləşdirdilər. Bu ölkələrdə yaranan cəmiyyətin siyasi təşkilinin xalq demokratiyası proletar diktaturasının formalarından biri hesab olunurdu. 1947-ci ildə Şərqi Avropanın doqquz kommunist partiyası nümayəndələrinin
müşavirəsində Kommunist məlumat bürosu (Kominformbüro) yaradıldı. Büro özlərini sosia- list adlandıran xalq demokratiyası dövlətlərinin kommunist partiyalarının fəaliyyətini koordi- nasiya etməli idi. Müşavirənin sənədlərində belə bir tezis öz əksini tapmışdır ki, dünya iki əks cəbhəyə-imperialist və demokratik, antiimperialist cəbhəyə bölünmüşdür. İki cəbhənin möv- cud olması və dünya miqyasında müxtəlif sosial-siyasi iki sistemə məxsus dövlətlərin qarşı- durması SSRİ partiya-dövlət rəhbərliyinin xarici siyasət xəttinin əsasını təşkil edir. Bu görüşlər əsasən İ.Stalinin “SSRİ-də sosializmin iqtisadi problemləri” məqaləsində öz əksini tapmışdır. Bu işdən həmçinin imperializm qaldıqca müharibənin qaçılmaz olduğu nəticəsi çıxır. Qərb dövlətləri isə dünya sosialist sisteminin yaranması və onların dünya siyasətinə təsir göstərməsi reallığı ilə barışmaq istəmirdilər. Beləliklə, bir tərəfdən ABŞ-ın dünya ağalığı planını həyata keçirmək iddiası və başqa bir tərəfdən dünyanın iki əks sosial-siyasi sistemə bölünməsi sayəsindəki onlar arasındakı rəqabət dünənki müttəfiqlər arasında soyuq müharibəni doğurdu. 1946-cı il martın 5-də İngiltərənin sabiq baş naziri U.Çörçill prezident H.Trumenin iştirakı ilə ABŞ-ın Fulton şəhərindəki kollecdə çıxış edərək bildirdi ki, faşizmi
əvəz edən kommunizm Qərb dövlətlərini ələ keçirməyə çalışır və bunu dəf etmək məqsədilə ingilis dilli xalqların assosiasiyasını təşkil etmək vacibdir. O Avropanı dəmir pərdə çəkməklə iki hissəyə ayıraraq SSRİ-yə qarşı müharibə hazırlığına başlamağın qaçılmaz olduğunu elan etdi. Sovet tarixçilərinin böyük əksəriyyəti belə hesab edirdi ki, məhz bu nitqlə “soyuq müharibə”, yəni iki əks qütblü sistemin ciddi qarşıdurması başlamışdı. Bunun ardınca H.Trumen sosialist dövlətlərinə münasibətdə “kommunizmi dayandırmaq” adlı doktrinasını bəyan etdi. Bunun əsasını isə ABŞ-ın Moskvadakı səfirliyinin müşaviri C.F.Kennanın dövlət departamentinə göndərdiyi teleqramda irəli sürdüyü SSRİ ilə ABŞ-ın dinc yanaşı yaşaması, beynəlxalq problemlərin həll edilməsində onların əməkdaşlığı mümkün deyildir, SSRİ Qərb dövlətlərinə qarşı təxribatla məşğuldur kimi fikirləri təşkil edir. “Trumen doktrinası”na əsasən ABŞ sürətlə silahlanma, xarici hərbi bazalar yaratmaq, iqtisadi təcridetmə vasitəsilə SSRİ və sosialsit sisteminə daxil olan ölkələri zəiflətməyə səy göstərirdi.
1947-ci il iyunun 5-də ABŞ-ın dövlət katibi C.K.Marşallın Avropa ölkələrinin müharibə sayəsində dağılmış təsərrüfatlarını bərpa etmək ideyası əslində ABŞ-ın bu iqtisadi kömək müqabilində soyuq müharibədə müttəfiqlərinin sayını artıraraq onların iştirakı ilə hərbi-siyasi blok yaratmaq məqsədi daşıyırdı. 1947-ci ilin iyulunda Fransanın paytaxtı Parisdə 16 Qərbi Avropa dövlətinin iştirak etdiyi konfransda Avropa İqtisadi 6məkdaşlıq Komitəsi yaradıldı. 1948-ci ildə “Marşall plan”ını həyata keçirmək məqsədilə Avropa İqtisadi 6məkdaşlıq Təşkilatı meydana gəldi. 1948-ci il aprelin 1-dən 1952-ci il iyunun 30-dək ABŞ “Marşal pla- nı”na görə Qərbi Avropa ölkələrinə 13,3 milyard dollar yardım etdi ki, bunun da çox hissəsi həmin ölkələrin hərbi potensialının artmasına, ərzaq və yanacağa sərf olunurdu. SSRİ başda olmaqla Şərqi Avropanın sosialist ölkələri “Marşall plan”ında iştirak etməkdən imtina etdilər. “Marşal plan”ı Qərbi Avropa dövlətlərinin ABŞ-ın rəhbərliyi altında hərbi-siyasi bloklarda birləşməsinə səbəb oldu. 1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin nümayəndəsinin iştirakı ilə NATO-nun yaradılması haqqında Atlantika paktı imzalandı və avqustda qüvvəyə mindi. 1951-ci ildə konqress birliyin üzvlərinə silah verilməsi üçün üç il ərzində 9,5 milyard dollar kredit verdi. NATO ölkələrinin ərazisində ABŞ qoşunları yerləşdirildi.
“Soyuq müharibə”ni psixoloji-məlumat baxımından 1946-cı ilin aprelindən SSRİ-yə verlişlər yayan Britaniyanın Bi-Bi-Si, 1947-ci ilin fevralından “Amerikanın səsi” , 1950-ci ildən onlara qoşulan “Azad Avropa”, 1953-cü ildəki Münxendə yerləşən “Azadlıq” radioları dahada qızışdırırdı.
Müharibədən sonra Almaniyada hakimiyyət işğal dövlətlərinə məxsus idi və 1948-ci il iyul ayında qərb işğal zonaları Trizoniyada birləşdirildi. Xristian Demokratik İttifaqın lideri K.Adenauerin sədrliyi ilə 1948-ci il sentyabrın 1-də Parlament Şurası fəaliyyətə başladı və ABŞ, İngiltərə, Fransa işğal qoşunlarının baş komandanlarının razılığı ilə konstitusiya layihəsi hazırlandı. 1949-cu il mayın 23-də qüvvəyə minən Qərbi Almaniyanın Konstitusiyası əsasın- da avqustun 19-da Bundestaqda seçkilər keçirildi və sentyabrın 20-də AFR-in yaradılması təs- bit edildi. Buna cavab olaraq Şərqi Almaniyada, yəni SSRİ-nin işğal zonasında yaradılmış Al-
man Xalq Konqresinin Şurası konstitusiya layihəsini hazırladı və 1949-cu ilin mayın 30-da Berlində üçüncü Xalq Konqresi konstitusiyasını təstiq etdi. 1949-cu ilin oktyabrın 7-də prezident V.Pikin rəhbərliyi ilə Almaniya Demokratik Respublikasının yaradılması elan edildi. SSRİ ADR-i tanıyaraq 1949-cu il oktyabrın 15-də onunla diplomatik münasibətlər qurdu.
SSRİ sosialist ölkələrinə həm siyasi, həm də iqtisadi cəhətdən köməklik göstərirdi. 1949-cu ilin yanvarında Moskvada SSRİ, Bolqarıstan, Polşa, Macarıstan, Rumıniya və Çe- xoslovakiyanın iştirakı ilə keçirilən müşavirədə Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) yaradılması haqqında qərar qəbul olundu. Sosialist ölkələrinin iqtisadi əməkdaşlığını təşkil etmək və tənzimləmək məqsədilə yaradılan QİYŞ-na 1949-cu ilin fevralında Albaniya, 1950- ci ildə isə ADR daxil oldu.
1945-1946-cı illərdə SSRİ-nin ən yaxın müttəfiqi Yuqoslaviya idi. Partizan hərəkatının
əsasını təşkil edən və ölkənin azad olunmasında əsas pay sahibi olan Yuqoslaviya kom- munistləri İosip Broz Titonun rəhbərliyi ilə 1944-cü ildə hakimiyyətə gəldilər.Odur ki, Yu- qoslaviya Şərqi Avropanın başqa dövlətlərindən daha tez sosialist dəyişiklikləri yoluna keçdi. Lakin İ.Titonun Balkanlarda müstəqil siyasət yeritməsi İ.Stalinin narazılığına səbəb oldu. 1947-ci ildə SSRİ-Yuqoslaviya münasibətləri pozulmağa başladı. 1948-ci ilin yazında Yu- qoslaviya kommunist partiyasını təftişçilik və antisovetizmdə ittiham edən sovet rəhbərliyi Belqraddakı mütəxəssislərini geri çağırdı. 1948-ci ilin yayında YKP Kommunist Məlumat Bürosunun üzvlüyündən çıxarıldı. 1949-cu ilin oktyabrında SSRİ Yuqoslaviya ilə diplomatik
əlaqələri kəsdi. Sovet mətbuatı İ.Titonu ABŞ-ın cəsusu və qatil kimi damğaladı. Buna bax- mayaraq, İ.Stalin Qərbin və ABŞ-ın köməyi ilə partizan müharibəsi aparmağa qadir olan Yu- qoslaviyaya müdaxilə etməyə qət etmədi. Yalnız İ.V.Stalinin ölümündən sonra Yuqoslaviya- Sovet münaqişəsini qaydaya salmaq mümkün oldu. Ancaq Yuqoslaviya SSRİ-nin yaratdığı iqtisadi və hərbi təşkilatlar olan QİYŞ və Varşava Müqaviləsi Təşkilatına daxil olmadı.
1948-ci il fevralın 20-də Çexoslovakiya hökumətinə daxil olan burjua partiyasını təmsil edən 12 nəfər nazirin hökumətin kommunist çoxluğu siyasətinə etiraz əlaməti olaraq istefa verməsilə siyasi böhran yarandı. Müxalifət istəyirdi ki, K.Qotvaldın başçılıq etdiyi hökumət istefa versin və prezident E.Beneş kommunistlərsiz yeni hökumət təşkil etsin. Lakin SSRİ-nin köməyinə arxalanan Çexoslovakiya Kommunist Partiyasının təzyiqi ilə E.Beneş 12 nazirin istefasını qəbul etdi və boşalan vəzifələrə kommunistlər təyin edildi, beləliklə hökumət yalnız kommunistlərdən ibarət oldu.
İkinci Dünya müharibəsinin əsas yekunlarından biri də müstəmləkə sisteminin dağıl- ması oldu. Müharibədən sonra Afrika qitəsində müstəmləkəçiliyə qarşı mübarizə şiddətləndi və müstəqilliyini bərpa edən ilk ölkə Sudan oldu. Bunun ardınca Mərakeş, Tunis, 6lcəzair müstəqillik əldə etdilər. 50-ci illərin əvvəllərində Misirdə milli-azadlıq hərəkatı artdı, kral ölkədən qovuldu, 1953-cü il iyunun 18-də monarxiya üsul-idarəsi ləğv edildi və 1956-cı ilin iyununda İngiltərə öz qoşunlarını Misirdən çıxardı. SSRİ Misiri müdafiə edirdi.
İkinci Dünya müharibəsindən sonra ABŞ və Qərbi Avropa ölkələri hər vəhclə İran və Türkiyəni Şərqi Avropanın sosialist ölkələrinə qarşı soyuq müharibəyə cəlb etməyə cəhd göstərirdilər. 1946-cı ilin may ayında Qərb ölkələrinin təzyiqi altında SSRİ öz qoşunlarını İrandan çıxarmağa məcbur oldu. Getdikcə İranın ABŞ-dan hərbi və siyasi asılılığı artmağa başladı. Müsəddiq hökumət devrildikdən sonra İran-SSRİ əlaqələri daha da zəiflədi, 1955-ci ildə İran Bağdad paktına qoşuldu, 1959-cu ildə isə ABŞ-la hərbi saziş imzaladı. ABŞ İran kimi Türkiyəni də SSRİ əleyhinə soyuq müharibəyə qoşmuşdur. Türkiyə hökuməti ölkənin müstəqilliyi üçün “sovet təhlükəsi”nin olmasını əldə əsas tutaraq ABŞ-ın təhriki ilə “Trumen doktrinası”ı qəbul etmişdir. 1952-ci ildə Türkiyə NATO-ya, 1955-ci ildə isə Bağdad paktına daxil olmuşdur. ABŞ soyuq müharibə şəraitində SSRİ ilə Türkiyə arasında münasibətləri gərginləşdirdiyi üçün bu münasibətlər pis olaraq qalırdı.
İkinci Dünya müharibəsindən sonra Koreyanın şimali sovet qoşunları, cənubu isə amerikan qoşunları tərəfindən azad edildiyi üçün Şimali Koreyada hakimiyyət orqanları SSRİ-nin, Cənubi Koreyada isə ABŞ hərbçilərinin köməyi ilə formalaşmışdır. 1948-ci il ma-
yın 10-da Koreyanın cənubunda Milli Məclisə seçkilər keçirildi və Li Sin Man Koreya res- publikasının ilk prezidenti seçildi. Şimali Koreyada 1948-ci ilin iyununda Ali Xalq Məclisinə seçkilər oldu, Kim İr Senin rəhbərliyi ilə KXDR-nin Nazirlər kabineti təşkil olundu. Sentyabrın 9-da KXDR-in yaradılması bəyan edildi. SSRİ 1948-ci il oktyabrın 12-də birinci olaraq KXDR-nı tanıyaraq onunla diplomatik münasibətlər qurdu. 1948-ci ilin dekabrında SSRİ öz qoşunlarını Şimali Koreyadan, 1949-cu ilin iyulunda isə isə ABŞ öz qoşunlarını Cə- nubi Koreyadan çıxardı. 1950-ci il yanvarın 26-da ABŞ-la Cənubi Koreya arasında qarşılıqlı yardım haqqında saziş imzlandı.1949-cu il oktyabrın 1-də Pekində Xalq Siyasi Məsləhət Şurasının sessiyasında Çin Xalq Respublikasının yaradılması elan edildi. 1950-ci il fevralın 14-də SSRİ ilə ÇXR arasında dostluq, ittifaq və qarşılıqlı yardım haqqında müqavilə imzalan- dı. Bundan sonra, Koreyanın ABŞ üçün əhəmiyyəti xeyli artdı. 1950-ci il iyunun 25-də Sovet müşavirləri tərəfindən təlim keçən Şimali Koreya qoşunları ilə Cənubi Koreya döyüşçüləri arasında ilk toqquşma baş verdi. İyunun 28-də Şimali Koreya ordusu Cənubi Koreyanın pay- taxtı Seula daxil oldu, sentyabradək ölkə ərazisinin xeyli hissəsi işğal edildi. BMT Təhlü- kəsizlik Şurası 1950-ci il iyunun 25-də Şimali Koreyanı sülhü pozmaqda ittiham edən qət- namə qəbul etdi. 1950-ci ilin iyulun 4-də BMT Təhlükəsiz Şurasının qətnaməsinə əsasən ABŞ və BMT-nin üzvü olan 14 dövlət öz ordularını KXDR ordusuna qarşı hərbi əməliyyat keçir- mək məqsədilə Koreya müharibəsinə göndərdi. 1950-ci il oktyabrın 1-də ABŞ və müttəfiq qoşunları Şimali Koreya ərazisinə daxil oldu, oktyabrın 23-də Pxenyan ələ keçirildi. 1950-ci il oktyabrın 25-də Çin Şimali Koreyaya qoşun göndərdi, dekabrın 7-də Pxenyanı, 1951-ci il yanvarın 4-də isə Seulu azad etdilər.1951-ci il iyulun 26-da Keson şəhərində Çin və KXDR ABŞ və müttəfiqləri ilə danışıqlar masasına oturdular. 1951-ci il noyabrın 27-də əldə olunmuş razılığa əsasən 38-ci paraleldən cənubda 3,6 min kv.km ərazi KXDR-ə, 38-ci paraleldən 4,6 min kv.km ərazi Cənubi Koreyaya verilməli idi. 1953-cü ilin aprelin 26-da Panminçyonda danışıqlar bərpa edildi, iyulun 27-də münaqişə iştirakçıları arasında imzalanmış barışığa
əsasən hərbi əməliyyatlar dayandırılmalı və hər iki tərəfi ayıran xətt ətrafında iki kilometrlik tərkisilah edilmiş ərazi yaradılmalı, barışığın qüvvəyə minməsindən üç ay sonra xarici qo- şunlar Koreyanı tərk etməli idi. Koreya müharibəsi lokal xarakterli, ən qanlı münaqişələrdən biri olaraq tarixə keçmişdir, belə ki, bu müharibədə Cənubi Koreya 1,3 mln, Simali Koreya 520 min, Cin 900 min, ABŞ 57 min hərbiçi itirmişdir. Koreyanın 3 mln nəfərə yaxın dinc
əhalisi həlak olmuşdur. SSRİ-nin 315 nəfər hərbiçisi ölmüşdür. Koreya münaqişəsi “soyuq müharibə”nin getdikcə daha qlobal xarakter almasına səbəb oldu.
İkinci Dünya müharibəsindən sonra Çin iki düşərgəyə ayrılmışdır, ölkə ərazisinin 4/3 hissəsinə Çan Kay Şi hökuməti, ərazinin 25 faizinə isə kommunistlərin yaratdığı orqanlar nəzarət edirdi. 1947-1949-cu illərdə Çində SSRİ-nin müdafiə etdiyi kommunistlərlə ABŞ-ın müdafiə etdiyi homindançılar arasında vətəndaş müharibəsi oldu. Müharibənin birinci mərhələsində Homindan hökumət qoşunları üstün vəziyyətdə idi. 1947-ci ilin yayında əks-hü- cuma keçən Xalq Azadlıq Ordusu 1948-ci ilin aprelinədək ölkə ərazisinin böyük bir hissəsini azad edərək 1949-cu il aprelin 23-də Nankin şəhərini, mayda Şanxayı azad etdi. 1949-cu il oktyabrın 1-də Pekində Çin Xalq Respublikasının yaradılması elan edildi.1955-ci ilədək SSSRİ Çin ərazisindən öz qoşunlarını çıxartdı, Çin –Çunçun dəmir yolunu, Port-Arturu və Dalnı limanını bütün əmlakı ilə birlikdə ÇXR-ə qaytardı. “Soyuq müharibə” çərçivəsində SSRİ-nin Çinlə əməkdaşlığının əleyhinə olan ABŞ Tayvana sığınmış Çan Kay Şi və onun tərəfdarlarına köməklik göstərməkdə davam edirdi.
1951-ci ilin 4-8 sentyabrında ABŞ-ın San-Fransisko şəhərində 52 dövlətin iştirkaı ilə Yaponiya ilə sülh müqaviləsi bağlamaq məqsədilə kofrans keçirildi.1951-ci il sentyabrın 8-də
27 maddədən ibarət San-Fransisko sülh müqaviləsini 49 dövlət imzaladı və bununla da müharibə vəziyyətinə son qoyuldu. SSRİ, Polşa və Çexoslovakiya SSRİ-nin nümayəndəliyinin rəhbəri A.A.Qromıkonun Cənubi Saxalin və Kuril adaları üzərində Sovet İttifaqının suverenliyi ilə bağlı müqaviləyə düzəliş və əlavələri qəbul edilmədiyi üçün onu imzalamaqdan imtina etdilər. 1952-ci ilin aprel ayında Yaponiyada işğal rejiminə son qoyuldu və xarici ölkələrlə diplomatik münasibətlər bərpa edilməyə başlandı.
ABŞ və Qərb ölkələrinin sürətlə silahlanması soyuq müharibənin tərkib hissəsi idi və buna cavab olaraq SSRİ və sosialist ölkələri də öz hərbi gücünü möhkəmlətmək məqsədilə silahlanırdılar ki, bu da müharibədən sonra tərkisilah məsələsinin mühüm problemlərindən birinə çevrildi.1949-cu ilin avqust ayında SSRİ nüvə silahının ilk sınağını keçirdi və ABŞ-ın atom silahı üzərindəki inhisarı başa çatmış oldu. Bundan sonra, SSRİ-nin tərkisilah uğrunda mübarizəsinin istiqamətlərindən biri də adi silahların və silahlı qüvvələrin hamılıqla azal- dılması məsələsi idi. BMT Baş Məclisinin birinci sessiyasında SSRİ silahların tam ixtisarını təklif etmişdisə də müzakirələr göstərirdi ki, Qərb ölkələri sılahlanmadan imtina etmək fikrində deyildir. Müharibə təbliğatının qadağan edilməsi tərkisilah probleminə kömək edən səbəblərdən olduğu üçün 1947-ci ildə BMT Baş Məclisinin ikinci sessiyası dünya müharibəsi təbliğatını qadağan edən qətnamə qəbul etdi. 1950-ci ilin sentyabrında BMT Baş Məclisinin beşinci sessiyası kütləvi qırğın silahını birinci tədbiq edən dövlətin hərəkətin bəşəriyyətə qarşı cinayət, həmin dövlətin isə hərbi cani hesab olunması haqqında bəyannamə qəbul etdi. SSRİ və sosialist dövlətləri tərkisilah uğrunda mübarizədə sülh tərəfdarları hərəkatından istifadə edirdi ki, bunların da 72 ölkəni təmsil edən nümayəndələri 1949-cu ilin aprelində Parisdə bi- rinci ümumdünya konqresin keçirdilər.F.Küri Sülh tərəfdarları konqresinin daimi komitəsinin sədri seçildi. 1950-ci ilin noyabrında Varşavada 81 ölkənin nümayəndələrinin iştirakı ilə sülh tərəfdarları hərəkatının İkinci Ümumdünya konqresi oldu, dünya xalqlarına və BMT-yə müraciət qəbul olundu. Sülh tərəfdarları hərəkatı “soyu müharibə” şəraitində bütün dünyada müharibələrin qarşısını almaq və sülhü qoruyub saxlamaq işinə xidmət edirdi.