6halininhayatsaviyyasi.1940-cı illərin ikinci yarısı-1950-ci illərin əvvəllərində ölkə
əhalisinin həyat səviyyəsi çox aşağı olaraq qalırdı, gündəlik tələbat malları olan ayaqqabı, paltar, ərzaq çatışmırdı. 1946-cı ildə orta əmək haqqı 475, minimum əmək haqqı isə 300 manat təşkil edirdi. Qara çörəyin bir kiloqramı bir manat, ət 14, yağ 28, bir litr süd 2 manat 50 qəpik dəyərində idi. Belə qiymətlərlə yalnız kartoçka ilə normada nəzərdə tutulan ərzaq almaq mümkün idi. Kommersiya ticarətində qiymətlər bir neçə dəfə yüksək idi.1947-ci ildə kartoçka sistemi ləğv olundu və kommersiya qiymətlərindən aşağı olan vahid qiymət tarifi tədbiq edildi. İndi bir kq qara çörək 3,4, ət 30, yağ 66, süd 4 manat oldu. Kişi kostyumunu orta hesabla 450, bir cüt kişi ayaqqabısını 300, qol saatını 900, patefonu 900, bir ədəd təsərrüfat sabununu 5,20, bir litr nefti 2-2,50, duzu 1,60-1,80, rezin qaloşu 45 manata almaq olardı. Kartoçka sistemi ləğv edildikdən sonra ərzaq və sənaye malları dövlətin müəyyən etdiyi vahid tarif qiyməti ilə mağazalarda açıq satılırdı. Maliyyə çətinliyini aradan qaldırmaq məqsədilə 1947-ci ilin dekabrında Sovet İttifaqında pul islahatı keçirildi. Bunun sayəsində müharibə vaxtı işğal edilmiş ərazilərdə yayılan saxta pulları dövriyyədən çıxarmaq nəzərdə tutulurdu. Pul islahatı eyni zamanda əhalinin müxtəlif vasitələrlə əldə etdiyi pul kütləsini dövriyyədən çıxarmaq və ölkənin maliyyə vəziyyətini stabilləşdirmək məqsədi güdürdü. Xüsusilə, gizli şəraitdə hazırlanan pul islahatı gedişində SSRİ Dövlət Bankı köhnə pulları təzə banknotlara 10:1-ə hesabı ilə dəyişirdi.6halinin əmanət kassalarında olan 3 min manata kimi vəsaiti 1:1-ə, 3 mindən 10 min manata kimi 3:2-yə, 10 min manatdan yuxarı pul əmanətləri isə 2:1-ə hesabı ilə dəyişdirilirdi. Bütün SSRİ ərazisində pul islahatı 1947-ci il dekabrın 16-dan 29-na kimi keçirildi. Dövlət Bankının məlumatına əsasən 37,2 mlrd.manat köhnə pul dəyişdirildi və
əhalinin pul vəsaiti 16 mlrd. manata düşdü. İslahatın nəticəsində pul vəsaitini əmanət kassala- rında deyil evdə yastıq altında saxlayan əhali xeyli zərər çəkdi və bunların üçdə bir hissəsi dəyişdirilməmiş qaldı. Kartoçka sisteminin ləğv edilməsi və pul islahatı ölkədəki istehlak bazasındakı vəziyyəti düzəldə bilmədi. Baxmayaraq ki, 1950-ci ildə orta əmək haqqı 650 manata çatmışdı bir çox mallar, hətta çörək belə çatmırdı. Odur ki, yerlərdə kortəbii olaraq kartoçka yerinə talon, kuponlardan ibarət norma sistemi tədbiq edilməyə başlandı.
Maliyyə islahatı və kartoçka siteminin ləğv edilməsi 1946-1947-ci illərdən başlayaraq qiymətlərin artmasına səbəb oldu. Odur ki, dövlət ildən-ilə çox işlənən gündəlik tələbat malarının və bahalı məhsulların qiymətlərini aşağı salmağa başladı. Dövlət kənd təsərrüfatı məhsullarını aşağı qiymətə alıb baha satdığı üçün onun əlində artıq vəsait cəmləşirdi ki, bu da ona sərbəst hərəkət etmək imkan verirdi. Beləliklə, ölkədə hökumətin istehlak mallarının qiy- mətini dəfələrlə aşağı salması əsasən kəndin və onun maddi vəziyyətinin pisləşməsi hesabına başa gəlirdi.1949-cu ildən başlayaraq gündəlik tələbat mallarının dövlət qiyməti orta hesabla ildə 20 faiz aşağı salınmışdır.1947-1952-ci illərdə isə qiymət təqribən yarıya kimi aşağı düşmüşdür. Eyni zamanda, ərzaq və sənaye mallarının qiymətinin mütəmadi olaraq aşağı salınması geniş əhali kütlələri arasında “sosializmin nailiyyətinin” qüvvətli təbliği olmaqla
ölkədə rəhbərin şəxsi hakimiyyət rejiminin yaranması və möhkəmlənməsinə xidmət edirdi.
Müharibədən sonra hökumətin yeritdiyi sosial siyasət cəmiyyətin demoqrafik vəziy- yətinə də təsir göstərmişdir. 1946-1953-cü illərdə Sovet İttifaqının şəhər əhalisi 15,1, kənd
əhalisi isə 9,9 mln. nəfər artmışdır. Böyüməkdə olan gənc nəsil kənddən şəhərlərə üz tutduğu üçün kəndlilərin sayı azalırdı. 6halinin sayının azalmasının qarşısını almaq məqsədilə 1955-ci ilə kimi tibbi tələbat olmadan abortlar dövlət fərmanı ilə qadağan olunmuşdur. Gizli abort üçün cinayət məsuliyyətinə cəlb edilən cəza nəzərdə tutulurdu ki, ildə 40-60 min qadın belə cəzalara məruz qalırdı. 1944-cü ilin iyulunda boşanma prosedurunu çətinləşdirən fərman qəbul edildi. Bunun nəticəsində yalnız bir ildə qeyd olunan boşananların sayı 34 mindən 5,8 minə düşdü. Müharibədə milyonlarla kişi həlak olduğu üçün qadınların böyük əksəriyyəti ailə qurmaq ümidini itirərək nigahdan kənar uşaq dünyaya gətirməyə başladılar. 1946-1952-ci illərdə hər il aşağı yuxarı 700-900 min arasında nigahdan kənar uşaq doğulurdu.
Sovet adamlarının mənzil-məişət şəraiti ağır olaraq qalırdı. 1955-ci ildə hər bir şəhər
əhalisinə 5,1 kv.m yaşayış sahəsi düşürdü ki, bu da müharibədən əvvəlki 4,5 kv.m göstəri- cisindən yüksək, 1928-ci ildəki 5,8 kv.m göstəricisindən isə aşağı idi. Ümumən dördüncü beşillik dövründə ölkə əhalisinin mədəni-məişət işlərinə xeyli vəsait xərcləndi. 1946-1950-ci illərdə ümumi sahəsi 100 milyon kvadratmetrdən artıq mənzil tikilmiş və bərpa edilmişdir. Kənd yerlərində isə 2,7 milyon yaşayış evi tikildi və bərpa edildi. Bunlara baxmayaraq, adamların yaşayış mənzillərinə böyük ehtiyacı var idi.