1983-1985-ciillardadaxilivaziyyat.1982-ci il noyabrın 12 də L.İ.Brejnevin ölümündən iki gün sonra Y.V.Andropov Sov.İKP MK-nın Baş Katibi, 1983-cü ilin iyunundan isə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçildi. 1962-1967-ci illərdə Sov.İKP MK-nın katibi işləmiş Y.V.Andropov 1982-ci ilin fevralından A.Suslovun ölümündən sonra ideologiya sahəsindəki yerinə katib seçildiyi üçün L.Brejnev dövrünün 6 ay müddətinə olsa da ideoloqu hesab edilirdi. 1967-1982-ci illərdə isə o 15 il müddətində Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləmişdir. Ümumən Y.V.Andropov intellektual səviyyəsi ilə fərqlənən, ölkənin daxili vəziyyətindən xəbərdar olan, iqtisadi məsələlərdən baş çıxarmağı bacaran və əsası ölkədə qayda-qanun yaratmaq tərəfdarı kimi şöhrət qazanmışdır. Hakimiyyətə gəldiyi ilk aylardan etibarən Y.Andropov bir sıra tədbirlər, o cümlədən partiyanın üst təbəqələrinin əxlaqi tərəfdən təmizlənməsinə, iqtisadi islahatlara başladı. Lakin cəmi 15 ay hakimiyyətdə qalan Y.V.An- dropov nəzərdə tutulan dəyişiklikləri yerinə yetirməyə fiziki cəhətdən imkan tapmadı. Ha- kimiyyətdə olduğu qısa müddətdə korrupsiya və rüşvətxorluğa qarşı müharibə elan edən yeni
partiya və dövlət rəhbəri ölkədə bir sıra qaranlıq işlərin üstünün açılmasına şərait yaratdı. Krasnodar vilayət partiya komitəsinin sabiq birinci katibi S.F.Medunov və L.Brejnevin kürəkəni, Daxili İşlər Nazirinin müavini Y.M.Çurbanov həbs edildi. SSRİ Daxili İşlər Naziri N.A.Şelokov vəzifədən uzaqlaşdırıldı və o, özünə qəsd etdi. L.Brejnevin dəfn mərasimində onun qızı Qalina Brejneva DTK-sı işçilərinin müşayəti ilə iştirak etdi. Çünki onun məşhur Yeliseyev qastronomunun müdiri ilə cinayət əlaqələri aşkar edilmişdir. Qərb mətbuatı Siyasi Büronun üzvü Q.Romanovun qızının toy məclisi üçün II Yekaterinanın Ermitajdan son dərəcə yüksək dəyəri olan servizini prokata götürməsini qalmaqal kimi qələmə verdi. Gürcüstan KP MK-nın birinci katibi, Siyasi Büronun üzvü E.Şevardnadze “Pravda” qəzetində məqalə ilə çıxış edərək Gürcüstanda korrupsiyaya qurşanmış 300 nəfər məsul şəxsin vəzifədən uzaqlaş- dırdığını vurğuladı. Y.V.Andropov dövründə DİN-nin 100 min əməkdaşı işdən azad edildi, onların yerini DTK-nın əməkdaşları tutdu. 18 nəfər nazir, 37 nəfər L.Brejnev dövrünün vila- yət partiya komitəsinin birinci katibi öz vəzifəsin itirdi. Özbəkistanda çoxmilyardlıq pambıq pripiskası aşkar edildi, yeyintinin miqyası son dərəcə yüksək idi. Özbəkistan KP MK-nın birinci katibi Ş.R.Rəşidov bu faktlar aşkar edildikdən sonra özünü öldürdü.
“Qayda-qanun” yaratmağın digər yolu istehsalat intizamını möhkəmlətmək oldu. İş bu- raxanlara və işə gecikənlərə sərt cəzalar müəyyən olundu. Küçələrdə, ictimai yerlərdə milis
əməkdaşları vətəndaşların sənədlərini yoxlayırdı ki, niyə onlar işdə deyil. Hətta hamamlarda belə yoxlamalar aparılırdı. Beləliklə, Y.V.Andropov hakimiyyətdə olduğu müddətdə əsas diqqəti inzibati tədbirlərə yönəltmişdir. Bu isə o demək idi ki, partiya və dövlət rəhbərliyi ölkəni bürüyən böhranın nə qədər təhlükəli olduğundan xəbərsiz idilər. 1983-cü ilin ikinci yarısından ağır xəstə olan Y.V.Andropov 1984-cü ilin fevralın 9-da vəfat etdi. Sov.İKP MK- nın Baş Katibi vəzifəsini 73 yaşlı xəstə K.U.Çernenko tutdu. O, bu vəzifəni cəmi 13 ay icra edə bildi. Yeni partiya lideri onun üçün yazılmış mətnləri belə çətinliklə oxuyurdu. Y.An- dropovun başlatdığı əmək intizamını möhkəmlətmək, korrupsiya və rüşvətxorluğa qarşı mü- barizə, rəhbər kadrlara tələbkarlıq kursundan imtina edildi. Bunun yerinə isə heç bir təşəbbüs irəli sürülmədi. Hətta yaranmış şəraitdə Sov.İKP-nın sıravi üzvləri belə yeni dəyişikliyin zəruri olduğuna inanırdılar. Başqa sözlə yalnız bürokratik kağız işləri ilə 18 yaşından məşğul olan xəstə və ya yaşlı K.U.Çernenko və onun ətrafı kommunist rejiminin sosialist cəmiy- yətinin böhranının qarşısını almağa qadir deyildir.