Slavyan olkeleri tarixi. 1917-2015. pdf


“Yenidənqurma”. 1985-1991



Yüklə 1,22 Mb.
səhifə63/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   59   60   61   62   63   64   65   66   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

“Yenidənqurma”. 1985-1991




Sosial-iqtisadi siyasat. 1985-ci il martın 10-da K.U.Çernenkonun ölümündən sonra M.S.Qorbaçov Sov.İKP MK-nın Baş Katibi seçildi. Qorbaçov Mixail Sergeyeviç 1931-ci ildə Stavropol diyarının Privolno stanitsasında (kazak kəndi) anadan olmuşdur. Orta məktəb illə- rində əmək fəaliyyətinə başlayan M.Qorbaçov MDU-nin Hüquq fakültəsini və Kənd Təsər- rüfatı institutunu bitirmişdir. Mərkəzi komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışan M.Qorbaçov Sov.İKP MK-da aqrar siyasət üzrə işə cəlb edilmişdir. 1980-ci ildən Siyasi Büronun tərkibinə daxil olan M.S.Qorbaçov K.U.Çernenkonun ölümündən sonra A.A.Qromıkonun təşəbbüsü ilə gənc, dinamik lider kimi Baş Katib seçildi. Ölkə tarixində onun üzərinə çətin islahatçı rolu düşdü. Onun bütün fəaliyyəti ardıcıl və qabaqgörən olmasa da məhz M.Qorbaçov mövcud hakimiyyət strukturuna savaş açdı. Onun kosmetik xarakterli yarımçıq islahatları köhnə sistemin dağılmasını daha da sürətləndirdi. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra M.S.Qorbaçov istefaya gedərək özünün qurduğu Fond vasitəsilə fəal ictimai-siyasi iş aparırdı.
SSRİ-də geniş islahatların başlanmasını adətən M.S.Qorbaçovun partiya və faktiki olaraq dövlətə rəhbərlik etdiyi 1985-ci illə bağlayırlar. Lakin bəzi tarixçilər Y.V.Andropovu “yenidənqurmanın atası” adlandırırdılar, başqaları isə 1980-ci illərin birinci yarısında SSRİ- nin tədricən islahatlar mərhələsinə daxil olması məntiqinə əsaslanaraq 1983-1985-ci illəri yenidənqurmanın “ruşeym” (embrion) dövrü” hesab edirlər.
Sov.İKP MK-nın yeni Baş Katibi 1985-ci il aprelin 23-də Plenumda çıxış edərək cə-
miyyətin hərtərəfli yenilənməsi, “ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi” əsa- sında geniş islahatlar keçirəcəyini bəyan etdi. İqtisadi dəyişikliklərin yeni investisiyaların və yeni obyektlərin tikilməsi yerinə mövcud müəssisələrin modernləşdirilməsi hesabına aparıl- ması nəzərdə tutulurdu. Başlıca olaraq maşınquraşdırmanın sürətli inkişaf etdirilməsi irəli sürüldü. İslahata əsasən maşın və avadanlığın istehsalı sənayenin başqa sahələrini 1,7 dəfə ötüb keçirdi. İntizamın möhkəmləndirilməsi və maddi maraq prinsipinin artırılması vasitəsilə “insan faktorunun” fəallaşdırılmasına xüsusi diqqət ayrılırdı. Bütün bu dəyişikliklər təbii olaraq sosializm çərçivəsində həyata vəsiqə qazanmalı idi.
M.S.Qorbaçovun islahatı hər şeydən əvvəl yuxarıdan başlanmışdı və “aşkarlıq” (“qlasnost”), “sürətləndirmə” (“uskorenie”), “yenidənqurma” (“perestroyka”) adlanan üç şüar- la səciyyələndirilir. “Aşkarlıq” sovet sisteminin mövcud olduğu dövrdə gizli saxladıqlarının xalqa bildirilməsi demək idi. Başqa sözlə hazırki dövrə kimi sistemin ört-basdır etdiyi iqtisadi böhrandan, heç bir siyasi islahat irəli sürməyə qabil olmayan və iqtisadi aparatın bir hissəsinə çevrilən partiyadakı böhrandan, nəhayət söz yığımından başqa bir şey olmayan ideoloji sis- temin böhranından açıq-aşkar bəhs edilməyə başlandı. Yeni rəhbərlik öz çıxışlarında senzu- ranı yumşaltmaq və vətəndaşların azad məlumat əldə etmələrinə şərait yaratmağı vəd edirdi.
1980-ci illərin ortalarında SSRİ-də sosial böhran dərinləşdiyi üçün M.S.Qorbaçovun islahatları xalqın böyük əkəsriyyəti tərəfindən dəstəkləndiyi halda, onun islahatlara çağırışı yeni hər bir şeyə qarşı olan təbəqələrin ciddi müqaviməti ilə üzləşdi. Odur ki, M.S.Qorbaçov daim yaranmış mürəkkəb şəraitə uyğun olaraq öz çıxış və fəaliyyət proqramını zaman-zaman dəyişdirərək islahatların tərəfdarları ilə əleyhdarları arasında ortaq nöqtə tapmağa səy göstərirdi. Partiya və dövlət rəhbərliyinin az bir hissəsi başa düşürdü ki, iqtisadi sistemi dəyişdirib, mərkəzləşdirilmiş idarəetmədən imtina edərək təsərrüfathesabı tədbiq etməklə müəssisələrin hüququnu genişləndirmək vacibdir. Partiya və dövlət aparatını təmsil edənlərin böyük əksəriyyəti belə hesab edirdi ki, ümumiyyətlə heç bir islahat lazım deyil, yalnız güc metodu ilə intizamı möhkəmlətməklə vəziyyəti normallaşdırmaq olar.
İqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan yenidənqurma və islahatın ilk konkret addımı 1985-ci il mayın 7-də Sov.İKP MK-nın qəbul etdiyi “Sərxoşluq və alkoqolizmin aradan qaldırılması tədbirləri haqqında” qətnaməsi və ölkədə antialkoqol kampaniyasının başlanmasıdır. Düzdür sərxoşluq ölkədə dözülməz həddə çatmışdır, amma onun aradan qaldı- rılması üçün tədbiq edilən tədbirlər də təsirsiz və son dərəcə ağır nəticələr doğurduğundan məqsədə çatmadı. İnzibati metodlarla həyata keçirilən kampaniya çərçivəsində üzüm bağları, şərab istehsal edən müəssisələr ləğv olundu. Şərab mağazaları kəskin azaldıldığına görə kütləvi araq növbələri yarandı. Antialkoqol kampaniyası ölkədə narkomaniya, toksikomaniya, spirt surroqatlarından istifadənin geniş yayılmasına səbəb oldu. Dövlət büdcəsi spirtli içki- lərdən gələn külli miqdarda gəlirdən məhrum oldu. Belə ki, 1985-1986-cı illərdə Sovet İttifa- qında alkoqol içkilərinin iki dəfə azalması hesabına dövlət büdcəsi 1985-ci ildən 1988-ci ilə qədər 67 milyard manat vəsait itirdi. Bu məlumatı N.İ.Rıjkov vermişdir, M.S.Qorbaçov isə bunun 37, V.S.Pavlov 200 milyard olduğunu iddia etmişdir. Nəticədə 1988-ci ildə antialkoqol kampaniyası baş tutmayaraq dayandı.
Yenidənqurma islahatı sahəsində növbəti inzibati tədbir 1986-cı ilin mayında “Dövlət qəbulu haqqında” (“O qospriemke”) Qanun oldu. Qanuna əsasən sənaye məhsulunun keyfiy- yətinə nəzarət etmək məqsədilə dövlət müfəttişləri qulluğu yaradıldı. 1987-ci il yanvarın 1-də SSRİ-nin bütün iri müəssisələrində bu sistem fəaliyyət göstərirdi. Müəssisələrin texniki nəzarət şöbələrinin (OTK) nəzarətçilərindən fərqli olaraq dövlətqəbulu müfəttişləri müəssisə- nin rəhbərliyindən asılı deyildirlər və planın yerinə yetirilməsində maddi maraqları yox idi. Lakin işin inzibati tərəfini önə çəkən bu tədbirin də nəticəsi gözlənildiyindən çox aşağı oldu. Planın yerinə yetirilməsi və bunun birbaşa nəticəsi olaraq əmək haqqı aşağı düşdü. Müəssisə rəhbərləri tez-tələsik onların partiya qeydiyyatında olan müfəttişləri ilə dil tapmağa çalışırdı. Böyük bir səmərə verməyən dövlət qəbulu yalnız iki il mövcud oldu.
1986-cı ilin may ayında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Zəhmətsiz gəlirlə mübarizənin gücləndirilməsi tədbirləri haqqında” qətnaməsi dərc olundu. Formal
olaraq bu sənəd kölgə iqtisadiyyatının iri işbazlarına qarşı yönəlsə də praktik olaraq bundan
ən çox xırda sənətkarlar və ticarətçilər, satmaq üçün meyvə və tərəvəz yetişdirən kolxozçu və şəhərlilər əziyyət çəkdilər.
1986-cı ilin fevral-martında Sov.İKP-nin XXVII qurultayı partiya Proqramını dəyişərək köhnə kommunizm quruculuğu yerinə sosializmi təkmilləşdirmək kursun elan etdi. Partiya 2000-ci ilə doğru ölkənin iqtisadi potensialını iki qatına çıxarmağı və hər ailəyə ayrı mənzil təmin etməyi vəd etdi. Qurultay eyni zamanda müəssisələrdə rəhbərləri seçmək hüququ olan,
əmək haqqını və sosial ehtiyaclara ayrılan vəsaiti qaydaya salan sənaye müəssisələrində əmək kollektivləri şuraları yaratmağı nəzərdə tutan əmək kollektivləri haqqında Qanunu bəyəndi. Bununla da hakimiyyət sanki xalqa müraciət edərək onların dəstəyinə arxalanmaq istəyirdi. Lakin praktik olaraq qanunun həyata keçirilməsi istehsalatın işinin pozulmasına və müəssisələrin inzibatı rəhbərliyinin fəaliyyətinin iflic olmasına gətirib çıxardı.
1986-cı ilin yazından başlayaraq məlum oldu ki, sürətləndirmə kursu səmərəsizdir və ciddi iqtisadi dəyişikliklər olmadan vəziyyəti xilas etmək mümkün deyildir. Ölkənin dövlət büdcəsinin kəsiri 1985-ci illə müqayisədə üç dəfə artdı. SSRİ-nin xarici dövlət borcu 1985-ci ildəki 27,2 milyard dollardan artaraq 1986-cı ildə 39,4 milyard dollara çatdı.1986-cı ilin yayından partiya sənədlərində “sürətləndirmə” termini itdi, daha çox “yenidənqurma” siyasəti önə çıxdı. “Sürətləndirmə” xəttinin boşa çıxması, ilk növbədə, ölkənin dövlət büdcəsinə
əhəmiyyətli qatqısı olan neft və neft məhsullarının qiymətinin dünya bazarında aşağı düşməsi ilə əlaqədardır. Büdcəyə daxil olan neft dollarlarının xarici istiqrazlarla əvəz edilməsi Sovet İttifaqını borc bataqlığına sürüklədi. 1990-cı ilə doğru SSRİ-nin borcu 57,6 milyard dollara çatırdı. Borcların faizi ilə birlikdə ödənməsi zərurəti isə iqtisadiyyata ağır yük idi.
Yuxarıda da qeyd etdiyimiz kimi antialkoqol kampaniyası üzüm bağlarının 30 faizə qədərinin kəsilməsinə, dövlət büdcəsinin isə ildə 40-50 milyard manat itirməsinə gətirib çıxardı. Gizli olaraq araqçəkmə geniş yayıldığına görə mağazalardan şəkər, ucuz konfetlər və s.yoxa çıxdı. Bayram, toy şənlikləri və yas mərasimində spirtli içki əldə etmək məqsədilə mağazalrın önündə adamların uzun növbələri əmələ gəldi ki, bu da ölkə əhalisini son dərəcə qıcıqlandırırdı.
Planı yerinə yetirmək məqsədilə kölgə iqtisadiyyatından müəssisə və regionlar arasında mal mübadiləsindən istifadə etməyə alışan müəssisə rəhbərləri normativ prinsiplərin pozulmasının ciddi təqibindən ehtiyat edərək normadan artıq fondların inkişaf etdirilməsinə marağı dayandırdılar. Bu isə normadan artıq fondların tədricən yox olması demək idi. 1986-cı ildə isə onların qiyməti 80 milyard manat təşkil edirdi.
1986-cı il aprelin 26-da Çernobıl AES-da baş verən qəza ölkənin dövlət büdcəsinə ağır zərbə vurdu. Bu qəzanın özü birbaşa sürətləndirmə siyasətinin nəticəsində yaranmışdı. Belə ki, atom elektrik stansiyasının əməkdaşları reaktorların məhsuldarlığını artırmaqla qəza törət- dilər. M.S.Qorbaçov hakimiyyəti faciənin miqyasını tez bir zamanda elan etmədiyi üçün on milyonlarla adam bundan ziyan çəkdi. Partlayışın reaktiv buludu Şərqi Slavyan torpaqları Ukrayna, Belarusiya, Rusiyanın bir çox rayonlarının zərər görməsinə səbəb oldu.10,9 milyon hektar yararlı kənd təsərrüfatı əkin sahəsi radioaktiv çirklənməyə məruz qaldı.SSRİ-nin
əraziləri ilə yanaşı Rumıniya, Polşa, Bolqarıstan, Yuqoslaviya, hətta Kanada belə radioaktiv çirklənmədən öz nəsibini aldılar. Sovet İtitfaqının partiya və dövlət rəhbərliyi adamların 1 may bayramını “korlamamaq” niyyəti ilə faciənin miqyası barədə susmağa üstünlük verdilər. Təkcə 1986-cı ildə qəzanın ləğv edilməsi ölkəyə 14 milyard manata başa gəlmişdir. Bütün bunların nəticəsində sürətləndirmə xətti uğursuzluqla nəticələndi. Ölkənin iqtisadiyyatında yaranmış əlverişsiz vəziyyət M.S.Qorbaçov hakimiyyətini yeni yollar axtarıb tapmağa məcbur etdi. Cəmiyyətdə mövcud iqtisadi sistemdə islahatlar aparılmasının yolları haqqında geniş müzakirələr açıldı. Müzakirələrdə görkəmli alimlər L.İ.Abalkin, O.T.Boqomolov, T.İ.Zas- lavskaya, N.Y.Petrakov, R.A.Belousov, A.Q.Aqanbeqyan, Q.A.Yavlinski, Q.X.Popov, S.S.Şatalin və b. iştirak edirdi. Müzakirələrin gedişində ictimai-iqtisadi, sosial və mədəni inkişaf məsələlərini yenidənqurma konteksində həll etməyin zəruriliyi irəli sürüldü. İqtisadiyyat sahəsində yenidənqurma dövlət müəssisələrinin müstəqilliyini və bazaar
münasibətlərinin elementlərini artırmağı nəzərdə tuturdu. Hesab edilirdi ki, yenidənqurma islahatı müəssisələrin yeni texnologiyasının tədbiqinə maraq oyadaraq, əmək məhsuldar- lığının artırılmasına stimulu təmin edərək, kölgə iqtisadiyyatını leqallaşdıraraq ona dövlətin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməyə imkan yaradacaq. Bu məqsədlə 1987-ci il iyu- nun 30-da “Dövlət müəssisələri (birlikləri) haqqında Qanun” qəbul edildi. Qanun müəssisələri idarə etməyin yeni prinsipləri olan təsərrüfathesabın və özünümaliyyələşdirməni elan etdi. Belə ki, əvvəllər yuxarının müəyyən etdiyi plan tapşırıqlarının yerinə yetirilməsi müəssisənin
əsas göstəricisi olduğu halda Qanun müəssisələrə müvafiq nazirliyin təklif etdiyi planın göstəricilərin “üfüqi” əlaqə saxladığı müəssisələrin sifarişin nəzərə almaqla müstəqil yerinə yetirib istehlakçıya çatdıra bilmək hüququ verirdi. Yəni müəssisənin maraqları və müstəqilliyi ön plana keçir, hətta xarici firmalarla belə, onlar birbaşa əlaqəyə girə bilərdi.
6sl həqiqətdə isə mərkəzi nazirliklər bürokratiyası öz mövqeyindən və əvvəlki vər- dişlərindən əl çəkmək istəmirdilər. Dövlət sənayenin əsas sifarişçisi olduğu üçün müəssisə- lərin əsas istehsal məhsulu onun payına düşür, müəssisələr üçün isə məhdud kommersiya im- kanları qalırdı. Məhsulun qiymətinin və verginin müəyyən edilməsi dövlətə məxsus oldu- ğundan nazirliklər müəssisələrin gəlirinin qaymağın toplayaraq sözdə müəssisələrin maliyyə müstəqilliyindən ağız dolusu danışırdılar.
Başqa bir tərəfdən müəssisələr istehsal etdikləri məhsulu sata biləcəkləri topdansatış bazarları olmadığı üçün bağladıqları müqavilə şərtlərini yerinə yetirməkdə çətinlik çəkirdilər. Mərkəzləşmiş qaydada dövlət sifarişin yerinə yetirənlər isə daha əlverişli vəziyyətdə idilər, çünki onlar hazır məhsul üçün bazar axtarıb tapmağa məcbur deyildilər. Belə bir şəraitdə müəssisələrin “özünüidarə”, “özünümaliyyələşdirmə” hay-küyünə baxmayaraq işçilər başa düşürdü ki, bütün qərarlar yenə də bürokratik mərkəzdən və ya sonradan elan edilən “anti- yenidənqurma qüvvələrindən” daxil olur. 6vvəlki idarəetmə strukturunun ciddi himayəsi al- tında olan müəssisələr özünümaliyyələşdirmə prinsipinin elan edilməsinə baxmayaraq döv- lətdən çox böyük subsidiyalar olaraq bankrot olmaqdan və şişən şəxsi heyətin işdən azad olmasından xilas olurdular. Ümumən iqtisadi islahatlarla bağlı nazirlik və başqa idarəetmə orqanlarının yenidən qurulması nəticəsində altı il müddətində bir milyona kimi qulluqçu sənaye sahələrindən ixtisar edilmişdir.
İqtisadi islahatın mühüm tərkib hissəsindən biri xüsusi təşəbbüsün fəaliyyət dairəsinin genişləndirilməsindən ibartədir.1986-cı il noyabrın 19-da qəbul edilən, 1988-ci il mayın 26-da
əlavələr olunan qanunla 30-dan artıq istehsal məhsulu və xidmət sahəsi üzrə xüsusi fəaliyyət leqallaşdırıldı. Öz işini açmaq istəyən hər bir şəxs qeydiyyatdan keçməli və çox yüksək 65 faizə çatan vergi ödəməli idi. 1991-ci ilin yazına olan məlumata əsasən iş qabiliyyəti olan, ölkə əhalisinin 5 faizini təşkil edən 7 milyon nəfərdən çox adam sürətlə artan kooperativ bölməsində çalışırdı. Bundan başqa bir milyon nəfər adam fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyat icazəsi almışdır. M.S.Qorbaçov hakimiyyətinin yenidənqurma döv- ründə xüsusi təşəbbüskarlığı müdafiə vədlərinə baxmayaraq yerli hakimiyyət orqanları müx- təlif vasitələrlə kooperativlərin fəaliyyətini məhdudlaşdırırdı. Sovet adamlarının böyük ək- səriyyəti siyasət və ideologiya sahəsində azadlıqları təqdir etdikləri halda sahibkarlıq fəaliyyətinə şübhə ilə yanaşırdılar. Birdən-birə islahat nəticəsində dövlət, müqavilə, koopera- tiv və qara bazar qiymətləri ilə üzləşən sovet adamı iqtisadi azadlıqları özlərinin həyat səviy- yəsinin düşməsinin səbəbi kimi görməyə başladılar. Onlar qiymətlərin sabit dövlət təminatına üstünlük verərək sahibkarlarla iş birliyindən qaçırdılar.
6halinin belə əhval-ruhiyyəsi hökumətin kənd təsərrüfatı sahəsində xüsusi təşəbbüs- karlığı yaymasına da mane olurdu. 1988-ci ildə rəsmən qəbul edilən “icarə müqaviləsinə”
əsasən bir və ya bir neçə ailə torpağı 50 il müddətinə kimi icarəyə götürərək becərdiyi məhsulun tam sahibi olurdu. Həm də 1988-ci ilin martında kolxozlara dair qəbul edilən yeni
əsasnamədə elan edildi ki, şəxsi təsərrüfatlarda fərdi əkin sahələrinin həcmini və mal-qaranın sayını hər bir kolxozun kollektivi “onun üzvlərinin ümumi əməkdə iştirakından asılı olaraq” müəyyən edir. Lakin əsl həqiqətdə isə bu tədbirlər simvolik səciyyə daşıyırdı.Belə ki, koope- rativ təşkilatlara çevrilməsi nəzərdə tutulan kolxozlar əsl müstəqillik əldə edə bilməyərək
yenə rayon hakimiyyətinin nəzarətində qalaraq dövlətə təhvil verilən məhsulun miqdarı, şəxsi sahələrin həcmi və s. onlar tərəfindən müəyyən edirdi. Ölkədə icarə hərəkatı geniş yayılmadı, 1991-ci ilin yayına doğru torpaqların yalnız 2 faizi, mal-qaranın isə 3 faizi icarədarlara məxsus idi. Azad surətdə torpağı icarəyə götürərək əkib-biçmək kəndlilər arasında geniş yayılmamasının əsl səbəbi o idi ki, onlar kənd təsərrüfatının texnikasından və kolxozların başqa infrastrukturlarından məhrum olduqları üçün istehsal etdikləri məhsulu hazır vəziyyətdə gətirib sata bilmirdilər. Odur ki, sahibkarlıq kəndlilər arasında ləng inkişaf edir, onların ən fəalları isə şəhərlərə üz tuturdu. Nəhayət, kənddə yaşayan əhalinin böyük əksəriyyəti keçmiş illərin acı təcrübəsindən, “yeni qolçomaqların” meydana gəlməsindən ehtiyat edirdilər. Bax- mayaraq ki, kənd əhalisi kolxozlardan çıxıb fermer təsərrüfatı yaratmaq hüququ almışdı, lakin onlar bundan istifadə etməyə tələsmirdi. Fermerlərə torpaqları kolxoz rəhbərləri və yerli hakimiyyətin nümayəndələri icarə haqqında müqavilə əsasında ayırırdı. Fermerlər çox halda
əlverişsiz əkin sahələri ilə təmin olunur, onlara texniki və gübrə almağa maneəçilik törədilirdi. Fermerlərə arzuolunmaz rəqib kimi öz həmkəndliləri belə düşməncəsinə yanaşırdı.
Yekunda M.S.Qorbaçovun elan etdiyi islahat ondan gözlənilən nəticəni vermədi.1988-ci ildə aqrar, 1990-cı ildən isə sənaye istehsalı azaldı. Ölkənin istehsal sahəsində ümumi milli gəlir 11 faiz aşağı düşdü.1989-cu ilə doğru büdcə kəsiri 10 faiz təşkil edirdi. SSRİ-nin daxili və xarici dövlət borcu ümumi milli gəlirin üçdə iki hissəsinə çatdı.Planlı iqtisadiyyatın möv- cud olduğu tarixdə ilk dəfə olaraq rəsmi aşağı çəkilərək il ərzində pulun 2-4 faizi dəyərdən düşdüyü, yəni inflyasiyaya uğradığı elan olundu. 6sl həqiqət odur ki, əvvəldən iqtisadi islahat konsepsiyası bir tam olaraq alınmadı. Bir çox partiya rəhbəri və ideoloqu əmin idi ki, də- yişikliklər əksinqilabi xarakter daşıyır, “real sosializmin” prinsiplərinə ziddir və onun nailiy- yətlərini itirir. Onlar onilliklər boyu “ölməkdə” və “çürüməkdə” olan kapitalizmlə birlikdə adı çəkilən “bazar”, “gəlir”, “sahibkarlıq” terminlərindən müsbət mənada bəhs edilmədən qəzəb- lənirdi. Nəticədə icazə verilən təsərrüfat təşəbbüskarlığı məhdudlaşdırılır və ona görə də müəssisələrin real müstəqilliyi təmin olunmurdu. Dövlət sifarişi məhsuluna qiymət əvvəllər olduğu kimi yuxarı orqanlar tərəfindən diqtə edilirdi. Sözün əsl mənasında müəssisələrin tə- sərrüfat müstəqilliyi, təşəbbüskarlığı təmin edilməmişdi, müəssisələrin idarə olunmasında mərkəzçilik, amirlik metodları üstünlük təşkil edirdi. Qiymət, kredit, gəlir kimi iqtisadi amillər vasitəsilə stimullaşdırma ləng həyata keçirilirdi.
Xarici investisiyaya bəslənən ümidlər də özünü doğrultmadı. SSRİ-yə borc istiqrazları verilsə də 1920-ci illərdə olduğu kimi Qərb sabit olmayan sovet iqtisadiyyatına vəsait qoymaq istəmirdi. Arxasında istehlak malları durmayan çoxlu pul kütləsi əhalinin əlində qalmışdır ki, bu da yerlərdə təsərrüfat siyasətini daha da kəskinləşdirirdi. 6mək kolektivlərinin seçdiyi və yuxarıdan nəzarət edilən müəssisə rəhbərləri çıxılmaz vəziyyətdə idi. Onların çoxu əmək haqqı və sosial məqsədlər üçün vəsaiti artırmaq vədləri sahəsində rəhbər seçilmişdilər. Çox halda bu vədlər istehsalın inkişafı investisiyası üçün ayrılan vəsaiti və əsas fondların xərcləri hesabına yerinə yetirilirdi.1989-cu ildə isə əmək haqqı fonduna gəlir vergisi tətbiq edilməklə buna son qoyuldu. Ancaq müəssisə rəhbərləri vəziyyətdən çıxış yolu kimi öz işçilərinə dövlət vəsaiti qeydiyyatında olmayan kölgə iqtisadiyyatından əlavə əmək haqqı ayırırdı. Belə ki, kölgə bazarlarının yalnız bir hissəsi leqallaşdığına görə onlar fəaliyyət göstərməkdə davam edirdi. Müəssisələr məhdud iqtisadi müstəqillik alsa da ölkədə əsas fondların azad bazar ticarəti infrastrukturu formalaşmamışdır. Kortəbii yaranan məhsul birjalarının fəaliyyətini tənzimləyən və onlara dövlət nəzarətini təmin edən qanunlar yox idi. Ara strukturlarına isə çox halda kriminallar nəzarət edirdi. Müəssisələr dövlət mülkiyyəti olaraq qalırdı və çıxılmaz vəziyyətdə dövlətin köməyinə arxalana bilərdi.
Ölkədə tam məsuliyyətsizlik və islahatın davam etdirilməsinə heç bir təminat olmadığı üçün bir çox müəssisə rəhbərləri yaranmış qarışıqlıqdan şəxsi varlanmaq məqsədilə istifadə edirdi. Müəssisələrin gəliri direktorluq tərəfindən yaradılmış kooperativlərin hesabına köçü- rülürdü ki, burada da real məhsul istehsalı ilə deyil, aztapılan malların və istehsal fondlarının ticarəti ilə məşğul olurdular. Kooperativ məhsulları adı ilə kütləvi tələbat malları alınıb- satılırdı. Qiymətlər sürətlə artır, pul dəyərdən düşürdü. Yeni texnikanın tədbiqi və əmək
məhsuldarlığının artırılmasına maraq isə durduğu yerdə sayırdı. Bir sözlə, köhnə inzibati idarəçilik sistemi dağıdılmış, yeni bazar ağırlıqlı sistem isə M.S.Qorbaçov hakimiyyətinin qətiyyətsizliyi üzündən yaradılmamışdır. 1989-1990-cı illərdə SSRİ-nin iqtisadi vəziyyəti sürətlə ağırlaşmaqda davam edirdi. Yerli əhalini başqa şəhərlərin alıcılarından qorumaq məqsədilə istehlakçı kartoçkaları tətbiq edildi. 1991-ci ildə Moskvada şəkər, tütün və arağı yalnız talonla almaq olardı.
1990-cı ildə N.İ.Rıjkov hökuməti akademik L.İ.Abalkinin rəhbərliyi ilə bir qrup alimin hazırladığı böhrandan çıxmaq proqramını təklif etdi. Proqrama görə 1991-1992-ci illər ər- zində üç mərhələdə tədricən bazar iqtisadiyyatına keçmək nəzərdə tutulurdu. Proqramın müəl- lifləri bazar iqtisadiyyatına keçməyin əsas şərti olaraq iqtisadi sabitləşməni nəzərdə tutur- dular. Proqramın çatışmayan cəhəti ondan ibarət idi ki, bazar elementlərinə tədricən mövcud dövlət mexanizminin nəzaərti ilə keçilirdi. Lakin məhz bu cəhət iqtisadiyyatı dağılmaq həddinə salmışdır.
N.İ.Rıjkov-L.İ.Abalkin proqramı ilə yanaşı bir qrup gənc iqtisadçı Q.A.Yavlinskinin rəhbərliyi ilə “500 gün” proqramını hazırladı. Bu müddətdə ölkə iqtisadiyyatını əsaslı surətdə yenidən quraraq dövlət əmlakını özəlləşdirib, dövlətin qiymət siyasətindən imtina edilməli idi. Hər iki proqramı birləşdirmək mümkün olmadı. 1990-cı ilin martında SSRİ-nin Prezidenti seçilən M.S.Qorbaçov həmin ilin oktyabrında N.Rıjkov-L.Abalkin proqramını müdafiə edərək Q.Yavlinskinin proqramını rədd etdi. 6sas səbəb isə siyasi faktorlarla bağlı idi. Belə ki, “500 gün” proqramın B.N.Yeltsinin başçılıq etdiyi Rusiya rəhbərliyi müdafiə edirdi, onlar isə M.S.Qorbaçov başda olmaqla ittifaq mərkəzi ilə münaqişə aparırdı. Həm də bu proqram mərkəzlə respublikalar arasında səlahiyyətlərin yenidən bölünməsini tələb edirdi ki, buna da M.Qorbaçov razı ola bilməzdi.
1990-cı ilin dekabrında hökumətin başçısı N.İ.Rıjkov yenidənqurma siyasətinin iflasını qəbul edərək istefaya getdi. Hökumətə başçılıq edən V.S.Pavlov pul islahatı keçirərək 100 və 50 manatlıqları yeniləri ilə əvəz etdi. Üç gün ərzində dəyişdirilməsi nəzərdə tutulan məbləğ çox məhdud idi. Formal olaraq bu kampaniya kölgə işbazlarına qarşı yönəlsə də praktik olaraq yalnız mövcud artıq pul kütləsinin 5 faizi toplana bildi. Lakin pul islahatı iqtisadiyyatı düzəltmək əvəzinə əhalinin narazılığını daha da artırdı.1991-ci ildə V.S. Pavlov hökuməti ticarət, nəqliyyat, məişət xidməti sahəsindəki dövlət qiymətlərini iki dəfə artırdı. Qiymətlərin mexaniki artımı iqtisadiyyatı sağlamlaşdırmaq yerinə gizli davam edən inflyasiyanı daha da dərinləşdirdi. Dövlət büdcəsi kəsrinin həcmi və işsizlərin sayı daha da artdı. Rəsmi məlumata
əsasən 1990-cı ilin əvvəllərində SSRİ-də 6 milyon nəfər işsiz var idi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin