Slavyan olkeleri tarixi. 1917-2015. pdf


SSRİ-nin 1985-1991-ci illarda xarici siyasati



Yüklə 1,22 Mb.
səhifə66/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   62   63   64   65   66   67   68   69   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ-nin 1985-1991-ci illarda xarici siyasati. 1985-ci ilin martında M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə sovet xarici siyasətində radikal dəyişikliklər başlandı. 1985-ci ilin iyulunda bir neçə onillik boyu SSRİ-nin xarici siyasət xəttini müəyyən edən, görkəmli sovet diplomatı və siyasi xadimi A.A.Qromıkonu Xarici İşlər naziri vəzifəsində Gürcüstan KP MK- nın keçmiş birinci katibi, Siyasi Büronun üzvü E.A.Şeverdnadze əvəz etdi. A.Qromıko fəxri vəzifə hesab olunun SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri təyin edildi və 1989-cu ilə kimi bu vəzifədə qaldı. E.Şeverdnadze ilk iş olaraq demək olar ki, nazirliyin bütün işçilərini, özü- nün 12 müavinindən 10-nu, idarə rəislərinin böyük əksəriyyətini dəyişdirdi. M.Qorbaçov xari- ci siyasət məsələləri üzrə özünün yaxın silahdaşları E.Şevardnadze, A.Yakovlev, G.Arbatovla birlikdə dövlət xarici siyasətinin 3 əsas istiqamətini müəyyən etdi: Birincisi, ABŞ-la tərkisilah məsələsinə dair danışıqlar vasitəsilə Şərqlə Qərb arasında gərginliyi yumşaltmaq; ikincisi, 6f- qanıstandan başlayaraq regional münaqişələri nizamlamaq; üçüncüsü, mövcud dünya nizamı- nı qəbul edərək marksist-leninçi istiqamətli dövlətlərə üstünlük vermədən bütün dövlətlərlə
iqtisadi əlaqələri genişləndirmək.
1985-ci ilin noyabrında Cenevrədə M.Qorbaçov R.Reyqanla görüşərək tərkisilahı sürət- ləndirmək məsələsini müzakirə etdi. 1986-cı ilin oktyabrında Reykyavikdə M.Qorbaçovla R.Reyqanın növbəti görüşündə Avropada orta mənzilli raketlərin ləğv edilməsi, “Strateji mü- dafiə təşəbbüsü”nə dair işlərin dayandırılması və s. məsələlər müzakirə edilərək tərəflərin mövqelərində xeyli yaxınlaşmaya nail olundu. 1987-ci il dekabrın 8-də Vaşinqtonda M.Qor- baçovun səfəri vaxtı yüksək səviyyəli Sovet-Amerika görüşü zamanı yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilə imzalandı. Müqaviləyə əsasən SSRİ 826 ədəd orta mənzilli, 926 ədəd yaxın mənzilli, ABŞ 683 orta mənzilli, 170 yaxın mənzilli raket ləğv etməli idi. Orta mənzilli raketlərin 3 il, yaxın mənzilli raketlərin 1,5 il müddətində ləğv edilməsi nəzərdə tu- tulurdu. 1988-ci iin mayında ABŞ Senatı, ertəsi gün isə SSRİ Ali Soveti bu müqaviləni təstiq etdi. 1988-ci ilin may-iyun aylarında ABŞ-ın prezidenti R.Reyqan Sovet İttifaqına səfərə gəl- dikdə yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilənin paraflanmış sənədləri müba- dilə edilərək qüvvəyə mindi. Yüksək səviyyəli Sovet-Amerika görüşləri və konkret nəticə SSRİ-ABŞ qarşıdurmasını xeyli zəiflətdi. Fakt isə ondan ibarətdir ki, hərbi nöqteyi-nəzərdən yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqaviləni imzalamaqla M.S.Qorbaçov rəhbər- liyi birtərəfli olaraq ABŞ-a əhəmiyyətli dərəcədə güzəştə getmişdi.
1987-ci ildə M.S.Qorbaçov “Bizim ölkə və bütün dünya üçün yenidənqurma və yeni tə- fəkkür” kitabını çap etdirdi. “Yeni təfəkkürün” beynəlxalq məsələlərdə mahiyyəti ondan iba- rətdir ki, bütün bəşəriyyət sivilizasiyası bir-biri ilə sıx bağlıdır, müasir dünyada məqsədə güc vasitəsilə çatmaq qeyri-mümkündür, odur ki, ideoloji müxtəlifliyə əsaslanan qarşıdurmadan əl çəkib, bəşəriyyətin qarşısında duran qlobal problemlərin birlikdə həllinə səy göstərməliyik. Praktik olaraq “yeni təfəkkür” sovet iqtisadiyyatını hərbi yükdən azad etməyə şərait yarat- maqla bərabər iqtisadi islahatların həyata keçirilməsi məqsədilə qərbdən kredit almağı da təmin etməli idi.
“Yeni təfəkkür” siyasətinə uyğun olaraq SSRİ-nin beynəlxalq aləmdə öz müttəfiqlərinə qarşı münasibəti dəyişdirməsini tələb edirdi. İkili standart yanaşmasından Sovet İttifaqı əl çəkərək hər bir xalqın öz talehini həll etmək hüququnu sözdə deyil əməli fəaliyyətdə nümayiş etdirdi. Hələ 1986-cı ilin noyabrın 13-də Siyasi Büronun iclasında etiraf edildi ki, 6fqanıstana daxil olan sovet ordusu xalqın daxili köməyinə arxalanmır və hərbi qələbənin qazanılması prespektivi yoxdur. Qərara alındı ki, 1-2 il ərzində müharibəyə son qoyulsun. Uzun və gərgin danışıqlardan sonra SSRİ, ABŞ, 6fqanıstan və Pakistan nümayəndələri 1988-ci ilin aprelində 6fqanıstanda siyasi vəziyyəti normallaşdırmaq haqqında saziş imzaladılar. 1988-ci il mayın 15-dən sovet qoşunları 6fqanıstandan çıxarılmağa başlandı və bu proses 1989-cu il fevralın 15-də başa çatdı. 1989-cu ilin dekabrında 2-ci SSRİ Xalq Deputatları qurultayı Sovet qoşunlarının 6fqanıstana yeridilməsini siyasi səhv kimi qiymətləndirdi.
SSRİ M.Qorbaçov hakimiyyətinin elan etdiyi xarici siyasət doktrinasına əsaslanaraq Qərblə münasibətləri yaxşılaşdırmaq, iqtisadi çətinlikləri yüngülləşdirmək məqsədilə 80-ci il- lərin ikinci yarısında Anqola, Mozambik, Efiopiya, Nikaraqua kimi ölkələrdəki münaqişlərə hərbi kömək göstərməkdən imtina etdi. İnkişaf etməkdə olan ölkələrə iqtisadi və hərbi kömək göstərilməsi kəskin azaldıldı.
Sovet qoşunlarının 6fqanıstandan çıxarılması, orta və yaxınmənzilli raketlərin Asiyada yerləşdirilməsindən imtina edilməsi, SSRİ Çin sərhədində sovet qoşunlarının azaldılması, Kambocada Vyetnama hərbi köməyin dayandırılması Sovet-Çin münasibətlərini normallaş- dırdı. 1989-cu ilin mayında SSRİ-nin rəhbəri M.S.Qorbaçov Çinə səfər edərək Pekində ölkə- nin liderləri Den Syaopin və Çjao Tszıyan ilə görüşdü. Yüksək səviyyədə keçən Sovet-Çin görüşündə hər iki tərəf dövlətlər arasındakı fikir ayrılığını aradan qaldırmaq əzmini nümayiş etdirdi.
SSRİ-də meydana gələn inzibati-amirlik sistemli sovet modelli sosializm quruculuğu- nun ilk illərində bütün sosialist ölkələri üçün məqbul sayılsa da sonralar sovet təcrübəsi sosia- list ölkələri üçün bir buxova çevrildi. Ləngimə mexanizmi, iqtisadi böhranın dərinləşməsi so- sializm sisteminin iflasını sürtələndirdi. Xalq təsərrüfatının müxtəlif sahələri intensiv inkişaf
mərhələsinə keçirilmədi, elmi-texniki tərəqqinin böyük imkanları lazımınca qiymətləndiril- mədi, onun nailiyyətlərinin istehsalata tətbiq edilməsində inkişaf etmiş ölkələrin təcrübəsi nə- zərə alınmadı. Sənaye və kənd təsərrüfatında əmək məhsuldarlığının aşağı düşməsi sosial gər- ginliyin yaranmasına səbəb olur, əhalinin rifahına mənfi təsir göstərirdi. İqtisadi tərəqqi dina- mikasının pozulması, xarici ölkələrə olan dövlət borclarının artması bir çox sosialist ölkələ- rində vəziyyəti mürəkkəbləşdirdi. Sosializmin demokratiyanın yüksək tipi olması haqqında iddia real həyatla ayaqlaşmırdı. İnsan hüquqlarının qorunması həm daxildə, həm də xaricdə
əsaslı tənqid edilirdi. Demokratik prinsiplərin, aşkarlığın pozulması Kommunist partiyasının nüfuzdan düşməsinə səbəb oldu. SSRİ-də M.S.Qorbaçovun elan etdiyi yenidənqurma siyasəti, yeni siyasi təfəkkür fəlsəfəsi sosialist ölkələrində tədbiq edilə bilməzdi. Beləliklə, Şərqi Av- ropanın sosialist ölkələri çətin sınaq və dəyişikliklər dövrünə daxil oldular, 1980-ci illərin sonu-90-cı illərin əvvəllərində sosializm sistemi dağıldı.
1980-ci illərdə sosialist ölkələrini bürümüş böhran Macarıstanı da əhatə etmişdi. Ma- carıstan Sosialist Fəhlə Partiyası (MSFP) xalq içərisində nüfuzunu itirmiş, köhnə totalitar üsullarla ölkəni idarə edə bilmirdi. 1989-cu ilin oktyabrında MSFP-nın qurultayı proletariat diktaturası, bir sinfin hakimiyyəti konsepsiyasından imtina edərək çoxpartiyalı sistemə ke- çilməsinə səs verdi. Partiyanın yeni adı Macarıstan Sosialist Partiyası oldu. Macarıstan mül- kiyyət formalarının müxtəlifliyinə, bazar iqtisadiyyatının inkişafına əsaslanan yola keçdi.
Sovet İttifaqında elan edilən yenidənqurma islahatları sosialist ölkələri liderlərinin mü- qavimətilə qarşılandı. Onlar öz ölkələrində totalitar metodlu iş üslubunu davam etdirməkdə idi. Polşadakı daxili gərgin vəziyyət 1989-cu ildə “Həmrəylik” müstəqil həmkarlar təşkilatını leqallaşdırmağa, müxalifətin siyasi fəaliyyət hüququnu tanımaqla “dəyirmi stol” təşkil etməyə səbəb oldu. Seymin və senatın birgə iclasında general V.Yaruzelski prezident seçildi, tezliklə onu bu vəzifədə “Həmrəyliy”in tanınmış lideri L.Valensa əvəz etdi. 1990-cı ilin yanvarında PBFP-nın qurultayı çağırıldı və partiyanın yeni adı Polşa Respublikası Sosial Demokratiyası oldu. Polşa parlament demokratiyası və çoxpartiyalı sistemə keçdiyini bəyan etdi.
Rumıniyada 1965-ci ildən hakimiyyətdə olan N.Çauşeskunun amirlik sisteminə qarşı öl- kədə narazılıq get-gedə artırdı. 1987-ci ildə Rumıniyanı rejimə qarşı nümayişlər bürüdü. 1989-cu ilin dekabrında Timişoara şəhərində kütləvi iğtişaşlar baş verdi. Dekabrın 22-də Bu- xarestin mərkəzi meydanında N.Çauşesku siyasətini müdafiə edən mitinqdə birdən-birə “Rədd olsun Çauşesku!” sədaları ucaldı.Çaxnaşma başladı, ordunun bir hissəsi xalqın tərəfinə keçdi. Rumıniya yeganə Avropa ölkəsi idi ki, azadlıq mübarizəsində qan töküldü, 1200 nəfər öldü, minlərlə insan yaralandı. İnqilab qalib gəldi, N.Çauşeskunun diktaturası devrildi. N.Çauşesku və arvadı həbs edilərək hərbi məhkəmənin hökmü ilə dərhal güllələndilər.1990-cı ilin mayında parlament seçkilərində Milli Qurtuluş Cəbhəsi (MQC) aşağı palatada və senatda yerlərin mütləq çoxluğunu qazandı. Səslərin 87 faizini qazanan İ.İlieski Rumıniyanın yeni prezidenti seçildi. 1989-cu il dekabr inqilabından sonra Rumıniya hüquqi dövlət kimi inkişaf edir, xarici siyasət sahəsində sülh və xalqların təhlükəsizliyini, əməkdaşlıq və qarşılıqlı yar- dım, Avropa və NATO ölkələrinə inteqrasiya yolunu müəyyən etmişdir.
Şərqi Avropanın bütün sosialist ölkələrində olduğu kimi 1989-cu ilin yayında Bolqa- rıstanda iqtisadi, sosial-siyasi vəziyyət kəskinləşdi. Teodor Jivkovun hakimiyyəti dövründə məhsul çatışmazlığı, inflyasiyasnın artması ilə bərabər milli münasibətlər sahəsində də vəziy- yət gərginləşdi. Xüsusilə, türklərə qarşı ayrı-seçkilik, onların hüquqlarının tapdalanması daxili vəziyyətin nəzarətdən çıxmasına təkan verdi. 1989-cu il noyabrın 10-da BKP MK plenumu Y.Jivkovu baş katib vəzifəsindən azad etdi. 1990-ci ildə keçirilmiş BKP-nın XIV qurultayı T.Jivkov rejiminin daxili və xarici siyasi xəttini ifşa edərək, partiyanın adını dəyişib Bolqa- rıstan Sosialist Partiyası qoydu. Ölkədə prezident vəzifəsi təsis edildi və P.Mladenov Bolqa- rıstanın ilk prezidenti seçildi. Bolqarıstan köklü siyasi və iqtisadi dəyişikliklər yoluna qədəm qoydu.
SSRİ aşkarlıq və yenidənqurma dövrünə qədəm qoyduqdan sonra M.S.Qorbaçovun Çexoslovakiyaya səfəri və 1987-ci ilin sonunda M.Yakeşin ÇKP MK-nın birinci katibi se- çilməsi ölkədə siyasi həyatın demokratikləşməsinə ümidləri artırdı. Lakin mühafizəkar ölkə
rəhbərliyinin mövqeyi üzündən bu baş tutmadı.1968-ci ildə Sovet ordusunun Çexoslovaki- yaya müdaxiləsinin 20 illiyi və 1918-ci ilin oktyabrın 28-də ölkənin müstəqillik günü münasi- bətilə Praqanın mərkəzində icazəsiz nümayişlər başlandı. 1989-cu ilin noyabrın 17-də tələbə nümayişinin hökumət qüvvələri tərəfindən dağıdılması cəmiyyəti qəzəbləndirdi və kütləvi nümayişlər başlandı. 1989-cu il noyabrın 19-da qeyri-formal təşkilatlar əsasında V.Qavelin başçılığı ilə “Vətəndaş forumu” (VF) hərəkatı yarandı. Hakimiyyət orqanları ilə danışıqlar nəticəsində noyabrın 24-də ÇKP MK-nın birinci katibi M.Yakeş, dekabrın 3-də isə ölkə pre- zidenti Q.Qusak istefa verdi. 1989-cu ilin dekabrın 29-da Federal yığıncaq V.Qaveli respubli- kanın prezidenti seçdi. 1993-cü ilin yanvarın 1-dən Avropanın xəritəsində Çexoslovakiya fe- derasiyası yerinə iki müstəqil dövlət olan Çexiya və Slovakiya Respublikaları meydana gəldi.
Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrində baş verən redikal dəyişikliklər ADR-in iqtisadi və siyasi həyatına ciddi təsir etdi. Rejimdən narazı olan almanlar 1989-cu ildə Çexoslovakiya ilə sərhədi keçib Avstriya və AFR-ə köç edirdi.Ağır iqtisadi və siyasi vəziyyət Almaniya Vahid Sosialist Partiyasının (AVSP) nüfuzdan düşməsinə gətirib çıxardı, 1989-cu il oktyabrın 18-də AVSP-nın IX plenumunda Erix Honekker vəzifədən azad edildi, onu Eqon Krens əvəz etdisə də bu vəziyyəti xilas etmədi.Alman xalqı mövcud rejimə qarşı ayağa qalxaraq 1961-ci ildə çəkilmiş Berlin divarını dağıtdı, Konstitusiyada AVSP-nin rəhbər rolu haqqında maddə ləğv edildi. 1989-cu ilin dekabrında olan fövqəladə qurultayda partiya Demokratik Sosialist Partiyası adlandırıldı. İki alman dövlətinin birləşdirilməsi uğrunda mü- barizə genişləndi. Bu məsələnin müzakirəsi 1990-ci ilin fevralında keçirilən “2+4”, yəni AFR, ADR və İkinci Dünya müharibəsinin qalib dövlətləri ABŞ, SSRİ, İngiltərə, Fransa formulu
əsasında baş tutdu. 1990-cı ilin iyulunda M.S.Qorbaçovla AFR-in kansleri Q.Kolun görüşün- də SSRİ rəhbəri xərclərin AFR tərəfindən ödənilməsi şərti ilə ADR ərazisindəki 500 minlik sovet hərbi hissələrini çıxarmağa razılıq verdi. Sentyabr ayının 12-də danışıqların iştirakçısı olan dövlətlər Almaniya məsələsinin tənzimlənməsinə dair sənədi imzaladılar. 1990-cı il avqustun 31-də ADR dövlət katibi Krauzen və AFR-in daxili işlər naziri Şoyble Almaniynaın birləşdirilməsi haqqında müqaviləni imzaladılar, müqavilə sentyabrın 29-da hər iki dövlətin parlamenti tərəfindən təstiq edildi və oktyabrın 3-də qüvvəyə mindi. 1990-cı ilin noyabr ayında SSRİ ilə AFR arasında qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalandı.
Beləliklə, 1980-ci illərin sonu – 90-cı illərin əvvəllərində sosialist ölkələrinin idarə edil- məsini təmin edən kommunist partiyasının hakimiyyətinə xitam verildi, Cənubi Şərqi Avropa ölkələrində çoxpartiyalı sistem meydana gəldi, ADR AFR-lə vahid Almaniya dövlətində bir- ləşdi, Macarıstan, Polşa, Rumıniya, Bolqarıstan, Çexoslovakiya kimi ölkələr də bazar iqtisa- diyyatına və demokratik prinsiplərə söykənən cəmiyyət qurmağa başladı.1990-ci ildən başla- yaraq sovet ordusu Şərqi Avropadan çıxarılmağa başlandı. 1991-ci il aprelin 1-də Varşava Müqaviləsi Təşkilatının (VMT) hərbi strukturunun buraxıldığı elan olundu. İyulun 1-də isə blokun siyasi strukturu ləğv edildi. Həmin gün sovet ordusu Macarıstan və Çexoslovakiyadan çıxarıldı.1991-ci il iyunun 29-da Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) buraxıldı.Bununla da, sosialist əməkdaşlığına son qoyuldu.
1990-cı ilin avqustunda İraq Küveyt ərazisinin tarixən ona məxsus olduğunu irəli sürə- rək bu ölkəni işğal etdi. Təhlükəsizlik Şurası işğalçı qoşunları Küveytdən çıxarmaq məqsədilə silahlı qüvvələrdən istifadə etməyə dair qərar qəbul etdi.1991-ci ilin yanvarında “səhrada fır- tına” əməliyyatı başlandı, əsasən ABŞ-ın hərbi qüvvələri İraq ordusunu məğlub edərək Kü- veyti azad etdi. SSRİ ilə İraq arasında 1972-ci ildə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmasına baxmayaraq Sovet diplomatiyası öz ənənəvi dostunu müdafiə etmədi və iş- ğalçı dövlət kimi İraqa qarşı keçirilən əməliyyata razılıq verdi. Bu antihitler koalisiyasından sonra birinci hadisə idi ki, SSRİ ABŞ-ın üçüncü dövlətə qarşı müdaxiləsini dəstəkləyirdi. Dİgər bir tərəfdən SSRİ ilə İraq arasında mövcud iqtisadi əməkdaşlıq və İraqın SSRİ-yə olan bir neçə milyard dollar həcmindəki dövlət borcları ona qarşı tətbiq edilən iqtisadi embarqo ilə Sovet İttifaqının iqtisadiyyatına zərbə oldu. Bununla belə, təsadüfi deyil ki, 1990-cı ilin no- yabrında SSRİ-nin prezidenti M.S.Qorbaçov Sülh uğrunda Nobel mükafatına layiq görüldü. SSRİ-nin yeni xarici siyasət kursu “soyuq müharibə”nin nəticələrini aradan qaldırdı və döv-
lətlər arasındakı etimadsızlığa son qoydu.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin