İctimai-siyasi vaziyyat. M.S.Qorbaçov və onun yaxın ətrafının iqtisadi islahatlar sahə- sindəki uğursuzluğu yeni siyasi anlayışların “aşkarlıq”, “plüralizm” və s. irəli sürülməsi ilə nəticələndi. Aşkarlıq o demək idi ki, ölkə rəhbərliyi bundan sonra xalqdan heç bir şeyi gizlətməməlidir. Plüralizm isə tənqidetmə azadlığını elan edirdi. 1986-cı il fevralın 25-dən martın 6-dək davam edən Sov.İKP -nin XXVII qurultayında M.S.Qorbaçov yeni ideya olaraq aşkarlığı elan etməklə bərabər partiya və sovet orqanlarının əvəzçilik yolu ilə birləşdirilmə- sinin yolverilməz olduğunu bildirdi. Qurultaydan sonra M.Qorbaçov və onun komandası par- tiya və dövlət aparatı heyətinin ciddi müqaviməti ilə üzləşdi. Yenidənqurma və aşkarlığın elan edilməsi partiya aparatının təmizlənməsi, kadrların əvəzlənməsi və M.Qorbaçovun yeni komandasının möhkəmlənməsi üçün şərait yaratdı. Birinci növbədə əvvəlki Brejnev hakimiy- yəti ilə bağlı olan kadrlar partiya və dövlət vəzifələrindən uzaqlaşdırıldı. 1985-ci ilin iyulunda Q.Romanov, oktyabrıda N.Tixonov, 1986-cı ilin fevralında V.Qrişin, 1987-ci ilin yanvarında D.Kunayev, 1987-ci ilin oktyabrında H.6.6liyev, 1988-ci ilin sentyabrında M.Solomentsev, A.Qromıko tutduqları yüksək partiya və dövlət rəhbərliyindən kənar edildi. Bu uzun illər təcrübə toplayan, partiya və dövlət xadimləri M.S.Qorbaçov komandasının yeni üzvləri N.Rıjkov, E.Şevardnadze, V.Çebrikov, A.Yakovlev və b. əvəz olundu. 1985-ci ilin sent- yabrında N.Rıjkov SSRİ Nazirlər Soveti sədri vəzifəsində L.Brejnevin məsləkdaşı N.Tixo- novu əvəz etdi. E.Şevarnadze isə SSRİ Xarici İşlər naziri təyin olundu. 1987-ci ilin əvvəlinə doğru Siyasi Büro üzvlərinin 70, Sov.İKP MK üzvlərinin 40, vilayət partiya təşkilat katib-
lərinin 60 faizi dəyişdirilərək əvəz edildi. 1986-1988-ci illərdə şəhər və rayon partiya komitəsi katiblərinin 70 %-i dəyişdirildi. 1985-ci ilə kimi SSRİ Nazirlər Sovetinin vəzifəyə təyin edilmiş 115 nəfər işçisindən 1989-cu ildə yalnız 10 nəfəri qalmışdır. 1986-cı ilin fevralında Sov.İKP Moskva şəhər komitəsinin birinci katibi V.Qrişin vəzifəsindən azad edilərək onun yerinə Sverdlovsk (Yekaterinburq) şəhər partiya komitəsinin birinci katibi B.N.Yeltsin seçildi. Demək olar ki, yeni Baş katib M.S.Qorbaçov bir il ərzində əvvəlki hakimiyyətin dayağı olan bütün partiya aparatı işçilərini dəyişdi.1985-1987-ci illərdəki dəyişikliklər yerli partokratların ciddi müqaviməti ilə qarşılaşdı ki, onların da ideya rəhbəri “Brejnev” qvar- diyasının mühafizəkar qanadını təmsil edənlərdən Siyasi Büronun üzvü Y.K.Liqaçov idi. Yerli partiya başçıları aşkarlıq şəraitində öz imtiyaz və toxunulmazlıqlarını itirməkdən qorxurdular. Partiya və dövlər aparatının mühafizəkar hissəsinin müqaviməti M.S.Qorbaçovu təhrik etdi ki, aşağılarda, xüsusilə ziyalılar arasında müdafiəçilər axtarsın.
1986-cı ildə aşkarlığın ilk əlamətləri görünməyə başladı, icitmai həyatda səs salan T.E.Abuladzenin “Tövbə” (“Pokayanie”) filmi göstərildi. Kütləvi informasiya vasitələrində “dissident”, “fərqli düşünən” terminləri yoxa çıxdı, akademik A.D.Saxarov 1986-cı ilin de- kabrında Qorkidəki sürgündən qayıtdı. E.V.Yakovlevin baş redaktoru olduğu “Moskovskie novosti”, V.A.Korotiçin baş redaktoru olduğu “Oqonek”jurnallarının səhifələrində kəskin publisist yazılar dərc olunmağa başlandı. Ölkədəki problemlərdən bəhs edən yazılara üstünlük verdiyindən “Mosksovskie novosti”, “Oqonek”, “Literaturnaya qazeta” nəşrləri xalq arasında geniş şöhrət qazanmışdır və onların çapı 5 milyon nüsxəyə çatırdı. 6gər əvvəllər kütləvi in- formasiya vasitələri mərkəzdə təsdiq edilmiş bir rəsmi mövqedən çıxış etmək imkanına malik idisə, aşkarlıq şəraitində onlar cəmiyyətdə mövcud olan çoxtərəfli maraqları nəzərə almaqla siyasi plüralizmə geniş yer vermək şəraiti əldə etdilər. Stalinin şəxsiyyətinə pərəstişin səbəb- ləri və nəticələri, kütləvi repressiyalar, cəmiyyətin mərkəzləşmiş idarəetmə sisteminin yaran- ması, 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında ölkənin iqtisadi və elmi-texniki inki- şafının dayanması kimi məsələlər aşkarlıq şəraitində yeni düşüncə tərzi ilə işıqlandırıldı və öz haqlı qiymətini aldı. 1987-ci ildə siyasi repressiya qurbanlarının əfv edilməsi üzrə Sov.İKP MK-nın katibləri əvvəlcə M.S.Solomentsevin, sonra isə yenidənqurmanın ardıcıl tərəfdar- larından biri olan A.N.Yakovlevin sədrliyi ilə Komissiya yaradıldı. Komissiyanın təşəbbüsü ilə 1930-1950-ci illərdəki siyasi repressiya qurbanlarına hətta “mülayimləşmə” dövründə belə olduğundan çox geniş əfv kompaniyası başlandı. İ.V.Stalin rejiminin müxalifət liderləri L.B.Kamenev, Q.E. Zinovyev, N.İ.Buxarin, A.İ.Rıkov və b. ağlandı. 6vvəllər çap edilməsinə qadağan qoyulan arxiv sənədləri nəşr edilərək sovet tarixinin qaranlıq səhifələrinə işıq saldı. Böyük Vətən müharibəsi ərəfəsində Molotov-Ribbentrop paktı kimi tanınan sovet-alman müqaviləsi nəşr edilərək işıq üzü gördü. N.İ.Buxarın və L.D.Trotskinin əsərləri çap olundu.
1987-ci ilin yanvarında Sov.İKP MK-nın Plenumunda M.Qorbaçov bəyan etdi ki, yenidənqurma yalnız demokratiya əsasında mümkündür, odur ki, aşkarlığı genişləndirmək la- zımdı. Yanvar Plenumundan sonra mətbuatdakı tənqidi məqalələr daha kəskin xarakter aldı. Mühacirətə və repressiyaya məruz qalan yazıçılar D.S.Merejkovski, V.V.Nabokov, V.F.Xo- daseviç, A.P.Platonov, B.A.Pilnyak, V.T.Şalamov və b. əsərləri çap edilərək sovet oxucusuna çatdırıldı. 1987-1988-ci illərdə stalinizm və sovet rejimini amansız tənqid etdiyi üçün senzura tərəfindən nəşri qadağan edilən əsərlər, o cümlədən D.A.Qraninin “Zubr”, V.D.Dudintsevin “Ağ paltar” (“Belıe odejdı”), A.N.Rıbakovun “Arbat uşaqları” (“Deti Arbata”) romanları işıq üzü görərək çap edildi.A.A.Axmatovanın “Rekviyem”, M.F.Şatrovun “Brest sülhü” (“Bret- skiy mir”), E.İ.Zamyatinin “Biz” (“Mı”), V.S.Qrossmanın “Həyatlar və talelər” (“Jizn i sud- ba”) və b. əsərlər nəşr olundu. Mühacirətdə olan bir çox şair, yazıçı və ziyalı Rusiyaya qayıt- dı. Bu əsərlər “aşkarlığın lokomativi” kimi totalitarizmi ifşa etməyin təqibi qorxusundan azad olmağa kömək etdi. Cəmiyyət tədricən tarixinin “ağ ləkələrindən” azad olmaq zərurətini dərk etməyə başladı. Yeni şəraitdə köhnə yanaşma metodu yararsız olduğundan 1988-ci ildə məktəblərdə tarix imtahanları ləğv edildi.
1988-ci ilin martında “Sovetskaya Rossiya” qəzetində Leninqraddan olan müəllimə N.A.Andreeva “Prinsiplərimdə güzəştə gedə bilmərəm” (“Ne moqu postupitsya prinsipami”)
məqaləsini dərc etdirdi. Məqalənin müəllifi yenidənqurmanın liderlərini sinfi yanaşmanı itirdikləri üçün tənqid edirdi, İ.V.Stalini isə tərifləyirdi. N.Andreevanın məqaləsi çox güman ki, Siyasi Büroda ideoloji məsələlərə rəhbərlik edən MK-nın katibi Y.K.Liqaçovun tapşırığı ilə çoxlu yerli qəzetlərdə çap edilərək yayıldı.Yalnız bir həftədən sonra M.Qorbaçov xarici səfərdən qayıtdıqdan sonra “Pravda” qəzeti Siyasi Büronun üzvü A.N.Yakovlevin hazırladığı “Yenidənqurmanın prinsipləri: fikrin və hərəkətin inqilabçılığı” (“Prinsipı prerstroyki: revol- yutsionnost mışleniye i deystviy”) məqaləsini dərc etdi. N.Andreevanın məqaləsi “antiyeni- dənqurma qüvvələrinin manifesti” adlandırıldı. Kütləvi informasiya vasitələri İ.Stalinin ifşa edilməsindən bəhs sedən məqalələri daha çox çap etməyə başladılar. Hətta V.İ.Leninin ün- vanına belə əvvəllər ağıla gəlməyən tənqidlər səslənməyə başlandı. Xüsusilə silahlı üsyanın ilk illərində bolşeviklər partiyasının qırmızı terror, din xadimlərinə və başqa cür düşünən zi- yalılara qarşı repressiyalar tədbiq etmələri daha çox tənqid olunurdu.
1988-ci il iyunun 28-dən iyulun 11-dək olan XIX Ümumittifaq partiya konfransında yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin gələcək inkişafı ilə bağlı kəskin fikir mübadiləsi oldu. Konfrans nümayəndələrinin çoxu ölkənin iqtisadi islahatları və cəmiy- yətin siyasi sisteminin dəyişdirilməsi ilə bağlı M.S.Qorbaçovun nöqteyi-nəzərini müdafiə etdi. Konfrans ölkədə hüquqi dövlət yaratmaq kursunu təstiq etdi. Hüquqi dövlətin yaradılmasının
əsas yolu isə siyasi islahatların keçirilməsi idi. Siyasi islahatın mahiyyəti isə partiya orqanları və sovetlərin səlahiyyətlərini dəqiq müəyyən edib hakimiyyətin Kommunist partiyasından Sovetlərə keçməsini təmin etməkdən ibarət idi. 6slində konfransın qərarı ilə partiya orqanları dövlət funksiyasını yerinə yetirməkdən məhrum edilir, respublikaların hüquqları genişlən- dirilirdi. Konfransın mühüm yekun qərarı SSRİ xalq deputatları qurultayının çağırılması oldu. Qurultay 2250 nəfər deputatdan ibarət olmalı, deputatlar isə öz aralarında daimi fəaliyyət göstərən Ali Soveti seçməli idi. Deputatların üçdə iki hissəsi birmandatlı dairələrdən, üçdə biri ictimai təşkilatlardan seçilirdi. 6n çox deputat, yəni 100 nəfər Sov.İKP-nı təmsil edirdi. Onlarla adam komsomol, həmkarlar, Elmlər Akademiyasını, hər biri on nəfərdən ibarət olmaq etibarı ilə böyük yaradıcılıq ittifaqlarını təmsil edirdi. Ölkə tarixində ilk dəfə real səsvermə hüququ əldə edən seçicilər son dərəcə fəallıq göstərərək çox halda mövcud hakimiyyətin
əleyhinə səs verirdilər. Odur ki, ərazi dairələri üzrə namizədliyini irəli sürən bir çox paykom və obkom katibləri məğlub oldular. Leninqraddan bir nəfər də olsa partiya rəhbəri deputat seçilə bilmədi. Başqa sözlə, 1989-cu ilin martında keçirilən seçkilər partiya aparatına qarşı öznəməxsus inqilab səciyyəsi daşıyırdı. Seçkilər ərəfəsində Moskvada kütləvi mitinqlər oldu. Moskva dairəsində səslərin demək olar 90 faizini B.N.Yeltsin qazandı. Hələ 1987-ci ildə Moskva şəhər partiya komitəsinin birinci katibi olarkən B.Yeltsin yenidənqurmanın sürətin- dəki nöqsanları tənqid edərək istefaya göndərilmişdi. Moskva şəhər partiya komitəsinin ple- numunda M.Qorbaçov və Y.Liqaçov tərəfindən təşkil edilmiş kampaniyada B.Yeltsin volün- tarizmdə, hətta partiyaya arxadan xəncər vurmaqda sərt ittihamlarla üz-üzə qaldı. B.Yeltsin XIX partiya konfransında “siyasi əfv” istəsə də rədd edildi və SSRİ Dövlət Tikinti Komitə- sinin sədri kimi işini davam etdirdi. Bununla Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsindən və Siyasi Büro üzvlüyünə namizədlikdən azad edilən B.N.Yeltsinin partiya kar- yerası başa çatdı, lakin onun qarşısında yeni bir yol, yenidənqurmanın xalq tribunası yolu açıldı.
Yeltsin Boris Nikolayeviç 1931-ci ildə Ural vilayətinin Butka kəndində anadan olub. Ural Politexnik İnstitutunu bitirdikdən sonra tikinti mühəndisi işləyib. Bu işdə onun kütləni böyük işlərə səfərbər etmək, təşkilatçılıq, liderlik bacarığı üzə çıxıb. 32 yaşında olarkən B.Yeltsin nəhəng evtikmə kombinatının başçısı olub.1968-ci ildə partiya işinə keçərək, 1976- cı ildən Sov.İKP-nın Sverdlovsk vilayət komitəsinin birinci katibi seçilib. 1985-ci ildə mər- kəzi partiya-dövlət aparatının yenilənməsi ilə əlaqədar olaraq B.N.Yeltsin Sov.İKP Moskva şəhər komitəsinin birinci katibi seçilib. 1987-ci ildə istefaya göndərildikdən sonra 1989-cu ilin əvvəllərindən B.Yeltsin fəal siyasi mübarizəyə qoşulub.
1989-cu ildə SSRİ xalq deputatları Qurultayına alternativ seçki əsasında keçən seç- kilərdə Leninqraddan Qurultayın gələcək “demokratik fraksiya” liderləri A.Sobçak, Y.Bol-
dırev, A.Denisov deputat seçildi. İctimai təşkilatlardan deputat seçilənlər arasında A.Saxarov, P.Saqdeev, P.Buniç, A.Yakovlev, V.Qinzburq, N.Şmelev, V.İvanov, S.Averentsev və b. var idi. Ümumən 2250 deputat seçilmişdi.
1989-cu il mayın 25-də SSRİ xalq deputatlarının I Qurultayı açıldı. Qurultay M.Qor- baçovu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, A.Lukyanovu isə onun müavini seçdi. 542 nəfər deputatdan ibarət SSRİ Ali Soveti seçildi. Qurultay N.Rıjkovu Nazirlər Sovetinin sədri, E.Smolentsevi Ali məhkəmənin sədri, A.Suxarevi Baş prokuror, Y.Matveevi Baş dövlət ar- bitri təsdiq etdi. Qurultayda gedən siyasi müzakirələrdə radikal əhval-ruhiyyəli deputatlar N.Rıjkov hökumətinin iqtisadi siyasətini kəskin tənqid edərək sürətlə bazar iqtisadiyyatına keçməyi tələb etdilər. Demokratik istiqamətli deputatlar mövcud hakimiyyətə qarşı müxalifətə keçərək Regionlararası deputat qrupunda birləşdilər (MDQ). B.N.Yeltsin, A.D.Saxarov, Y.N.Afanasyev, Q.X.Popov qrupun həmsədrləri seçildi. Beləliklə, Qurultay M.S.Qorbaçov başda olmaqla yenidənqurma islahatının mötədil və Regionlararası deputat qrupunun rəhbər- ləri akademik A.Saxarov, B.Yeltsin, Y.Afanasyev, Q.Popov, A.Sobçak, Y.Çerniçenko başda olmaqla radikal tərəfdarlarını təsbit etdi.
1989-cu ilin payızında Şərqi Avropa ölkələrində baş verən “dinc” və “məxməri inqilab” demokratik müxalifətin daha qəti addım atması ilə müşayiət olundu.1989-cu ilin dekabrında 2-ci xalq deputatları Qurultayında Regionlararası deputat qrupunun üzvləri Sov.İKP-nı “sovet cəmiyyətinin aparıcı və istiqamətverici qüvvəsi, onun siyasi sisteminin nüvəsi” elan edən 1977-ci il Konstitusiyasının 6-cı maddəsini ləğv etməyi tələb etdi. Deputatların bu tələbini bir çox mətbuat orqanı, xüsusilə tətil edən mədənçilər müdafiə etdi. Keçirilən sorğuya əsasən cəmiyyətdə mövcud ictimai rəyə görə 50 faizdən çox əhalinin bu tələbi müdafiə etməsinə bax- mayaraq qurultay səs çoxluğu ilə onu rədd etdi.
RSFSR xalq deputatları Qurultayına seçkilər yaxınlaşırdı. İttifaq rəhbərliyində və Qu- rultayda çoxluq əldə edə bilməyən radikallar Rusiyada qələbə qazanaraq onun müstəqilliyini elan etməklə mərkəzi hakimiyyətin real gücündən xilas olmaq niyyəti ilə 1990-cı il yanvarın 21-22-də “Demokratik Rossiya” blokunu yaratdılar. Blokun özəyini Regionlararası deputat qrupunun nümayəndələri təşkil edirdi. Onlar öz platformalarına Konstitusiyanın 6-cı mad- dəsinin ləğv edilməsini, istehsal və dövlət idarələrində partiya orqanlarının işinə xitam ve- rilməsini, Ali Sovetin daimi fəaliyyət gösətərən orqana çevrilməsini daxil etmişdilər. Eyni zamanda Moskva ali partiya məktəbinin rektoru V.Şostakovski və elmi kommunizm müəllimi V.Lısenko “Sov. İKP-də Demokratik platforma”nı yaradaraq Sov.İKP-nı parlament tipli partiyaya çevirmək məqsədi daşıyırdılar.
Demokratik qüvvələrin məqsədyönlü fəaliyyəti, real sosializmin total tənqidi sayəsində partiyanın daxilində ziddiyyətlər getdikcə dərinləşir, onun liderləri hakimiyyətdən və xalqdan uzaqlaşırdı. M.S.Qorbaçovun mövqeyindəki tərəddüdlər onun həm sağdan, həm də soldan tənqidini gücləndirdi. İctimai rəyin sorğusuna əsasən 1989-cu ilin dekabrında rəyi soruşulan- ların 52, 1990-cı ilin oktyabrında isə yalnız 21 faizi M.Qorbaçovu müdafiə edirdi. Bu isə o demək idi ki, kommunist partiyasının və onun lideri M.Qorbaçovun nüfuzu gündən-günə aşa- ğı düşürdü. Cərəyan edən gərginlik Litva kommunist partiyasının parçalanmasına səbəb oldu. Litva Kommunist partiyası MK-nın birinci katibi A.Brazauskas başda olmaqla kommunist- lərin böyük əksəriyyəti Sov.İKP-dən çıxdıqlarını elan etdilər. Azlığı təmsil edən ikinci qrup Sov.İKP platformasında qaldığını bəyan etdi. Belə şəraitdə, M.Qorbaçov təşəbbüsü ələ al- mağa çalışaraq 1990-cı ilin fevralında Mərkəzi Komitənin Plenumunda 6-cı maddədən imtina etmək haqqında qərarı keçirə bildi. 1990-cı il martın ortalarında 3-cü Xalq deputatları qurul- tayında SSRİ Konstitusiyasının 6-cı maddəsi ləğv edildi. Ümumxalq səsverməsi ilə deyil, qu- rultay nümayəndələrinin 60 faizinin səsi ilə M.S.Qorbaçov SSRİ-nin ilk və son prezidenti se- çildi. Beləliklə, SSRİ-də çoxpartiyalı sistemin əsası qoyuldu. 1990-cı ilin iyulunda Sov.İKP- nın XXVIII qurultayı partiyanın yeni proqramını qəbul edərək onun məqsədinin demokratik sosializm quruculuğu olduğunu elan etdi. Bu əslində M.S.Qorbaçov və onun tərəfdarlarının qərbi Avropa sosial-demokratları ilə yaxınlaşması demək idi. Lakin Sov.İKP-ni parlament tipli demokratik partiyaya çevirmərk mümkün olmadı. B.N.Yeltsin 1990-cı ildə Sov.İKP
sıralarını tərk etdiyini bildirdi. Sov.İKP-nın XXVIII qurultayından sonra bir il ərzində 4 milyon adam Kommunist partiyasının sıralarını tərk etdi. Sov.İKP parçalanması nəticəsində 1990-cı il iyunun 19-da İ.K.Polozkov birinci katib olmaqla Sov.İKP-nin tərkib hissəsi kimi Rusiya Kommunist Partiyası (RKP) yarandı. Onun fəal rəhbərlərindən biri G.Züqanov oldu.
1990-cı ilin mayında 1-ci Rusiya Xalq deputatları qurultayı oldu. B.N.Yeltsin Ali So- vetin sədri seçildi. Regionlararası qrupun liderləri Q.X.Popov Moskva şəhər sovetinin, A.A.Sobçak isə Leninqrad şəhər Sovetinin sədrləri seçildi. 1990-cı il iyunun 12-də deputatlar Rusiyanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdilər. 1990-cı ildə demək olar ki, bütün respublikalar müstəqillik haqqında bəyannamə qəbul etmişdi.
1990-cı ilin dekabrında 4-cü SSRİ Xalq deputatları qurultayında mühafizəkarların kö- məyi ilə M.S.Qorbaçov prezident kimi yeni adı Nazirlər Kabineti olan hökumətə bilavasitə rəhbərlik etmək səlahiyyəti aldı. İstefaya gedən N.İ.Rıjkovun yerinə maliyyə naziri V.S.Pav- lov Nazirlər Kabinetinin sədri oldu.Yeni təsis edilən vitse-prezident vəzifəsinə M.Qorbaçovun təkidi ilə keçmiş komsomol və partiya işçisi G.İ.Yanaev təyin olundu. Mühafizəkarların nifrət etdikləri Xarici İşlər Naziri E.A.Şevardnadze diktaturanın təhlükəsini xəbərdar edərək istefaya getdi.
1991-ci il martın 17-də SSRİ-nin qalması ilə bağlı referendum keçirildi. Ölkə əhalisinin böyük əksəriyyəti, yəni 71,3 faizi Sovet İittifaqına səs verdi. Martın 28-də RSFSR Xalq De- putatlarının fövqəladə qurultayı toplandı. Qurultayda kommunist deputatlar arasında parça- lanma baş verdi, A.Rutskoy “Kommunistlər demokratiya uğrunda” fraksiyasın yaratdı və B.N.Yeltsini müdafiə etdiyini bildirdi. Qurultay R.Xasbulatovun köməyi ilə 1991-ci ilin iyununda Rusiyanın Prezidentini seçməyi qərara aldı.
B.N.Yeltsin 1991-ci il iyunun12-də ümumxalq səsverməsində səslərin 57 faizini alaraq Rusiya Federasiyasının prezidenti seçildi. Prezidentliyə namizəd N.Rıjkov səslərin yalnız 17 faizini qazana bildi. A.V.Rutskoy vitse-prezident seçildi. 1991-ci il iyulun 20-də B.Yeltsin müəssisə və idarələrdə partiya komitələrinin fəaliyyətinin qadağan edilməsi haqqında fərman imzaladı. Bu sayları 21-dən 15 milyon nəfərə düşən Sov.İKP-nin dağılması daha da sürət- ləndirdi.