Federalizmin inkiúafı. Çeçenistan müharibasi. Rusiya federasiyasına SSRİ-dən miras qalan ən mürəkkəb məsələlərdən biri millətlər arasındakı münasibətlər problemidir. Vəziyyəti gərginləşdirən şərait ondan ibarət idi ki, yeni Rusiyaya federativ quruluşun əvvəlki etnik prinsipi miras qalmışdı.Yalnız fərq ondan ibarət idi ki, Federasiyanın subyektləri keçmiş Rusiya muxtariyyətləri idi. Ölkədəki etnosiyasi vəziyyət göstərdi ki, SSRİ-dən fərqli olaraq
əhalinin 80 faizindən çoxunu təşkil edən rus xalqı bütün Rusiya ərazisi üzrə yayılmışdır. Məhz bu amil respublikalarda fəaliyyətdə olan milli hərəkatlarda və ayrı-ayrı respublikaların rəhbərliyində nəzərə alınmamışdı.
1992-ci ilin martında Prezidentlə respublikaların nümayəndələri arasında imzalanan Federativ müqavilə problemi siyasətdən hüquq sahəsinə keçirməklə Rusiyanın parçalanması təhlükəsin təxirə saldı. Lakin müqavilə yeni təhlükəyə, Federasiya subyekti statusunun qanun qarşısında qeyri-bərabərliyinə şərait yaratdı. Milli respublikalar vilayət və diyarlardan fərqli olaraq daha çox səlahiyyət alırdı. Çeçenistan və Tatarıstan müqaviləni imzalamadıqlarından Rusiya Federasiyasının bütövlüyü sual altında qalırdı. Bir çox milli hərəkatların proqram sə- nədlərində separat tələblər yer alırdı. Konstitusiyalarını qəbul edən bir sıra muxtar respub- likalar yerli qanunları federal qanunlardan üstün tutur və Federasiyadan çıxmaq hüququnu təsbit edirdi. Tatarıstan, Çeçenistan, Başqırdıstan, Tuva, Yakutiya (Saxa Respublikası) federal büdcəyə keçirdikləri vəsaiti azaltdı. 1992-ci ildə Tatarıstan respublikasının dövlət statusu haq- qında referendum keçirildi. Səsvermədə iştirak edənlərin 60 faizi Tatarıstanın dövlət müs- təqilliyinə səs verdi. 1994-cü il fevralın 15-də Federal hakimiyyətlə Tatarıstan arasında səla- hiyyətlərin müəyyən edilməsinə dair müqavilə imzalandı ki, bu sənədə əsasən respublika Federasiyasının başqa subyektlərindən daha çox hüquqlar, o cümlədən tatar vətəndaşlığının verilməsi, xarici dövlətlərlə münasibətlər yaradılması və b. hüquqlar aldı. Yalnız bundan sonra Tatarıstanda RF Dövlət Dumasına seçkilər keçirildi. Bir çox məsələlər üzrə kom- promisin əldə edilməsində Tatarıstan Respublikasının Prezidenti M.Ş.Şaymiyevin çevik və konstruktiv mövqeyi önəmli rol oynadı. 1993-cü ildəki Prezident və Parlament qarşıdur- masından, yeni Rusiya Konstitusiyasının qəbul edilməsindən sonra Federasiyanın subyektlə- rinin böyük əksəriyyətilə münasibətlər normal məcraya düşdü. 1994-1995-ci illərdə muxtar
qurumlarla 20 ikitərəfli müqavilələr imzalandı. Nəticədə Federasiyanın milli-ərazi subyektləri daha çox müstəqillik əldə etdilər ki, bu da bir çox diyar və vilayət rəhbərliyinin narazılığına səbəb oldu. Bununla birlikdə, mərkəzin kompromis mövqeyi separatizmin tədricən aradan qaldırılmasına, eksteremist milliyətçi qüvvələrin təcrid edilməsinə kömək etdi.
Müstəqilik uğrunda cərəyan edən hadisələrin mərkəzi Şimali Qafqaz oldu. 1990-cı ilin yazında çeçen xalq konqressi Çeçenistanın müstəqilliyi haqqında qətnamə qəbul edərək onu İckeriya Respublikası adı ilə elan etdi. 1991-ci ilin oktyabrında Estoniyadakı keçmiş HHQ- nin diviziya komandiri, istefada olan general C.Dudayev Çeçen-İnquşetiya respublikasının prezidenti seçildi. 1992-ci il iyununda İnquşetiya Çeçenistandan ayrılaraq RF tərkibində İnquş respublikasını elan etdi. 1991-ci il oktyabrın 27-də C.Dudayev Çeçen Respublikasının prezi- denti seçildi və parlament formalaşdı. 1991-ci il oktyabrın 26-da C.Dudayevin fərmanı ilə Çeçen respublikasının ərazisində olan bütün Rusiya Federasiyasının hərbi hissələrinin silah və hərbi texnikası respublikanın mülkiyyəti elan olundu.1992-ci ilin mayında C.Dudayevin tərəfdarları hərbi texnikanın 80, atıcı silahların 75 faizini ələ keçirdi. 1991-ci il dekabrın 24-də imzaladığı fərmanla respublikanın bütün kişi əhalisin orduda xidmət etmək mükəlləfiyyəti ilə vəzifələndirən C.Dudayev daimi ordu yaratdı ki, onun da sayı 15 min nəfərə çatırdı.
1994-cü il noyabrın 29-da Rusiya Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların başlaması haqqında qərar qəbul edildi. Noyabrın 30-da prezident B.Yeltsin, “Çeçen res- publikasının ərazisində konstitusiya qanununun və hüquq qaydalarını bərpa etmək tədbirləri haqqında” gizli fərman imzaladı. 6məliyyatı 25 gün ərzində yekunlaşdırmaq nəzərdə tutulsa da onu pis hazırlamışdılar. 1994-cü il dekabrın 11-də birinci çeçen müharibəsi başladı. Qroznıda C.Dudayevin 15 min qoşunu, 60 top və minaatanı, 30 “Qrad” qurğusu, 50 tankı vardı. Federal qoşunlar çeçen respublikasının ərazisinə daxil olaraq 1995-ci ilin yayına doğru ağır döyüşlərdən sonra əsas yaşayış məntəqələrini ələ keçirərək dudayevçiləri dağlara sıxış- dırdılar. Baxmayaraq ki, Müdafiə naziri P.S.Qraçov ictimaiyyəti və prezidenti inadırmağa çalışırdı ki, C.Dudayevi devirmək üçün “iki saat və bir paraşüt desant polku” kifayətdir. 6məliyyatlar göstərdi ki, dudayevçilər müasir sovet və xarici silahlarla hərbi əməliyyatlara daha yaxşı hazırlaşmışlar. “Qayda-qanunun bərpası” aviasiya, tanklar və digər ağır texnikanın tədbiqi ilə uzun və qanlı müharibəyə çevrildi.
1995-ci ilin iyulunda bir qrup çeçen döyüşçüsü Ş.Basayevin başçılığı ilə Çeçenistan sərhədindən 150 km uzaqlıqda yerləşən Stavropol diyarının Budyonovsk şəhərində 1500 nəfəri, o cümlədən uşaq və qadınları girov götürərək Rusiya hökumətini onların tələblərini yerinə yetirməyə məcbur etdi. Federal hakimiyyət çeçen liderlərlə yenidən danışıqlara başladı. 1996-cı ilin aprelində C.Dudayev öldürülsə də vəziyyət dəyişmədi. 1996-cı ilin avqustunda çeçen döyüşçüləri dağlardan enərək Qroznıya hücum etdilər və onu federal qoşunlardan təmizlədilər. 1996-cı il avqustun 31-də Dağıstanın Xasavyurt qəsəbəsində Təhlükəsizlik Şurasının katibi general-leytenant A.Lebedlə çeçen qoşunlarının qərargah rəisi A.Masxadov arasında müharibənin dayandırılması, rus qoşunlarının respublikadan çıxarılması və Çeçen respublikasının ərazisində demokratik seçkilərin keçirilməsi haqqında saziş imzalandı. Çe- çenistanın statusunun həlli məsələsi beş il müddətinə təxirə salındı. 1997-ci ildə Çeçen respublikasının Prezidenti seçilən A.A.Masxadov bu müqaviləyə faktiki olaraq Çeçenistanın müstəqilliyinin tanınması kimi baxırdı. 1997-ci ilin mayında Moskvada B.Yeltsin və A.Masxadov RF və Çeçen Respublikası İçkeriya arasında sülh və qarşılıqlı münasibət haq- qında müqavilə imzaladılar. Faktiki olaraq Çeçenistan müstəqil elan edildi və Rusiya onun dağıdılmış iqtisadiyyatının bərpasına kömək etməyə razılıq verdi.
1999-cu ilin payızında Çeçenistan ətrafında vəziyyət yenidən kəskinləşdi. İkinci Çeçen müharibəsi başladı. 1999-cu ilin sentyabrında Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskvada terror aktları törədildi. Rusiya hökumətinin cavab tədbirləri sərt oldu.İkinci Çeçen müharibəsində 150 min nəfər hərbiçi, milis və daxili qoşun səfərbər edildi. Çeçen tərəfinin döyüşçüləri 20 min nəfərə çatırdı. Federal qoşunlar birinci Çeçen müharibəsindən nəticə çıxa- raraq əsasən artilleriya və hava hücumlarına üstünlük verirdi. 1999-cu ilin dekabrında HHQ və sərhədçilər Gürcüstan sərhədi yaxınlığındakı Arqun dərəsini tutaraq çeçn döyüşçülərinə
gələn köməyin qarşısını aldı. 2000-ci ilin yanvarında möhkəm qalaya çevrilən Qroznunu Federal qoşunlar aldı. Döyüşlərin gedişində çeçen döyüşçülər 15 min, Federal qüvvələr 2 min nəfər itirdi. 2000-ci ilin axırlarında federal qoşunlar bütün Çeçen respublikasının yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi. Respublikada keçmiş müfti A.A.Kadırovun başçılığı ilə və- təndaş idarəçiliyi yaradıldı. 2003-cü ilin martında keçirilən referendumda Çeçen Respubli- kasının yeni Konstitusiyası qəbul edildi ki, burada da Çeçenistan Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsi elan olundu. A.A.Kadırov Çeçen Respublikasının Prezidenti seçildi. Çeçen xalqının çox hissəsi getdikcə daha çox dinc həyatı qaydaya salmağın vacib olduğun başa düşür.