Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Rusiya XX əsrin 90-cı – XXI əsrin ilk onilliklərində



Yüklə 1,22 Mb.
səhifə70/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   66   67   68   69   70   71   72   73   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Rusiya XX əsrin 90-cı – XXI əsrin ilk onilliklərində




Daxili sosial-iqtisadi siyasat. 1991-ci ilin sonundan dünya xəritəsində tərkibində 89 subyekt, o cümlədən 21 muxtar respublika olan yeni dövlət – Rusiya Federasiyası meydana gəldi. Bu yeni dövlətin yalnız adı idi, qarşıda duran əsas vəzifə dövlətin və cəmiyyətin dəyiş- dirilməsindən ibarət idi. 6saslı islahatların birinci mərhələsi yeni dövlətçiliyin formalaşması, sosialist plan iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsindən ibarət olub xronoloji cə- hətdən 1992-1993-cü illəri əhatə edir. İqtisadi islahatlarla başlayan birinci mərhələ köhnə dövlət quruluşunun dağılması, sovet respublikalarının demokratik respublikalarla əvəz edil- məsilə nəticələndi.
Müasir Rusiya tarixinin ikinci mərhələsi 1994-1999-cu illəri əhatə etməklə, birinci mərhələdə olduğu kimi B.N.Yeltsinin prezident olduğu vaxtdan ibarətdir. Bu zaman 1990-cı illərin əvvəllərində əsası qoyulan sosial-iqtisadi proseslərin islahatları davam etdirilirdi. Lakin ictimai həyatın yenilənməsi ləngiyir, V.S.Çernomırdin hökumətinin elan etdiyi sabitləşmə kursuna uyğun olaraq bəzən yerində sayırdı. İstehsalın aşağı düşməsi, əhalinin böyük əksəriy- yətinin həyat səviyyəsinin pisləşməsi, böyük həcmdə xarici borclar, müxalifətçilik əhval- rushiyyəsi islahatlara mane olurdu. Bununla belə, ikinci mərhələnin sonunda cəmiyyətin mo- dernləşdirilməsinin ilk siyasi nəticələri kimi parlamentarizm, qubernator, mer, regional qa- nunverici orqanların seçkili olması, çoxpartiyalılıq formalaşırdı. İqtisadi sahədə xüsusi mül- kiyyət, kapitalist istehsalı, bazar münasibətləri bərqərar oldu.
Üçüncü mərhələ 2000-ci ildən bu günə kimi olan vaxtı əhatə etməklə V.V.Putin və D.A.Medvedyevin prezidentlik dövrlərindən ibarətdir. Rusiya rəhbərlərinin elan etdiyi bu mərhələnin başlıca vəzifəsi cəmiyyətin sabit inkişafının təminatı olan güclü dövlətin möh- kəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, korrupsiya və cəmiyyətin krimi- nallaşmasın aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün hüquqi və əlverişli investisiya şərtlərinin yaradılması, onun inkişaf sürətini təmin edərək həyat səviyyəsinin yüksəldil- məsindən ibarətdir.
Yeni yaranan müstəqil Rusiya dövlətinə SSRİ-dən böyük nüvə dövləti statusu, iqtisadi və elmi-texniki potensialın 60 faizə qədəri, böyük ərazi və zəngin təbii ehtiyatları miras qalmışdır. Eyni zamanda ciddi problemlər, SSRİ-nin 70 milyarda yaxın borcları, 70 faizə qədəri köhnəlmiş əsas sənaye fondları bu mirasa daxil idi. 1992-ci ildə B.N.Yeltsin Rusiya hökumətini formalaşdıraraq baş nazirin vəzifəsini icra etməyi gənc islahat tərəfdarı, alim, iqtisad elmləri doktoru Yeqor Timuroviç Qaydara tapşırdı. A.N.Şoxin və A.B.Çubays isə baş nazirin müavinləri təyin edildi. Onlar sürətli bazar təsərrüfatına keçmək hesabına iqtisadiyyatı sağlamlaşdırmaq kursunu götürdü. Gənc islahatçıların ölkəni böhrandan çıxarmaq məqsədilə təklif etdikləri yol “şok terapiyası” adını aldı. 1992-ci il yanvarın 2-də Rusiya Federasiyası
prezidentinin fərmanı ilə qiymətlər liberallaşdırıldı, yəni malların böyük əksəriyyəti dövlətin müəyyən etdiyi qiymətdən azad olundu. Müvəqqəti olaraq enerji, çörək, süd və az miqdarda
əhalinin tələbat duyduğu zəruri mallar dövlətin qiymət nəzarətində qaldı. Ticarətin azad olması ilə yanaşı xarici valyutanın istifadəsinə rəsmi icazə verildi. Xaricdən ərzaq mallarının idxalı gündəlik tələbat malları bolluğu yaratdı. “Qaydar” islahatı tez və əsaslı nəticə verdi, bir neçə ay ərzində mal çatışmazlığına son qoyuldu, mağazaların rəfləri mallarla doldu.
Qiymətlərin liberallaşdırılması ilə bağlı olaraq büdcədən maliyyələşdirilənlərin və təqaüdçülərin əmək haqqı iki-üç dəfə artdı. Lakin istehsalın son dərəcə inhisarlaşması və
ərzağın total çatışmazlığı istehlak mallarının qiymətinin 10-15, bəzi malların isə hətta 30 dəfə artmasına gətirib çıxardı. İl ərzində qiymətlər orta hesabla 26 dəfə artdı və əhalinin real gəliri
44 faiz aşağı düşdü. 6halinin böyük əksəriyyəti yoxsulluq həddinə çatmışdı. 6manət kassalarında əhalinin çoxillik əməyi sayəsində yığdıqları vəsait qiymətdən düşdü. Xüsusilə təqaüdçülərin və büdcəyə baxan müəllim, həkim, elmi işçi, kitabxana və muzey əməkdaş- larının vəziyyəti daha ağır idi. Eyni zamanda, azsaylı sosial üst təbəqənin gəliri sürətlə artaraq cəmiyyətin təbəqələşməsinin əsasını qoydu. 6halinin həyat səviyyəsi aşağı düşməkdə davam etdi, bu göstərici 1990-cı ildə 50 faiz təşkil edirdi. 6halinin Dövlət Bankındakı qiymətdən düşmüş vəsaitinin verilməsi dayandırıldı.
İstehsalla yanaşı sosial sahələrdə, elm, səhiyyə və təhsil sistemində də vəziyyət ağır olaraq qalırdı. Çoxlu elmi-tədqiqat institutları, laboratoriyalar bağlanır, alim və elmi-pedaqoji kadrların maddi vəziyyəti pisləşdiyi üçün onlar kommersiya strukturlarına və ya xaricə üz tuturdu. Təkcə 1992-ci ildə 90 min alim kommersiya strukturlarına keçdi. Elmi-pedoqoji kadrlar isə 27 faiz azaldı. Rusiya Elmlər Akademiyasının məlumatına əsasən 1993-cü ilin sonunda ölkədə cəmiyyətin varlı təbəqəsi 3-5, orta təminatçılar 13-15, kasıblar 40, yoxsulluq həddindən də aşağı olanlar 40 faiz təşkil edirdi.
Ölkədə başlayan radikal dəyişikliyə kimi öz gəlirinə əsasən qulluqçular, fəhlə sinfinin yüksək ixtisaslı hissəsi, ziyalılar, dövlət qulluqçuları orta sinfi təşkil edirdi. Məhz onlar ən çox M.S.Qorbaçovun islahatların müdafiə edirdi. İslahatın gedişində yenə də məhz onlar heç bir şeyə nail olmadı.
İstehsalın azalması işsizliyin artmasına səbəb oldu. Ancaq sistemin ləngliyi və müəssisə rəhbərlərinin ənənəvi siyasəti ölkədə milyonlarla işsizin küçəyə atılmasının qarşısını aldı. Rusiya şəraitində işsizliyin əmək məhsuldarlığının artırılmasını və bazarın işçi qüvvəsinin səfərbər edilməsini təmin edən faktlar olmasına ümid özünü doğurltmadı. Ölkənin plan iqtisadiyyatının və müəssisələrin yerləşməsinin xarakteri, azad əldə edilə bilən yaşayış yeri çətinliyi işsizlik problemini əsl fəlakətə çevirirdi. Ölkədə çoxlu şəhər və qəsəbə mövcud idi ki, onların taleyi birbaşa ərazilərində yerləşən müəssisələrin işləməsindən asılı idi.Yerli səna- yedə çalışan adamlar yaşayış yerlərində iş tapmaq və ya başqa regiona keçmək imkanından məhrum idilər. Federal orqanların rəsmi qeyd etdiyi işsizlər ölkədə faktiki mövcud olan işsizlərin yalnız bir hissəsini təşkil edirdi. Müəssisələrə gələn, lakin işləməyən, tam həftəni iş görməyən gizli işsizlər ordusu kütləvi xarakter almışdır. Müəssisə direktorlarına işçiləri azad etməkdənsə əvəzi ödənilmədən məzuniyyətə göndərmək sərf edirdi. 6n azı onlar işsizlər üçün vəsait ödəməkdən azad olurdular. Mütəxəssislərin hesablamalarına görə 1994-cü ilin sonunda ölkədə potensial işsizlərin sayı bütün iş qabiliyyəti olan ölkə əhalisinin 13,2 faizini təşkil etməklə 9,9 milyon nəfərə çatırdı. Ölkənin ayrı-ayrı regionları üzrə yerli əhali arasında işsizlərin sayı fəlakətli həddə çatırdı. Məsələn, 1995-ci ilin əvvəllərində İvanov vilayətində yerli əhalinin 40 faizə qədəri işsiz idi. Onların isə 40 faizindən çoxu ali və orta ixtisas təhsilli idi. Moskva, Sankt-Peterburq, Saratov, Ulyanovsk, Belqorodda olan işsizlərin yarıdan çoxu ali və orta ixtisas təhsilli mütəxəssislər idi.
Özəlləşdirmə (Privatizatsiya) – dövlət mülkiyyətinin əmək kollektivlərinin və fərdi şəxslərin əlinə keçməsi həyata keçirildi. Dərin iqtisadi islahatları həyata keçirmək üçün Rusiyada xüsusi mülkiyyəti bərpa etmək lazım idi. Faktiki olaraq özəlləşdirmə prosesi ge- dirdi, belə ki, dövlət əmlakını qarət edərək ara firma vasitəsi ilə onu aşağı qiymətə sataraq bu işi kortəbii və qeyri-leqal olaraq davam etdirirdilər. Belə özəlləşdirmənin real gəliri isə nə
dövlətə, nə də cəmiyyətə çatırdı, onu müəssisə və təşkilatların rəhbərləri mənimsəyirdi. Bu prosesi dayandırmağa qadir olan inzibati vasitələr isə artıq mövcud deyildi. Odur ki, “di- rektor” özəlləşdirilməsini ancaq ümumi qanuna əsaslanan kütləvi özəlləşdirmə dayandıra bilərdi.
Özəlləşdirmə proqramın A.B.Çubaysın rəhbərlik etdiyi Dövlət 6mlak Komitəsi hazırlayıb həyata keçirdi. Müəssisələrin dəyəri ödənilmədən əmlak kollektivlərinə verilməsi təklifi rədd edildi, ona görə ki, bu köhnə direktorlara hakimiyyətlərini davam etdirməyə şərait yaradaraq, müəssisənin yeni faydalı mülkiyyətçinin əlinə keçməsinə mane olardı. Bundan
əlavə, belə özəlləşdirmədən təqaüdçülərə, büdcədən əmək haqqı alan işçilərə pay düşmürdü. Odur ki, özəlləşdirmənin üç variantı irəli sürüldü.
Birinci varianta görə aksiyaların 25 faizi pulsuz, 10 faizi isə otuz faizlik güzəştlə əmək kollektivinə verilirdi. Müəssisə rəhbərliyi nominal dəyəri ilə əlavə 5 faiz aksiya da almaq hüququna malik idi. Direktor korpusunun təzyiqi ilə qanunverici orqanlar ikinci variantı təqdim etdi, bu varianta əsasən əmək kollektivləri aksiyaların dəyərinin nominaldan 1,7 dəfə artıq olmaq şərti ilə onların 51 faizinə, yəni nəzarət paketinə sahib ola bilərdi. Hər bir işçi ayrılıqda aksiya mülkiyyətçisi ola bilərdi. Üçüncü varianta görə müəssisə rəhbərliyi aksi- yaların 40 faizini son dərəcə aşağı qiymətlə almaq hüququ alırdı.
Müəssisə rəhbərləri və əməkdaşların əlinə keçən aksiyalar azad surətdə alınıb-satıla bilərdi. Amma əhalinin özəlləşdirilmiş müəssisələrin aksiyalarını almaq üçün vəsaiti yox idi. Xarici investorları Rusiyaya cəlb etmək məqsədilə təminatlı qanunverici baza olmadığı üçün onlara ümid bəsləmək mümkün deyildi. Pulla özəlləşdirmə isə uzun müddət tələb edirdi. Li- beral islahatçılar isə özəlləşdirmənin sürətləndirilməsində maraqlı idi. Bu şəraitdə bütün
əhaliyə özəlləşdirmə çeki, yəni vauçerlər verilməsi qərara alındı. Hər bir vauçerin nominal qiyməti 10 min manat dəyərində idi. Vauçerlər məhdudiyyət qoyulmadan müəssisələrin özəl- ləşdirilmiş aksiyalarına dəyişdirilə bilər, çek investisiya fondlarına qoyula bilər, alınıb-satıla bilərdi. Vauçerlər 1992-ci ilin avqustunda Rusiya prezidenti B.Yeltsinin fərmanı ilə verilməyə başladı. 1992-ci ilin oktyabrından 1993-cü ilin fevralına kimi əhaliyə vauçerlər paylandı və Rusiya əhalisinin 97 faizi vauçerlərlə təmin olundu. 1991-ci ildə Rusiyada olan bütün müəssisələrin 47 faizi 2001-ci ilə doğru özəlləşdirilmiş, 40 milyona yaxın əhali aksiya sahibi olmuşdur. 6lavə olaraq yeni xüsusi müəssisələr meydana gəlmiş, nəticədə 2002-ci ilin sonuna doğru bütün müəssisələrin 75 faizi dövlət müəssisəsi olmaqdan çıxdı. Beləliklə, 1992-1994-cü ildə tədbiq edilən özəlləşdirmə siyasəti nəticəsində ölkə iqtisadiyyatında dövlət bölməsinin aparıcı rolu başa çatdı. Amma mülkiyyət formasının dəyişməsi iqtisadiyyatda məhsuldarlığı artırmadı. 1993-1994-cü ilin ortalarında sənaye istehsalı 21, o cümlədən maşınqayırma 31, istehlak malları istehsalı 30 faiz aşağı düşdü.
Vauçer özəlləşdirməsi ictimai tələbatı doğrultmadı. Vauçerlərin verildiyi birinci günlər qəzetlərdə iki-üç özəlləşdirmə çeki müqabilində mənzil verilməsi haqqında elanlar çap edil- diyi halda sonradan investisiya fondlarına qoyulmuş çeklərin illik gəliri bir neçə çörək buxan- kasının qiymətinə düşmüşdü, lakin buna baxmayaraq, vauçer özəlləşdirməsi Rusiyada xüsusi mülkiyyətin formalaşmasına əhəmiyyətli töhfə verərək, pul özəlləşdirilməsinə keçməyə şərait yaratdı. 1994-cü ildən ölkədə pul özəlləşdirilməsi başladı. 1994-cü il iyunun 30-da Dövlət 6mlak Komitəsi çek özəlləşdirilməsinin başa çatdığını bəyan etdi. Aksionerlərin çoxu əhə- miyyətli mülkiyyətçi ola bilmədi. Çünki müəssisələrin idarə edilməsində iştirak etmək üçün
ən azı 10 faizlik aksiya paketinə sahib olmaq lazım idi. Bu isə adi aksiyaçılar üçün əlçatmaz hesab edilirdi. Digər tərəfdən özəlləşdirməyə qoşulan əhalinin bir hissəsinin dividentə, yəni qazanc payına bəslənən ümidləri də özünü doğrultmadı. Belə ki, 1994-cü ildə özəlləşdirilmiş müəssisələrin yalnız 10 faizi gəlirlə işləyirdi. Bu investisiya çekləri fondlarına da aiddir. 1994-cü ilin ikinci kvartalında 646 fondun ancaq 136-ı cüzi divident gətirirdi. Özəlləşdir- mədən büdcəyə daxil olan gəlir də ona bəslənən ümidi doğrultmadı. İki il müddətində bütün səviyyələrdə büdcəyə ancaq bir trilyon manat daxil oldu ki, bu da Macarıstanda özəlləşdir- mədən alınan gəlirdən iki dəfə az idi. Gözlənilənin əksinə olaraq iqtisadiyyata qoyulan xarici investisiyalar azaldı. Onun həcmi 1993-cü ildəki 2921 milyon manatdan 1994-cü ilin 9 ayı
ərzində 768 milyon manata düşdü. Eyni zamanda investisiyalar emal sənayesinə, yüksək texnoloji sahələrə deyil çıxarma üzrə sərf edilirdi.
Təqribən 1,5 trilyon manat olan vauçer fondunun nominal həcmi 1991-ci ilin sonunda Rusiyadakı əsas istehsal fondları balansının dəyərinə uyğun gəlirdi. Lakin qiymətlər libe- rallaşdıqdan sonra 20 dəfə artdığı halda əsas fondların yenidən dəyərləndirilməsi ancaq 1993- cü ilin ortasında həyata keçdi. Odur ki, vauçer fondunun müəssisənin dəyərinə görə qiymətləri yüksək idi, bu isə çek investisiya fondları vasitəsilə dövlət mülkiyyətini faktiki olaraq yeni sahibinə aşağı qiymətlərlə verilməsinə gətirib çıxardı. Məsələn, 200 milyard dollardan az dəyəri olmayan özəlləşdirilmiş Rusiyanın 500 iri müəssisəsi faktiki olaraq 7,2 milyard ABŞ dollarına satıldı. Lixaçev adına iri Moskva avtomobil müəssisəsinin əsas fondları bir milyard dollar dəyərində olmasına baxmayaraq cəmi 4 milyon dollara satıldı.
1994-cü ilin iyulunda Rusiya Federasiyasının Dövlət Duması özəlləşdirmənin birinci mərhələsini qeyri-qənaətbəxş hesab etdi. Ona görə özəlləşdirmə siyasəti ölkədə sosial-iqtisadi böhranı dərinləşdirərək ondan çıxmağı daha da çətinləşdirirdi. Bəyan edilən məqəsədə nail olunmadı. 1994-cü il istehsalın və investisiya fəallığının daha çox aşağı düşməsi, ölkənin elmi-sənaye potensialının dağılması ilə müşayiət olundu. 6halinin real əmək haqqı və orta yaşayış həddi aşağı düşdü, xalqın tənəzzül etməsi təhlükəsi artdı. Elektrik maşınlarının istehsalı 46, metalkəsici alətlər 52, minik avtomobilləri 17, traktorlar 68, kimyəvi liflər 43 faiz azaldı. Yüngül sənaye istehsalı kəskin aşağı düşdü. Məsələn, paltar 51, ayaqqabı 51, mürək- kəb məişət texnikası 40-50 faiz az istehsal edildi. İstehlak bazarında xarici mallar 1993-cü ildəki 23 faiz yerinə 1994-cü ildə artaraq 35 faizə çatdı.Vətəndaşların maddi vəziyyəti pisləşdi.1994-cü ildə əmək haqqı 2,5 dəfə artdığı halda, qiymətlər 3,2 dəfə artdı. Faktiki əmək haqqı 22 faiz aşağı düşdü. Ölkədəki ölənlərin sayı anadan olanların sayından 1993-cü ildə 770 min nəfər çox olduğu halda, 1994-cü ildə 920 min nəfərə çatdı, yəni artdı.
İqtisadi islahatlar proqramı kənd təsərrüfatında mühüm dəyişikliklərlə nəticələndi. 90-cı illər yeni təsərrüfat formalarının meydana gəlməsilə müşayiət olunurdu. İqtisadiyyatın aqrar bölməsində açıq və qapalı səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli şirkətlər, kənd təsərrüfatı kooperativləri geniş yayılmışdır.1999-cu ildə kənd təsərrüfatı strukturunda onların xüsusi çəkisi 65,8 faizə çatırdı. İqtisadi böhran aqrar bölmənin vəziyyətinə ağır zərbə vurdu. Mineral gübrələr, kənd təsərrüfatı texnikası çatmırdı. 1996-cı ildə kənd təsərrüfatı maşınları istehsal edən müəssisələr 14 min traktor, 9800 taxılyığan kombayn buraxdığı halda, 1998-ci ildə onların sayı müvafiq olaraq 2500 və 1000-ə düşdü. Sonrakı illərdə də onların istehsalı azalmaqda davam etmişdi. Xüsusilə fermer təsərrüfatlarında kənd təsərrüfatı texnikasının çatışmazlığı, təsərrüfat formalarının təşkilindəki nöqsanlar məhsuldarlığın səviyyəsinin aşağı düşməsilə nəticələndi. 1990-cı illərin ortalarında kənd təsərrüfatı istehsalının ümumi həcmi 1991-1992-ci illərlə müqayisədə 70 faiz aşağı düşmüşdür. İribuynuzlu mal-qaranın sayı 20 milyon baş azalmışdır.
1991-ci il dekabrın 29-da Rusiya Federasiyası hökuməti “Kolxoz və sovxozların yenidən qurulması haqqında” qərarı ilə torpaq islahatın başlamışdır. Qərara müvafiq olaraq torpaq üzərindəki dövlətin inhisarı ləğv edilərək kənd təsərrüfatı istehsal subyektinin mülkiyyətinə keçirdi. 1993-cü ildə prezident “Torpaq münasibətlərin qaydaya salınması və Rusiyada aqrar islahatların inkişafı haqqında” fərman imzaladı. Fərmana əsasən torpaq üzə- rində xüsusi mülkiyyət bərqərar oldu. 1994-cü ilin əvvəllərində torpaqların birinci bölüş- dürülməsi başa çatdı. Rusiyadakı torpaqların 60 faizindən çoxu vətəndaşların xüsusi mülkiy- yətinə keçdi. Təqribən 44 milyon nəfər Rusiya vətəndaşı onlara məxsus olan kiçik torpaq paylarında şəxsi yardımçı təsərrüfatla məşğul olurdu. Bəzən zəruri əmək haqqını qazana bilməyən adamlara bu yardımçı təsərrüfatlar ailənin vacib gəlir mənbəyi rolun oynayırdı.
6sasən hökumət ölkədə maliyyə stabilliyini təmin etməyə və inflyasiyanı aşağı salmağa müəssər oldu. Lakin xüsusilə istehsal və emal sənayesi sahəsində məhsul istehsalı aşağı düşməkdə davam edirdi. İslahat əleyhdarları belə hesab edirdi ki, istehsalın aşağı düşməsinin səbəbi özəlləşdirmə siyasətidir. İslahatçılar isə bəyan edirdi ki, özəlləşdirilmiş müəssisələrdə vəziyyət dövlət müəssisələrində olduğundan yaxşıdır. Ölkədəki qeyri-sabit siyasi vəziyyət,
müharibə investisiyaların artmasına mane olurdu. Yerli biznesmenlər öz pullarını ya xaricə çı- xarmağı, ya da kommersiya banklarında dövriyəyə buraxmağa üstünlük verirdi. Çox yüksək və soyğunçu vergilərə görə ondan yayınanların sayı durmadan artırdı. 6hali öz vəsaitini yerli müəssisələrin səhmlərini almağa deyil, xarici valyuta, xüsusilə dollar, alman markası almağa sərf edirdi.
Büdcədə vəsait çatışmadığına görə elmi işçilərə, müəllim, həkim, hərbçilərə vaxtında
əmək haqqı ödənmirdi. Səhmdar müəssisələrin işçilərinin, xüsusilə mədən və müdafiə sahə- sindəki işçilərin əmək haqqı fasilələrlə ödənilirdi. Bəzi regionlarda əmək haqqının ödənilməsi yarımillə ləngiyirdi. Büdcədəki vəsait çatışmazlığın aradan qaldırmaq məqsədilə Baş nazirin birinci müavini A.B.Çubaysın təklifi ilə büdcənin xərcləri kəskin azaldıldı. 1997-ci ildə iqtisadiyyatda sağlamlaşma meylləri hiss edildi. Birinci yarım ildə ölkənin qızıl-valyuta ehti- yatları 2,8-dən 10,7 milyard manata çatdı. İnflyasiyanın səviyyəsi aşağı düşdü, az da olsa iq- tisadi artım nəzərə çarpdı.
1997-ci ilin payızından Rusiya ixracatının əsası olan neftin qiymətinin aşağı düşməsi, Asiya maliyyə böhranı ölkə iqtisadiyyatını növbəti ağır vəziyyətə sürüklədi. Bundan xilas olmaq məqsədilə B.Yeltsin 1998-ci ilin martında 1992-ci ilin dekabrından Baş nazir olan V.Çernomırdinin yerinə hökumətin başçısı S.V.Kirienkonu təyin etdi. Yeni hökuməti dəmir yolu magistrallarını bağlayan mədənçilərin tətilləri, dövlət borcunun sürətlə artması, Mərkəzi Bankın valyuta ehtiyatının kəskin aşağı düşməsi qarşıladı. Yeni hökumətin sərt maliyyə siyasəti Dumada solların kəskin müqaviməti ilə qarşılandı. Nəticədə 1998-ci il avqustun 17-də S.Kirienko hökuməti devalvasiya, yəni kağız pulların məzənnəsini aşağı salmaq yolunu tutaraq, defolt, yəni borcları ödəməkdən imtina etməyi elan etdi. Xarici investorlarla kom- mersiya banklarının borcları ödəməsi üzərinə moratorium, qadağa qoyuldu. 1998-ci il avqustun 23-də B.Yeltsin hökumətin başçısı S.Kirienkonu istefaya göndərdi. Rusiyanın bank sistemi dağılma təhlükəsi ilə üz-üzə qaldı. Bir sıra böyük banklar öz fəaliyyətini dayandırdı. 6halinin kommersiya banklarındakı əmanətləri manat hesabı ilə 15, real olaraq isə 52 faiz qiymətdən düşdü. 6manətçilər çox halda aylarla öz vəsaitlərini banklardan ala bilmir və ya köhnə kursla almağa məcbur olurdu. Orta sinfə aid edilən yüz minlərlə insan öz iş yerlərini və gəlir mənbələrini itirdi.
S.Kirienko hökumətini istefaya göndərdikdən sonra B.Yeltsin V.Çernomırdini yenidən hökumətin başına gətirmək istəsə də Duma buna razılıq vermədi. Yeni hökuməti sol müxa- lifətin nümayəndələri ilə birlikdə Y.M.Primakov (1929-2015) qurdu. Yeni Baş nazirin iqti- sadiyyat üzrə birinci müavini RF KP-nın nümayəndəsi Y.D.Maslyukov oldu. Gözlənilənin
əksinə olaraq Y.Primakov hökuməti iqtisadi kursu dəyişdirməyərək avqust böhranı ərəfəsində
əvvəlki hökumətin Dumaya təqdim etdiyi qanunları təstiq etdirdi. İnflyasiya aşağı düşdü, rubl sabitləşdi, balanslaşdırılmış büdcə qəbul edildi. Sənaye istehsalı tədricən artdı, yerli mallar xaricilərlə müqaisədə ucuz olduğu üçün ona olan tələbat artdı. Yerli mallar ucuzlaşdığından onun ixrası da artdı. 1999-cu ilin may ayında Y.Primakov hökuməti radikal xarakterli isla- hatlar keçirməkdən imtina etdiyi üçün B.Yeltsin tərəfindən istefaya göndərildi.
6slində ölkədə vəziyyəti stabilləşdirmək məqsədilə Baş nazir postuna B.Yeltsin tərə- findən təyin edilən akademik, keçmiş xarici işlər naziri Primakov Yevgeni Maksimoviç iqtisa- diyyatda dövlətin rolunun möhkəmləndirilməsi tərəfdarı idi. İqtisadçı və tarixçi olan Y.M.Pri- makov hökumətin başçısı kimi 1999-cu ildə 156,7 milyard dollara çatan dövlət borclarının xarici kreditorlara ödənməsi məsələlərində güzəştə nail olaraq böyük uğur qazanmışdı. Bu- nunla yanaşı, rusiyalıların 2000-ci ilə doğru real gəliri 1991-ci il səviyyəsinin yalnız 47 faizini təşkil edirdi. Kasıb və varlılar arasındakı gəlir fərqi durmadan artırdı. Bir çox göstəricilər üzrə Rusiya dünyanın az inkişaf etmiş ölkələrinin səviyyəsinə yaxınlaşmağa davam edirdi. 1999- cu ilin mayında istefaya göndərilən Y.M.Primakovun yerinə S.V.Stepaşin Baş nazir təyin olundu və cəmi üç ay bu vəzifədə qaldı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin