İctimai-siyasi vaziyyat. Müasir Rusiya dövlətçiliyinin tarixi 1990-cı il iyunun 12-də RSFSR 1-ci Xalq deputatlar qurulatyının Rusiyanın dövlət müstəqilliyin elan etməsi haqqında Bəyannamənin qəbul edilməsilə başlayır. Bir ildən sonra 1991-ci il iyunun 12-də B.N.Yeltsin
Rusiyanın Prezidenti seçildi. Rusiya yalnız SSRİ öz varlığını dayandırdıqdan sonra bir dövlət kimi fəaliyyətə başladı. Yeni Rusiyanın ərazisi 17,1 milyon kv.km olmaqla RSFSR-in sər- hədləri daxilində meydana gəldi. 1989-cu ilin siyahıyaalmasına əsasən bu ərazidə 147,4 milyon nəfər əhali yaşayırdı ki, bunların da 120 milyon nəfəri ruslar idi. 2002-ci il siyahıyaal- masına əsasən bu rəqəmlər müvafiq olaraq 145 və 115,9 milyon nəfər idi. 2002-ci siyahıya- almasına görə şəhər əhalisinin sayı 106 milyon nəfərə çatırdı. Orta ailə tərkibi üç nəfərdən ibarət idi. 2002-ci il rəsmi məlumatına əsasən ruslardan sonra ölkədə 5,5 milyon tatar, 2,9 milyon ukraynalı, 1,7 milyon başqırd, 1,6 milyon çuvaş, 1,3 milyon çeçen, 0,8 milyon nəfər belarus yaşayırdı
SSRİ 1991-ci il dekabrın 26-da öz varlığına xitam verdikdən sonra əvvəlki hakimiyyət və idarəçilik strukturları ləğv edilməyə başladı. Bir çox keçmiş İttifaqın idarə və təsisatı Rusiyanın idarəetmə strukturlarının sərəncamına verildi. 1992-ci il aprelin 21-də Rusiya dövlətinin rəsmi adı olan RSFSR dəyişdirilərək Rusiya Federasiyası – Rusiya oldu. Müstəqil Rusiyanın daxili siyasi vəziyyəti son dərəcə mürəkkəb idi. Həyata keçirilən radikal islahatlar
əhalinin böyük əksəriyyətinin həyat səviyyəsinin aşağı düşməsinə, onların əmanət kassala- rındakı vəsaitlərinin itirməsinə gətirib çıxardı. Odur ki, əhali arasında demokratların nüfuzu aşağı düşmüş, müxalifətə isə rəğbət artmışdı.
Sov.İKP və RKP qadağan edilməsi bir sıra yeni kommunist təşkilatlarının yaranması ilə müşayiət olundu. V.İ.Anpilovun başçılığı ilə yaranan Rusiya kommunist fəhlə partiyası (RKFP) və onların “Trudovaya Moskva”, “Trudovaya Rossiya” hərəkatları daha radikal mövqe tuturdu. Onların əsas hərəkat metodu “Yeltsinin antixalq rejiminin” devrilməsi şüarı, özəlləşdirmənin ləğvi, əvvəlki qiymətlərin, SSRİ-nin bərpası tələbləri ilə küçə nümayiş və yürüşləri idi. 1992-ci ilin aprelində 6-cı Rusiya Xalq deputatları Qurultayında prezident və hökumətin siyasətinin əleyhinə olan müxalifət qüvvələri “Rossiyskoye Yedinstvo” blokunu yaratdı.
1992-ci ilin iyununda “Trudovaya Moskva” Ostankino televiziya mərkəzi ətrafında piket təşkil etdi. Tezliklə milis qüvvələri zor tədbiq edərək piketçiləri dağıtdı. Ostankino ətra- fında hadisələrin cərəyan etdiyi bir vaxtda DTK-nin sabiq generalı A.N.Sterliqov “Russkoqo Natsionalnoqo Sobora”nı (RNS) yaratdı. RNS-ın ideoloqları M.S.Qorbaçov və B.N.Yeltsini qərbin xüsusi xidmət orqanlarının tapşırığı ilə SSRİ və Rusiyanı məqsədli şəkildə dağıtmaqda ittiham edir, Rusiya dövlətini 1914-cü il sərhədləri daxilində bərpa etməyi qarşılarına məqsəd qoyurdular.1992-ci ilin sentyabrında M.G.Astafyev, S.N.Baburin, G.A.Zyuqanov “Front Natsionalnoqo Spaseniya” (FNS) yaradaraq B.Yeltsinin “işğalçı rejimini” devirməyi, SSRİ-ni bərpa etməyi tələb etdilər.
1992-ci ilin iyununda Rusiyadakı 40-dan çox partiya və təşkilat “Qrajdanskiy Soyuz” birliyində birləşdi ki, onun da lideri sənaye və sahibkarlar ittifaqına başçılıq edən A.İ.Volski oldu. Q.X.Popov isə “Rossiyskoye dvijenie demokratiçeskix reform” (RDDR) ittifaqın yaratdı. Lakin hər iki hərəkatı geniş əhali kütləsi müdafiə etmədi.
Hakimiyyətin iki mərkəzi-icraedici, yəni prezident və onun formalaşdırdığı hökumət, qanunverici, yəni Ali Sovet ölkənin sosial-iqtisadi kursunu müəyyən etməli olan yeni konsti- tusiya layihəsini hazırlamaq məsələsində açıq siyasi mübarizəyə başladı. Hakimiyyət məsələ- sində bu və ya başqa yolun seçilməsi əslində Konstitusiyadan başlayırdı. Dövlət quruluşunun və iqtisadi dəyişikliklərin müəyyən olunmasındakı siyasi mübarizə konkret olaraq prezident kimi B.N.Yeltsin və Ali Sovetin Sədri R.İ.Xasbulatov fiqurları arasında gedirdi. Mahiyyət etibarilə R.Xasbulatov prezidentə geniş səlahiyyətlər vermək şərti ilə parlament respublikası ideyası tərəfdarı idi. Məsələ ondan ibarətdir ki, prezident dövlət başçısı kimi hökumətin sədrini təstiq üçün parlamentə təqdim edir, onlar isə parlament qarşısında cavabdeh olurdu. R.Xasbulatov və onu müdafiə edən deputatlara görə imkan daxilində yeni Konstitusiya qəbul etməyərək qüvvədə olan dövlət hakimiyyətinin ali orqanın Rusiya Federasiyasının xalq deputatları qurultayını elan edən sənədə dəyişiklik etməklə kifayətlənmək olardı. Qurultay öz tərkibindən Ali Soveti formalaşdırırdı. B.N.Yeltsin “Sovetlərin bütün hakimiyyətini” ləğv etmək şüarın irəli sürərək respublika yaradılmasını və bununla dövlət başçısı olan prezidentin
daha çox səlahiyyət imkanları əldə etməsini istəyirdi. Bu ona görə radikal islahatların daha təsirli həayata keçirilməsini təmin edən, federativ dövlətdə mərkəzdənqaçma meyllərinə cığır açan fəaliyyətə son qoyardı.
1992-ci ilin dekabr ayında 7-ci Rusiya Xalq deputatları qurultayı Y.T.Qaydar höku- mətinin səlahiyyətlərini məhdudlaşdıran Konstitusiya dəyişikliyini qəbul etdi. 1992-ci il dekbarın 10-da B.Yeltsin qurultayın tribunasından Rusiya vətəndaşlarına müraciət edərək Ali Soveti islahatlara qarşı təxribat törətməkdə ittiham etdi. Öz növbəsində, Ali Sovet Prezidenti qanunvericilik orqanı məhv etməkdə günahlandırdı. Dekabrın 12-də Konstitusiya məhkə- məsinin sədri V.D.Zorkinin təklifi ilə kompromis qərar qəbul edildi, 1993-cü ilin aprelində yeni Konstitusiyanın əsasları haqqında referendum təyin edilir, prezident isə baş nazir vəzi- fəsin tutmaq məqsədilə qurultayı üç namizəd təqdim etməli idi. İrəli sürülən namizədlərdən ən çox səsi V.S.Çernomırdin aldı və 1992-ci il dekabrın 14-də ölkənin Baş naziri oldu.
Çernomırdin Viktor Stepanoviç 1938-ci ildə anadan olmuş, 1957-ci ildə Orsk neft emaledən zavodda əmək fəaliyyətinə başlamışdı. 1989-cu ildən “Qazprom” dövlət konsernin idarə heyətinə başçılıq edir. 1992-ci ilin mayından Rusiya baş nazirinin müavini, dekabrından isə hökumətin Baş naziri olaraq 1998-ci ilin martına kimi fəaliyyət göstərmişdir. “Naş dom- Rossiya” hərəkatının lideri, Rusiyanın Ukraynadakı səfiri olmuşdur.
1993-cü ilin fevralında G.A.Züqanovun başçılığı altında Rusiya Federasiyası Kom- munist Partiyası (RFKP) rəsmi olaraq bərpa olundu. Partiya proqramında iqtisadiyyatda çox- ukladlığa və burada dövlətin rolunun artmasına, radikal islahatların və kütləvi özəlləşdirmənin tənqidinə, hökumətdən fəal sosial siyasət yeridilməsi tələbinə geniş yer vermişdir. M.İ.Lap- şinin liderliyində demək olar ki, kommunist partiyası ilə eyni vaxtda meydana gələn Rusiya Aqrar partiyası da öz proqramına görə RFKP-na yaxın idi.
1993-cü ilin martın 8-12-də 8-ci Rusiya Xalq deputatları qurultayı növbəti dəfə prezidentin səlahiyyətlərini məhdudlaşdırdı, 1992-ci il dekabrın 12-də olan sazişi ləğv etdi, referendum keçirilməsi üzərinə moratorium qoydu. Buna cavab olaraq B.Yeltsin martın 20-də hakimiyyət böharanı dəf edilənə kimi xüsusi idarəetmə qaydaları haqqında fərman imzaladı. Aprelin 25-nə prezidentə etimad, yeni Kosntitusiya, yeni parlamentin seçilməsi məsələlərini
əhatə edən referendum təyin etdi. R.Xasbulatov, V.Zorkin, A.Rutskoy fərmana qarşı çıxdı. Konstitusiya Məhkəməsi fərmanın bir sıra maddələrinin Konstitusiyaya zidd olmasına dair qərar qəbul etdi. Martın 26-da növbədənkənar 9-cu Rusiya Xalq deputatları qurultayı toplandı. Qurultay prezident B.Yeltsinə impicment, yəni etimadsızlıq göstərilməsi haqqında qərar qəbul etməyə cəhd etsə də zəruri olan 689 deputat səsinə qarşı 617 səs alaraq məqsədə çata bilmədi. Beləliklə, qurultay 4 məsələdən ibarət referendum keçirilməsinə razılıq verdi: 1.RF-nın prezidenti B.N.Yeltsinə etibar edirsinizmi? 2.RF-nın prezidentinin 1992-ci ildən həyata keçirdiyi sosial-iqtisadi siyasəti bəyənirsinizmi? 3.RF prezidentinin növbədənkənar seçki keçirilməsini zəruri hesab edirsinizmi? 4.RF Ali Sovetinin növbədənkənar seçkisinin keçirilməsini zəruri hesab edirsinizmi?
Bu dörd məsələyə aydınlıq gətirməli olan referendum 1993-cü il aprelin 25-də baş tutdu. Səsvermədə Rusiya əhalisinin 64 faizi, yəni 69 milyon nəfəri iştirak etdi. 40 milyon nəfər, yəni səsvermədə iştirak edənlərin 58,7 faizi Prezidentə etimad nümayiş etdirdi. Pre- zidentin sosial-iqtisadi siyasətini isə seçicilərin 36 milyon nəfəri, yəni 53 faizi müdafiə etdi. Beləliklə, qəbul edilən qərara əsasən sorğuda iştirak edənlərin yarısından çoxu prezindenti müdafiə etdiyindən o, qələbə çaldı, lakin siyasi böhran daha da dərinləşdi. Növbədənkənar seçkilərin keçirilməsinə dair sorğunun son iki maddəsi müvafiq olaraq 40 və 67,6 faiz səs topladığı üçün əlavə seçkilər keçirmək baş tutmadı.
Müxalifətin siyasi mövqeyinin güclənməsi onların küçə fəaliyyətinin fəallaşmasına səbəb oldu. 1993-ci ilin mayın 1-də Moskvanın Leninqrad prospektində kommunist nümayiş- çilərlə milislər arasında çaxnaşma baş verdi ki, bunun da nəticəsində ölən və yaralananlar oldu. Həm qapalı qapılar arxasında, həm də meydanlarda baş verən hadisələr hər iki tərəfi qəti hərəkət etməyə sövq etdi. B.N.Yeltsinin göstərişi ilə yeni Konstitusiyanın hazırlanması pro- sesi sürətləndi. Yeni layihədə prezindentin səlahiyyətləri əhəmiyyətli dərəcədə artdı. Bu Ali
Sovetin böyük əksəriyyətinin narazılığına səbəb oldu. Ali Sovetin rəhbərliyi yeni qanunların qəbul edilməsinin qarşısını alaraq hakimiyyətin üst təbəqələrində korrupsiya olduğunu bəyan etdi. Prezident 1993-cü il sentyabrın 1-də imzaladığı fərmanla vitse-prezident A.R.Rutskoyu vəzifəsindən azad etdi. Ali Sovet bu fərmanı konstitusiyaya zidd addım hesab edərək ləğv etdi, Prezident və deputatların növbədənkənar seçkisini elan etdi.
1993-cü il sentyabrın 21-də B.N.Yeltsin seçilmiş nümayəndələrdən ibarət hakimiyyət orqanlarının – Rusiya Federasiyasının Ali Sovetinin və Xalq Deputatları Qurultayının buraxıl- masına dair fərmanı elan etdi, dekabrın 12-nə parlamentin yeni seçkisini təyin etdi. Ali Sovet fərmanı dövlət çevrilişi kimi qiymətləndirərək, B.Yeltsini hakimiyyətdən uzaqlaşdırıb, A.V.Rutskoyu yeni prezident seçdi. Sentyabrın 24-də A.Rutskoy və R.Xasbulatovun silahlı tərəfdarları podpolkovnik S.N.Terexovun başçılığı altında Zabitlər İttifaqının üzvləri ilə birlikdə Leninqrad prospektindəki MDB silahlı qüvvələrinin birləşmiş Qərargahını tutmağa cəhd etdilər. Sentyabrın 24-də Ali Sovetin iclaslarının keçdiyi “Ağ ev” milis qüvvələri tərə- findən mühasirəyə alındı, binanın işıq və su təchizatı kəsildi. Prezident və Ali Sovetin iki həf- təlik qarşıdurması başladı. 1993-cü il oktyabrın 2-3-də qarşıdurma silahlı xarakter aldı. A.V.Rutskoyun tərəfdarları oktyabrın 3-də Yeni Arbatdakı şəhər meriyasına hücum etdilər, ilk qurbanlar oldu.A.Rutskoy və general A.M.Makaşov öz tərəfdarlarını Kremlə hücüm etməyə çağıraraq Ostankino televiziya mərkəzinə hücuma keçdilər. Telemərkəz işğal edilməsi təhlükəsi altında öz verlişlərini dayandırdı. Yalnız 2-ci kanal ehtiyat studiyasından veriliş- lərini davam etdirirdi. Oktyabrın 4-də Prezident B.Yeltsin Moskvada hərbi vəziyyət elan edə- rək paytaxta qoşun yeritdi. “Ağ ev” tanklardan top atəşinə tutulduqdan sonra günün ikinci ya- rısı müdafiəçilər təslim oldu. A.Rutskoy, R.Xasbulatov, A.Makaşov və b. həbs edilərək Le- fortovo həbsxanasına göndərildi. Rəsmi məlumata əsasən oktyabrın 3-4 hadisələrində 152 nə- fər, qeyri rəsmi məlumatlara əsasən isə 200-dən 400 nəfərə qədər adam öldürüldü. Parlament binasının tanklardan atəşə tutulması ölkədə birmənalı qarşılanmadı, ziyalılar da iki cəbhəyə bölünərək bu aktı antikonstitusiya hərəkəti kimi qiymətləndirənlərə, yaxud parlament rəh- bərliyin başqa yolla saxlamaq mümkün deyildir kimi fikirlər səsləndirənlərə bölündü.
1993-cü il oktyabrın 7-də B.Yeltsinin fərmanı ilə Moskva Soveti buraxıldı. İki gündən sonra Prezident “Rusiya Federasiyasında nümayəndəli hakimiyyət və özünüidarə orqanlarında islahatlar haqqında” fərman imzalayaraq bütün rayon, şəhər, qəsəbə və kənd sovetlərinin fəaliyyətinə xitam verdi, onların səlahiyyətləri yerli icra başçılarına verildi. Oktyabrın 24-də Prezidentinin başqa bir fərmanı ilə Moskva və Moskva vilayəti Dumalarına seçkilər haqqında, Oktyabrın 26-da “Rusiya Federasiyasında yerli özünüidarə islahatları haqqında” fərman imzaladı ki, buna əsasən yerli sovetlər öz fəaliyyətini dayandıraraq səlahiyyətlərini yerli icra başçılarına təslim edirdi. Beləliklə, Rusiya Federasiyasının prezidenti B.N.Yeltsinin yuxarıda adı çəkilən fərmanları əsasında Ali Sovetin müqaviməti silah gücünə qırıldıqdan sonra 76 il mövcud olan sovet hakimiyyəti ildırım sürəti nəticəsində ləğv edildi. Bununla da dövlət quruluşunun sovet formasına son qoyuldu.
1993-cü il dekabrın 12-də referendum keçirildi, burada iştirak edənlərin 58,4 faizi prezidentin təqdim etdiyi Konstitusiya layihəsini bəyəndi. Rusiyanın qəbul edilən yeni Konstitusiyasına görə Rusiya Federasiyasının Ali qanunverici orqanı iki palatadan, yəni Dövlət Duması və Federasiya Şurasından ibarət olan Federal Yığıncaq elan edildi. Prezident çox böyük səlahiyyətlərə malik oldu. O, hər iki palatanın qərarına veto qoymaq hüququ alırdı. Bu vetonu aradan qaldırmaq üçün palata üzvlərinin üçdəiki hissəsinin səsi tələb edilirdi. Baş nazirin namizədliyini üç dəfə rədd edən Dumanı prezident buraxmaq səlahiyyətinə malik oldu. 6gər Duma hökumətə etimadsızlıq göstərsə idi o zaman prezident ya hökuməti istefaya göndərər, ya da Dumanı buraxa bilərdi. Faktiki olaraq Rusiya prezident respublikası elan edildi. Prezidentə impiçment, yəni etimadsızlıq göstərilməsinin baş tutması xeyli çətinləş- dirildi. Belə ki, Kosntitusiyaya əsasən prezidenti vəzifəsindən kənar etmək məqsədilə Federal Yığıncağın hər iki palatası deputatlarının üçdəikisinin səsi tələb olunurdu.
Referendumla yanaşı Federal Yığıncağın aşağı palatası Dövlət Dumasına seçkilər keçi- rildi. Seçkilər majoritar və proporsional sistem üzrə baş tutdu. 225 deputat birmandatlı
majoritar dairələr üzrə, 225 deputat ümumfederal partiya siyahısı üzrə seçilmişdi. Seçkilərdə iştirak etmək hüququ qazanan 13 partiya və birlikdən yalnız 8-i beş faizlik həddi keçərək Dumada öz yerini aldı. Y.T.Qaydarın rəhbərlik etdiyi “Vıbor Rossii” partiyası radikal isla- hatların tərəfdarı kimi seçicilərin yalnız 15 faizinin səsini ala bildi. Səslərin dörddəbirini, yəni 63 deputat yeri alan V.V.Jirinovskinin Liberal-Demokratik partiyası (LDPR) 1990-cı ilin martında meydana gələrək vahid Rusiya, SSRİ-nin bərpası, güclü mərkəzi hakimiyyət, bazar, sosialyönümlü iqtisadiyyat uğrunda mübarizə aparırdı. Ümumiyyətlə, Dumada M.Lapşinin rəhbərlik etdiyi Aqrar partiya 55, G.Züqanovun Rusiya Federasiyası Kommunist Partiyası 45, Rossiyskiy Put birliyi 25 yer qazanaraq müxalif sol və böyük dövlətçilik-vətənpərvər qüvvə- lərinin üstünlüyünü təmin etdilər. Demokratik partiyaları təmsil edən “Bıbor Rossii” 76, “Yabloko” (Q.A.Yavlinski, Y.Y.Boldırev və V.P.Lukin) 23, “Soyuz 12 dekabrya” 12 deputat yerinə sahib oldu. Mərkəzçi mövqe tutan S.M.Şaxayın “Partiya Rossiyskoqo yedinstva i soqlasiya” 30, “Jenşini Rossii” 23 deputat yer aldı. Federasiya Şurasının birinci sədri keçmiş iri sənaye müəssisəsinin direktoru olan V.F.Şumeyko oldu. Dövlət Dumasına İ.Rıbkin baş- çılıq etdi. Dumanın ilk aktlarından biri 1991-ci il avqust qiyamı və 1993-cü il oktyabr hadisələri iştirakçılarını əfv etmək qərarı oldu.
1994-cü ilin aprelində milli-vətənpərvər qüvvələr istisna olmaqla ictimai-siyasi qüv- vələrin böyük əksəriyyəti və Prezident ictimai razılıq əsasında müqavilə imzaladı. Müqavilə- yə əsasən iki il müddətində cəmiyyətdə sabitliyi pozan Konstitusiya dəyişikliyinə yol veril- məməli, federal hakimiyyət orqanlarına növbədən kənar seçkilər keçirilməməli idi. 800 nə- fərdən çox müxtəlif hakimiyyət, siyasi partiya və birlik nümayəndələrinin bu müqaviləni imzalamasına baxmayaraq, RFKP və Aqrar partiya, sonradan isə daha 10 partiya bu sənəddən imtina etdi. Bütün bunlara baxmayaraq müəyyən mənada müqavilə cəmiyyətdə vəziyyətin sabitləşməsinə kömək etdi.