Ölkaninsosial-iqtisadivaziyyati.60-cı illərin ortalarına doğru Sovet İttifaqında əhalinin
ərzaq məhsulları, yüngül sənayeni kənd təsərrüfatı xammalı ilə təmin edilməsi sahəsində ağır vəziyyət yaranmışdır. Kənd təsərrüfatı sahəsində ölçülüb-biçilmədən tədbiq olunan eks- perimentlər 1953-1958-ci illərdə əldə edilən nailiyyətləri heçə endirdi. Heyvandarlıq sahəsi ağır zərbə aldı, SSRİ xaricdən taxıl almağa məcbur oldu.Yeni hakimiyyətin qarşısında duran
əsas vəzifə iqtisadi islahatları davam etdirmək idi.
1965-ci ilin martında keçirilən Sov.İKP MK-nın Plenumunda L.İ.Brejnev aqrar si- yasətin yeni hədəflərin elan etdi. Sovxoz və kolxozların məhsulunun satınalma qiyməti artırıl- dı, dövlətə məhsul tədarükünün sabit planı müəyyən edildi, kolxozların pul gəlirlərindən tutu- lan verginin miqdarı azaldıldı. Buğda və arpanın əkin sahələri yenidən artrıldı. Kolxozlarda
əməkgünü yerinə sabit pul məvacibi təyin edildi ki, bu da kəndlilərin həyat səviyyəsini yük- səltdi. Şəxsi həyətyanı təsərrüfata qoyulan qadağa ləğv olundu. 6t, süd, yumurta, yunun 25- dən 30 faizinə kimi verən xüsusi bölməyə diqqət artırıldı. Ev mal-qarasının sayına qoyulan məhdudiyyət ləğv edildi, kolxozçulara öz təsərrüfatlarını abadlaşdırmaq məqsədilə banklardan kredit götürməyə icazə verildi. L.İ.Brejnevin təşəbbüsü ilə ilk dəfə olaraq kənd təsərrüfatına böyük miqdarda kapital qoyuluşu müəyyən edildi ki, bu da bütün investisiyanın beşdə bir hissəsindən çox idi. Bunun sayəsində aqrar bölmə ilk dəfə xalq təsərrüfatı sahələri arasında önə çıxaraq hətta yüngül sənayeni belə ötüb keçdi. Baxmayaraq ki, L.Brejnevin dövründə xalq təsərrüfatı üçün ayrılan investisiyanın 20 faizi aqrar bölmənin payına düşürdü (ABŞ-da bu 7-8 faizə çatırdı) xaricdən ərzaq, xüsusilə də taxıl idxalı getdikcə artırdı. Şəhərlərin kənd təsərrüfatı malları ilə təmin edilməsində çətinliklər yarandığı üçün ilk vəzifə olaraq bu məh- sulların emal edilib saxlanılması irəli sürüldü. Doğrudan da, taxıl, kartof, tərəvəz, meyvənin 20-30 faizi kolxoz-sovxoz sahələrindən istehlakçıya çatana kimi zay olurdu. Məhz bu itkinin qarşısını almaq məqsədilə nəhəng ərzaq proqramı işlənib hazırlansa da Brejnev epoxasının başqa kənd təsərrüfatı proqramları kimi bu da səmərəsiz oldu.
30-cu illərdə, stalinizmin dövründə kolxozçulara kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olmaq qadağan edildiyi üçün bu işi yerinə yetirən müəssisələr böyük şəhərlərdə ti- kildiyinə görə tez xarab olan məhsul müəssisəyə çatdıralana kimi ya yollarda, ya anbarlarda və yaxud da sahələrdə zay olub gedirdi. Odur ki, 1977-1978-ci illərdən başlayaraq kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan ixtisaslaşdırılmış “istehsalat birlikləri” yara- dıldı. Onlar kolxozları, sovxozları, yeyinti sənayesi müəssisələrini və imkan daxilində elmi- tədqiqat laboratoriyalarını birləşdirirdi. 1982-ci ildə aqrar bölmədəki ağır vəziyyət daha qəti addım kimi aqrosənaye komplekslərinin (ASK) yaradılmasına gətirib çıxardı. Eyni ərazidə yerləşən kolxozlar, sovxozlar, kənd təsərrüfatının ehtiyaclarını təmin edən maşınquraşdırma və kimya istehsalı müəssisələri, kənd təsərrüfatı üçün xammal emal edən müəssisələr regional ASK-də birləşdilər. Bu yenidənqurma əslində kənd təsərrüfatının inteqrasiyasını təmin edərək işlərin daha operativ həllinə şərait yaratmalı idi. Lakin mövcud olduğu illər ərzində aqrosə- naye kompleksləri hər şeydən əvvəl inzibati birlik olaraq qaldı və həyatın tələblərinə cavab verən iqtisadi təşkilata çevrilə bilmədi. İslahat nəticəsində yeni yaranan inzibati strukturlar kənd təsərrüfatın idarə etmə sistemini bürokratik aparata çevirdi. Bunun qarşısını almaq və kolxozçuların öz əməyinə marağı artırmaq məqsədilə kollektiv müqavilə əsasında işləyən briqadalar yaradıldı. Briqada üzvləri onlara ayrılmış sahədə əkilən bütün mədəni bitkilərin becərilməsinə cavabdeh olub, əldə etdikləri nəticəyə görə əmək haqqı alırdılar. Briqada me- todu aqrosənaye rəhbərliyi tərəfindən kolxoz qruculuğunda ailə təsərrüfatının bərpası qorxusu ilə tənqidi qarşılandı. Xüsusilə 30-cu illərin kolxoz qruculuğu təcrübəsi hər iki tərəfin bir- birinə etimad göstərməməsi ilə diqqəti cəlb edir. L.Brejnev rəhbərliyinin aqrar bölmənin inkişafına maliyyə dəstəyinin artırmasına baxmayaraq kənddəki başlıca daxili ziddiyyət hesab edilən kolxozçunun torpağa yadlaşmasının qarşısını ala bilmədi. Bəhs edilən dövrdə aqrar siyasət yalnız xərclərin artması və ayrılan vəsaitin israf edilməsi ilə xarakterizə edilirdi.
Ölkənin kənd təsərrüfatı ağır vəziyyətdə qalmaqda davam edir və belə çətinliklər get- dikcə dərinləşirdi. SSRİ hər il ABŞ, Kanada, Argentinadan taxıl alırdı.Ölkənin çox rayonla- rında ət və süd məhsulları çatışmırdı, tərəvəz, yarma hətta çörək belə fasilələrlə verilirdi. 6r- zaq məhsullarının bir ələ buraxılması norması talon sistemi ilə müəyyən olundu. Moskvadan çox da uzaq olmayan əyalətlərdə yaşayan əhali mütəmadi olaraq paytaxta ərzaq almaq üçün “kolbasa elektrik qatarları” ilə gəlirdilər.
1982-ci ilin may ayında Sov.İKP MK-nın Plenumunun əsas məqsədi on il ərzində ərzaq bolluğu yaratmaq olan ərzaq Proqramın qəbul etdi. Bu məqsədə iki yolla çatmaq planlaşdırılır ki, bu da aqrosənayenin inteqarsiyasının gücləndirilməsi və şəxsi təsərrüfatların inkişaf et- dirilməsindən ibarət idi. 6rzaq proqramın həyata keçirmək məqsədilə beş kənd təsərrüfatı nazirliyi Dövlətaqrosənaye mərkəzində birləşdi, yerlərdə isə vilayət və rayon aqrosənaye birlikləri (RASB) yaradıldı. Faktiki olaraq külli miqdarda maliyyə vəsaitinə nəzarət edən yeni bir bürokratik mərkəz meydana gəldi. Digər bir tərəfdən kolxozçuların şəxsi təsərrüfatlarının inkişaf etdirilməsi real olaraq kolxoz sədrləri və RASB rəhbərlərinin müqavimətinə rast gəldi. Belə ki, şəxsi təsərrüfatla yalnız əsas iş vaxtı başa çatdıqdan sonra məşğul olmaq olardı. 6slində ərzaq proqramı ölü doğulmuş uşaq təsiri bağışlayan sənəddən başqa bir şey deyildi, çünki kənd təsərrüfatı məhsullarının artırılmasını təmin edə bilmədi.
Xalq təsərrüfatının sənaye sahəsindəki islahatlar SSRİ Nazirlər Sovetinin sədri A.N.Ko- siqinin adı ilə bağlıdır. 1965-ci ildən onun təşəbbüsü ilə başlanan islahatın əsas qayəsi müəs- sisələrə iqtisadi müstəqillik verilməsidir. Təsərrüfat hesabına keçildi. Bu isə o demək idi ki, müəssisələr öz xərcini ödəmə, özünümaliyyələşdirmə və özünüidarəetmə prinsipi əsasında təsərrüfat hesabına keçirdilər. Belə ki, müəssisələr qazandığı gəlirin müəyyən hissəsin büd- cəyə ödədikdən sonra yerdə qalan vəsait onun sərəncamına keçirdi. Müəssisələr qazandıqları gəlir əsasında istehsalın inkişafı fondu, mədəni-məişət obyektlərinin tikintisi fondu, maddi həvəsləndirmə fondu yaratdılar. Qəbul edilən tədbirlərin məqsədi müəssisələrin və onların
əmək kollektivlərinin plan tapşırıqlarının yerinə yetirilməsində maraq prinsipini artırmaq, insan, maddi və maliyyə ehtiyatlarından daha səmərəli istifadə edərək məhsulun keyfiyyətini yüksəltməyə nail olmaqdan ibarət idi.
Sovet İttifaqında islahata kimi müəssisələrin əsas göstəricisi istehsal edilən məhsulun ümumi həcmi hesab olunduğu üçün, məhsulun maya dəyəri yuxarı olur, az tələb edilən, aşağı keyfiyyətli məhsul buraxılırdı. İslahat nəticəsində məhsulun ümumi həcmi yerinə ona tələ- batın olması, gəlir gətirməsi, çəkilən xərci çıxarması, qoyulan pul vəsaitinin dəyərinin artır- ması önə çıxdı. Planlaşdırma daha da təkmilləşdirilərək çəkilən xərci çıxara bilməyən sahə və istehsalın müdafiəsinə yönəldildi.
1966-cı ilin yanvarında ilk dəfə ölkədə 43 müəssisə yeni-təsərrüfat hesabına keçdi. 1966-cı ilin martında olan Sov.İKP-nin XXIII qurultayında xalq təsərrüfatının idarə edilmə- sinin inzibati metodlarının iqtisadi vasitələrlə əvəz edilməsi kursu elan edildi. Növbəti 1966- 1970-ci illərdəki səkkizinci beşillik planda müharibədən sonrakı dövrdə birinci dəfə xalq təsərrüfatının “A” bölməsinə kapital qoyuluşu azaldıldı, “B” bölməsinə isə kapital qoyuluşu 4,8 faizdən 5,2 faizə qalxdı.
Səkkizinci beşilliyin ilk illərində islahatlar məhsul istehsalının artmasına səbəb oldu. Yeni təsərrüfat hesabı ilə işləyən müəssisələr 15 faizə çatdı ki, onlar da ümumi məhsulun 37 faizini istehsal edirdi. 1968-ci ildən başlayaraq topdan satınalma qiymətinin qaydaya salın- ması sayəsində sənaye sahələri gəlirlə işləyirdi. Düzdü əmək məhsuldarlığının artması üzrə plan tapşırıqları yerinə yetirilməsə də sənaye məhsulu istehsalının inkişaf sürəti xeyli artdı. Səkkizinci beşilliyin sonunda ölkənin 49 min müəssisənin 41 mini yeni təsərrüfat hesabı metodu ilə işləyirdi ki, onlar da sənaye məhsulunun 93 faizini istehsal edirdi. SSRİ-də 2 min yeni sənaye müəssisəsi işə salındı. Ümumiyyətlə, 1960-70-ci illər geniş sənaye tikintiləri ilə müşayiət olunur. Krasnoyarsk HES, Qərbi-Sibir və Karaqanda metallurgiya kombinatları, Tü- men neft-qaz kompleksi, Tolyattidə VAZ, Naberejnı Çelnıdə KamAZ zavodları, Volqadonda Atommaş tikilib istifadəyə verildi. 1967-ci ildə dünyada ən yüksəklikdən biri hesab edilən Ostankino tele-radio verlişləri mərkəzi fəaliyyətə başladı. Sibir və Uzaq Şərqin iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə 1974-cu ildə hələ Böyük Vətən müharibəsi ərəfəsində tikil- məsinə cəhd edilən nəhəng tikililərdən biri Baykal-Amur (BAM) magistral yolun tikintisi təzələndi. 3 min km-dən çox uzunluğu olan BAM-ın tikintisi 1984-cü ildə başa çatdı. Bu yol iqtisadi məqsədlərdən daha çox hərbi-strateji önəm daşıyırdı.Çinin sərhəd boyu ərazilərinin yaxınlığından keçən bu magistral Transsibir yoluna əvəzləyici kimi inşa edilirdi. Külli miq- darda vəsait sərf edilərək inşa edilən BAM əslində iqtisadi nöqteyi-nəzərdən özünü doğrult- madı.
1960-cı illərdə Sovet İttifaqı kömürdən neft-qaz mərhələsinə daxil oldu. 1968-ci ildən başlayaraq ölkənin yanacaq-energetika bazasında balans dəyişikliyi baş verərək neft birinci yerə çıxdı. Ölkənin ayrı-ayrı rayonlarında təbii qaz əsas yanacaq oldu. Neft və qazın önə keçməsi ölkə təsərrüfatına böyük iqtisadi üstünlük qazandırdı, çünkü kömür emalındakı əmək məhsuldarlığı neft və qaza nisbətən 5 və 10 dəfə aşağı idi. 1969-cu ildə Sovet İttifaqı qaz ehtiyatına görə ABŞ-ı ötüb keçdi. 1983-cü ildə isə SSRİ dünyada qaz çıxarılmasına görə birinci yerə çıxdı. 70-ci illərin əvvəllərində SSRİ yeganə ölkə idi ki, yanacaq-energetika bazası ilə özünün xalq təsərrüfatının inkişafını tam təmin edirdi. 6gər 1960-cı ildə ölkədə çıxarılan neft və qaz SSRİ-nin Avropa hissəsinin payına düşürdüsə, 80-ci illərin ortalarında ölkə neftinin üçdə ikisi, qazın isə 60 faizindən çoxu Qərbi Sibirin payına düşürdü. 1960-1985- ci illərdə SSRİ-nin neft və qaz ixracatı 16,2-dən 54,4 faizə çatdı.1973-cü ildə dünya bazarında neft bahalaşdıqdan sonra 1975-1985-ci illərdə ölkə neft ixracından 180 milyard dollar qa- zandı. 1970-ci ildə 60 min km-dən çox qaz kəmərləri çəkilərək qaz mədənləri arasında əlaqə yaradılması başa çatdı. Ölkədə yanacaq sənayesi sürətlə inkişaf etdiyi üçün bütün iqtisadiyyat təbiət faktorundan asılı olmağa başladı. Bu isə 1976-1985-ci illərdə yanacaq-xammal sahə- sində vəziyyətin pisləşməsi ilə bağlı olaraq ümumən iqtisadi inkişafı ləngitdi.1984-cü ildə neft çıxarılması ilk dəfə azaldı.1980-ci illərin ortalarında dünyada neftin qiymətinin aşağı düşməsi ölkə büdcəsinə daxil olan “neftdollarlarının” azalmasına gətirib çıxardı. Bu isə on birinci beşillikdə (1981-1985-ci illər) milli gəlirin aşağı düşməsinə və sovet iqtisadiyyatının ağır zərbə almasına şərait yaratdı, plan tapşırıqları heç bir sahə üzrə yerinə yetirilmədi.
Bir-birini əvəz edən islahatlara baxmayaraq SSRİ-nin iqtisadiyyatında meydana gələn
böhran haqqında 1983-cü ildə akademik T.İ.Zaslavskaya “Novosibir məruzəsində” Akademi- yanın qapalı yığıncağında, sonra isə partiya müşavirəsində məlumat vermişdi. T.Zaslavskaya və Novosibirsk iqtisadiyyat və sənaye istehsalının təşkili institunun nəşr etdirdiyi “Eko” jur- nalı əməkdaşlarının fikrinə görə ölkədəki böhranın başlıca səbəbi mövcud sistemin insan eh- tiyatlarından və cəmiyyətin intellektual potensialından səmərəli istifadə etməyə qabil olma- ması idi. Belə ki, mövcud sistem İ.Stalinin ölümündən sonra islahatlara məruz qalsa da
əslində 30-cu illərdə yaranmış iş metodundan heç də fərqli deyildi. Son dərəcə mərkəz- ləşdirmə, direktiv planlaşdırma ilə bərabər azad bazar qiymətlərinin olmaması, əmək adam- larının maddi maraq prinsipinin təmin edilməsinə mərkəzdən nəzarət edilməsi, istehsal, xidmət, ticarətdə əhalinin bütün fərdi əmək fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan edilməsi bu sistemin səciyyəvi xüsusiyyətləri idi. Başqa sözlə, zəhmət adamları yalnız ictimai bölmənin fəaliyyətinə arxalana bilərdilər. Hətta səmərə belə verən hər hansı bir şəxsi təşəbbüs leqal olmayan kölgə iqtisadiyyatına aid edilirdi. Nəzəri cəhətdən hər bir əmək adamının təşəb- büskarlığı alqışlansa da onların müəssisələrin idarə edilməsində iştirakı müəssisənin özü tərə- findən məhdudlaşdırılırdı. Nümunəvi işçilər ən yaxşı halda əlavə əmək haqqları alırdılar ki, bu da çox zaman real vəziyyətə uyğun gəlmirdi. Maddi maraq prinsipinə mane olan başqa bir səbəb mütəmadi müxtəlif çeşidli mal qıtlığı idi ki, əmanət kassalarında əhalinin külli miqdarda pul vəsaiti yığıldığı halda onların tələbatını ödəmək üçün istehlak malları çatış- mırdı. 1980-ci illərin əvvəllərində Sovet ittifaqının çox rayonlarında aqrar məhsulların bölüş- dürülməsinin kartoçka sistemi tədbiq edildi. Ticarət rəflərindən birinci dərəcəli ehtiyac duyulan mallar yoxa çıxdı.
1966-1970-ci illərdəki səkkizinci, 1971-1975-ci illərdəki doqquzuncu, 1976-1980-ci illərdəki onuncu və 1981-1985-ci illərdəki on birinci beşilliklər ərzində SSRİ-nin iqtisadi və sosial inkişaf göstəricilərinin aşağı düşməsi ölkə xalq təsərrüfatının ağır vəziyyətinn sözə eh- tiyacı olmayan rəqəmləridir. Belə ki, milli gəlir 1966-1970-ci illərdə 7,2, 1971-1975-ci illərdə 5,1, 1976-1980-ci illərdə 3,8 1981-1985-ci illərdə 3,1, sənaye məhsulu istehsalı müvafiq ola- raq 8,5; 7,4; 4,4; 3,4;, kənd təsərrüfatı məhsulu istehsalı 3,9; 2,5; 1,7; 1,1, ictimai əməyin
məhsuldarlığı 6,8; 4,5; 3,3; 3,1, əhalinin hər nəfərinə düşən real gəlir 5,9; 4,4 ; 3,4; 2,1 faiz təşkil etmişdir.
Faktlar təstiq edir ki, 70-80-ci illərin hüdudlarında SSRİ iqtisadiyyatı “durğunluq” vəziyyətindən böhrana daxil olmuşdur. Bunun isə səbəbləri çoxşaxəli idi. Hər şeydən əvvəl müəssisələrin yeni texnikanı mənimsəməsi, əmək məhsuldarlığını artırılması və məhsulun keyfiyyətini yaxşılaşdırılması üçün marağı təmin edilmədi. Mövcud idarəetmə sistemi daxi- lində müəssisələrin plan tapşırıqları ümumi istehsalın artım həcminin 5-8 faizini nəzərdə tu- turdu. Plan tapşırıqlarının yerinə yetirilməməsi inzibati və təsərrüfat cəza tədbirləri olaraq rəh- bərlərə töhmət verilməsi, müəssisənin sərəncamında sosial ehtiyaclar üçün saxlanılan vəsaitin azaldılması müəyyən edilirdi. Odur ki, bir çox müəssisə rəhbəri istehsalın inkişafını azaldaraq planı yerinə yetirməyə əlavə ehtiyat saxlayırdı. Buraxılan məhsulun kağız üzərində saxta rəqəmlərlə artıq göstərilməsi geniş miqyas almışdır. Bir çox məhsulun çatışmaması, rəqabətin olmaması məhsulun keyfiyyətini yaxşılaşdırmağa və onun çeşidlərini artırmağa maraq oyat- mırdı. Bu təcrübə həm istehlakçıya, həm də təsərrüfatın fəaliyyətinə ziyan vururdu. Məsələn, zavodlar kolxoz və sovxozların tələb etdiyi kiçik mexanizm vasitələri yerinə bahalı ağır traktor və kombaynlar istehsal edirdi.
6mək məhsuldarlığının artmasını təmin edən yeni texnikanın tətbiqi yuxarıdan müəy- yən olunan əmək haqqının artmasına deyil, hazır məhsula qoyulan qiymətin aşağı salınmasına səbəb olurdu ki, bu da sıravi işçilərə sərf etmirdi. Bundan əlavə mövcud əmək haqqı sisteminə
əsasən yeni texnikaya qulluq edən mühəndis, operator, proqramçılar fiziki əmək işçilərindən az əmək haqqı alırdılar. Təbii olaraq onlar yeni peşələrini mənimsəməkdə maraqlı deyildilər.
İşçi qüvvəsindən çox halda səmərəli istifadə edilmirdi. Yüksək intellektual səviyyəli işçilər, tələbələr tez-tez kolxoz və sovxozların mövsümi tədarük işlərinə, tərəvəzin yığılma- sına cəlb edirilirdi. Ölkənin ali təhsil sistemində hazırlanan kadrlar istehsalatın tələbatına cavab vermədiyi üçün məzunlar öz ixtisası üzrə iş tapa bilmirdilər. Çox halda mühəndis-
texniki kadrlar öz diplomlarını gizlədərək müəssisələrdə fəhlə kimi işə düzəlirdilər.
Dövlət büdcəsinin 10 faizə kimi böyük bir hissəsi gündən-günə şişən idarəçilik apara- tının saxlanılmasına sərf edirdi. 1980-ci illərin ortalarına doğru onlar təqribən əmək qabiliy- yətli əhalinin yeddidə bir hissəsini təşkil edərək 18 milyon nəfərə çatırdı. Keçmişdən miras qalan və gündən-günə artan ölkə problemlərinin həlli dünyadakı real inkişafı nəzərə almaqla onlara yeni yanaşma tələb edirdi ki, L.İ.Brejnev və onun əhatəsi buna hazır deyildir.
Həqiqətən, 1965-1985-ci illərdə sovet cəmiyyəti dərin dəyişikliyə məruz qaldı. 1939-cu ildən 1980-ci ilə qədər şəhər əhalisi 56-dan 180 milyon nəfərə çatdı. 1979-cu ildəki siya- hıyaalma məlumatına əsasən ölkənin şəhər əhalisi 62 faiz təşkil edirdi. Beləliklə, Sovet İttifa- qında şəhərləşmiş cəmiyyət formalaşdı. Ölkənin kənd əhalisi 12 faizə düşdü. SSRİ-nin slav- yan olmayan əhalisi, xüsusilə müsəlmanlar daha çox artdı. Məsələn, ölkənin müsəlman əhalisi 1959-cu ildəki 22,5 milyon nəfərdən (ümumi əhalinin 10,7 %-i) artaraq 1979-cu ildə 42 milyon nəfərə (ümumi əhalinin 16%-i) çatdı.
Sənayenin, ticarət və xidmət sahələrinin, dövlət aparatının inkişafı mütəxəssislərə tələbatı artırırdı. 1980-ci ilin əvvəllərində 40 faizə qədər şəhər əhalisinin ali təhsili var idi. 80- ci illərin ortalarına doğru SSRİ-də 5 milyon tələbə ali məktəblərdə yarım milyon nəfərlik müəllim ordusundan dərs alırdı. Beləliklə, dünən sosial elita hesab edilən ziyalılar bu gün bir çox sosial qrup və kateqoriyalara, mühəndis, inzibati-idarəçi heyət, alim, artist, müəllim, siya- sətçi və s. bölünmüşdür. Düzdür, 80-ci illərin ortalarına doğru SSRİ əhalisinin 70 faizi qədə- rinin ali və orta ixtisas təhsili olsa da mütəxəssislərin hazırlıq səviyyəsi cəmiyyətin tələblərinə cavab vermirdi.
Ölkə ehtiyatlarının böyük bir hissəsinin ağır sənayeyə, xüsusilə hərbi-sənaye kompleksi sahələrinə yönəldilməsi istehlak sahəsində vəsaitin çatışmazlığına gətirib çıxardı. Pul qiy- mətdən düşürdü. Baxmayaraq ki, rəqəmlərlə ifadə etdikdə 1960-cı ildə fəhlə və qulluqçuların orta əmək haqqı 80,6, 1970-ci ildə 122, 1980-ci ildə isə 168,9 manat olmuşdur. 1967-ci ildə ölkə beş günlük iş həftəsinə keçdi, məzuniyyət günlərinin sayı artdı. L.Brejnev dövründə bərabərləşdirici əmək haqqı ödənilməsi tətbiq edildi. Artıq 1985-ci ildə mühəndis –texniki işçilərlə fəhlələrin əmək haqqı arasındakı fərq minimuma endirildi. 6halinin əmanət kassa- larındakı pul vəsaiti artaraq 1960-cı ildəki 10,9 milyarddan 1980-ci ildə 156,9 milyard manata çıxdı. Lakin praktik olaraq əhalinin əmanətləri əmtəə ilə təmin edilmədiyi üçün heç bir dəyəri yox idi. 80-ci illərin əvvəllərində Sovet dövləti milli gəlirin yalnız dörd faizini səhiyyə sahəsinə, yeddi faizini isə təhsilə sərf edirdi ki, bu da inkişaf etmiş ölkələrdə ki, 10-12 faizlik göstəricidən geri qalırdı. Məhz bu səbəbdən ölkədə uşaq ölümü, alkoqolizm artır, orta yaş həddi aşağı düşürdü. Bütün bunlar onu göstərir ki, SSRİ 80-ci illərin ortalarına doğru kəskin sosial-iqtisadi böhranla üz-üzə idi.