Slavyan olkeleri tarixi. 1917-2015. pdf


İúğaldan azad edilmiú arazilarda dövlat siyasati



Yüklə 1,22 Mb.
səhifə44/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   40   41   42   43   44   45   46   47   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

İúğaldan azad edilmiú arazilarda dövlat siyasati. SSRİ-nin bir çox xalqları dövlət siyasətinin qurbanı olaraq deportasiyaya, yəni zorla öz yaşayış yerlərindən köçürülməyə məruz qaldılar. 40-ci illərdə “dövlət planına” əsasən məcburən köçürülənlərin sayı 3011108 nəfər təşkil edirdi ki, bunlar arasında da inquş, çeçen, alman, kalmık, balkar kimi bütöv xalq- lar var idi. 6lavə olaraq 215242 nəfər müxtəlif xalqların nümayəndələri müstəqil olaraq kö- çürmə yerlərinə xüsusi eşalonlar olmadan gəlmişdilər. Beləliklə, köçürülənlərin sayı 3226340 nəfər idi. Məcburi köçürmənin əsas bəhanəverici səbəbləri işğal vaxtı bu xalqlara məxsus ayrı-ayrı adamların və ya qrupların satqınlığını cəzalandırmaq, mümkün olan satqınlığın qar- şısını almaq üçün önləyici tədbir kimi müharibə aparan və aparması mümkün olan xaricdə ya- şayan soydaşları ilə iş birliyinin qarşısını almaqdan ibarət idi. İ.Stalinin subyektiv fikirlərinin məhsulu olan bütöv xalqları cəzalandırmaq təcrübəsi repressiyalarla müşayiət olunurdu. Hələ müharibə ərəfəsində koreyalılar və polyaklar deportatsiyaya məruz qaldılar. 1941-ci ilin avqustunda Volqaboyunda yaşayan almanlar guya Almaniyanın bir işarəsi ilə Volqaboyu ra- yonlarda təxribat və partlayış törətməyə hazırdılar damğası ilə yeni yaşayış yerlərinə kö- çürüldülər ki, onların da sayı 446480 nəfərə çatırdı. Beləliklə, 1941-ci ilin payızında almanla- rın Volqaboyu muxtar respublikası ləğv edildi. Leninqrad, Moskva, Qafqaz, Krım ərazisində yaşayan sovet almanları da köçürüməyə məruz qaldılar. Ümumən 1941-ci ilin sonu – 1942-ci ilin əvvəllərində 1084828 alman deportasiyaya uğramışdır. Almanlar və ailə üzvlərinə tətbiq edilən məhdudiyyətlər 1955-ci il dekabrn 13-də onların üzərindən götürülsə də onlara yalnız 1974-cü ildə doğma yerlərə qayıtmaq icazəsi verildi. Almanlardan başqa Volqaboyundan polyaklar da köçürüldü, belə ki, 1942-ci ikin noyabrında Saratov vilayətindən Qazaxıstana 2014 nəfər, o cümlədən 318 uşaq köçürülmüşdür. 1944-cü il mayın 11-də Krım azad edildikdən sonra Dövlət Müdafiə Komitəsi hitlerçilərlə işbirliyi görən hərbi caniləri cəzalandırmaq yerinə bütün Krım tatarlarının Krımdan köçürülməsi haqqında qərar qəbul etdi. Krım Respublikasından 191088 krım tatarı zorla köçürüldü ki, bunun da sayəsində Krımın əhalisi 379 min nəfərə qədər azalmış oldu. 1944-cü ildə Krımın boşaldılmış rayon- larına Ukrayna, RSFSR-in Voronej, Bryansk, Tambov, Kursk və Rostov vilayətlərindən əhali yerləşdirildi. 1945-ci ilin iyunun 30-da Krım MSSR RSFSR-in tərkibində Krım vilayətinə çevrildi, 1954-cü ilin fevralın 19-da Ukrayna SSR-nin tərkibinə daxil oldu. 2014-cü ilin martın 18-də Krım Republikası Rusiya Federasiyasının tərkibinə daxil edildi.
1943-cü il dekabrn 27-də Kalmık MSSR ləğv edildi və 91919 kalmık Qazaxıstana deportasiya edildi. 1957-ci il yanvarın 9-da kalmık xalqının dövlətçiliyi bərpa olundu. 1958-ci ilin iyulun 29-dək Kalmık muxtar vilayəti, sonra Kalmık MSSR yarandı. Elburusu müdafiə edə bilməyərək hitlerçilərə verməkdə təqsirli bilinən balkarlar 1944-cü il martın 8-də iki saat
ərzində deportasiya edildilər. 32887 nəfər, o cümlədən 16695 uşaq və qoca Qazaxıstana və Qırğızıstana sürgün edildi. Bundan əlavə Böyük Vətən müharibəsi cəbhələrində döyüşən 15 min bu xalqın nümayəndəsi cəbhədən geri çağırılaraq sürgün yerlərinə göndərildi. 1944-cü il mayın 29-da Kabardin –Balkar MSSR Kabardin MSSR-ə çevrildi, balkarların yaşadığı tor- paqlar isə Kabardin və Gürcüstan respublikalarının istifadəsinə verildi. 1943-cü il noyabrın 6- da balkarların qonşuları olan qaraçaylılar ayrı-ayrı adam və qrupların faşistlərlə əməkdaşlıq
etdiyinə, cinayət və satqınlıq təqsiri üzündən bütöv xalq, o cümlədən 62842 nəfər əhali Qır- ğızıstan, Qazaxıstan, Tacikistan, İrkutsk vilayəti və uzaq Şimala sürgün edildilər. 1957-ci ilin yazı və yayında qaraçaylıların 90 faizi müvafiq qərardan sonra öz yurdlarına Qaraçay-Çərkəzə döndülər.
1944-cü ildə Çeçen-İnquş MSSR ləğv edildi, fevralın 23-də 500 min nəfər əhalinin yaşadığı muxtar respublikadan 310630 çeçen və 81100 inquş deportasiya edildi. 6məliyyata bilavasitə Şimali Qafqazda olan Xalq Komissarı L.P.Beriya başçılıq edirdi. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistana köçürülənlərin sıralarına 1944-cü ilin fevralında Qızıl Ordu hissələrindən azad edilən bir neçə min nəfər çeçen və inquş əsgər və zabiti daxil oldu. Dağıstan MSSR-in şimal-qərb hissəsinin Auxov rayonunda yaşayan 30 min çeçen də sür- gündən yaxa qurtara bilmədi. Çeçen və İnquş xalqının dövlətçiliyi yalnız 1957-ci ildə bərpa edildi. 1944-cü il iyunun 2-də DMK-nin qərarı ilə Krımda yaşayan 15040 yunan, 12422 bolqar, 9621 erməni, 1119 xarici vətəndaş, o ümlədən alman, italyan, rumın, yunan, türk və iranlı iki gün içərisində deportasiyaya məruz qaldı. 1944-cü il avqustun 31-də DMK 6279 saylı qərarı ilə Gürcüstandan Qazaxıstan, Qırğızıstan və Özbəkistana türk, kürd və həm- şidlərin zorla köçürülməsini təmin etdi ki, bununla da 46516 türk, 8694 kürd, 1385 həmşid və 29505 nəfər başqa millətin nümayəndəsi deportasiya olundu. Ermənistanın Türkiyə ilə sərhəddində yaşayan kürdlərin bir hissəsi də Orta Asiyaya köçürüldü.
Cənubi Qafqazdan 100 min nəfərə yaxın türk və başqa xalqların nümayəndəsi öz ata- baba torpaqlarından didərgin salındı ki, onlar da 220 Məshəti kəndlərində yaşayanlar idi. Onlar cənubi Qazaxıstana, Orta Asiyanın Şimal rayonlarına, Kabarda MSSR-ə və Azərbaycana sürgün olundular.
1945-ci ilin sonuna olan məlumata əsasən xüsusi köçürülmə yerlərində (spetsposeleniy) 2342,5 min insanı əhatə edən 967 085 ailə var idi. Onların arasında “cəzalandırılan xalqların” ordudan geri çağrılan nümayəndələri 157 min nəfər (6,7%) təşkil edirdi. Biləvasitə İ.Stalinin və onun ətrafının təşəbbüsü ilə həyata keçirilən deportasiya siyasəti SSRİ-də yaşayan xalqların dostluğuna böyük ziyan vurmaqla yanaşı bu rayonların təsərrüfatlarının tənəzzülünə də səbəb oldu. Böyük insani, mənəvi və siyasi itkilərə səbəb olan məcburi köçürmə və yaxud həqiqi adı sürgün olan sovet dövlətinin bu siyasəti uzun illər SSRİ-də yaşayan xalqların taleyində acı izlər qoymuşdur. Bu ağrı-acıya məruz qalan xalqların böyük çoxluğu isə SSRİ- nin turk xalqları olmuşdur.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin