ŞÖBƏ MÜDİRİ Əmək funksiyası



Yüklə 422,48 Kb.
səhifə7/9
tarix14.12.2023
ölçüsü422,48 Kb.
#176968
1   2   3   4   5   6   7   8   9
Документ Microsoft Office Word (4)

İSTEHSALAT TƏCRÜBƏSİNİN RƏHBƏ
 
Əmək funksiyası. İstehsalat təcrübəsinin təşkili, aparılması və yekunlaşdırılmasına ümumi rəhbərliyi həyata keçirir, idarə, müəssisə və təşkilatlara tələbələrin istehsalat təcrübəsini təşkil etmək üçün sifarişlər verir. Hər il təcrübə bazaları ilə müqavilələr bağlayır, təcrübənin keçirilməsi qrafiklərini və proqramlarını təcrübə bazaları ilə razılaşdırır. Aidiyyəti strukturlarla birlikdə təcrübə rəhbərlərini müəyyən edir və onları təlimatlarla təmin edir. Təcrübə ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təcrübə bazalarının iş xüsusiyyətlərini; əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

1. Ümumimüddəalar 
1. 1 Təcrübə və Karyera Mərkəzi (bundan sonra – “Mərkəz” adlandırılır) ölkəmizdə fəaliyyət göstərən, universitetin və mütəxəssis hazırlığının profilinə uyğun qabaqcıl, dövlət və özəl müəssisələrlə, şirkətlərlə, təşkilatlarla və sənaye müəssisələri, müxtəlif elmi-tədqiqat və layihə institutları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasını, tələbə və məzunların əmək bazarına adaptasiya olunmalarına və öz ixtisasları üzrə uğurlu karyera qurmalarına dəstək olmaq işinin təşkili üçün yaradılır. 
1.2 Mərkəz Azərbaycan Memarlıq və İnşaat Universitetinin (bundan sonra “Universitet” adlandırılır) struktur bölməsi olub Elmi Şuranın qərarı ilə yaradılır (və ya ləğv edilir) və birbaşa rektora tabedir. 
1.3 Mərkəzə Universitet rektorunun əmri ilə vəzifəyə təyin olunan və tutduğu vəzifəsindən azad edilən müdir rəhbərlik edir. 
1.4 Mərkəzin strukturu, ştat vahidinin sayı və ştat tarifi universitetin xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir və rektorun əmrinə əsasən təsdiq edilir. 
1.5 Universitetin uyğun struktur bölmələri ilə, o cümlədən digər şöbələr, mərkəzlər, fakültələrlə və kafedralarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

2. Mərkəzin məqsədi 


2.1 Ali təhsilin bakalavriat səviyyəsində səriştə əsaslı istehsalat təcrübəsinin, magistratura səviyyəsində elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin təşkilini və tənzimlənməsini həyata keçirmək. 
2.2 Təhsilalanların (bakalavr və magistrlərin) ixtisas və istiqamət üzrə təcrübələrin keçirilməsinə, səriştə əsaslı praktiki bilik və bacarıqların, eyni zamanda karyera imkanlarının artırılmasına, məşğulluqların tənzimlənməsinə dəstəyi həyata keçirmək. 
2.3 Məzunların əmək bazarına adaptasiya olunmalarına, öz ixtisasları üzrə uğurlu karyera qurmaq üçün düzgün karyera planlaşdırmalarına dəstək olmaq. 
2.4 Universitetin profilinə uyğun və ixtisas yönümlü dövlət, özəl sektor və xarici müəssisələrlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, yeni sazişlərin, memorandumların və müqavilələrin bağlanılması istiqamətində fəaliyyət göstərmək.

3. Mərkəzin funksiyaları 


3.1 Təhsillə istehsalatın qarşılıqlı əlaqəsini təmin edir.
3.2 Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş istehsalat və digər təcrübələrin təşkili və keçirilməsinə nəzarət edir.
3.3 Təcrübəçilərin təcrübə müddətində nizam-intizam qaydalarına riayət edilməməsainə dair yaranan fors major halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
3.4 Gənclərin məşğulluqlarına yardım edilməsi, əmək bazarına kadr inteqrasiyasının izlənilməsini təşkil edir. Tələbələrin, magistrantların və məzunların elektron məlumat bazasını, eyni zamanda müxtəlif ixtisaslara uyğun yerli və xarici şirkətlərin, təşkilat, müəssisələrin elektron məlumat bazasını yaradır. 
3.5 İşədüzəltmə məqsədi ilə qarşılıqlı əməkdaşlıq və razılaşma yolu ilə şirkət, təşkilat və müəssisələrə tələbələr, magistrlər və məzunların səfərlərini təşkil edir və işlə təmin edilməsi haqqında danışıqlar aparır. 
3.6 Dövlət, özəl sektor və xarici şirkət, təşkilat və müəssisələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər və seminarlar təşkil edir. 
3.7 Universitet məzunlarının işlə təmin olunma vəziyyətini mütəmadi olaraq izləyir və bu istiqamətdə tədbirlər həyata keçirir. 
3.8 Dövlət və özəl şirkətlərdə, müəssisələrdə olan vakant iş yerləri haqqında məlumat toplayır, onun tələbə və məzunlar arasında yayılmasını təmin edir. 
3.9 Universitetin profili üzrə peşə sərgilərini, karyera günlərini, məzun yarmarkalarını təşkil edir. 
3.10 Əmək bazarında tanınmış, qabaqcıl təşkilatlarla, müəssisələrlə qarşılıqlı əlaqələr yaradır, bakalavrlıların tədris və istehsalat təcrübələrinin, magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin təşkilinə və gedişatına nəzarət edir və uyğun metodik vəsaitlərin hazırlanmasına, onların tətbiqinə və ya nəşrinə dair rəy və təkliflər verir.
3.11 Bakalavr və magistrantların yay iş təcrübələrini ikitərəfli razılaşma əsasında ödənişli, yaxud ödənişsiz qaydada müraciət etmiş müəssisələrin tələbinə uyğun olaraq təşkil edir. 
3.12 Tədris proqramlarının və planın işləndikdə sahənin xüsusiyyətlərini nəzərə almaqla ayrı-ayrı ixtisaslar üzrə tövsiyələr hazırlayır. 

4. Mərkəz müdirinin funksiyaları 


4.1 Universitetin hədəf və məqsədlərini, həmçinin profilini nəzərə alınmaqla Mərkəzin fəaliyyət planını hazırlayır və uğurla yerinə yetirilməsinə nəzarət edir.
4.2 Tədris planında nəzərdə tutulan hər növ təcrübələrin təşkili, aparılması və yekunlaşdırılmasına koordinasiyanı keçirir. 
4.3 Nazirlik, komitə, idarə, müəssisə, təşkilat və digər dövlət qurumlarına tələbələrin istehsalat, magistrantların elmi-tədqiqat təcrübəsini təşkil etmək üçün sifarişlər verir. 
4.4 Təcrübə və Karyera təyinatlı arayışlar və s sənədləri müəssisə, tələbə və məzunlarln müraciətləri əsasında hazırlayır və təsdiq edir. .
4.4 Təcrübə rəhbərlərini kafedra müdiri və dekanlıqla birlikdə müəyyən edir və onları təlimatlarla təmin edir. 
4.5 Təcrübə və karyera ilə bağlı keçirilən bütün yerli və beynəlxalq tədbirlərdə iştirak edir. 
4.6 Əmək bazarında universitetin profilinə uyğun müəssisə, təşkilat və şirkətlərlə (dövlət və özəl sektor) əməkdaşlıqların təmin edilməsinə, tələbə magistrant, məzunların təcrübə və karyera və imkanlarının artırılmasına şəraitin yaradılmasını nəzarətdə saxlayır. 
4.7 Fakültə rəhbərləri və ixtisas kafedralarının müdürləri ilə mütəmadi görüşlər keçirir və uyğun təlimatlandırma işlərini həyata keçirir.
4.8 Hər təqvim ili təcrübə bazasında mövcud və bağlanmış sazişləri, memorandumları və müqavilələri nəzərdən keçirir, müddəti tamamlandıqda yenidən baxılmasını və imzalanmasını təşkil edir, cari təcrübələrin yerinə yetirilməsi üçün işçi proqram və qrafikin (ixtisasın profilinə uyğun proqramın məzmununa) hazırlanmasına, təcrübə keçiriləcək müəssisələrlə vaxtında razılaşdırılıb imzalanmasına və tələbələrin müvafiq proqramlarla təmin edilməsinə nəzarət edir. 
4.9 Tələbələrin elmi-tədqiqat, pedaqoji və istehsalat təcrübələrin həyata keçirilməsi üçün şərait yaradır və nəzarətdə saxlayır, təcrübənin tədris proqramına uyğun müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət edir.
4.10 Təhsil-elm-istehsalat zəncirinin qurulmasında birbaşa iştirak edir və müasir tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənməsi və elmi-texniki tərəqqinin tətbiqi istiqamətində işlər görür.
4.11 Məzunların şəxsi məlumatlarının mərkəzdə saxlanılmasına və elektron məzun bazasının yaradılmasına nəzarət edir.
4.12 Mərkəzin “Elektron karyera portalı”-nın istifadəyə verildiyi andan onun idarəedilməsinə rəhbərlik edir. 
4.13 Əmək bazarında tələb və ehtiyaclarına uyğun kadr hazırlığının aparılması haqqında məlumatları toplayır rəhbərliyə təqdim edir. 
4.14 Karyera imkanları haqqında məlumatları toplayır, məzunlara müəyyən tövsiyələr verir, əmək bazarında universitetin profilinə uyğun vakant yerlərin müəyyən edilməsinə nəzarət edir, məzunların işlə təmin olunması məqsədi ilə uyğun təşkilat, dövlət və özəl sektor qurumları ilə danışıqlar aparır və məzunların işlə təminini nəzarətdə saxlayır. 
4.15 Yerli və beynəlxalq universitetlərin təcrübələrini öyrənir və uyğun yeniliklərin universitetdə həyata keçirilməsi barəsində təkliflər verir. 
4.16 Tələbələrin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir tələblərə uyğun mexanizmlərin yaradılması, gənc kadrların öz karyeraları qurma sahəsində tətbiq edilən müasir beynəlxalq təcrübəni öyrənir və tətbiqi məqsədi ilə karyera yönümlü seminarlar və treninqlər təşkil edir.
4.17 Mərkəzdə fəaliyyət göstərən əməkdaşların müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dil biliklərinə sahib olmalarına, özünü inkişafına cavabdehlik daşıyır. 
4.18 Mərkəzin qarşısına qoyulmuş vəzifələrin vaxtında, yüksək keyfiyyətlə həyata keçirilməsi və icra intizamına əməl olunmasına nəzarət edir.
4.19 Öz işi haqqında universitetin rəhbərinə mütəmadi məlumat verir. 

5. Mütəxəssislərin (böyük mütəxəssis daxil olmaqla) funksiyaları


5.1 Məşğul olduğu sahə üzrə tədris-metodiki və hüquqi sənədlərin hazırlanması işini həyata keçirir və keyfiyyətinə görə məsuliyyət daşıyır.
5.2 Digər təhsil müəssisələri, elmi-tədqiqat institutları, universitetin ixtisas profilinə uyğun müəssisələr, idarələr, təşkilatlar və digər qurumlarda çalışan mütəxəssislərlə əlaqə saxlayır, bu qurumlar barəsində məlumat toplayır, toplanmış məlumatları Mərkəz müdirinə təqdim edir, həmçinin qarşılıqlı əlaqə yaradılmasında və müqavilələrin hazırlanmasında iştirak edir.
5.3 Tədris vasitələrinin, rəylərin və digər çap materiallarının hazırlanmasını və çapını təmin edir və qabaqcıl istehsalat və pedaqoji təcrübəni öyrənir.
5.4 Təcrübə və ya Karyera prosesinin keyfiyyətini yaxşılaşdırmaq üçün Mərkəz müdirinə təkliflər verir və rəhbərlərə (təcrübəçi tələbələrə) köməklik göstərir.
5.5 Məşğul olduğu sahə üzrə apardığı iş prosesinin keyfiyyətini müntəzəm öyrənir, təhlil edir və yaxşılaşdırmaq üçün təkliflər hazırlayır.
5.6 Tədris planında nəzərdə tutulan tədris, istehsalat, elmi-tədqiqat, elmi pedaqoji təcrübələrin ixtisasların profilinə və vaxtında təsdiq olunmuş proqramlara uyğun yerinə yetirilməsi məqsədi ilə kafedralar və təcrübəçi tələbələr tərəfindən təqdim olunmuş yerlərlə, o cümlədən institutlarla, idarələrlə, təşkilatlarla və digər qurumlarda çalışan mütəxəssislərlə əlaqə saxlayır və uyğunluğu təmin edir. 
5.7 Təcrübələrin keyfiyyətini müntəzəm olaraq öyrənir, təhlil edir və keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlayır və mərkəz rəhbərinə təqdim edir. 
5.8 Öz işi haqqında mərkəz rəhbərinə hesabat verir. 
5.9 Davamlı olaraq informasiya-kommunikasiya texnologiyaları və xarici dil biliklərini təkmilləşdirir, yeni, innovativ texniki vərdiş və bacarıqlara yiyələnir. 

6. Mərkəzin hüquqları


6.1 Öz funksiyalarını yerinə yetirməklə bağlı Universitetin digər struktur bölmələrindən məlumat və informasiyaları almaq.
6.2 İstehsalat, elmi-tədqiqat və s. təcrübələrinin təşkili məqsədi ilə ixtisas profillərinə uyğun müxtəlif müəssisələrlə əlaqə yaratmaq və müqavilələr bağlamaq.
6.3 Müəssisələr ilə birbaşa universitet adından əlaqəyə girmək
6.4 Müxtəlif təyinatlı arayışlar, məktublar və s sənədlərin hazırlanması səlahiyyətini həyata keçirmək.
6.5 Təcrübələrin gedişini yoxlamaq və nizam-intizama nəzarət etmək.
6.6 Universitetin məzunlarının və tələbələrin işə düzəlməsinə, əmək bazarına adaptasiyasına dair işlərin təşkilinin yaxşılaşdırılması üçün təkliflərin irəli sürülmək.
6.7 Mərkəzin fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə hər bir bölmə üzrə monitorinq aparmaq. 
6.8 İnformasiya sistemlərinə çıxış əldə etmək, universitet tərəfindən tələbə və məzunlara göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq, bu sahədə xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək.
6.9 Elektron xidmətlər təşkil və təkmilləşdirilməsi ilə bağlı layihələr hazırlamaq və icra etmək.
6.10 Fəaliyyət sahələri üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək. 

07 fevral 2022-ci il tarixində Azərbaycann Memarlıq və İnşaat Universitetin rektorunun 31/b-m saylı əmri ilə Tədris planlarının mütəmadi təhlili və əmək bazarının tələblərinə uyğun yeni təkliflərin verilməsi, tədris-metodiki işin məzmunu, təkmilləşdirilməsi sahəsində tövsiyələrin verilməsinin həyata keçirilməsi, Ali təhsil səviyyəsi üzrə təhsilin Akkreditasiya Meyarları əsasında şöbələrin hesabatlarının formalaşmasına rəhbərlik edilməsi məqsədilə kollegial qurum olaraq Keyfiyyətə Nəzarət Şurası yaradılmışdır.
Rektorun 37/b-m saylı 08 fevral 2023-cü il tarxili əmri ilə Keyfiyyətə Nəzarət Şurasının tərkibinə dəyişikliklər olunmuş və maraqlı tərəflərin (işəgötürən, məzun və tələbə) cəlb olunması təmin olunmuşdur.

Yüklə 422,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin