ŞÖBƏ MÜDİRİ Əmək funksiyası



Yüklə 422,48 Kb.
səhifə5/9
tarix14.12.2023
ölçüsü422,48 Kb.
#176968
1   2   3   4   5   6   7   8   9
Документ Microsoft Office Word (4)

Əmək funksiyası. Ali təhsil müəssisəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının aparılmasına, şəxsi işlərinin qəbulu və saxlanılması prosesinə və tələbələrlə müqavilələrin bağlanmasına nəzarət edir. Ali təhsil müəssisəsində qəbulun keçirilməsinin hazırlanması və təhsil alan tələbələrlə bağlı sənədləşmə (qəbul edilmə, köçürülmə, xaric edilmə, bərpa edilmə, akademik məzuniyyətin verilməsi və s.) işlərinin aparılmasına rəhbərlik edir. Tədris prosesinin təşkili ilə bağlı məlumatların və sənədlərin (akademik arayışlar, transkriptlər) tələbələrə təqdim edilməsi prosesini təşkil edir. İxtisaslar üzrə tədris-metodiki sənədlərin (ixtisasın tədris qrafiki, illik işçi planları, tələbələrin fərdi tədris planları) tərtib edilməsinə və saxlanmasına nəzarət edir. Ali təhsil müəssisəsinə yeni qəbul olunmuş tələbələrin fərdi tədris planlarının hazırlanmasına, digər tələbələrə isə fərdi tədris planlarının doldurulmasına dair tövsiyələrin verilməsi və onların qəbulu prosesinə nəzarət edir. Ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.
Ali təhsil müəssisəsində tələbələrin biliyinin cari, aralıq və yekun qiymətləndirilməsinin keçirilməsində iştirak edir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi məqsədilə monitorinqlərin keçirilməsinə, sis­­tem­li təhlillər apararaq zəruri təkliflərin hazırlanmasına rəhbərlik edir.
Ali təhsil müəssisəsini bitirmiş məzunlara təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanından təhsil haqqında dövlət sənədlərinin (diplomların) və onların əlavələrinin alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işlərinə rəhbərlik edir. Məzunların şəxsi işlərinin şöbədə saxlanılmasına nəzarət edir. Ali təhsil müəssisəsində əmək bazarının tələb və ehtiyaclarına uyğun kadr hazırlığının aparılmasına, məzunlara karyera imkanları haqqında məlumatların təqdim olunmasına, müəyyən tövsiyələrin verilməsi, onların işlə təmin olunması məsələlərinə nəzarət edir.
Ali təhsil müəssisəsində təcrübənin təşkili, aparılması və yekunlaşdırılmasına ümumi rəhbərliyi həyata keçirir, nazirlik, komitə, idarə, müəssisə, təşkilat və digər dövlət qurumlarına tələbələrin pedaqoji və istehsalat təcrübəsini təşkil etmək üçün sifarişlər verir; hər il təcrübə bazaları ilə müqavilələr bağlayır, təcrübənin keçirilməsi qrafiklərini və proqramlarını təcrübə bazaları ilə razılaşdırır; təcrübə rəhbərlərini kafedra müdiri və dekanlıqla birlikdə müəyyən edir və onları təlimatlarla təmin edir; təcrübə ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir.
Şöbənin qarşısına qoyulmuş vəzifələrin vaxtında, yüksək keyfiy­yətlə həyata keçirilməsi və icra intizamına əməl olun­ma­sına nəzarət edir. Şöbənin fakültələrlə, eləcə də digər şöbələrlə qarşılıqlı əla­qə­də fəaliyyət göstərməsini tənzim­lə­yir, bu istiqamətdə ali təhsil müəssisəsinin rəhbərliyinə tək­liflər irəli sürür.



Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını; tədris planlarının və proqramlarının tərtibini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.


MÜTƏXƏSSİS
 
Əmək funksiyası. Məşğul olduğu sahə üzrə tədris metodiki və hüquqi sənədlərin hazırlanması işini həyata keçirir. Təhsil müəssisələri işçilərinə təlimin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verir və köməklik göstərir. Hazırladığı tədris metodiki və hüquqi sənədlərin keyfiyyətinə görə məsuliyyət daşıyır, tədris müəssisələri işçilərinə və təhsilin digər sahələrində çalışan mütəxəssislərə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün elmi təcrübi eksperimentlərin keçirilməsi ilə bağlı köməklik göstərir; ixtisası üzrə fənnin tədrisi keyfiyyətini öyrənir, təhlil edir və fənnin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlayır. Öz işi haqqında şöbə rəhbərinə hesabat verir.

Yüklə 422,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin