ŞÖBƏ MÜDİRİ Əmək funksiyası



Yüklə 422,48 Kb.
səhifə2/9
tarix14.12.2023
ölçüsü422,48 Kb.
#176968
1   2   3   4   5   6   7   8   9
Документ Microsoft Office Word (4)

Əmək funksiyası. Tədris, tərbiyə və elmi işlərə, təhsil proqramlarının və tədris planlarının yerinə yetirilməsinə rəhbərlik və fakültə Elmi Şurasına sədrlik edir. Tədris prosesinin və imtahanların düzgün təşkilinə və gedişinə nəzarət edir. Fakültə Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (dosent, baş müəllim, müəllim, assistent və s.) keçirilməsinə rəhbərlik edir. Metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə nəzarət edir. Ali təhsil müəssisəsinin rəhbərinə və Elmi Şurasına təkliflərlə müraciət edir. İstehsalatla əlaqələri və beynəlxalq əməkdaşlığı təşkil etmək məqsədilə təkliflər verir və bu işləri təmin edir. Elmi-pedaqoji, eləcə də tədris-yardımçı heyətinin seçilib yerləşdirilməsinə nəzarət edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə olan tələbləri; ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını, metodiki tövsiyələri; tədris plan və proqramlarının tərtibini; tədris-tərbiyə sahəsində xarici ölkələrdə qazanılmış son nailiyyətləri; tələbələrə təqaüdün müəyyənləşdirilməsini; tələbələrin tərbiyəsi və istirahəti üçün tədbirlərin təşkili işini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji təcrübəsi.[8]
Kafedrada tutduğu vəzifənin aylıq vəzifə maaşının 10% məbləğində əlavə ödənilir.
 

Yüklə 422,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin