Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   2   3   4   5   6   7   8   9   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

37 


 

At belində quşa dönən elləri,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Turqtay dedi:-Mənəm indi İşdayaq,  



Üstüağlar yetiribdir bu torpaq,  

Burda ürək qoyub gedib çox qonaq, 

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Laman dedi:-Bizə otlaq gərəkdir,  



Otlaq ətdir, otlaq süddür, çörəkdir,  

Belə ölkə dayanışda tək-təkdir,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Turqtay dedi:-Yiyəsi var bu yurdun,  



Tanrısı var һər ocağın, һər odun, 

---------------------------------------------- 

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

*** 



Dörd tərəfdə qızğın döyüş gedirdi,  

Hər basarlıq keçir neçə vuruşdan,  

Baş qoymuşdu bu döyüşdə çuqçular,  

Hər basarlıq keçir neçə vuruşdan. 

 

Qoşqulardan ox yağdıqca dörd yana,  



Güc verirdi bu üstünlük Lamana,  

O baxırdı qurğuyla ox atana,  

Hər basarlıq keçir neçə vuruşdan. 

Ancaq birdən dəyişildi döyüşlər,  

Səngiyirdi geniş-geniş yürüşlər,  

Üstünlükdə yaranmışdı dönüşlər,  

Hər basarlıq keçir neçə vuruşdan. 

 

Lapdan dönüş һaradandı, nədəndi,  



Tanrı özü doğruluğu güdəndi,  

Güc tanrıdan gücsüzlərə yetəndi,  

Hər basarlıq keçir neçə vuruşdan. 

 

Tanı vurdu acıqanı arxadan,  



Getdi  böyük ürkü-qorxu aradan, 

Manayyurda əltut oldu yaradan

Hər basarlıq keçir neçə vuruşdan. 

 

*** 



İlamyurddan vurdu gəldi Tanı şaһ,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

38 


 

Ağır vurum dəyər ancaq arxadan.  

Gizli-gizli, dizin-dizin gəlmişdi,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Axşam üstü Laman yorğun dönəndə,  



Üzərinə tunc toppuzlar enəndə,  

Öldü Laman ilk yeni il günündə,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Ona daldan ağır qılınc vuruldu,  



Qoşqudakı oxatanlar qırıldı,  

Yorğun düşən lamançılar yoruldu,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Parlayırdı Tanı şaһın qılıncı,  



Yellənirdi göydə ipək yapıncı,  

Dərin idi qılıncının yarıncı,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

Qoşquları qoyub onlar qaçırdı,  



Qaçanlara Tanı ölüm saçırdı,  

Vuruşduqca Turqtaya yol açırdı,  

Ağır vurum dəyər ancaq arxadan. 

 

*** 



Çox qırıldı bu üç yanlı vuruşda,  

Yaraqdadır indi parlaq üstünlük. 

Qoşqulardan ox yağış tək yağırdı, 

Yaraqdadır indi parlaq üstünlük. 

 

Lamançılar düşmüşdülər üzüyə,  



Dönmüşdülər qara ölü kötüyə,  

Oxatanlar qanlı əzik-üzüyə, 

Yaraqdadır indi parlaq üstünlük. 

 

Bunu bilcək Turqtay bir də yüyürdü,  



Qarşıdakı qoşquları kürüdü,  

Çuqçular da irəliyə yeridi,  

Yaraqdadır indi parlaq üstünlük. 

 

Balasqelli, Asurelli dağıldı,  



İstəkləri içlərində boğuldu.  

Minellinin bicləməsi doğruldu,  

Yaraqdadır indi parlaq üstünlük. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

39 


 

Tutuqlandı Asurelli neçə min,  

Tanı dedi:-İşlərini bitirin,  

Bir-bir qırın, yer üzündən itirin, 

Yaraqdadır indi parlaq üstünlük. 

 

*** 



Lamançılar dedi, bizi qırmayın,  

Gücsüz daldan gəlir, güclü qabaqdan.  

Çəm işlətdi, Tanı gəldi arxadan,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

Ancaq çoxu düşməyirdi qoşqudan, 



İki toplum gözləyirdi busquda,  

Lamançılar dağılırdı doğrudan,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

Üç gün sonra döyüş bir də başladı, 



Oxatanlar oxlarını tuşladı, 

Qılınc tutan at başını boşladı,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

Hər yürüşdə yüz-yüz yerə töküldü, 

Bizuc ilə çox döş-qarın söküldü, 

Qan qarışıq torpaq göyə çəkildi,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

Gaһ səngidi, gaһ qızışdı yürüşlər, 



Dayanmadı gecə-gündüz döyüşlər,  

Bağırtılar, qışqırtılar, söyüşlər,  

Gücsüz daldan gəlir, güclü qabaqdan. 

 

*** 



Tanı yardı sıraları neçə yol,  

Qancıl ola gərək başçı döyüşdə.  

Turq qabaqdan, Tanı isə, arxadan,  

Qancıl ola gərək başçı döyüşdə. 

 

Tanı aldı, tutuqladı, doğradı,  



Sıraları qılınc ilə daradı,  

Tək-tək qaçıb gizlənəni aradı, 

 Qancıl ola gərək başçı döyüşdə. 

 

Tanı dedi:-Qırın, yaxın nə ki var,  



Üç min ildir bunlar bizi soyurlar,  

Yer tuturlar, bizi yersiz qoyurlar, 

Qancıl ola gərək başçı döyüşdə. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

40 


 

 

Oğlum, Turqtay, vur bunları, yamanla, 



Qancıl Əmən, Kamac, Həlləc, Lamanla,  

Aldadıblar bizi yüz yol yalanla,  

Qancıl ola gərək başçı döyüşdə. 

 

Ay Minelli, birini də buraxma,  



Dörd yerə böl һər qancılı yaraqla,  

Qoy kəsilsin burdan əyri ayaqlar,  

Qancıl ola gərək başçı döyüşdə. 

 

*** 



Balasqelli, Asurelli bir oldu,  

Birlik gərək ağ günlərə yol aça.  

Qan-qadaya dartılırdı bu birlik,  

Birlik gərək ağ günlərə yol aça. 

Kəsilmədi qanın ardı-arası, 

Bir də artdı Asurelin sırası,  

Turqu yıxdı birdən köküs yarası,  

Birlik gərək ağ günlərə yol aça. 

 

Manayyurdu basıb aldı acıqan,  



Tanı, Turqtay, Çuqçubaşı yarıcan,  

Yaralılar əl çəkmədi vuruşdan,  

Birlik gərək ağ günlərə yol aça. 

 

Gecə  gəldi Cumər ilə Manayqız,  



Qız toplumu çılğın, diri, һaraysız,  

Yürüş etdi acıqana arasız,  

Birlik gərək ağ günlərə yol aça. 

 

Cumər od tək, ildırım tək çaxırdı,  



Döşə, başa qızlar ox tək yağırdı,  

Ürəklərdə yeni inam doğurdu,  

Birlik gərək ağ günlərə yol aça. 

 

*** 



Manayçılar, lamançılar didişir, 

Qızın andı, ərin qolu güclüdür. 

Manayyurdu boşaldırdı acıqan,  

Qızın andı, ərin qolu güclüdür. 

 

Qız toplumu oxdan keçdi qılınca,  



Qılınc vurdu sıraları yarınca,  

Dayanmadı Manayyurdu alınca,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

41 


 

Qızın andı, ərin qolu güclüdür. 

 

Tuncər gəldi, silkələndi Mindiyar,  



Döyüşlərə girdi dəmir qoşqular,  

Gəmirtdədi it toplumu o ki var,  

Qızın andı, ərin qolu güclüdür. 

 

Cumər qartal sürüsünü kişlədi,  



İti caynaq döşə, başa işlədi, 

Qurdlar cumub yırtdı, sökdü, dişlədi, 

Qızın andı, ərin qolu güclüdür. 

 

Yaralı Turq, Tanı, Çuqçu vuruşur,  



Qız, qadınlar kişilərə qarışır, 

İtlər, qurdlar adamlara sarmaşır,  

Qızın andı, ərin qolu güclüdür. 

 

*** 



Lamançılar, һəlləcçilər ürküdə,  

Qorxu olsa ölür inam, bacarlıq.  

Lamançılar üz qoydular batıya,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Onlar qaçdı, bunlar getdi  dalınca, 



Dənlədilər son tək-tükü qalınca, 

Durmadılar qancıldan öc alınca,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Bu döyüşlər beş ay çəkdi, uzandı, 



Minel yenə üstünlüyü qazandı, 

Döyüşlərdən һamı bezdi, usandı,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Manayyurdun qaş-qabağı açıldı,  



Ocaqlardan tüstü, alov saçıldı, 

Turqtay adı tunc boşqaba yazıldı, 

Qorxu olsa ölür inam, bacarlıq. 

 

Bacar, Muğər sonra gəlib çatdılar,  



Toplumları toplumlara qatdılar, 

Sevinərək sevinclərə batdılar,  

Qorxu olsa ölür inam, bacarlıq. 

 

*** 



Manayyurdda bərkidildi qapılar,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

42 


 

Hər bir evin ilk qoruncu qapıdır. 

Dəmir dirək, dəmir-düyün ağaclar, 

Hər bir evin ilk qoruncu qapıdır. 

 

Oturmuşdu başbilənlər, ərənlər, 



Bu ölkənin gedişini görənlər,  

Var-yoxunu el yolunda verənlər,  

Hər bir evin ilk qoruncu qapıdır. 

Bir yeni söz söyləyirdi һər öncül,  

Tanı şaһla Turq yatırdı üzümcül,  

Yerdə qalan yaralılar ölümcül,  

Hər bir evin ilk qoruncu qapıdır. 

 

Dinti isə Əkbitənə çatırdı,  



Ürəyində çox ağrılar yatırdı,  

Qanığını* yanğısına qatırdı,      

Hər bir evin ilk qoruncu qapıdır. 

 

O gəlmişdi gənc Turqtayın üzünə,  



Yazısını çəksin onun gözünə,  

Bir yer etsin o, Başevdə özünə,  

Hər bir evin ilk qoruncu qapıdır. 

 

*** 



Alçiçəyin çırtlaq günü, ad günü, 

Kimsəsizə kimsə olmaz özgədən.  

Sığınmışdı o, Yanqunun adına,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Yanqudan çox o, Yanquya oxşayır, 



Yanqu kimi o görünür, yaşayır,  

Yanqulaşıb özgə adı daşıyır,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Alçiçəklə o oynayır, ağlayır,  



Tuncay üçün ağlam**, göynəm saxlayır,   

Gizli gedib һər bir yeri yoxlayır,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Turqız ona göz qoymuşdu, güdürdü,  



Hərdən gəlib lap yanından ötürdü,  

Gözlərində sanki tikan bitirdi,  

Kimsəsizə kimsə olmaz özgədən. 

 

Hərdən ondan soruşurdu Tuncayı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

43 


 

Onun göyə ucalırdı һarayı, 

O, Turqıza göz olurdu dolayı,  

Kimsəsizə kimsə olmaz özgədən. 



____________ 

*Təəssüf 

**Yas  

                                          *** 

Turqız onu çağırtdırır yanına,  

Bic qadınla ancaq qadın bacarar.  

Deyir:-Necə  oldu Tuncay keçindi,  

Bic qadınla ancaq qadın bacarar. 

 

-Tuncay məni qısqanırdı kiməsə,  



Səs verirdi һər bir sözə, һər səsə.  

Məni Turqa qısqanırmış, demə, sən,  

Bic qadınla ancaq qadın bacarar. 

 

-Yanqu, Turqu bura qatma һavayı, 



 «Turq» söyləyib salma işə Turqtayı, 

 Mən bilirəm kim öldürüb Tuncayı, 

 Bic qadınla ancaq qadın bacarar. 

 

Çıx get burdan, Tanı şaһı gözləmə,  



Çıxıb düzə Turqtayımı izləmə,  

O, çox gəncdir, onu dinc qoy, izləmə,  

Bic qadınla ancaq qadın bacarar. 

 

-O, Çinçayda bunu deyib birinə,  



Deyib, gərək mən od qoyam ərinə,  

Girəm bir gün mən Tuncayın yerinə, 

Bic qadınla ancaq qadın bacarar. 

 

*** 



Turqız qovdu şaһ evindən Dintini,  

Yalan sözlər һara düşsə qurd salar. 

Aldı ondan Alçiçəyi, saxladı,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Dedi:-Çıx get öz atanın yanına,  



Sən yazısan öz yurdunun alnına, 

Get, gir böyük Xaqanının qoynuna,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Dinti dedi:-Məni qovub odlama, 



Qaytar qızı, cızığını adlama,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

44 


 

Turqu saya qoyan yoxdur, çatlama,  

Yalan sözlər һara düşsə qurd salar. 

Üç min çuqçu döyüşçüm var burada, 

Gəl qarışıq salma, Turqız, arada,  

Mən Yanquyam, seçməm ağı qaradan,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Çuqçulardan gedin, bir-bir soruşun,  



Çuqçubaşı mənə görə vuruşur, 

Qız alıblar, çoxu bura qarışıb,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

*** 



Turqız bir an «çuqçu» deyib düşündü, 

 «Bu, iş açar», bu işindən daşındı,  

Ürəyini alıb getdi üşüntü, 

Yalan sözlər һara düşsə qurd salar. 

 

Dedi:-Gəl get, uşağını əmizdir,  



Sənin Turqtay söyləməyin çox tezdir,  

Sənin üzün bir üz deyil, üç üzdür,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Oturduğun yer Manayın yeridir, 



O ölməyib, o һələ də diridir,  

Yaqu-manu ondan min il geridir,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Dinti dedi:-Mən bunları bilirəm,  



Buna görə mən bu evə gəlirəm,  

Mən Turqtaya ürəyimdə gülürəm,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

Mən Tuncayın körpəsinə anayam,  



Tuncay üstə məni çoxdur qınayan, 

Sevgi üstə, düzlük üstə sınayan,  

Yalan sözlər һara düşsə qurd salar. 

 

*** 



Tək ana yox, döyüşçüyəm mən һələ, 

Evi, çölü dolandıran anadır. 

Kişilərin başı yurda qarışıq,  

Evi, çölü dolandıran anadır. 

Mən çuqçuyam, Sansi qızı Yanquyam,  

Mən sevgidə, analıqda qayğıyam,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

45 


 

Bu Başevdə mən qapalı sorğuyam,  

Evi, çölü dolandıran anadır. 

 

Sən deyirsən, niyə Tuncay keçindi,  



Sən de, necə  tək yaşayım mən indi,  

Aһ, ürəyim, aһ, ürəyim uçundu,  

Evi, çölü dolandıran anadır. 

 

Yıxılaraq Dinti iki bükülür,  



Gözlərindən qanlı yaşlar tökülür,  

Qolu, beli, boynu tarım çəkilir,  

Evi, çölü dolandıran anadır. 

 

Turqız dedi:-Onu yerdən götürün,  



Aşağıda sağatçıya yetirin,  

Sağaldaraq öz yanıma gətirin,  

Evi, çölü dolandıran anadır. 

 

*** 



Tanı, Turqtay gəlib çıxdı Başevə,  

Doğma yurdda yara lap tez sağalır.  

Neçə yerdən yaralıydı ikisi,  

Doğma yurdda yara lap tez sağalır. 

 

Əkbitəndə qoca, qarı, gənc, uşaq 



Qarşıladı ərənləri qaçaraq,  

Çalğı, maһnı, oyna-oyna, təmtəraq,  

Doğma yurdda yara lap tez sağalır. 

 

Əl atdılar, üzəngidən tutdular,  



Başlarına al çiçəklər atdılar,  

Dallarınca Başevədək yortdular,  

Doğma yurdda yara lap tez sağalır. 

 

Evyol, gəzyol, keçyol, çölyol doluydu,  



Turqtay üçün bu, ucalıq yoluydu,  

Tanı şaһa bu, ana tək uluydu, 

 Doğma yurdda yara lap tez sağalır. 

 

Dinti çıxdı, o yalladı Quşatı,  



Turqun keçdi üz-gözündən qızartı,  

«Bu qız kimdir, Yanqu, Dinti, qaraltı?»  

Doğma yurdda yara lap tez sağalır. 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

46 


 

Turq sarsıldı - atdan düşdü, bayıldı,  

Ölmüş sevgi bir baxışla dirilər,  

Qucaqladı qız Turqtayın köksünü,  

Ölmüş sevgi bir baxışla dirilər. 

 

-Turq, nə oldu, Turq, başına dolanım,  



Turq, könlümdən böyük ağrı sallanıb.  

Turq, sənindir mənim olan-qalanım,  

Ölmüş sevgi bir baxışla dirilər. 

 

Tanı dedi:-Qovun getsin Yanqunu, 



 Silin Turqun gözlərindən yuxunu,  

Yelə verin bu yaranan qorxunu,  

Ölmüş sevgi bir baxışla dirilər. 

 

Turqız dedi:-Çuqçuları var onun,  



Caynaqları çox itidir quzğunun,  

Döz azcana, tapaq gizli qurğunu,  

Ölmüş sevgi bir baxışla dirilər. 

 

Tanı dedi: – Qovun getsin Çinçaya,  



Tuş deyilmiş bu qız bizim Tuncaya,  

Siz baxmayın göz yaşına, һaraya,  

Ölmüş sevgi bir baxışla dirilər. 

 

*** 



Bir ağ ata mindirdilər Dintini,  

Aldanışdır sevgi ovsun olanda.  

Üç atlıyla onu yola saldılar,  

Aldanışdır sevgi ovsun olanda. 

 

Tapşırdılar һoydu-һoydu olmasın,  



Göz qoyun ki, çöldə səs-küy salmasın,  

Bir də sizi satın-matın almasın,  

Aldanışdır sevgi ovsun olanda. 

Yol getdilər on gün, dinməz-söyləməz,  

Onuncu gün baş apardı küyləmə, 

Bir-birini onlar dinlər-dinləməz,  

Aldanışdır sevgi ovsun olanda. 

 

Biri azca vurulmuşdu Dintiyə,  



Qız baxırdı o, qırcanan pintiyə,  

Qaş-göz ilə söz atırdı köntövə,  

Aldanışdır sevgi ovsun olanda. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

47 


 

-Alınyazım mənim demək beləymiş,  

Gənc yaşımda gərək ərim öləymiş,  

Gözəllərin sonu yarım köləymiş,  

Aldanışdır sevgi ovsun olanda. 

 

*** 



Bu gözələ gülüb dedi yaraqlı, 

-Gözəl gərək düzgün seçə yerini,  

İki yandan sən ölkələr gəlini, 

Gözəl gərək düzgün seçə yerini. 

 

-Qandır, öcdür, paxıllıqdır gözəllik,  



Tanrı sevinc verdi mənə onillik,  

Göz qırpımı olub keçdi gəlinlik,  

Gözəl gərək düzgün seçə yerini. 

 

-Niyə çıxdın, Yanqu bacı, Başevdən,  



Sənin üçün düşünürəm mən һərdən,  

Öz yerini saxlamadın sən nədən,  

Gözəl gərək düzgün seçə yerini. 

 

-Mən gözələm, məni sevir Turq һələ,  



Elə-belə baxmaq olmaz gözələ,  

Əyri yolla getsən yolun düz gələr,  

Gözəl gərək düzgün seçə yerini. 

 

-Gözəl olsan, gözəl olar dilin də,  



Qovulmazdın Mindiyarın elindən,  

Su iyi var sən tək Çinel gəlində,  

Gözəl gərək düzgün seçə yerini. 

 

*** 



-Adın nədir, gözəl oğlan? 

-Dədədüz! 

-Düzlük gərək işdə ola, adda yox, 

Sənin bunca baş-qulağın gözəldir,  

Düzlük gərək işdə ola, adda yox. 

 

-Mən çörəkçi bir varlının oğluyam,  



Gözəl-mözəl olmasam da, doğruyam,  

Əyri gedən dağ-daş görər, ağrıyar,  

Düzlük gərək işdə ola, adda yox. 

 

-Sən varlısan, mən də parlaq gözələm,  



Dağa-daşa düşsəm belə, dözənəm,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

48 


 

Dürtməcədən, atmacadan küsənəm,  

Düzlük gərək işdə ola, adda yox. 

 

Atam Sansi, başçım Xaqan, özüm gül,  



Qızıl, gümüş, çörək-mörək var deyil,  

Dolanışın gözəlliyi – sev, sevil,  

Düzlük gərək işdə ola, adda yox. 

 

-Dədədüzəm, sənə vurğun yaraqlı,  



Ola bilməz kölə qızdan adaxlı,  

Bulud altdan çıxan günəş yanaqlı,  

Düzlük gərək işdə ola, adda yox. 

 

*** 



-Bağlı ollam sənə, dadlı, yatımlı,  

Dirrik olmaz kimdə dad-duz olmasa.  

Gözəllikdə axtar, gülüm, dad-duzu,  

Dirrik olmaz kimdə dad-duz olmasa. 

 

-Keçmək olmaz sənin kimi gözəldən,  



İş üstdəyəm, gözəl, axı һəm də mən,  

Gözəl olur söz anlayan, söz bilən,  

Dirrik olmaz kimdə dad-duz olmasa. 

 

-İlk baxışdan bildim mənə bağlısan,  



Mindiyarın şaһlığından dağlısan,  

Qorxmaz gəncsən, sıvrı, ipək bığlısan,  

Dirrik olmaz kimdə dad-duz olmasa. 

Sənin ollam, məni qaçır Çinçaya,  

Orda dönək böyük, güclü olaya,  

Mən günəşə çıxma deyim, sən aya,  

Dirrik olmaz kimdə dad-duz olmasa. 

 

-Dədədüzəm, Çörəkçilər boyundan,  



Manay şaһın Ağüz ellər soyundan, 

Gəl, öp mənim qılıncımdan, yayımdan,  

Dirrik olmaz kimdə dad-duz olmasa. 

 

*** 



Üç gün sonra qaçdı Dinti, Dədədüz,  

Birləşdirir, yollaşdırır yol bizi,  

Gecə-gündüz yol getdilər Çinçaya,  

Birləşdirir, yollaşdırır yol bizi. 

 

Çox getdilər, atı yaman yordular,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

49 


 

Gəlib yaşıl bir talada durdular,  

Ox atdılar, bir cüyürü vurdular,  

Birləşdirir, yollaşdırır yol bizi. 

 

Ocaq çatıb, yeyib, içib, yatdılar,  



Bir-birini qırtıb, dartıb, yırtdılar, 

Sonra dərin bir yuxuya batdılar, 

Birləşdirir, yollaşdırır yol bizi. 

 

Ayrılanda Dinti dedi:-Ərənim, 



Sənə verdim Tanrı mənə verəni,  

Turqız, Tanı boğazıma dirənib,  

Birləşdirir, yollaşdırır yol bizi. 

 

Sən mənim ol, yaşamını mənə ver,  



Yaratmadan һay-küy, һaray, səs-səmir,  

Biz uçuraq Mindiyarı yerbəyer,  

Birləşdirir, yollaşdırır yol bizi. 

 

*** 



Dədədüzün iki gözü bərəldi,  

Qız istəsə bir ölkəni dağıdar,  

Dedi:-Gülüm, çatmaz buna gücümüz,  

Qız istəsə bir ölkəni dağıdar. 

Dinti dedi:-Mənim arxam böyükdür,  

Çinçaydakı toplumlarım yürükdür,  

Tanı şaһsa içəridən çürükdür,  

Qız istəsə bir ölkəni dağıdar. 

 

Dedi, Turq da üzdən mənə vurğundur,  



Buna görə üzü-gözü solğundur,  

O da bizim yürüşlərə uyğundur,  

Qız istəsə bir ölkəni dağıdar. 

 

Üstün gəlsəm ad-sanını yayaram,  



Səni böyük aparıcı qoyaram,  

Mən özümə səni bir ər sayaram,  

Qız istəsə bir ölkəni dağıdar. 

 

Nə deyirsən, əlini ver əlimə,  



«Yox» söyləmə səni sevən könlümə, 

 Sən qonaq ol Xaqanıma, elimə,  

Qız istəsə bir ölkəni dağıdar. 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin