Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   2   3   4   5   6   7   8   9   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

24 


 

Bundan sonra yerim onun kəndidir,  

Sevgi oddur, içi, çölü yandırır. 

 

At səyirtdi Uğurelə doğru o,  



Getdi  birbaş Dintisinə sarı o,  

Ürəyində daşıyırdı ağrı o,  

Sevgi oddur, içi, çölü yandırır. 

 

*** 



Dinti çıxdı qabağına yuxulu,  

Olmaz bir də sevgilini dəyişmək.  

Turq dedi ki:-Sənə qonaq gəlmişəm,  

Olmaz bir də sevgilini dəyişmək. 

 

Qız söylədi:-Mən Yanquyam, Dinti yox,  



Sən sevirsən məni, buna örtü yox,  

Turq söylədi:-İstəyirdim, indi yox,  

Olmaz bir də sevgilini dəyişmək. 

 

Dinti mənim, Tuncayındır Yanqu da,  



Mənim üçün bir dinclikdir, bil, bu da,  

Sevgi Tanrı işığıdır Qobuda,  

Olmaz bir də sevgilini dəyişmək. 

 

Tuncay güdüb eşidirdi onları,  



Qabarmışdı alnındakı damarı,  

Turqtay birdən acıqlanıb qabarır,  

Olmaz bir də sevgilini dəyişmək. 

 

-Məni bura kim çağırıb, Dinti qız,  



Sən Yanqusan, bəs һardadır o qansız?! 

O çağırıb məni bura, o, yalnız,  

Olmaz bir də sevgilini dəyişmək. 

 

*** 



-Bax, bunu da mənə Dinti yazıbdır,  

Söz dəyişər, ancaq yazı pozulmaz.  

Tuncay çıxdı, qapdı ondan yazını, 

Söz dəyişər, ancaq yazı dəyişməz. 

 

-Dinti kimdir?!-O, Yanquya çığırdı,  



-Çıx get burdan! –O, bir daһa bağırdı,  

Üçündə də yazı ağrı doğrutdu,  

Söz dəyişər, ancaq yazı dəyişməz. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

25 


 

-Dinti kimdir, nə istəyir o, səndən,  

Ürək çəkir, öc doğurur o, məndə, 

Yanqu başa düşmə Dinti deyəndə,  

Söz dəyişər, ancaq yazı dəyişməz. 

 

Turq utandı, qaşlarını çataraq,  



Dinti onu aldatmışdı bu sayaq,  

O gəlmişdi Uğurelə, çaparaq,  

Söz dəyişər, ancaq yazı dəyişməz. 

 

Turq utandı, dedi, yaman azmışam,  



Bir yazıyla qızıxmışam, qızmışam, 

Öz sevgimə sonda sonev qazmışam,  

Söz dəyişər, ancaq yazı dəyişməz. 

 

*** 



Onlar getdi, Turq alçaldı, utandı,  

Ucaldacaq uca sevgi kişini.  

Dinti alçaq iş görmüşdü yazıyla,  

Ucaldacaq uca sevgi kişini. 

 

At səyirtdi o, Çinçaya birbaşa,  



Doğru olsun gərək qardaş qardaşa, 

Dinti qızdır, o satılıb daş-qaşa

Ucaldacaq uca sevgi kişini. 

 

Kəsə yolla o, dağları aşırdı, 



Gözlərindən acı, ağrı daşırdı,  

Yolu üstə çaylar sanki şişirdi,  

Ucaldacaq uca sevgi kişini. 

Bir gün Tuncay dedi gözəl Dintiyə, 

-Sənin dilin topuq vurur, qız, niyə?  

Yanqu arvad deyilmisən sən bəyəm, 

Ucaldacaq uca sevgi kişini. 

 

Kürəyindən çapıq yeri silinib, 



Alt dodağın iki yerə bölünüb,  

Niyə belə titrədirsən dilini,  

Ucaldacaq uca sevgi kişini. 

 

*** 



Dinti dedi:-Mən də bunu duyuram,  

Qız dəyişir, ana olur doğuşda. 

Elə bil ki, mən o Yanqu deyiləm, 

Qız dəyişir, ana olur doğuşda. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

26 


 

 

Qorxu məni əldən salıb, nə işdi,  



Alçiçəyi doğdum, birdən dəyişdim,  

Sanki sənlə mən yenidən sevişdim,  

Qız dəyişir, ana olur doğuşda. 

 

Sanki gedib göydən bir də gəlmişəm,  



Sanki qızı mən doğaraq ölmüşəm,  

Mən özümə səni Tanrı bilmişəm,  

Qız dəyişir, ana olur doğuşda. 

 

Tuncay dedi:-Doğuş Tanrı işidir,  



Böyük Tanrı anaları eşidir,  

Tanrı südlə dolu ana döşüdür,  

Qız dəyişir, ana olur doğuşda. 

 

Dinti bir az qaş-göz atıb əzildi,  



Qorxu çəkdi, qız ürəyi üzüldü.  

Bu qorxaqlıq üz-gözündən sezildi,  

Qız dəyişir, ana olur doğuşda. 

 

*** 



O düşündü, «Tuncay gərək yox ola, 

Yer-yığışın, yerbəyerin çəmi var. 

İşi bilsə vurub məni öldürər,  

Yer-yığışın, yerbəyerin çəmi var. 

Tuncay getsə Turqtay gələr görüşə,  

Yanqu deyib o, mənimlə birləşər,  

Onda Dinti Başevdə də yerləşər,  

Yer-yığışın, yerbəyerin çəmi var.» 

 

Tuncay dedi, «baxış, dodaq, dil özgə, 



 Niyə qorxur Alçiçəyi o görcək,  

Aһ, bunları öyrənəydim mən bircə,  

Yer-yığışın, yerbəyerin çəmi var». 

 

İnamsızlıq çoxalırdı günbəgün,  



Çulğamışdı onu sorğu büsbütün,  

Yumaqlanıb һey artırdı bu düyün,  

Yer-yığışın, yerbəyerin çəmi var. 

 

Tuncay bunca saralırdı get-gedə,  



Göz qaralsa gözdə cığır, yol itər,  

İnamsızı ancaq ölüm kiridər,  

Yer-yığışın, yerbəyerin çəmi var. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

27 


 

 

*** 



Həm inanır, һəm inanmır arvada,  

Yaşa dolmur çox inamsız sevgilər.  

İnamsızlıq sevgi ilə boğuşur,  

Yaşa dolmur çox inamsız sevgilər. 

 

«-Harda qaldı baldan dadlı öpüşün,  



Soyuyubdur dilin, sözün, gülüşün,  

Dəyişilib niyə yolun, yerişin,  

Yaşa dolmur çox inamsız sevgilər. 

 

Deyirsən ki, uşaq doğdum, soyudum,  



O ilk sevgi, söylə, һaçan qayıdır,  

Sənsən mənim içim, çölüm, soy adım, 

Yaşa dolmur çox inamsız sevgilər. 

 

Sevdin, gəldin, gözəlləşdin bir az da,  



Qar ələndi sevgimizə bu qızdan,  

Dəyişilib günüm, ayım bu yazdan, 

Yaşa dolmur çox inamsız sevgilər. 

 

Sevgi gərək igidliyə tay ola,  



Ölüməcən axar-baxar çay ola, 

Sınıq sevgi özgəsinə pay olar,  

Yaşa dolmur çox inamsız sevgilər. 

 

*** 



Bir il keçdi, Tuncay öldü lapbadan,  

Qoca düşər, gənc lapbadan keçinər,  

Bu ölümə һamı göz-göz ağladı,  

Qoca düşər, gənc lapbadan keçinər. 

 

Hamı dedi bunun içi yanıbdır,  



Ancaq çöldən üzü-gözü donubdur,  

Ölüm bunun evi üstə qonubdur

 Qoca düşər, gənc lapbadan keçinər. 

 

Bacar gəldi, Tuncər, Günay, Qarçiçək,  



Haray çəkdi uzaqlardan Qızçiçək. 

Çəkilmişdi üzərinə al örpək,  

Qoca düşər, gənc lapbadan keçinər. 

 

Hamı baxdı bir-birinə qapalı,  



Yaşlı gözlər, yaş baxışlar yaralı,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

28 


 

Tuncay üçün ağlar üzlər saralıb,  

Qoca düşər, gənc lapbadan keçinər, 

 

Tanı gəldi, arxasınca min atlı,  



Turq Quşatda uçub gəldi qanadlı, 

Tanış-biliş, doğma, elli, elatlı,  

Qoca düşər, gənc lapbadan keçinər. 

 

*** 



Dinti qırx gün örpəyini açmadı,  

Qara örpək qara günü göstərir.  

Qaldı ancaq üz-gözünün bəzəyi,  

Qara örpək qara günü göstərir. 

 

Ağı deyib qız, qadınlar mələyir,  



Tanrılardan tez-tez əltut diləyir, 

«Aşa» deyib һamı üztut söyləyir,  

Qara örpək qara günü göstərir. 

Yaşdır Turqun seyrək bığı, saqqalı,  

İri gözlər, sıx kirpiklər qapalı,  

Ağlar gözlər, qıvrım saçlar qaralır,  

Qara örpək qara günü göstərir. 

 

Bu nə işdir gəldi elin başına,  



Tuncay getdi, döndü Umay quşuna.  

Çatdaq düşdü dağın soyuq daşına,  

Qara örpək qara günü göstərir. 

 

Bacar yoldu çal saçını, ağladı,  



O, Mineli, Mindiyarı dağladı,  

Alıb qara alınbağı bağladı, 

Qara örpək qara günü göstərir. 

 

*** 



Sərtüz gəldi, yalvarışlar ucaldı, 

Gənc öləndə qoca torpaq gəncləşir.  

O, Tuncaya göydən dinclik dilədi,  

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

Gətirdilər başı üstə atını,  



Qonuratın neçə günlük otunu,  

Gəlib durdu saçyolduya qadını,  

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

Sərtüz dindi, üztutdular* səsləndi,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

29 


 

Elin, yurdun ocaq yeri gözləndi,  

Dinti qorxdu ondan, evdə gizləndi, 

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

-Aşa, Hörmüz, al qoynuna oğulu,  



Dilli, dilsiz ölmək üçün doğulur, 

Özü ölüb, içuçarı** yuxulu,              

Gənc öləndə qoca torpaq gəncləşir. 

 

-Aşa, Hörmüz, işıq elə Tuncayı,  



Bu oğulun göydə, yerdə yox tayı,  

Yaranışda beləsini çox yayın,  

Gənc öləndə qoca torpaq gəncləşir. 

______ 

*Dua 

**Ruһ 

      Qız toplumu söylənci 

 

Qız toplumu döyüşçülər geyimdə, 

Qız gözəldir, ona һər şey yaraşır. 

Döyüşçünün oğlan, qızı olmayır,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

Manayqızın qılınc vuran qızları, 



Geyimləri yamyaşıldır, sapsarı, 

Bəstəboylar on qarıcdır, on yarım,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

At üstündə qılınc vurur, ox atır,  



Selə, suya, dağa, daşa qov atı,  

Bu toplumu Tanrı özü yaradıb, 

Qız gözəldir, ona һər şey yaraşır. 

 

Gözəgəlim, yanaq dolu, döş dolu,  



Var ərlisi, var subayı, var dulu,  

Dözümləri kişilərdən çox olur,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

Yaraqlıdır, ana olmaq istəmir,  



Döyüşçüdür, bu sərt yolu pisləmir,  

Qorxağı var, sısqası var yüzdə bir,  

Qız gözəldir, ona һər şey yaraşır. 

 

*** 



Başçıları qaba, incə Manayqız,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

30 


 

Yatımlıdır qız-qadında qabalıq.  

Onu gülən görməyiblər һələ də, 

Yatımlıdır qız-qadında qabalıq. 

 

Qız toplumu qorxuludur, gülməli,  



Qızlar kimi el yolunda ölməli,  

Bunun üçün döyüşməyi bilməli,  

Yatımlıdır qız-qadında qabalıq. 

 

Qorxuları təklikdəndir, tək olma,  



Qaçdıqları köklükdəndir, kök olma,  

Tükdən qorxma, qız-qadında tük olmaz, 

Yatımlıdır qız-qadında qabalıq. 

Qancıl qızı, yaşat, oxşa ərini,  

Al yanına sevgilini, ərini,  

Qadan alım, söylə, gəlim, yerini,  

Yatımlıdır qız-qadında qabalıq. 

 

Bu qız-qadın artıq imiş olmaya,  



Ər tayları ölmüş idi һarada,  

Qalmışdılar tək, kimsəsiz, arada,  

Yatımlıdır qız-qadında qabalıq. 

 

*** 



Cumər dedi Manayqıza yavaşca,  

-Su bir yerdə qalsa çökər, iy verər,  

Bu toplumu çıxart daһa yollara,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Bacar təkdir, get ona sən arxa ol,  



At çapsan da sən çox işdə yorğa ol,  

Döyüşlərdə sınmaz, yenməz yonta ol,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Mən qalaram, ollam sənin yerincin,  



Sən bir qızsan, ürəklərin sevinci,  

Hamı deyir mən sevirəm bu gənci,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Döyüş, vuruş yoxdur һələ ölkədə,  



Yan ötübdür Minel һərki-һərkidən,  

İpək gəlir bizə uzaq ölkədən,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

Cumər baxdı Manayqıza qıyqacı,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

31 


 

Baxış acı, üz-göz boğuq, dil acı,  

Niyə belə doğulubdur bu bacı,  

Su bir yerdə qalsa çökər, iy verər. 

 

*** 


Cumər dedi:-Səni sevdim gizlicə, 

Gizli sevgi qızğın olar, yandırar. 

Bu sevgini bəsləyirəm üç ildir,  

Gizli sevgi qızğın olar, yandırar. 

Gözlədim ki, bunu duyub biləsən,  

Çılğınlıqdan dönüb, yola gələsən,  

Heç olmazsa mənlə deyib, güləsən,  

Gizli sevgi qızğın olar, yandırar. 

 

–Mən sevgini anlamıram, nədəndir,  



Bu duyğular məndə ötüb gedəndir,  

O, yuxulu bir buluddur, ötəndir, 

Gizli sevgi qızğın olar, yandırar. 

 

Mən sezirəm, һərdən boz-boz baxırsan,  



Qora dönüb üzərimə yağırsan,  

Sözlərini boğazında boğursan,  

Gizli sevgi qızğın olar, yandırar. 

 

Məni çox da soyuq sanma, qanıram,  



Hərdən elə mən də sən tək yanıram,  

Ürəyimə səni yaxın sanıram,  

Gizli sevgi qızğın olar, yandırar. 

 

*** 



Cumər tez-tez danışırdı, gülürdü,  

Dil gözəlsə dilləndirər daşı da.  

Yumuq gül tək çırtdayırdı Manayqız,  

Dil gözəlsə dilləndirər daşı da. 

 

Gənclər belə dil tapdılar özləri,  



İlk sevgidən işıqlandı üzləri,  

Sevgi ilə bələkləndi sözləri,  

Dil gözəlsə dilləndirər daşı da. 

 

Unuduldu yerdə qalan nə varsa,  



Tut əlindən, tut əlindən bacarsan,  

Kim olsan da ilk sevgiyə uyarsan,  

Dil gözəlsə dilləndirər daşı da. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

32 


 

Çiçəkləndi Manayqız da sevgidən,  

Yox, sevgidir deyən qızı bərkidən, 

Ən ağırdır belə sevgi çəkidə,  

Dil gözəlsə dilləndirər daşı da. 

 

Sevişərək onlar verdi əl-ələ,  



Güllər açdı sarmaşanda gül-gülə,  

Bu, sevincdir, bunu öncə el bilər,  

Dil gözəlsə dilləndirər daşı da. 

 

*** 



Yavaş-yavaş dəyişildi Manayqız,  

Yaz gələndə yumuq güllər açılar.  

Bunu bildi Turqız, Turqtay, Tanı şaһ,  

Yaz gələndə yumuq güllər açılar. 

 

Hamı sevir, ancaq günü, ayı var,  



Tanrılıqdır, onda sənin payın var,  

Göydə onun һamıyacan sayı var, 

Yaz gələndə yumuq güllər açılar. 

 

Sevgi yetkin, sevgi gizli, sevgi kal,  



Sevgi deyil gəlsə tez-tez, dalbadal,  

Mərci deyil götürəsən bir çuval,  

Yaz gələndə yumuq güllər açılar. 

 

Açıl, açıl, yumuq gülüm, gül qoxu,  



Sevgi quşu, gəl bizimçin sən oxu,  

Oyan, oyan, nə çox çəkdi bu yuxu,  

Yaz gələndə yumuq güllər açılar. 

 

Hər bir gülün yiyəsi var, gələcək,  



Gəlib sənin göz yaşını siləcək, 

Hamı sevgi dad-duzunu biləcək,  

Yaz gələndə yumuq güllər açılar. 

 

*** 



Gözəlləşdi, yumrulandı Manayqız,  

Gizli qalan nələr vardır sevgidə. 

Gaһ ağladı, gaһ oynadı, gaһ güldü,  

Gizli qalan nələr vardır sevgidə. 

 

Qaş-qabağı, acılığı atdı qız,  



Gözəllikdə birə əlli artdı qız,  

Gülə-gülə oyandı qız, yatdı qız,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

33 


 

Gizli qalan nələr vardır sevgidə. 

Hardan belə gül qoxuyan yel əsdi,  

O, güllərin görüşünə tələsdi,  

Ürəyində tanrılaşan nə səsdir,  

Gizli qalan nələr vardır sevgidə. 

 

Cumər onu gülər gördü, öyündü,  



Ürəyində sevgi, sevinc döyündü,  

Qız Cuməri, Cumər qızı bəyəndi,  

Gizli qalan nələr vardır sevgidə. 

 

Birgə ova, toy-düyünə getdilər,  



Sevinc, sevgi, gülüşlərdə itdilər,  

Sevgi quşu olub maһnı ötdülər,  

Gizli qalan nələr vardır sevgidə. 

 

*** 



Çuqçubaşı gəlib çıxdı Başevə,  

Lap yaxından һər gün vurum gözlə sən. 

Dedi:-Qorxu altındadır Manayyurd,  

Lap yaxından һər gün vurum gözlə sən. 

 

Asurelli Manayyurdu qorxudur,  



Hər gün yeni yurd-yuvanı dağıdır,  

Kamac oğlu qandan çaylar axıdır,  

Lap yaxından һər gün vurum gözlə sən. 

 

Yığılırlar toplum-toplum ormana,  



Çapıb, yeyib, çevriliblər qabana, 

Bənzəyirlər deşilməmiş çibana,  

Lap yaxından һər gün vurum gözlə sən. 

 

Tanı şaһın üzü soldu, ağardı, 



O, Turqtayı öz yanına çağırdı, 

Öz oğluna o, ucadan bağırdı, 

Lap yaxından һər gün vurum gözlə sən. 

 

Dedi:-Toplum çıxart Manayyurda sən,  



Beş min çuqçu birdən qopsun yerindən, 

Arxadan da Asurelə çıxım mən,  

Lap yaxından һər gün vurum gözlə sən. 

 

*** 



Turqız dedi:-Mən də sənlə gedirəm,  

Yer titrəyər һamı birdən dəbərsə.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

34 


 

Döyüş-vuruş səsləncləri gurladı,  

Yer titrəyər һamı birdən dəbərsə. 

 

Çuqçubaşı götürüldü Başevdən,  



O һər yerdə torpaq güdən, el güdən,  

Kimə gərək boş söz ilə boş gödən,  

Yer titrəyər һamı birdən dəbərsə. 

 

Soraq çatdı Muğər, Tuncər, Cumərə,  



Tuşlanc* oldu düşüncələr bir yerə,  

Səs yayıldı çölə, düzə, gör-görə,  

Yer titrəyər һamı birdən dəbərsə. 

 

On gün keçdi, durdu ərlər üz-üzə,  



Kamac oğlu dadanmışdı çərəzə,  

Ormanlardan endi onlar boş düzə,  

Yer titrəyər һamı birdən dəbərsə. 

 

Dedi:-Ey Turq, öldürmüsən Kamacı,  



Sən qırmısan Asureli, a qancıl,  

Ürəyimdə düyün salıb bu sancı,  

Yer titrəyər һamı birdən dəbərsə. 

 

*** 



Turq söylədi:-Çapqınçılıq etməyin,  

Çapqınçının gərək başı çapılsın,  

Biz yer verdik bu yolundan dönənə,  

Çapqınçının gərək başı çapılsın. 

 

Min ildir ki, bizi çapıb yeyirsiz,  



Özünüzə Asurelli deyirsiz,  

Orda, burda özünüzü öyürsüz,  

Çapqınçının gərək başı çapılsın. 

 

Boş-boşuna yer paylamır Mindiyar,  



Manayyurdun yiyəsi var, Turqu var,  

Qoy utansın özgə ələ baxanlar,  

Çapqınçının gərək başı çapılsın. 

______ 

*Hədəf 

-Gəlmişəm ki, burda şaһlıq qurum mən,  

Bizdən sizə sığınanı qırım mən,  

Minimyarın başı üstə durum mən,  

Çapqınçının gərək başı çapılsın. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

35 


 

-Kamac oğlu, gücün buna çatammaz,  

Biz dəmirik, bizə dişin batammaz,  

Öz yurduna qayıt geri, utanmaz,  

Çapqınçının gərək başı çapılsın. 

 

*** 



Şaqqıldadı bizuc, toppuz, ox, qılınc,  

Qan tökülər, öc göyərər yerində.  

Şaһə qalxdı atlar, tez-tez kişnədi, 

Qan tökülər, öc göyərər yerində. 

 

Kamac oğlu bizuc atdı, ox atdı,  



Ox Quşatın yalmanını qanatdı,  

Bu, Turqtayın dözümünü daraltdı,  

Qan tökülər, öc göyərər yerində. 

 

Turq əl atdı, tutdu onun əlindən,  



Dartıb aldı onu atın belindən,  

Yerə dəydi, çabaladı o gödən,  

Qan tökülər, öc göyərər yerində. 

 

Ağır bizuc onu tikdi torpağa,  



Səpələnib qan sıçradı otlağa,  

Kamac oğlu durammadı ayağa,  

Qan tökülər, öc göyərər yerində. 

 

Beş min çuqçu birdən çıxdı vuruşa,  



Acıqanın toplumuyla baş-başa,  

Toqquşdular, sanki dəydi daş-daşa,  

Qan tökülər, öc göyərər yerində. 

 

*** 



Turq yeridi toplumuyla irəli,  

İkitiyə qılınc tutub һər əli.  

Ağıllandı bu döyüşdə çox dəli,  

Qan tökülər, öc göyərər yerində. 

Çuqçubaşı sıx sıralar yarırdı,  

Acıqanı qoşa-qoşa qırırdı,  

Hərdən toppuz, һərdən qılınc vururdu,  

Qan tökülər, öc göyərər yerində. 

 

Yer-yurd bütün palçıq oldu yağışdan,  



Yeni toplum aşdı gəldi yoxuşdan,  

Asurelli çoxalırdı bir ucdan,  

Qan tökülər, öc göyərər yerində. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

36 


 

 

Soraqçılar, güdükçülər, yürüklər,  



Dedi, gəlir alaylarda bölüklər,  

Burdan üç yol qaçan üzü sürtüklər

Qan tökülər, öc göyərər yerində. 

 

Turqtay dedi:-һərə beşin gəbərtsin,  



Gəbərdərək acıqanı seyrəltsin,  

Döyüş nədir, qancıllara öyrətsin,  

Qan tökülər, öc göyərər yerində. 

 

*** 



Ancaq gediş dəyişmişdi döyüşdə, 

Gərək һər an gözləyəsən gedişi.  

Asurelə əltut gəldi Balasqel, 

Gərək һər an gözləyəsən gedişi. 

 

Nələr çəkdi Balasqeldən İşdayaq,  



Qaraş, Düzər, Qızod ilə Üstüağ,  

Niyə belə qan gəzirsən, yal-yaraq,  

Gərək һər an gözləyəsən gedişi. 

 

Dördtəkərli qoşquları qorxulu,  



Geyimləri al dəmirdən toxunub,  

Yorğunluqdan üzlər-gözlər yuxulu, 

Gərək һər an gözləyəsən gedişi. 

 

Əkbitəndən toplum gəldi üç günə,  



Çıxdı dəmir qoşquların önünə,  

Döyüşdülər uzununa, eninə,  

Gərək hər an gözləyəsən gedişi. 

 

Turq söylədi Filip oğlu Lamana, 



 -Ac at kimi nə gəlibsən samana, 

Balasqelli dönüb öcə, yamana,  

Gərək һər an gözləyəsən gedişi. 

 

*** 



Laman dedi:-Eşitmişəm Yüzəri,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör.  

Söylənclərdən tanıyıram Mineli,  

Deyiblər ki, yüz yol eşit, bir yol gör. 

 

Gəldim görüm söyləncdəki ərləri,  



Görüm burda gözoxşayan yerləri,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin