Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   61   62   63   64   65   66   67   68   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

853 


 

Xəbər verdi bunu Turqa Qızılquş, 

Dünən ovda Aləpərtunqa nə olmuş, 

Qara geyib yer, göy, ölkə, dayanış, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Şimşəkatı Turqər çapdı Başevə, 



Gördü qancıl oxu dəyib hədəfə, 

Yas yerində çox ağladı hər dəfə, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Dedi:-Tanrı, Tunqu qaytar Turana, 



Güc ver mənə batım Tusa, İrana, 

Iran gərək dönsün olsun virana, 

Tez inanan, tez aldanan, tez gedir. 

Dedilər ki, İran yasa batıbdır, 

Tus şahlığı üzərindən atıbdır, 

Getmə ora, orda düşmən artıbdır, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

-Yaxşı olar gedib tapaq o yeri, 



Yaxşı olar qırxı çıxsın Tunqərin, 

Gedib açaq sonevini Tunqərin, 

Sonevinə qoyaq çil-çil kəhəri, 

Belə olsun gərək yasın təhəri, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Turq örgəndi tamam olan qalanı, 



Heç günahlı saymadı o İranı, 

Günahlını ev-ev gəzdi,- hər yanı, 

Tez inanan, tez aldanan, tez gedir. 

 

Turqla Tusun döyüş söylənci 

 

Tusər açdı Pişikgözə qəlbini, 



Ürək şişər söz qalarsa ürəkdə. 

Dedi:-İşin öhtəsindən gəlibsən, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Dedi:-Çatdı indi Sərtüz növbəsi, 



Türk olubdu bu yazarın dədəsi, 

Basdırıla gərək qana kəlləsi, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Çox demişəm, zalım dönmür əslindən, 



Gərək onu tam ayıraq nəslindən, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

854 


 

Yazıları itsin türkün dilindən, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Öldürərik, saxlayarıq öl-diri, 



Deyərik ki, bir türk onu öldürüb, 

Acığını, qəzəbini bildirib, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Kim zirəngdir yerin çoxu onundur, 



Kim zirəngdir batı, doğu onundur, 

Bu dünyanın varı-yoxu onundur, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Belə dedi, Pişikgözə Tusər şah, 



Çox zirəng ol, mənim kimi sən yaşa, 

Bunda sonra biz verərik baş-başa, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Bu Pişikgöz Tusərdən də bic idi, 



Ancaq Tusər Pişikgözdən güc idi, 

Şah olsa da başdan-başa öc idi, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Bilirdi ki, bir gün növbə onundur, 



Bu, Başevdə bir köhnəlmiş qanundur, 

Bu işlərdə o yorulub, yorğundur, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Bir də Sərtüz xalq içində şanlıdır, 



Adi deyil, o bəlkə də tanrıdır, 

Bu iş günah işdir, qandır, qanlıdır, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Tusər dedi:-İş görənsən sən az-maz, 



Səndən başqa bunu heç kəs bacarmaz, 

Yoxsa sən də yad olmusan yaramaz! 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Pişikgözə göz ağartdı şah birdən, 



Dedi:-Ər ol, qorxma, cayma yerindən, 

Yoxsa didib-dağıdaram səni mən, 

Ürək şişər söz qalarsa ürəkdə. 

Pişikgözü qorxu aldı, saraldı, 

Şaha qarşı fikri döndü, daraldı, 

Gözlərində dünya sanki qaraldı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

855 


 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Dedi:-Yaxşı, mənə bir ay möhlət ver, 



Işlərimə düz-əməlli qiymət ver, 

Mənə yaxşı vəzifə ver, şöhrət ver, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

Ancaq sabah qaçdı, getdi Turana, 



Günahlarım, dedi, qalsın bir yana, 

Ta dönmərəm mən zəhərli ilana, 

Ürək şişər söz qalarsa ürəkdə. 

 

                *** 



 

O Turqərin ayağına döşəndi, 

Etirafla günah getməz, yuyulmaz. 

Açdı, tamam işlərini söylədi, 

Etirafla günah getməz, yuyulmaz. 

 

“Məni aldı haçasaqqal qorxusu, 



Mən zəhərli ilan oldum doğrusu, 

Bunlar onun işləridir, qurqusu, 

Etirafla günah getməz, yuyulmaz. 

 

Indi deyir, get, Sərtüzü xəfələ, 



Ya da tapşır işi bir küt əfələ, 

Bir türkü tap, onu bərkdən hədələ, 

Etirafla günah getməz, yuyulmaz. 

 

Günahgaram, öldür məni Turq ata, 



Ya da götür məni qaytar həyata, 

Mən artıqam burda, sanki mən yadam, 

Etirafla günah getməz, yuyulmaz. 

 

Mən bilirəm yazıların yerini, 



Çox tökmüşəm orda alın tərimi, 

Yazdım ora, onun darğa fikrini, 

Bəlkə qovum üzərimdən şərrini, 

Etirafla günah getməz, yuyulmaz. 

 

                *** 



 

Turqər dedi:-Toplum qalxsın ayağa, 

Hər günahın, hər güzəştin həddi var. 

Beş min atlı yürüş etsin İrana, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

856 


 

Hər günahın, hər güzəştin həddi var. 

 

Şimşəkatın kişnərtisi tanışdı, 



Sarı yalı atın üçcə qarışdı, 

Yalmanında örtük qırış-qırışdı, 

Hər günahın, hər güzəştin həddi var. 

 

Hamıdan tez Turqər çatdı Parsaya, 



Yolda kəndlər düzülmüşdü sıraya, 

Kənddəkilər batmışdılar əzaya, 

Hər günahın, hər güzəştin həddi var. 

 

Ağılarda qoşmalarda Tunq adı, 



Səslənirdi yer duası, göy andı, 

Hər addımda saxlayırdı Turq atı, 

Hər günahın, hər güzəştin həddi var. 

 

Tusər çıxdı hədələdi Turqəri, 



Hədəqədən çıxmaqdaydı gözləri, 

Qorxusundan titrəyirdi dizləri, 

Hər günahın, hər güzəştin həddi var. 

 

-Sən öldürdün Tunqu, Pişikgöz ilə, 



Qabağıma çıxdın hansı üz ilə, 

Daha kimi öldürübsən, düz söylə, 

Hər günahın, hər güzəştin həddi var. 

-Turparı da mən öldürdüm, bil, qaban, 

Mən səni də öldürərəm bir azdan, 

Mən üstünəm hər bir yerdə, hər zaman, 

Hər günahın, hər güzəştin həddi var. 

 

Şimşəkqılınc endi Tusun çiyninə, 



Qandan paltar geydi Tusər əyninə, 

Çabaladı uzununa, eninə, 

Qaldı o da Pişikgözün gününə, 

Hər günahın, hər güzəştin həddi var. 

 

Şimşəkqılınc bir də endi aşağı, 



Getdi onun üzü, ağzı, qulağı, 

Bir də vurdu, sındı qolu, ayağı, 

Hər günahın, hər güzəştin həddi var. 

 

Ancaq Tusər yıxılmadı, ölmədi, 



Bir də Turqla o üz-üzə gəlmədi, 

Hara getsin, hara qaçsın bilmədi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

857 


 

Hər günahın, hər güzəştin həddi var. 

 

Şimşəkqılınc göyü, yeri yarırdı, 



Kim gəlirdi, beş-beş, on-on qırırdı, 

Parsalını vurub yerə sərirdi, 

Qan qarışıq Tusər nəfəs dərirdi, 

At kişnəyib sıralara girirdi, 

Hər günahın, hər güzəştin həddi var. 

 

               *** 



 

Hamı dedi:-Tusər ölsün, qalmasın, 

Zəhər verən ölsün gərək zəhərlə. 

O bir daha bizə başçı olmasın, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Biri dedi, onsuz da o əlildir, 



O şahlığa qadir, layiq deyildir, 

O hay-küydür, boş gurlayan təbildir, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Şah Qardanağ olsun onun yerinə, 



Başbaşı da fars qızların birindən, 

Biz qurtaraq qancılların əlindən, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Hərə bir söz dedi, bir cür danışdı, 



Muğlar, farslar biri-birinə qarışdı, 

Vuruşanlar, küsüşənlər barışdı, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Turqər dedi:-Tusun evi hardadır? 



“Avesta”nın yazıları ordadır, 

Sərtüz yolda, hələ orda-burdadır, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Biri dedi, evdə taxça qazdırıb, 



Yazıları qat-qat orda basdırıb, 

Üzərində “böyük Tusər” yazdırıb, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Turqər baxdı, gördü burda baxça var, 



Qazılı da iki dərin taxça var, 

Basdırılıb, gizlədilən boxça var, 

Zəhər verən ölsün gərək zəhərlə. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

858 


 

 

Turqər dedi:-Bura yaşdır, nəmişdir, 



Bura başqa yer altına girişdir, 

Yazıları oğurlamaq pis işdir, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Besyar gəlsin, yazıları götürsün, 



Onu Sərtüz olan yerə gətirsin, 

Əmanəti yiyəsinə yetirsin, 

Zəhər verən ölsün gərək zəhərlə. 

Uzun çəkdi Sərtüzərin səfəri, 

Yazıların çox böyükdür dəyəri, 

Bundan yoxdur heç bir kəsin xəbəri, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

Bunlar bizə ana, Sərtüz atadır, 



Bunlar vəhdir, şerdir, qatdır, duadır, 

Bunlar öyüd, ruhdur, yeni dünyadır, 

Zəhər verən ölsün gərək zəhərlə. 

 

                 *** 



 

Çaylar, yollar, yallar eniş-yoxuşdur, 

Şahla şahlıq gah ucalır gah enir. 

Bir məqamda dura bilməz varlıq da, 

Şahla şahlıq gah ucalır gah enir. 

 

Niyə İran çökdü, batdı dumana, 



Yenə İran tabe oldu Turana, 

Onlar durdu üz-üzə yox, yan-yana, 

Şahla şahlıq gah ucalır gah enir. 

 

Yazıları Turqər Tusdan qorudu, 



Yazı, hərfi, sözü bir-bir oxudu, 

Tus haqqında orda bir söz yox idi, 

Tus deyənlər yalan idi, ağ idi, 

Şahla şahlıq gah ucalır gah enir. 

 

Turq əmr etdi:-Köçürülsün əsərlər! 



Tanış olsun bunla kəndlər, şəhərlər, 

Durulaşsın gözlər, başlar, təpərlər, 

Şahla şahlıq gah ucalır gah enir. 

 

Turq əmr etdi:-Yansın hər gün ocaqlar! 



Gəlsin ora yaxın, uzaq qonaqlar, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

859 


 

Sərtüzləşsin toplum, yaraq, dayaqlar, 

Dəyişilsin köhnə geyim, papaqlar, 

Itiləşsin ağır-ağır yaraqlar, 

Şahla şahlıq gah ucalır gah enir. 

 

Turq əmr etdi:-On min inək kəsilsin! 



Bu yazılar gön üstündə yazılsın, 

Sözlər, hərflər qızıl mıxla basılsın, 

Divarlardan varaq-varaq asılsın, 

Şahla şahlıq gah ucalır gah enir. 

 

                 *** 



 

Turq Besyarı Ekbatana gətirdi, 

Hər bir evin bər-bəzəyi qadındır. 

Turpar üçün Besyar hər gün ağladı, 

Hər bir evin bər-bəzəyi qadındır. 

 

Turq söylədi:-Burda  otur, ana ol, 



Sonanı da gətir, burda ana ol, 

Biz dib daşı olaq, sənsə bina ol, 

Iki ölkə arasında durna ol, 

Hər bir evin bər-bəzəyi qadındır. 

 

Besyar dedi:-Mənim könlüm sınıqdır, 



Turparımın üzü kimi yanıqdır, 

Utanıram, ağzım, dilim qıpıqdır, 

Hər bir evin bər-bəzəyi qadındır. 

 

Turq dedi ki, nəvən mənim olacaq, 



Böyüyəcək, o, Turanda qalacaq, 

O, dünyaya haray-həşir salacaq, 

O, Tusərdən öc-bacını alacaq, 

Hər bir evin bər-bəzəyi qadındır. 

 

Turqər, Ağüz, Besyar, Sona birləşdi, 



Hərə getdi öz işində yerləşdi, 

Qızlar hər gün “Turpar” deyib dərdləşdi, 

Yaraq tutub vur-vurlaşdı, ərləşdi, 

Hər bir evin bər-bəzəyi qadındır. 

 

Döyüş, vuruş bir sənətdir dünyada, 



Sona həvəs, eşq yaratdı anada, 

Örgətdilər bu sənəti ona da, 

Hər bir evin bər-bəzəyi qadındır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

860 


 

 

     Ağdanağ söylənci 



 

Çoxu getdi üzdən görsün Besyarı, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

Gördülər ki, Besyar təmiz, müqəddəs, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

 

Nəvəsini Qor çağırdı nənəsi, 



Qor ananın oldu bircə dənəsi, 

Qorun iri qolu, çiyni, sinəsi, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

 

Uşaqiykən anasıyla güləşdi, 



Oxla, yayla, yeniyetmə əlləşdi, 

Az böyüdü, böyüklərlə dilləşdi, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

 

Qor dedi ki, mən Turqərin oğluyam, 



Mən Turpara, mən Turana bağlıyam, 

Pişikgözdən, Tusdan, Farsdan dağlıyam, 

Mən Turqərin oğluyam, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

 

On yaşında o and içdi tanrıya, 



Anasına, nənəsinə yarıya, 

Turqu, Türkü, Ekbatanı qoruya, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

Sona dedi:-Tanrı, saxla balamı, 

Uzaq elə ondan qəsdi, yalanı, 

Həm qıtlığı, quraqlığı, talanı, 

Uzaq, uzaq Əhriməndən balamı, 

Yaxşı baxsan içdə nə var üzdədir. 

 

               *** 



 

Qor böyüdü, qılınclaşdı nənəylə, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

Tutaq oldu qılıncına nəvənin, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Qılınclaşma hərdən çıxdı həyətə, 



Bir-birinə güzəşt döndü minnətə, 

Besyar baxdı Qorda gücə, hiddətə, 

Qiptə etdi örgəndiyi sənətə, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

861 


 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

At minirdi, arxasınca dartmırdı, 



Hələ gücü ağır gürzə çatmırdı, 

Meşəçiydi, gecə evdə yatmırdı, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Bir gün getdi tək başına ocağa, 



Orada da at səyirtdi ovlağa, 

Yavaş-yavaş döndü cəsur qoçağa, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Qılıncını başı üstə hərlətdi, 



Sağa, sola çapıb atı tərlətdi, 

Vurdu otu, kolu çöldə seyrəltdi, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Bir atlını gördü, qalxan əlində, 



Xənçər, pıçaq, bir də qılınc belində, 

Neçə muncuq astanmışdı telində, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Dedi:-Atlı, söylə, qızsan, oğlansan, 



Duruşundan görürəm ki aslansan, 

Nəsən, ancaq gözəllikdə yamansan, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Atlı dedi:-Mən Uruel əriyəm, 



Güc, güləşdə çoxlarından bəriyəm, 

Mən basılmaz turqdaşlardan biriyəm, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Qardaşımı axtarıram burada, 



Bilməyirəm o yaşayır harada, 

Səsi gəlir ordan, burdan arada, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Adı onun Qardanağdır, Urelli, 



Pəhləvandır, güləşçidir əməlli, 

Çıxıb evdən, yox olubdur on ildir, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Qardanağdır qardaşımın ad-sanı, 



Bir aydır ki mən gəzirəm Turanı, 

Axtarıram, dolaşıram hər yanı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

862 


 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

-Tanıyıram Qardanağı, nə yaxşı, 



O güləşib, udub, olub başbaşı, 

Qardaşından İran bərk-bərk yapışıb, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

Atlı düşdü atdan, tutdu o Qordan, 



Dedi:-Qurban olum sənə, ay oğlan, 

Gedək onun qulluğuna buradan, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

-Çox uzada yaşayır o, çox uzaq, 

Söylə görüm adın nədir, ay qonaq, 

-Mənim adım Urel qızı Ağdanağ, 

-Adınla da sən gözəlsən busayaq, 

Yaxşı olar adın olsun Göygözağ, 

Oncə buyur evimizə, ol qonaq, 

Evdə keçir oğlan hər bir sınaqdan. 

 

                *** 



 

Atı çapdı, Qora qonaq getdi qız, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

Qor sevinclə anasına yan aldı, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Dedi:-Ana, bu gözələ yaxşı bax, 



Ağdanağdır onun adı, göygöz ağ, 

Sona dedi:-Xoş gəlmisən Ağdanağ, 

Oğlum Qorun bəyəndiyi ilk qonaq, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Besyar dedi:-Xoş gəlibdir bu qonaq, 



Qardanağın bacısıdır Ağdanağ, 

Xəbər tutsa o gələcək qaçaraq, 

Başbaşıdır bir ölkədə Qardanağ, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Qız utanır, oğlan üzlü olanda, 



Oğlan gülür, qızdan “həri” alanda, 

Sonra düşür öz yoluna qalan da, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Ancaq uşaq sevgisiydi bu, hələ, 



Baxçalarda sarmaşsa da gül gülə, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

863 


 

Göy budaqlar versələr də əl ələ, 

Ancaq uşaq sevgisiydi bu, hələ, 

Görməmişdi sevənləri heç belə, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Uşaqda da sevgi olur, kal olur, 



Bulaq axır, damcı, damcı göl olur, 

Bu olmasa gül də yanır kül olur, 

Buna görə daş sevgisi lal olur, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Üç gün qalıb, dördüncü gün getdilər, 



Dağda, daşda, kolda-kosda itdilər, 

Güllər kimi üzü üzə sürtdülər, 

Gücə yatıb, gültək səhər bitdilər, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Yavaş-yavaş qardaş yaddan çıxırdı, 



İki sevgi günəşsayaq doğurdu, 

Yaz yağışı kimi sevgi yağırdı, 

İlk görüşlə başlar oğlan sevgisi. 

 

                 *** 



 

Bacısını tanımadı Qardanağ, 

Yarpaq kimi titrək olur ilk görüş. 

Görməmişdi bacısını on üç il, 

Yarpaq kimi titrək olur ilk görüş. 

  

Qucaqlaşıb qoşa budaq oldular, 



Ağladılar, damcı bulaq oldular, 

Bacı, qardaş titrək dodaq oldular, 

Yarpaq kimi titrək olur ilk görüş. 

  

                  *** 



 

Şamxat gəldi dilə tutdu baldızı, 

Gəlin gərək dilə tuta baldızı. 

Şamxat dedi:-Nə gözəlsən, Ağdanağ, 

Gəlin gərək dilə tuta baldızı. 

O soruşdu öncə Dümağ ananı, 

Sonra Urel diyarında qalanı, 

O dilucu təriflədi oranı, 

Gəlin gərək dilə tuta baldızı. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

864 


 

Dedi:-Göygöz, qoşa hörük Ağdanağ, 

Qızbax, Qızod, Qızağ kimi üzü ağ, 

Niyə belə çəkinənsən, utancaq, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Bu Qor kimdir, düşüb sənin dalına, 



Çevrilibdir əsirinə, quluna, 

Batıb əli deyən, sevgi balına, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Qor dedi ki, Mən Turparın oğluyam, 



Mən anama, mən nənəmə bağlıyam, 

Bu İrandan mən ürəyi dağlıyam, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Şamxat dedi:-Belə demə, cavansan, 



Sən də yarı Turan, yarı İransan, 

Sən də bura dönəcəksən haçansa, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Buralıya xoşdur bura o yandan, 



Istəyirsən qal bizimlə İranda, 

Ikidamar doğulubsan Turanda, 

Gəlin gərək dilə tuta baldızı. 

 

-İkidamar, ikiağız qılıncam, 



Turpar oğlu Qoram, sizə qoruncam, 

Qisas allam Tusdan, gücüm qalınca, 

Gəlin gərək dilə tuta baldızı. 

 

 



Sona gəldi, təngənəfəs, çaparaq, 

Üzərində ağır, iti yal-yaraq, 

Dedi:-Oğlum, olma burda oyuncaq, 

Öc alanlar gəlib səni tapacaq, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Bunu deyib o hay-həşir qopartdı, 



O qıy vurdu, Qoru aldı, apardı, 

Qor sevdiyi anasına qabardı, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Qor söylədi Ağdanağa qəflətən, 



-Ay qız, səni mən sevirəm ürəkdən, 

Elə bu vaxt ağ at qopdu yerindən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

865 


 

Gəlin gərək dilə tuta baldızı. 

 

 

 Anakarın ölüm söylənci 



 

Balasq, Yunan, Filip bir də İskəndər, 

Dəyişilir dünya özü bilmədən. 

Şair gəlib çatdı axır Yunana, 

Dəyişilir dünya özü bilmədən. 

 

Getdi şeir məclisinə Anakar, 



Hamı onun gəlişinə intizar, 

Tanınmışdı şair,-Tiran, Mindiyar, 

Dəyişilir dünya özü bilmədən. 

 

O, Sərtüzdən, “Avesta”dan danışdı, 



Sonra şeir-şairlərlə yarışdı, 

Tənqid oldu, üzü, alnı qırışdı, 

Hamı ondan Turqu, Tunqu soruşdu, 

Dəyişilir dünya özü bilmədən. 

 

Dedi:-Tunqər qayıtmadı səfərdən, 



Dedilər ki, zəhərlənib zəhərdən, 

Sarsılıbdır Turan bu son xəbərdən, 

Dəyişilir dünya özü bilmədən. 

 

Yürüş edir İran tez-tez Turana, 



Gah bu çıxır, gah o çıxır meydana, 

Güc veriblər qırğın ilə talana, 

Dəyişilir dünya özü bilmədən. 

 

Biri dedi:-Şair, heç də darıxma, 



Iran, Turan deyib belə qızıxma, 

Güc gözləmə daha Turqər yazıqdan, 

 Dəyişilir dünya özü bilmədən. 

 

Yürüşdədir Filip oğlu İskəndər, 



İran, Hind, Çin fəth olacaq sərasər, 

Fatehlikdir şərqə doğru bu səfər, 

Dəyişilir dünya özü bilmədən. 

 

Siz Filipi iki dəfə qovubsuz, 



Yaralayıb, üz-gözünü ovubsuz, 

Yunanlıları döyüb, lağa qoyubsuz, 

Dəyişilir dünya özü bilmədən. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin