Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

788 


 

 

Şamxat dedi:-Turanlılar, irəli, 



Bıçaq gəlib lap sümüyə dirənib

Cum irəli, atlı, iki təkərli! 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Filip dedi:-Cum irəli, Balasqlı! 



Bizim olsun gərək bu yer, bu dağlıq, 

Irəli get, atlı, iki ayaqlı! 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Üç gün vuruş, yara, ölüm, bağırtı, 



At kişnəyir, yağıştək ox yağırdı, 

Üç gün günəş yorğun batıb, çıxırdı, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

                   *** 



Dördüncü gün bir səs qopdu doğudan, 

Son ayaqda gözlə tanrı yardımı. 

Dedilər ki, gələn qaplan, ayıdır, 

Son ayaqda gözlə tanrı yardımı. 

 

Şamxat dedi:- Bu Tunqərdir, səslənir, 



Çaparaqdır, acıqlanıb, közlənib, 

Filip bilcək bunu, qaçıb gizlənir, 

Son ayaqda gözlə tanrı yardımı. 

 

Çatar-çatmaz Tunqər girdi döyüşə, 



Ağlar oldu hamı lapdan bu işə, 

Türklər dedi, güc yerini dəyişər, 

Son ayaqda gözlə tanrı yardımı. 

 

Turanlılar süpürlədi qancılı, 



Filip qaldı basıqlıqdan asılı, 

Ağ bayraqlar zirvələrə sancılır, 

Son ayaqda gözlə tanrı yardımı. 

 

Tunqər dedi:-Filip, çıx gəl ortaya, 



Ya öl, ya da baş əy Tunqər ataya, 

Yoxsa toplun Blasqelə adlayar, 

Son ayaqda gözlə tanrı yardımı. 

 

                  *** 



 

Birdən çıxdı irəliyə Anakar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

789 


 

Turan barış ölkəsidir, döyüş yox.  

Dedi, Tunqər, Balasqelli doğmadır, 

Turan barış ölkəsidir, döyüş yox.  

 

Sən Filipi mənə görə bağışla, 



Qoy bu vuruş sona çatsın barışla, 

Bunca səni Balasqelli alqışlar, 

Turan barış ölkəsidir, döyüş yox. 

  

Dedi:-Filip, Turan mənim atamdır, 



Balasqelsə mənim doğma anamdır, 

Bu nə qırğın, nə qancıllqı, nə qandır, 

Turan barış ölkəsidir, döyüş yox.  

 

Yalvarıram üzüquylu, deyirəm, 



Bu sözləri söyləmişəm yüz kərə, 

Qoyaq bu gün yaraqları biz yerə, 

Balasq barış ölkəsidir, vuruş yox, 

Turan barış ölkəsidir, döyüş yox.  

 

 

Filip baxdı Tunqda enli qılınca, 



Dönüb getdi, qalanlar da dalınca, 

Sevinc qopdu ana torpaq boyunca, 

Turan barış ölkəsidir, döyüş yox.  

 

Hamı getdi, qaldı yerdə min ölü, 



Bir də yerdə laxtalanan qan gölü, 

Barış dedi Anakarın şeir dili, 

Həm yaraqlı, həm yaralı, həm elli, 

Anakarın iki dildə el dili, 

Turan barış ölkəsidir, döyüş yox.  

 

Hamı getdi, qaldı çöldə Anakar, 



Şair üçün boş çöldə də hər nə var, 

Anakara yardım edin, tanrılar, 

Turan barış ölkəsidir, döyüş yox.  

 

               *** 



 

Iki toplum arxasınca o baxdı, 

Neçəli ol, ancaq olma ikili. 

Düşdü atdan, o atını buraxdı, 

Neçəli ol, ancaq olma ikili. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

790 


 

“Ata yurdum, ana yurdum ölkələr, 

Dörd yanında gəzib itən kölgələr, 

Iki yurddan mənə qaldı döngələr, 

Neçəli ol, ancaq olma ikili. 

 

Niyə belə günə qaldın, ay yazıq, 



Iki yanda həm kimsəsiz, həm artıq, 

Yuxum gəlir, ört üstümü qaranlıq, 

Niyə belə günə qaldın, ay yazıq, 

Neçəli ol, ancaq olma ikili. 

 

Atım, çap get, toplumuna qovuş sən, 



Atsan, çalış bir adama uyuş sən, 

Harda görsən məni, yavaş sovuş sən, 

Gəz sən məni, iki yandan soruş sən, 

Neçəli ol, ancaq olma ikili. 

 

Anakaram, anam, atam vardı, yox, 



Iki ölkə Anakara dardı, yox, 

Uzaq ölkə, təklik məni yordu, yox, 

Neçəli ol, ancaq olma ikili. 

 

Anakaram, qorxaq olub əllərim, 



Acı olur hərdən elin dilləri, 

Addımlayıb mən ölçürəm çölləri, 

Görüb məni acılansın ellərim, 

Neçəli ol, ancaq olma ikili. 

 

Anakaram, ana, gözlə gəlirəm, 



Ata məni gözləyirsən, bilirəm, 

Mən hər iki ölkəm üçün ölürəm, 

Neçəli ol, ancaq olma ikili. 

 

Anakaram, kollar, məni didməyin



Ey tikanlar, yolum üstə bitməyin, 

Itlər, mənim ətəyimi yırtmayın, 

Boz buludlar, yolum üstün örtməyin, 

Neçəli ol, ancaq olma ikili”. 

 

                   *** 



 

Səs eşitdi gecə yarı Anakar, 

Sözdə, səsdə nə istəsən taparsan. 

Iniltiylə səsləyirdi kimsəni, 

Sözdə, səsdə nə istəsən taparsan. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

791 


 

 

Yaxınlaşdı, yaralıydı köküsdən, 



Tanımışdı Anakarı o, üzdən, 

Ölülərsə qalanmışdı üst-üstə, 

Sözdə, səsdə nə istəsən taparsan. 

-Məni apar qardaş, çatdır bir yana, 

Evə çatsam axan qanım dayanar, 

Yumruğunu bas bu dərin yarama, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Bax gör, nədir zoqquldayır yaramda, 



Daşdəmirəm, adım qalıb atamdan, 

Soraq çatdır məndən evdə, Aranda, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Qoy uşağı doğsun gəlin, böyütsün, 



Çiçək kimi, ağac kimi göyərtsin, 

Ona döyüş bacarığı öyrətsin, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Mən ölürəm, öldüm deyən, qaraltı, 



Ah, dinclikdir, ah, soyuqdur yer altı, 

Ah, uçuram, bulud, duman, qapqatı, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Ölür, ancaq təpəsində buz tər var, 



Gözlərini yumur onun Anakar, 

Dörd bir yanda qan fışqırır yaralar, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

-Anakaram, öz-özümü çaparam, 



Gedib Aran gəlinini taparam, 

Göz yaşımı ağıyerə qataram, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

                   *** 



 

Alıb tanrı tapşırığı Turq, Sərtüz, 

Göstərişdən daha sərtdir tapşırıq. 

Tanrı olub iki yarı tanrıdan, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Sərtüz dedi:-Tanrı belə tapşırıb, 



Turqər dedi:-Tanrı elə tapşırıb, 

-Qatlar bir-bir düşsün dilə,-tapşırıb, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

792 


 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Uğureldə Turpar çatdı onlara, 



-Sən haraya? 

-Siz hayana, mən ora, 

-Ay dilsizlər, siz qayıdın, siz hara? 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Bir qurd idi, bir quş idi, üç ərən, 



Düzəlişib bir də qopdu yerindən, 

Heç bir yerdə çəkinmədi heç nədən, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Söz gələndə ürəkdən yox, boğazdan, 



O gəlirdi, qayıdırdı ağızdan, 

Sərtüz tez-tez danışırdı Hormuzdan, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

-Məndən qabaq Hormuz Yimi çağırıb, 



Yim vuruşqan oğulların ağırı, 

Gedib tanrı qulluğuna, yuxarı, 

Qaranlıqlar birdən dönüb ağarıb, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Hormuz deyib:-Yim, yaranış sönükdür, 



Parçalanıb yer-yer, bölük-bölükdür, 

Yim, yer üzü doğru yoldan dönükdür, 

Mənim inam çağırışım böyükdür, 

Inam bizi sahmanlayan bilikdir, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Sən qorxmursan döyüşlərdən, ərənsən, 



Mənim kimi sən də uzaqgörənsən, 

Bu inamı tapşırıram sənə mən, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Bu inamı dintək çatdır hamıya, 



Çatsın inam qoy batıdan doğuya, 

Dönsün inam tay-tay açıq qapıya, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Qoy yaranış yurd-yurd mənə inansın, 



Çoxtanrılıq yuxusundan oyansın, 

Qapılarda ocaq yansın, od yansın, 

Qancılların qabağında dayansın, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

793 


 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yim deyib ki, bacarmaram bu işi, 



Öz işiyçün yaranmışdır hər kişi, 

Düz gəlməsə yerdə hər şey dəyişir, 

Tanrım, hər kəs öz işində əlləşir, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Hormuz deyib, yaxşı, onda qorunc ol, 



Mənim inam qancılıma qılınc ol, 

Əhrimənin boğazına təpinc ol, 

Məni qoru, yerdə mənə yerinc ol, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yer üzünü düzəlt, qoyma dağıla, 



Qoyma yoxsul varlı əldə boğula, 

Qoyma devlər ürəklərə soxula, 

Üstüblük ver, ad ver işlək oğula, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Artsın sürü, naxır, ilxı, quş, maral, 



Doğsun qızlar qoşa-qoşa, dalbadal, 

Naxışlansın xalça, xurcun, qab, çuval, 

Eşidilsin toppuz, dınqır, saz, qaval, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yaylaq, qışlaq, ev, toy-düyün çoxalsın, 



Sevinc olsun, paxıllıqlar yoxalsın, 

Ölüm ölsün, yara, ağrı sağalsın, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yim söyləyib, bacararam bunu mən



Bax, bu işlər gələr mənim əlimdən, 

Mən şah ollam yerə, göyə tanrı sən, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Belə olub danışıqlar Yim ilə, 



Bilməyirəm ta nə olub kim ilə, 

Başçı olub Yerə Yim şah min ilə, 

Yim yaşadıb yer üzünü çəm ilə, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

                   *** 



 

Tanrı dedi, get Sərtüzü yamsıla, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

794 


 

Keçmiş bizə gələcəyi göstərir. 

Gördün acsan, əl at ondan yararlan, 

Keçmiş bizə gələcəyi göstərir. 

 

Sınaq idi Sərtüz, ona qınaq ol, 



Bax gör ondan nə deyirlər, qulaq ol, 

Ancaq bütün deyənlə ayaq ol, 

Vuruşlarda ən bilikli qoçaq ol, 

Ondan uca, ancaq öyləsayaq ol, 

Içə işıq, çölə qızıl suvaq ol, 

Gördün hamı yatır, yatma, oyaq ol, 

Hara getsən Sərtüz, od ol, ocaq ol, 

Keçmiş bizə gələcəyi göstərir. 

 

 

Səni döyüb söyəcəklər, nə yaxşı, 



Sonra gəlib öyəcəklər, nə yaxşı, 

Dediyini sevəcəklər, nə yaxşı, 

Keçmiş bizə gələcəyi göstərir. 

 

Acıq elə, adam artır acıqla, 



Tərslə tərs ol, sən yazıq ol yazıqla, 

Könlü yanıq ol, sən könlü çapıqla, 

Keçmiş bizə gələcəyi göstərir. 

                    

                   *** 

 

Turqər dedi:-Mən də yarıtanrıyam, 



Barış, çalış, duruş bacı, qardaşdır. 

Bu dörd işi tanrı mənə tapşırıb, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

  

Mən Alpislə vuruşmuşam yüz kərə, 



Alpis qanlı Əhriməndir ellərə, 

Üç yol gedib dirənmişəm Altyerə, 

Pis tanrını yox etmişəm beş birə, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

 

Mən Alpisi daha tanrı saymıram, 



O allatmaq istər məni, uymuram, 

Qıtlıq salır bura, yaxın qoymuram, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

 

Çox vuruşu ayırmışam barışla, 



And vermişəm, qansız bitib vuruşlar, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

795 


 

Yolum üstə durub dağlar, yoxuşlar, 

Mən gəzirəm bir at, bir qurd, bir quşla, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

  

Mən Turqərəm, Sərtüz, sənin yolunda, 



Mənə tapşır ağır işin olanda, 

Sevinirəm mən tapşırıq alanda, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

 Sərtüz dedi:-Yaz bunları oxuya, 

Yarıtanrı olduğunu oxuyaq, 

Çəksin səni qanan, qanmaz sorğuya, 

Gedək tanrı deyən yeni qurğuya, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

 

 

   Alpisin ölüm söylənci 

 

 

Qızıl quşun səsi çatdı Turqərə, 



Çağırsalar, get, heç nəyi gözləmə. 

Şimşəkatı yəhərlədi, çapdı Turq, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Keçdi neçə dağı, gölü, yoxuşu, 



Neçə yerdə durdu, gəzdi o, quşu, 

Gördü yolda neçə atlı sovuşur, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Döyə-döyə aparırlar birini, 



Soruşullar kimliyini, yerini, 

Bərk döyüllər yazıq yarımdirini, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Turq söylədi:-Əl saxlayın, vurmayın, 



O yazıqdır, qol-qıçını qırmayın, 

Əl saxlayın, döş-başını yarmayın, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Yarımdiri səs eşitdi, ayıldı, 



Qışqırığı meşə boyu yayıldı, 

Dedi, Turqər, mən Alpisəm, bayıldı, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

 



Turq tanıdı sözlərindən Alpisi, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

796 


 

Saralmışdı, bozarmışdı bənizi, 

Qız səsinə oxşayırdı ər səsi, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Dedi, Turqər, qurtar məni, oğul sən, 



Məni qovub tanrılıqdan Əhrimən, 

Aldı bütün güclərimi əlimdən, 

Çıx get-dedi-qız sevmisən Üstyerdən, 

Çıxarıram tanrılıqdan səni mən, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Turq düşündü, bu da yeni oyundur, 



Bu bicləmə düyün üstən düyündür, 

Incəliklə sancaqlanmış bir dondur, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Sərtüz, Turpar çapa-çapa gəldilər



Yanaşdılar, nə olubdur bildilər, 

Ağladıqca Alpis, onlar güldülər, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Turqər dedi:-Bunu yaxşı yoxlayın, 



Əl-qolunu qayım-qayım bağlayın, 

 Mən gələnə dustaqlıqda saxlayın, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Sərtüz dedi:-Bu Alpisdir, öldürün, 



Dərisinə saman təpin, doldurun, 

Bir dirəkdən asın, göyə qaldırın, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

Bu qancıldır, Əhriməni andırır, 



Bu, ölkələr, evlər, çöllər yandırıb, 

Çox işığı, od-ocağı söndürüb, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

-Yox, Alpisi öldürməyək biz gərək, 

Ondan Altyer bicliyini oyrənək, 

Tanrı-tanrı, yer-yer, bit-bit, təkbətək, 

Çağırsalar, get, heç nəyi gözləmə. 

 

                 *** 



Ordan birbaş qayıtdılar Başevə, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

Alpis tez-tez ağlayaraq sızladı, 

Pərt olarsan yarı yoldan qayıtsan. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

797 


 

  

Dedi:-Məni danlamayın bir belə, 



Mən Başevdə düşəcəyəm əngələ, 

Turana yox, verin məni Parselə, 

Inanırlar onlar mənə çox hələ, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

 

Turpar dedi:-Sənə yaddır bu varlıq, 



Orda səni sevməyirlər, ay yazıq, 

Sən hər yerdə həm atıqsan, həm artıq, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

  

Yol getdilər, Alpisi də dartdılar, 



Sonda gəlib bir yaylağa çatdılar, 

Yorğun-arğın yıxıldılar yatdılar, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

 

Səhər tezdən cıqqa çəkdi Qızılquş, 



Hamı durdu, nə baş verib, nə olmuş, 

Gördülər ki, Alpis qaçıb, yox olmuş, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

 

Axtardılar, qar izinə düşdülər, 



İki yoxuş, iki aşırım aşdılar, 

Qar izinə neçə atlı qoşdular, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

Axtardılar, atı dağa sürdülər, 

Qarda onun donduğunu gördülər, 

Üzərinə qarla torpaq verdilər, 

Pərt olarsan yarı yoldan qayıtsan. 

 

                *** 



Tanrı min il, neçə min il yaşayır, 

Ölür, ölmək istəyəndə tanrılar. 

Alpis öldü, çiçəkləndi yaranış, 

Ölür, ölmək istəyəndə tanrılar. 

  

Ölüm çaşdı bu ölümü biləndə



Ara verdi qıtlıq, çovğun, ölümdə, 

El toy tutdu ölüm özü öləndə, 

Ölür, ölmək istəyəndə tanrılar. 

 

Əhrimənin ayaqları tutuldu, 



Tanrıların savaşları qurtuldu, 

Qancıl, paxıl tullantıya atıldı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

798 


 

Turan, Minel sağlamlığa qatıldı, 

Acı sözlər dustaqlığa atıldı, 

Ölür, ölmək istəyəndə tanrılar. 

  

Gözəl imiş, dadlı imiş yaşayış, 



Tanrıların evi imiş dolanış, 

Yaşmaq tutmur daha Turqda yaranış, 

Insanlarda artır dözüm, dayanış, 

Ölür, ölmək istəyəndə tanrılar. 

 

           XXXIV QAPI 

 

        Buzər,Tusər söylənci 

 

Parsdiyara gəldi güləş bayramı, 



Kim güclüdür ən gözəl qız onundur. 

Dedilər ki, lap güclü də şah olur, 

Kim güclüdür ən gözəl qız onundur. 

Yüz güləşçi bu yarışa girişdi, 

Bu bayramda çox küsülü görüşdü, 

Çoxları da qucaqlaşıb öpüşdü, 

Çox-çox qızlar, qadınlar da yarışdı, 

Şah qız üstə burda ara qarışdı, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Bu bayrama Turpar gizli gəlmişdi, 



Qızılquşdan Turqər bunu bilmişdi, 

Bunu bilib Turq, Turpara demişdi; 

Kim güclüdür ən gözəl qız onundur. 

 

-Sən güclüsən, get bayramda güləş sən, 



Güləşərək toz-torpağa bələş sən, 

Parsdiyarda şah olmağa əlləş sən, 

Kimsən, nəsən, öz yurduna bəlləş sən, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Şah olarsan, düzəldərsən aranı, 



Yaxınlaşdır Parsdiyarla Turanı, 

Şah olmasan, şah qoyarsan ananı, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Aramızdan çəkişmələr çəkilər, 



Acıq gedər, daş çəpərlər sökülər, 

Acıqandan qalan dam-daş tökülər, 

Kim güclüdür ən gözəl qız onundur. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

799 


 

 

Turpar ded:-Çox doğrudur, Turq ata, 



Gərək gedəm bu bayrama tez çatam

Anamgili bu bayrama mən qatam, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Turpar dedi, örtüküzlü gedərəm, 



Güləşçilər arasında itərəm, 

Sora çıxıb kələzdənmə edərəm, 

Kim güclüdür ən gözəl qız onundur. 

Yarışların gedişini izlərəm, 

Sonda güclü kimdir, onu gözlərəm, 

Sonra onu güləşməyə səslərəm, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Gəldi evə, o bayramdan çox dedi, 



Yalvar-yaxar ana ona yox dedi, 

Turpar şahlıq sarayından çox dedi, 

Besyar ana öz oğluna yox dedi, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Sona dedi:-Turpar, sənə nə olub, 



-Turqər dedi bunu mənə, inandım, 

-Heç bilirsən hara gedir bu yolun, 

-Turqər dedi bunu mənə, inandım, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Ana dedi, Sona dedi, saymadı, 



Ana kəsdi gedən yolu, qoymadı, 

Körpə uşaq dedi, Turpar duymadı, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Sona dedi:-Onda apar məni də, 



Güclü çıxsan evlənərsən yenidən, 

Öldürərəm özümü də, səni də, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Turpar getdi, yarıyolda dayandı, 



Qucaqladı ağlar-ağlar Sonanı, 

Gözü yaşlı qoyma-dedi-ananı, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Üç gün axdı evdə dən-dən göz yaşı, 



Dördüncü gün soraq gəldi, nə yaxşı, 

“Güləşmədə Buzər şahın qardaşı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

800 


 

Tusər olub Parsdiyara şahbaşı, 

Kim güclüdür ən gözəl qız onundur. 

               *** 

 

Haçasaqqal Tusər güclü oğlandı, 



Oyuncağı qılınc, bizuc, qalxandı, 

Güləş tayı zolaq-zolaq qaplandı, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

O bəsləyib toplamışdı gücünü, 



Alsın  Buzər qardaşının öcünü, 

Versin yoxsul Parsdiyara borcunu, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

O görmüşdü Tunqu, üç yol uzaqdan, 



Ox atmışdı ona yaxın, qıraqdan, 

Çox düşmüşdü döyüşlərdə ayaqdan, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Keçən günlər, basıqlıqlar ötüşüb, 



O yaralar çapıqlaşıb, bitişib, 

Indi yeni döyüş günü yetişib

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Düşünürdü, daşınırdı o belə, 



Verməlidir Parselliylə əl-ələ, 

Dönməliydi qar dağına, gur selə, 

Parsdiyarın oğulları var hələ, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Düşünürdü, daşınırdı yeni şah, 



Cummalıydı Əkbitənə birbaşa, 

Batmalıydı vara, yerə, daş-qaşa, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Toplum, yaraq, yem, yeməli bol olsa, 



Bicləməylə Turqa, Tunqa yol alsam, 

Basar ollam qılınc vuran qol olsam, 

Kim güclüdür şahlıq yeri  onundur. 

Düşünürdü, gözlər ocaq, od idi, 

Enli qaşlar dartılmışdı, cod idi, 

Sanki dəli qaplan idi, qurd idi, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

                  *** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin