Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

775 


 

Birdə Sayan, Tantan burda qalanda

“Buzbulağın” tez-tez gözü dolanda, 

Çətin yolla adam tapır istəyin.  

 

Turqər, Tunqər Təbəteldə görüşdü, 



Bir-birindən el-obanı soruşdu, 

Sevinc, ağrı birbirinə qarışdı, 

Çətin yolla adam tapır istəyin.  

 

-Ata mən də kiçik oğlun Sayanam, 



Səni işdə, sözdə anan, yayanam, 

Acıqanın gözlərinə tikanam, 

Çətin yolla adam tapır istəyin.  

 

Təbəteldə baş öndərəm, başbaşı, 



Işləyirəm elbaşıyla yanaşı, 

Küsülülər gəlib burda barışır, 

Çətin yolla adam tapır istəyin.  

 

-Ta denən ki, Turan elə Sayandır, 



Basılmayan Sayan qurddur, qaplandır, 

Mindiyarın bir adı da Turandır, 

Bu ad hələ Turər şahdan qalandır, 

Çətin yolla adam tapır istəyin.  

 

Sayab dedi:-Dön gəl bizim Turana, 



Qobu yerə, Qobuçölə, arana, 

Sən gəlməsən, inamsızlıq yaranar, 

Batar ellər sarsıntıya, yamana, 

Çətin yolla adam tapır istəyin.  

Turq söylədi:-Turandayam, Çində yox, 

Vuruşlarda arxadayam, öndə yox, 

Harda olsam yaxındayam, gendə yox, 

Çətin yolla adam tapır istəyin.  

 

Turqər dedi:-Quldurları vurarıq, 



Qancılları qova-qova yorarıq, 

Daş, kol, tikan, çəpərləri yararıq, 

Elçiçəyin arxasında durarıq, 

Uğureli biz yenidən qurarıq, 

Çətin yolla adam tapır istəyin. 

 

 Atasından utanırdı Elçiçək, 



Getməyəydi Misirelə o gərək, 

“-Bəsdir daha yığdım xalça, bər-bəzək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

776 


 

Əldə tutum gərək qılınc, dəyənək”, 

Çətin yolla adam tapır istəyin.  

 

Utanırdı, sıtqayırdı o hərdən, 



“-Uğureli gərək quram yenidən, 

Öz işimdə niyə belə kalam mən”, 

Çətin yolla adam tapır istəyin.  

 

             XII Bölmə 



          XXXIII QAPI 

 

        Sərtüz söylənci 

 

Suböləndə bir də Sərtüz doğuldu, 



Doğul bir də, gəl, keçmişi yenilət. 

Doğdusuna baxdı, güldü bu körpə, 

Doğul bir də, gəl, keçmişi yenilət. 

 

Ahur onu bir də çəkdi sınağa, 



Dedi, “Daha son qoy qana, yarağa, 

Inam yarat, üztutduya, ocağa, 

Yardım elə təkə, aca, çolağa, 

Doğul bir də, gəl, keçmişi yenilət. 

 

Dedi,”Çoxalt suyu, otu, otlağı, 



Al, geyindir ayaqyalın, çılpağı, 

Qoyma batsın boğazında qırtlağı, 

Doğul bir də, gəl, keçmişi yenilət. 

 

Yay hər yana üztut, kəsi, bağışı, 



İstə məndən günü, qarı, yağışı, 

Yoluna sal ölüm ilə, doğuşu, 

Başraq elə ikiyanlı barışı, 

Düz yola sal Əhriməni, Alpisi, 

Doğruluğa səslə qotur İblisi, 

Qoy əl çəksin pis işlərdən kirisin, 

Doğul bir də, gəl, keçmişi yenilət. 

 

Ot yeyəni ət yeyəndən uzaq tut, 



Əziləndən, basılandan soraq tut, 

Güc deyənə, əl atana tutaq tut, 

Doğul bir də, gəl, keçmişi yenilət. 

 

Yerini tut keçmiş böyük Sərtüzün, 



Qoy buyuruq olsun sənin hər sözün, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

777 


 

Yer üzündə ahurluq et sən özün, 

Sonra məndən nə istəsən istə sən, 

Doğul bir də, gəl, keçmişi yenilət. 

 

                  *** 



 

Sərtüz yer-yer Uruyerdə böyüdü, 

Böyüdükcə hamı gəzir yerini. 

Yazdı tanrı deyənləri birbəbir, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Uruyerdə gəzdi, tapdı özünü, 



Cumər, Sumər açdı onun gözünü, 

Burda çəkdi dəri üstə yazını, 

Seçdi üzdən astar ilə bezini, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Yazdı, nədir şahlıq, düzlük, doğruluq, 



Yazdı, pisdir yekəbaşlıq, oğruluq, 

Basıqlıqdan daha pisdir ayrılıq, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Yazıb tez-tez yazdığını pozurdu, 



Keçmişləri öyrəndikcə susurdu, 

Tanrılara gizli qulaq asırdı, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Bilirdi ki o Sərtüzdən bu yana, 



Yaranış da artıb, qartıb dörd yana, 

Gərək oddan yeni inam yarana, 

Tanrı inam oxu ola insana

Yeni inam qancıl ola yamana, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Dillilərə dözüm verən inamdır, 



Inamsızlar ötüb gedən dumandır, 

Arpa, buğda, mərci deyil, samandır, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Ahurlaşa dilli, dilsiz yaranış, 



Əl-ayağa dolaşmaya dolanış, 

Oxu ola, üztut ola oyanış, 

Böyüdükcə hamı gəzir yerini. 

 

Sərtüz yazdı, yorğun gözlər sulandı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

778 


 

Düşüncəylə söz üst-üstə qalandı, 

Mahnılaşdı onlar, eli dolandı, 

Çoxu susdu, çoxu iç-iç bulandı, 

Böyüdükcə hamı gəzir yerini. 

                 *** 

 

“Yoxsul, varlı birdir” Sərtüz söylədi, 



Bir olanı iki yerə ayırma.  

Buna qarşı çıxdı yerli varlılar, 

Bir olanı iki yerə ayırma.  

 

Sərtüz duydu, onu çox az görən var, 



Burda Turq var, yarıtanrı ərən var, 

Qulaq asan, ona ürək verən var, 

Bir olanı iki yerə ayırma.  

 

Gör, neçə min söz qalanıb döşümə, 



Turqər gəlsin, yardım olsun işimə, 

Qoy onu da salım mən öz ölçümə, 

Bir olanı iki yerə ayırma.  

 

Sərtüz çıxdı axtarmağa Turqəri, 



Burda indi odur sözün çəkəri, 

Yüksək olsun gərək sözün dəyəri, 

Bir olanı iki yerə ayırma.  

 

Dedi, gərək yazdıqlarım sayılsın, 



Dilli, dilsiz yaranışda yayılsın, 

Qoy yaranış bir də, bir də, ayılsın, 

Bir olanı iki yerə ayırma.  

 

Ortaboydu, irigözdü, sallaqüz, 



Yola düşdü Əkbitənə düpbədüz, 

O at yortdu iki gecə, üç gündüz, 

Bir olanı iki yerə ayırma.  

 

Əkbitəndə Başev onu saymadı, 



Söylədiyi üztutlara uymadı, 

Ağüzər də, yaxınına qoymadı, 

Bir olanı iki yerə ayırma.  

Dedi:-Gəldim bura, Turqu görməyə, 

Yazdığımı atamıza verməyə, 

Ondan bilik ulduzları dərməyə, 

Bir olanı iki yerə ayırma.  

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

779 


 

Dedilər o yer üzünü dolaşır, 

Bir quş, bir qurd onun ilə yanaşı, 

İndi Turpar olub onun işdaşı, 

Bir olanı iki yerə ayırma.  

 

Sərtüz dedi:-Turpar yanıq gödəndir, 



Həm də Turan ölkəsində ərəndir, 

Turqər kimi gələcəyi görəndir, 

Üzüyanıq yeniyetmə öyrəncdir, 

Bir olanı iki yerə ayırma.  

 

Sərtüz azca yazdığından danışdı, 



Hər söz üstə onlar ilə qarpışdı, 

Neçəsiylə dilbir oldu tapışdı, 

Çoxu dedi, bu nə ola, nə işdı, 

Bir olanı iki yerə ayırma.  

 

                *** 



 

Sərtüz getdi Uğurelə üç günə, 

Bir axtaran, bir yıxılan tapacaq. 

Axtarırdı hər bir yanda Turqəri, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Altayeldə tapdı onu, soruşdu, 



Turqər ilə bir komada görüşdü, 

İkisi də neçə kərə öpüşdü, 

Gözlərində sanki dirrik dəyişdi, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Dedi:-Ata gəldim səndən örgənim, 



Ağır gündə səni tapım, söykənim, 

Sənlə birgə acıqana dirənim, 

Sənlə artım, ya da ölüm, tükənim, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Turqər dedi:-Mənə tanış gəlirsən, 



-Mən Sərtüzəm ata, bunu bilirsən, 

Mən Sərtüzəm, doğulmuşam bir də mən, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

-Çox-çox qabaq Sərtüz gəlib gedibdir, 



Sonevinin üstə meşə bitibdir, 

Üç min il də o günlərdən ötübdür, 

Bir axtaran, bir yıxılan tapacaq. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

780 


 

 

Dedi:-Doğru buyurursan, eləydi, 



Hamı gərək bu gəlişi biləydi, 

Tanrı gərək yeri iki böləydi, 

Yer üzünə bir də Sərtüz gələydi, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Sərtüz bizim tanrımızın kölgəsi, 



Sərtüz sənün, sən Sərtüzün yengəsi, 

Qoy öyünsün bunla Turan ölkəsi, 

Tək Turan yox, Yerin altı bölgəsi, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Sərtüz yığdı yazıları bir yerə, 



Bir-bir açdı, o göstərdi Turqərə, 

Dedi:-Bunlar getməlidir hər yerə, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Sərtüz Turqər cüt qardaşa döndülər, 



Oxudular, lap dərinə endilər, 

Düşündülər, susub yenə dindilər, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Oxuyurdu Sərtüz, səsi quruydu, 



Üzü, gözü, baxışları diriydi, 

Dedikləri tutumluydu, duruydu, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Altı tanrı, su, od, torpaq, mal-qara



Səs salmışdı “mahnılara”,”qatlara”, 

Altyer, Üstyer, əkin, biçin, yox, vara, 

Oxuyurdu, verməyirdi o ara, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Turqər dərin düşüncəyə dalmışdı, 



Içi qat-qat öyüdlərlə dolmuşdu, 

Yonta idi, sanki donub qalmışdı, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Turpar qapı arxasında alışqan, 



Dinləyirdi hər bir sözü bayaqdan, 

Onda sorğu yaranmışdı qonaqdan, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Çöldə idi qurd, quş, yarıyuxulu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

781 


 

Gecə keçir, gündüz parlaq doğulur, 

Sis çəkilir, duman qat-qat dağılır, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Gecə çöldə yuxlamışdı Tayqulaq, 



“Niyə belə çox danışır bu qonaq”, 

Nə yırtardım papağını, gönpapaq, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

                    *** 



 

Sərtüz dedi:-Mənim otuz yaşım var, 

Ancaq bilik yaşda deyil, başdadır. 

Turq da dedi:-Mənim üçyüz yaşım var, 

Ancaq bilik yaşda deyil, başdadır. 

Varlı oldu yığa-yığa gələnlər, 

Qancıl oldu varı güclü bilənlər, 

Incik oldu var görmədən ölənlər, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Tanrı yaşı bir cür verir hamıya, 



Varlı ona yamaq vurub yamayar, 

Yoxsul onu vay-vay ilə suvayar, 

Qoşar onu oynaq sözlə boyayar, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Nə atdanıb tullanırsan bu yaşda, 



Gör kim səni gözləməkdə o başda, 

Biri də var, söyləyirəm yavaşdan, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Bəsdir, bunca ağrı, acı daşıdın, 



Bax, gör kimdir sənin yerlin, yaşıdın, 

Gör kim sənə lap yaxındır, qarşıdır, 

Lap ayıq ol, ölüm sənlə qonşudur, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Yemək ilə, içmək ilə yaş artmaz, 



Tanrı verən yaşı yemək uzatmaz, 

Düşərlik də yaşı boğub daraltmaz, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Yaşamaqsa yaşatmaqdır yaratmaq, 



Yaş sayılmır, vellənməklə baş qatmaq, 

Kimə gərək gəldi-getdi bir qonaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

782 


 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

                    *** 



 

Əkbitənin səsləncləri gurladı, 

Gələn gətir, gedən götür, çəkinmə. 

Turqər, Sərtüz, Turpar gəldi Başevə, 

Gələn gətir, gedən götür, çəkinmə. 

Turqər dedi:-Çıxın çölə bağırın, 

Yüz varlını, yoxsul, küsgün, sağırı, 

Ordan, burdan ağırlardan ağırı, 

Iki günə oturağa çağırın, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Sərtüz gəlib, tanrıları öyəcək, 



O, Alpisi, Əhriməni söyəcək, 

Yazdığını, bildiyini deyəcək, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Sərtüz gəlib, göydəkindən söyləsin, 



Onlar ilə bizi yaxın eyləsin, 

Bildiyini, yazdığını küyləsin, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Çox yerlərdən gəldi sayın qonaqlar, 



Silkələndi yaxınlıqlar, uzaqlar, 

Iskit, uyğur, sak, pars, darvid, muğ, mağlar, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Sərtüz gəlib bizə, dedi, qonaqdır, 



Qoltuğunda yazı qalaq-qalaqdır, 

Dedikləri başdan-başa maraqdır, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

-Mən Sərtüzəm, sizə uğur dilərəm, 



Mən Turqu da yarıtanrı bilərəm, 

Mən tanrının görüşündən gəlirəm, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Ahurumuz mənə çox iş buyurub, 



Sərtüzləri birbirindən ayırıb, 

Alpis, İblis, Əhrimənə qabarıb, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Dedi, mənəm yaranışın yiyəsi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

783 


 

Dillilərin, dilsizlərin lələsi, 

Mənəm yayın, yazın, qışın çilləsi, 

Bitən nə var, hər ağacın meynəsi, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Dedi, göy, yer, günəş, dəniz,-o mənəm, 



Dilli, dilsiz;  gecə, gündüz- o mənəm, 

Vardır bircə sonsuz, ölməz-o mənəm, 

Gələn gətir, gedən götür, çəkinmə.       

                  

                 *** 

Ahur dedi, mənə üztut oxunsun

Tanrılaşar sözdə, işdə  bir olan. 

Dedi, verin tez-tez kəsin kəsipay, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Ölən, yoxsul, varlı gözdən keçilir, 



Gördükləri işlə qalxır kiçilir, 

Odev, Dincev gərəkliki seçilir, 

Işə görə ölməzliyi biçilir, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Varlı gərək yardım edə yoxsula, 



Tək bu yolla varlı yerdə sayılar, 

Üztut, kəsi yer üzündə yayılar, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Hamı gərək doğmasıyla evlənə, 



Bu yol ilə var yığılar bəllənər, 

Qıraq yerə var dağılmaz bir belə, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Doğma alan öz varını artırar, 



Gələn varı, var üstünə yatırar, 

Yada gedən, gedən varı batırar, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

Ahur belə göstəribdir düz yolu, 

Ata ölsə, böyük qardaş baş olur, 

Şah ölərsə, böyük oğlu şah olur, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

                    *** 



 

Biri dedi:-Mən az cana qopuğam, 

Belə olsa biz dönərik qoruğa, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

784 


 

-Mən də yaxın doğmalara soyuğam, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Biri dedi:-Sərtüz deyən doğrudur, 



-Doğrudursa, bir az kaldır, qurudur, 

-Qurudursa bal gətirən arıdır, 

-Sözlər bulaq suyu kimi durudur, 

 Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Sərtüz dedi:-Gedin bir az düşünün, 



Ancaq qandan, vuruşlardan daşının, 

Ahur deyən sayaq köklü dəyişin, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Turqər dedi:-Sərtüz deyir düzünü, 



O burada tapıb sanki özünü, 

Ona dikib turqlar, türklər gözünü, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Öz yerindən dik atıldı ataman, 



Dedi:-Bəsdir, dedin qandan, qadadan, 

Eşitmişik bunu Turqər atadan, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Bizim ölkə gündən-günə böyüyür, 



Böyüdükcə bağlantılar soyuyur, 

Çoxu da var bu dinclikdə uyuyur, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

Turqər deyir, Sərtüz deyir vuruşma

Özgəsinin işlərinə qarışma, 

Ondan, bundan olacağı soruşma, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Mindiyarım Turan olub, dəyişir, 



Orda, burda bir az da çox vuruşur, 

O, Pars, Həbəş, Hindlə, Çinlə didişir, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Turan böyük Mindiyarın çevrəsi, 



Tanrılaşıb ikiliyin hərəsi, 

Iki ana, anaların nənəsi, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

Turqər dedi:-Gün, il ötür, beciddir, 



Sərtüz deyən, tanrı deyən öyüddür, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

785 


 

Yaranışdan dolanışa keçiddir, 

Tanrılaşar sözdə, işdə  bir olan. 

 

                 *** 



Turqər, Sərtüz, Turan, Başev, Əkbitən, 

Ölkə çökər yoxsa əgər dibdaşı. 

Turqər, Sərtüz, Turpar qaldı Başevdə, 

Ölkə çökər yoxsa əgər dibdaşı. 

 

Tunqər çox da üz vermədi Sərtüzə, 



Onun ilə çox gəlmədi üz-üzə, 

Inanmadı o Sərtüzə, Hörmüzə, 

Hər yazıya, hər öyüdə, hər sözə, 

Ölkə çökər yoxsa əgər dibdaşı. 

 

Həbəşləri Uğureldə saxladı, 



Işlərini tez-tez gedib yoxladı, 

Dönük çıxan tutuqları haqladı, 

Ölkə çökər yoxsa əgər dibdaşı. 

Elçiçəyin göz yaşına qarışdı, 

O deyənlə yalan-doğru barışdı, 

Hərdən yerinc işlərindən yapışdı, 

Ağsaqqalla, ağbirçəylə tapışdı, 

Ölkə çökər yoxsa əgər dibdaşı. 

 

 

  Balasqellə döyüş söylənci 



 

Uruyerin səsləncləri gurladı, 

Hər çağırış qan-qadadır, barışdır. 

Balasqelin toplumları yürüşdə, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Qurdər çıxdı toplum ilə qabağa, 



Tunqər, Turpar əl atdılar yarağa, 

Onlar sağol dedi sərin yaylağa, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

-Bu Filipdir dedi Tunqa Anakar, 



Acıqandır ona Turan, Mindiyar, 

Sanki onu qızışdırır Parsdiyar, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Onun gözü tanıqlıqda, vardadır, 



Balasqelin el-obası dardadır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

786 


 

Onlar cumur yemək-içmək hardadır, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Qurdər çıxdı qarşısına Filipin, 



Yaraqlısı yaraqsızı on üç min, 

Qırılırdı, azalırdı günbəgün, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Qurdər dedi:-Filip, niyə gəlmisən, 



Sən Turanı sanki sısqa bilmisən, 

Onu Parsel, Balasqelə bölmüsən, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Filip dedi:-Qayıt, sısqa, südəmər, 



Çıxsın mənim qabağıma Alp, Tunqər, 

Sizi nələr gözləməkdə, gör nələr, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Qurdər dedi:-Öncə mənlə vuruş sən, 



Şellənməkdə görüm kimsən, nəçisən, 

Kiminkidir dənizdəki o yelkən, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

-Mən Filipəm, Balasqelin qeysəri, 



Mən döyüşə çağırıram Tunqəri, 

Verməlidir mənə bu boş yerləri, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

-Boş yer yoxdur, boş başlara çatası, 



Bura Turan ölkəsinin ortası, 

Qayıt burdan öz evinə, qadası, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Kimsə yandan oxla vurdu Qurdəri, 



Dedi, ala, budur sənin dəyərin, 

Tutqunlaşdı onun gözü, təpəri, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Şamxat çıxdı irəliyə, yaraqlı, 



Üz örtülü, tunc görkəmi, papaqlı, 

-Gəl vuruşaq-dedi-çapıq yanaqlı, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Filip dedi:-Mən vuruşmam qadınla, 



Rədd ol burdan qadınsayaq atınla, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

787 


 

Get, oynama odla, qanla, yanğınla, 

Hər çağırış qan-qadadır, barışdır. 

Şamxat getdi Filip üstə bizucla, 

Biri çıxdı qabağına qılıncla, 

Dedi:-Öncə mənlə vuruş, qoruncla, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Yandan çıxdı dağ görkəmli Qardanağ, 



Oxla vurdu, döş-başını yararaq, 

Filip çıxdı boz atıyla, çaparaq, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Dedi:-Kimsən, ay yekəpər, gən ərən, 



-Mən Qardanağ, min birinci Tunqərəm, 

Mən güləşdə Tunqəri də ötərəm, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Filip dedi:-Bərk ulayar küçüklər, 



Səndə hələ bərkiməyib sümüklər, 

Ağzında var sarı körpə köpüklər, 

Döyüşlərdə güləşməyir böyüklər

Çıxın mənim qabağıma, ay türklər, 

Uşaq-muşaq deyil köklü kötüklər, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

-Mənəm dedi- sən deyən türk Qardanağ, 



Qılınc ilə Filip üstə cumaraq, 

Vurdu onu yaraladı üç barmaq, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Filip vurdu Qardanağı tutaqla, 



Sonra vurdu iti ağır yaraqla, 

Sonra dirsək, təpik, yumruq, ayaqla, 

Hər çağırış qan-qadadır, barışdır. 

 

Şamxat cumdu Filip üstə arxadan, 



Qılınc ilə vurdu, gəldi haradan, 

 

Filip çökdü, diz büküldü ortadan, 



Hər çağırış qan-qadadır, barışdır. 

 

Şamxat dedi:-Mən göy türkün gəlini, 



Çək Turandan-Filip-qanlı əlini, 

Yoxsa qırram toppuz ilə belini, 

Hər çağırış qan-qadadır, barışdır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin