Solmaz qaşqay


CƏNUBİ AZƏRBAYCANIN COĞRAFİ ŞƏRAİTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   2   3   4   5   6   7   8   9   ...   15
kitab20110305115844139

CƏNUBİ AZƏRBAYCANIN COĞRAFİ ŞƏRAİTİ 
Digər ölkələrdə olduğu kimi, Cənubi Azərbaycanın coğrafi şəraiti də bu 
ərazidə məskunlaşmış tayfaların və tayfa birliklərinin iqtisadi və mədəni inkişafına 
müəyyən təsir göstərmişdir. 
Cənubi Azərbaycan ərazisi çox vaxt yayda quruyan çaylar və kiçik dağ 
irmaqları ilə doğram-doğram edilmiş dağlıq ölkədən ibarətdir. Dağ silsilələri öz 
qolları ilə onu ayrı-ayrı yaylaqlara bölür. Onun qərb sərhədləri boyunca şimaldan 
cənuba doğru Kürdüstan dağları uzanır. Cənub hissəsini cənubi-şərq istiqamətinə 
uzanan Zaqroş dağları tutur. Onlar çoxlu paralel silsilələrdən ibarətdirlər. Silsilələr 
uzununa səpələnmiş dərin vadilər və dərələrlə ayrılmışdır. Onlar təsərrüfat 
məqsədilə istifadə üçün böyük imkanlara malikdir. Şimalda Qaradağ silsiləsi (Araz 
çayına tökülən Qarasu buradan başlayır) və Talış dağları yerləşir. 
Xəzərdən gələn hava kütləsinin yolunda sədd rolunu oynayan Talış 
dağlarının şimal və şərq ətəkləri zəngin hirkan faunası olan enliyarpaqlı sıx 
meşələrlə örtülmüşdür. Talış dağlarının qərb ətəkləri bitki örtüyündən məhrumdur. 


Şərqdə Qızılüzən çayının dərələri ilə kəsilmiş Elbrus dağı yerləşir. Ölkənin 
mərkəzini böyük, lakin duzlu olduğu üçün təsərrüfat əhəmiyyəti olmayan Urmiya 
gölü tutur. Gölə başlanğıcını Savalan silsiləsindən götürən Acıçay, Kürdüstanda 
Çehel-çeşmə dağlarından başlayaraq 240 km uzunluğunda və deltasının eni 10 km-
dən çox olan Cağatu çayı tökülür. Cağatu çayı, eləcə də Tatay (Simminrud) bol 
suludurlar. Bu çayların vadiləri yüksək məhsuldarlığı ilə seçilir və əhali tərəfindən 
sıx məskunlaşmışdır. 
Gölə tökülən digər çaylar o qədər də böyük deyildirlər. Yayda çox vaxtı 
quruyan və gölə çatmayan bu çayların sularından suvarmada istifadə olunur. 
Urmiya gölü 1300 m yüksəklikdə yerləşir. Uzunluğu 140 km, eni isə 
təqribən 40 km-dir. Daşqınlar dövründə onun ərazisi 5.800 kv. km-ə çatır. 
Dərinliyi 6 metrdən - 12 metrədəkdir. Gölün bir litr suyunun tərkibini 188 qram 
müxtəlif mineral duzlar təşkil edir. 
Yüksəkliklərdə torpaq gilli-daşlı, vadilərdə gilli qaratorpaq, düzən 
əyalətlərdə isə qonur-boz torpaqlardan ibarətdir, su mənbələrinin və iqlimin imkan 
verdiyi vadilərdə əhali suvarma əkinçiliyi ilə məşğul olur. 
Atmosfer çöküntüləri ilə daha çox təmin olunan yüksək dağlıq sahələrdə 
dəmyə əkinçiliyi yayılmışdır. Hal-hazırda Cənubi Azərbaycan İranda əsas taxıl 
məhsulları tədarükçülərindən biridir. Min metrdən iki min metr yüksəkliyədək 
əsasən palıd ağacları ilə örtülmüş Qaradağ, Talış, həmçinin Zaqroş dağlarının 
meşələrində cüyür, maral, qaban, pələng, gepard (gillik pişiyi) və s. vardır. 
İran yaylasının şimal və qərb ətəkləri daha çox çöl bitkilərinin üstünlük 
təşkil etdiyi alp çəmənliklərindən ibarətdir. Bu keçmə maldarlığının inkişafına 
şərait yaratmışdır. 
Bu ərazinın faydalı qazıntılarla zənginliyi burada metal məmulatı istehsalı 
texnikasının inkişafında böyük rol oynamışdır. Zəncan ətrafında zəngin dəmir və 
mic mədənləri yerləşir. Qaradağda və Miyanə yaxınlığında qurğuşun mədəni və 
gümüş yataqları məşhurdur. Avşar yaxınlığında arsen yataqları var. Zəncan, Avşar, 
Xoy və Astara əyalətləri qızıl yataqları ilə xeyli zəngindir. Bu ölkənın zənginlikləri 
iqtisadiyyatları müəyyən dərəcədə həmin zənginliklərə sahiblikdən asılı olan qonşu 
dövlətlərin həmişə nəzərini cəlb etmişdir. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin