111
E. Porada. The Hasanlu Bowl, p. 19-22; yenə onun. The Art of Ancient Iran, p. 94-101.
112
И. М. Дьяконов. Некоторые лингвистические данные к проблеме-связей населения восточного
Кавказа и Закавказья с древним Востоком в III—I тыс. до н. э., Баку, 1966, səh. 5-8.
III FƏSİL
E. Ə. I MİNİLLİYİN ƏVVƏLLƏRİNDƏ CƏNUBİ AZƏRBAYCAN
ƏRAZİSİNDƏ DÖVLƏTİN YARANMASI
VƏ SİYASİ TARİX
CƏNUBİ AZƏRBAYCAN ƏRAZİSİNDƏ
SİNİFLİ CƏMİYYƏTİN VƏ ŞƏHƏR DÖVLƏTLƏRİN
MEYDANA GƏLMƏSİ
Tarixşünaslıq elmində Urmiya gölünə bitişik ərazilərdə yaşayan tayfaların
Manna dövlətinin təşəkkülünədək ibtidai icma quruluşunda yaşamaları mülahizəsi
daha çox yayılmışdır
113
. Buna arxeloji materialların olmaması daha çox imkan
yaratmışdı.
Arxeoloji materialların, eləcə də bu ərazinin adı çəkilən mixi yazılı
mənbələrin təhlili göstərir ki, vəziyyət heç də belə olmamışdır. Urmiya gölündən
cənubda Həsənlu qazıntıları nəticəsində aşkar edilmiş arxeoloji materiallar e. ə. X
əsrin sonu və e. ə. IX əsrin əvvəllərinə aid olan mixi yazılı mənbələrə yeni
baxımdan yanaşmağa imkan verir.
Mixi yazılardan bəlli olduğu kimi, e. ə. I minilliyin əvvəlində Cənubi
Azərbaycan ərazisinin özündə assurlarla mübarizə aparan bir neçə «çarlıq» var idi,
burada ayrı-ayrı «çarlıqların» birləşməsi prosesi gedirdi və bunun sayəsində onlar
uzun müddət Assuriya işğalçılarına müqavimət göstərə bilirdilər.
Assuriya dövlətinin güclənməsinin yeni dövrü e. ə. X əsrin sonundan-IX
əsrin əvvəlindən başlanır. Bu vaxtdan etibarən assurlar şimala və şimal-şərqə
xüsusilə tez-tez yürüşlər edir, bir-birinin ardınca bu torpaqları tutmaq və onların
sakinlərini əsarət altına almaq üçün ilk cəhdlər göstərirlər.
Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun
müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911-891)
yazılarında
114
zəbt etdiyi dövlətlər sırasında çəkilir
115
.
Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda
onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara
113
Lakin Urmiyanı hövzə ərazisində Manna dövlətinin təşəkkülünədək e. ə. I minilliyin əvvəllərində
burada kiçik siyasi qurumların mövcudluğu barədə ümumi şəkildə olsa da mülahizələr söylənilmişdi.
Bax, И. М. Дьяконов. История Мидии, səh.155; И. Алиев. История Мидии, səh.166, 168 və s.
114
Layard. Inscriptions in the Cuneiform Characters from Assyrian Monuments. London, 1851, p 1. I,
sətr. 16.
115
Y. A. Şpayzerin əsərinin ikinci hissəsi II Aşşurnasirapalın Zamuaya ikinci hərbi yürüşünün təhlilinə
həsr olunmuşdur. O, aşşur mənbələrində adı çəkilən toponimləri müasir yerlərlə lokalizə etməyə cəhd
göstərmişdir. E. A. Speiser. Southern Kurdistan in Annals of Ashurnasirpal and Today. AASOR, 1928,
VII, səh. 14-29.
vilayətinin tayfa başçısı Nur-Adad dururdu
116
. Daqara vilayətn şimal-şərq və şərq
ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq
göstərirdilər. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883-859)
məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında
(indiki Dərbəndi Bazian
117
) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının
qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara «ölkəsinin» Birutu, Uze və
Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ
keçirmiş və əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu
vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə
edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib
gəlir və bu dəfə Birutu qalasını yandırırlar
118
.
E. ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın
qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka
dururdu. Qaynaqlar onu «çar» adlandırır və paytaxtın - Zamri şəhəri olmağı
haqqında məlumat verir
119
.
Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət
qarşısında paytaxtı «çar şəhəri» Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına
çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da çarın
özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua
dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş
idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal
Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar
nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı
Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf
məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə
çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir,
Mesu şəhərində yerini möhkəmlədir
120
.
İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran
Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə,
adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu.
Bunlar sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə
Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya
tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir
ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb getmişdir
121
. Lakin, görünür,
116
H. C. Rawlinson. The Cuneiform Inscriptions of Western Asia, I, p1, 20, sətr. 24-25, London, 1861;
ARAB, I, 448.
117
E. Forrer. Die Provinzeinteilung des assyrischen 1921, səh. 43.
118
ARAB, I, 451.
119
ARAB, 1, 452-455.
120
ARAB, I 457. Mesu (Missi) şəhəri gələcəkdə Manna dövlətinə aid edilir. И. М. Дьяконов. Истерия
Мидии, səh. 158, Е. А. Грантовский. Ранняя история иранских племен Передней Азии, səh. 142.
121
ARAB l, 452, 453.
Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı
«çar» adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa
şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi.
Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə «onun (Amekanın) əmlakı
və mülkiyyəti», çoxlu «mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna
çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə» ələ keçirilmişdir
122
.
N. B. Yankovskaya öz tədqiqatlarında göstərir ki, yaşayış vasitələri
istehsalının inkişafı, emaledici sahənin, o cümlədən bədii sənətkarlığın yaranması
ilə əlaqədar dağlıq əyalətlərin əhalisi idxalatdan asılı olmayaraq öz xüsusi
istehsallarını genişləndirə bilərdilər
123
. Zamua ərazisindən adicə xammal deyil,
sənətkarlıq istehsalı əşyalarının aparılması göstərir ki, N. B. Yankovskayanın
gəldiyi nəticələr ən azı e. ə. I minilliyin əvvəlləri üçün bu əyalətlərə şamil edilə
bilər.
Ameka çarlığında şəhər-qalalardan əlavə, «çar» şəhəri Zamri olması, ələ
keçirilmiş qənimətin təsvirindən və siyahısından görünən yüksək dərəcədə inkişaf
etmiş professional sənətlər göstərir ki, Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin
dövlət quruluşu əmələ gəlmişdir.
II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada
düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir.
Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün
Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya
Mazamua adlandırırlar
124
. Vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi
(Zamua sa bitani).
Zamua rayonlarını işğal etməyin və orada əyalət yaratmağın assurlar üçün
çox böyük əhəmiyyəti vardı. Məhz bu dayaq nöqtəsindən assurlar şərqə yürüşlər
etməyə başladılar.
Daxili Zamuada ən iri siyasi vahidlər Nikdimenin və Nikdiaranın (və ya
Mikdiaranın) torpaqları idi. Nikdiaranın ölkəsində hakimiyyət irsi çar hakimiyyəti
idi. E. ə. 855-ci ildə Nikdiaranın hökmranlığı dövründə Urmiya gölü
125
sahilində
onun və III Salmanasarın döyüşçüləri arasında dava olmuşdu.
Nikdime və Nikdiara öz adamları ilə birlikdə gölun digər sahilinə çıxmağa
çalışırdılar. Onlar dost ölkənin köməyinə ümid bəsləyirdilər. Lakin III Salmanasar
göstərir ki, «Mən dəniz döyüşü təşkil etdim, onlara qalib gəldim, dənizi yun kimi
onların qanı ilə boyadım»
126
. Həmin məlumatda bu əyalətdə adları çəkilməyən
çoxlu şəhərlərin də ələ keçirilməsindən danışılır.
122
ARAB l, 452.
123
Н. Б. Янковская. Некоторые вопросы Ассирийской державы. ВДИ, I, 1956, səh. 44-45.
124
И. М. Дьяконов. История Мидии, səh. 157.
125
И. М. Дьяконов. История Мидии, səh. 160; Г. А. Меликишвили. Наири-Урарту, səh.195
126
ARAB, I, 561, 644, 609;
Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823-810-cu illər)
kitabəsində Mekdiara
127
formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya
qarşı mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821-820-ci illərdə apardığı
hərbi yürüşlər zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir
128
.
E. ə. IX əsrdə Urmiyayanı rayonunun qərbində mühüm bir siyasi qurum
çar II Tukulti-Ninurtanın (e. ə. 890-894-cü il) səlnamələrində adı ilk dəfə çəkilən
Gizlan dövləti idi
129
.
Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və
Hartiş «ölkələri» ilə birlikdə assurlara bac verərək qarətlərin, dağıntının, kütləvi
qırğının qarşısını almışlar
130
. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez
yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu
göstərir.
Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və
ortalarında Asu, sonra isə Upu hökmdar idi
131
. Uzun müddət hökmranlıq etmiş Asu
e. ə. 856-cı ildə III Salmanasarın pişvazına «öz qardaşları və oğulları ilə birlikdə»
çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır.
III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına
baxmayaraq assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq
davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər
132
.
IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz
ərazisinə qatdı
133
.
Yuxarıda adı çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi;
məğlubiyyətə uğrayır və ondan asılı vəziyyətə düşürdü. Lakin, onların aşşurlulara
qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi — Aşşur mənbələri
rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir.
Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e. ə. I
minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi
siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm
olduğunu göstərir.
Həsənludan qazıntılar zamanı tapılmış əşyaların tipoloji müqayisəsi,
həmçinin radio-karbon təhlil qədim qalada binaların əksəriyyətinin təqribən e. ə.
1000-ci ildə tikildiyini göstərir
134
. Həsənluda aşkar edilmiş şəhər mixi yazılı
127
Г. А. Меликишвили. Наири-Урарту, səh.197. И. М. Дьяконов. История Мидии, səh. 160.
128
ARAB, I,717.
129
ARAB, I, 414.
130
ARAB, I, 457.
131
И. Алиев. История Мидии, стр. 172, Э. А. Грантовский. Ранняя история иранских племен
Передней Азии. Səh. 130.
132
ARAB, I, 607.
133
И. М. Дьяконов. История Мидии, səh. 164.
134
R. H. Duson. Early Cultures of Solduz, Azerbaijan. "A Survey of Persian Art", XIV, 1967, səh. 261.
mənbələrdə adı çəkilən şəhərlərdən hələ heç biri ilə eyniləşdirilmir. Lakin
qazıntılar həmin dövrdə göstərilən ərazidə yüksək tikinti texnikasına və sənətkarlıq
istehsalına malik olan möhtəşəm şəhər-qalanın mövcudluğunu — bu ərazinin
mədəni-iqtisadi cəhətdən xeyli inkişaf etdiyini söyləməyə imkan verir. Arxeoloji
tapıntıların, mixi yazılı mənbələrin məlumatları ilə müqayisəsi Urmiyayanı
əyalətlərdə erkən dövlət qurumlarının hələ çox əvvəllər təşəkkül tapdığını göstərir.
Dostları ilə paylaş: |