I FƏSİL
MƏNBƏ VƏ ƏDƏBİYYATIN İCMALI
Azərbaycan ərazisi coğrafi mövqeyinə görə əsrlər boyunca həm qonşu
dövlətlərin, həm də heç şübhəsiz, bir qismi sonradan məskunlaşaraq yerli əhali ilə
qaynayıb-qarışan, yeni mədəniyyət gətirən, çox vaxt da burada mövcud olmuş
mədəniyyətin varislərinə çevrilən bir çox köçəri tayfa qruplarının mütəmadi təsiri
və hücumlarına məruz qalmışdır.
Cənubi Azərbaycanın müasir sərhədləri e. ə. II minilliyin sonlarından,
xüsusilə də e. ə. I minillikdə Aşşur və Urartu hökmdarlarının hərbi yürüşlərindən
bəhs edən kitabələrdə adı çəkilən qədim «ölkələri» əhatə edirdi. Urmiya gölü
ətrafında, eləcə də ondan cənuba və şərqə doğru yerləşən Zamua, Gilzan, Allabria,
Messi, Manna, Parsua, Uişdiş, Gizilbunda, Andia, Zikertu, Sanqibutu, Puluadi kimi
bu kiçik və hələlik yaxşı öyrənilməmiş «ölkələr» Qədim Şərqin Aşşur və Urartu
kimi qüdrətli dövlətlərinin müntəzəm hücum hədəfinə çevrilmişdilər. E. ə. IX əsrin
ortalarından bu ölkələr arasında Manna fərqlənməyə başladı və e. ə. VIII əsrin
əvvəlinə doğru iri dövlət qurumuna çevrildi. O, tədricən qonşu vilayətləri tutaraq
öz sərhədlərini genişləndirdi və Aşşur hökmdarlarına qarşı kəskin müqavimət
göstərdi, sonra isə Urartu ilə mübarizə apardı.
Manna hökmdarının Aşşur hökmdarı II Sarqonun şərəfinə bəlkə də yazılı
stela qoyması barədə məlumat olsa da təəssüf ki, Manna hökmdarlarının öz yazılı
məlumatları bizə gəlib çatmamışdır. Göstərilən ərazidə baş vermiş etnik
dəyişikliklər, müxtəlif dövlət qurumlarının təşəkkülü və süqutu, onların siyasi
durumu, həmin dövrdə əmək məhsuldarlığının səviyyəsi və s. haqqında bütün
məlumatlar, əsasən, Mannadan kənarda tapılmış Aşşur və Urartu mənbələrindən,
habelə işğalçılıq yürüşləri zamanı ayrı-ayrı qala-şəhərlər dağıdıldıqdan sonra
tədqiq edilən ərazidə yadigar qalmış bir neçə qayaüstü kitabədən əxz edilir. Bu
ərazidə yaşamış tayfaların maddi mədəniyyəti barədə ancaq son zamanlar, Urmiya
hövzəsinin müxtəlif rayonlarında ardıcıl aparılan arxeoloji qazıntılar sayəsində
nisbətən geniş məlumat əldə edildi.
Mixi yazılı mənbələrin məlumatları həmişə, adətən çox yığcam olur;
onlarda ancaq öz məğlubiyyət və uğursuzluqlarından heç vaxt söhbət açmayan
ayrı-ayrı yadelli hökmdarların zəfər yürüşləri ilə bağlı məlumatlar verilir.
Aşşur mixi yazılı materiallar bir çox tədqiqatçılar tərəfindən nəşr və
tədqiq edilmişdir.
Aşşur hökmdarı II Sarqonun (e. ə. 722-705-ci illər) e. ə. 714-cü ildə
Urartuya hərbi səfəri barədə allah Aşşura verdiyi hesabatda Manna dövlətində baş
vermiş hadisələr haqqında nisbətən ətraflı məlumat vardır. Kitabə F. Tyuro-Danjen
tərəfindən nəşr edilmişdir. (F. Thureau-Dangin. Une relation de I huitieme
campagne de Sargon Paris, 1912).
Urartu tarixinə dair kitabələrin rus dilinə tərcüməsi və digər materiallarla
birlikdə hərtərəfli şərhlər İ. M. Dyakonovun «Ассиро-вавилонскии источники по
истории Урарту» (bundan sonra AVİU) əsərində verilmişdir. Müxtəlif vaxtlarda
aşşurşünaslar tərəfindən ayrı-ayrı Aşşur hökmdarlarının qayaüstü kitabələri və
məktubları nəşr edilmişdir.
Aşşur hökmdarlarının o dövrə aid bütün məlum kitabələrinin toplu nəşrini
D. D. Lyükenbil həyata keçirmişdir (D. D. Luckenbill. Ancient Records of Assyria
and Babylonia, I-II Chicago, 1926—1927; bundan sonra ARAB). Manna və onunla
qonşu ölkələr haqqında dərc edilmiş aşağıdakı mətnlər əlavə məlumatlar verir. A.
Heydelin «A New Hexagonal Prism of Esarhaddon» («Sumer», XII, 1956)
nəşrində «Manna əhalisinin, bu qiyamçı qutilərin pərən-pərən salınması» haqqında
məlumat verilir, kimmerlər və başda İşpakay olmaqla Manna ilə ittifaqa girən
(sonralar döyüş zamanı öldürüldü) skiflər xatırlanır. Q. Q. Kameronun «The
Annals of Salmaneser III, King of Assyria» («Sumer», VI, 1950) nəşrində isə
Daxili Zamuaya hərbi yürüş və adı indi, Həsənludan tapılmış daş qab üzərindəki
kitabədən məlum olan İda torpaqlarındakı şəhərlərin işğalından bəhs olunur. N. V.
F. Saqs Zamua və mannalıların adı çəkilən Nimrudan tapılmış məktubları çap
etdirmişdir (The Nimrud Letters. «Iraq», XX, 2, 1958).
Aşşur hökmdarları III Tiqlatpalasarın (e. ə. 744-727-ci illər) və Sarqonun
(e. ə. 722-705-ci illər) yeni kitabələri L. Levin
(L. D. Levine. Two Neo-
Assyrian Stelae from Iran. «Royal Ontario Museum». 23, 1972) tərəfindən nəşr
olunmuşdur. Birincinin kitabəsində Manna hakimi İranzunun və II Sarqonun
kitabələrindən bizə tanış olan Elippi hakimi Taltanın adı çəkilir, onların Namri,
Sanqibutu ölkələrinin və bütün dağlıq ölkələrin hakimləri üzərinə qoyulmuş xərac,
habelə bütün bu torpaqlarda öz stelalarının qoyulduğu barədə məlumat verilir.
Aşşur mənbələrinin xəbərlərini Urartu hökmdarlarının məlumatları
tamamlayır. Urartu mətnləri müxtəlif alimlər tərəfindən ayrı-ayrı dövrlərdə aşkar
və nəşr edilmişdir. Onlar ümumiləşdirilmiş şəkildə F. V. Köniq tərəfindən çap
olunmuşdur (F. W. Konig. Handbuch der chaldischen Inschriften, I—II, Graz,
1955- 1957).
Urartu kitabələrinin hamısının tam toplusunu rus dilinə tərcümə, izahlar
və biblioqrafiya ilə birlikdə Q. A. Melikişvili «Урартские клинообразные
надписи» (M., 1960) əsərində çap etdirmişdir. Q. A. Melikişvili sonralar tapılmış
kitabələri «Вестник Древней Истории» jurnalında (1971-ci il № 3—4); nəşr
etdirmişdir. Cənubi Azərbaycan ərazisində tapılmış kitabələr lokalizə üçün mühüm
əhəmiyyətyə malikdir. Urartu hökmdarı Minuanın (e. ə. 810-780-ci illər) Urmiya
gölünün cənubi-şərq sahilində yerləşən Daştəpə qayasındakı kitabəsində Meişta
şəhərinin işğalı və Manna ölkəsinə hərbi yürüş barədə məlumat verilir. Urmiya
gölündən cənubda, Uşnu vadisindəki Qalatgah xarabalığında Minua və İşpuininin
(e. ə. 810-805-ci illər) birgə hökmdarlıqları dövrünə aid kitabəsi bizə gəlib
çatmışdır.
1
Savalan dağının cənub ətəyində, Sarabdan şimali-şərqdə, Təbrizdən
Ərdəbilə gedən yolda tapılmış iki kitabə B. S. Varren tərəfindən nəşr edilmişdir
(Two Urartian Inscriptions from Azerbaijan. JCS, XIX, 2, 1965). Biri 16, digəri isə
12 sətirdən ibarət olan hər iki kitabə Rusanın oğlu Argiştiyə (e. ə. 714- 685-ci illər)
məxsusdur. Digər bir qayaüstü Urartu kitabəsi Cənubi Azərbaycanın şimal
hissəsində, Vərzəqan inzibati mərkəzi yaxınlığında yerləşən Sekendel yaşayış
məskənindən tapılmış və Təbriz universitetinin professoru M. C. Məşkur
tərəfindən nəşr edilmişdir. Kitabə Q. A. Melikişvili tərəfindən oxunmuş və çap
olunmuşdur (VDİ, 1960, № 3; 1971, № 3). Kitabəlar əsasında hələ II Sardurinin (e.
ə. 760-730-cu illər) salnaməsindən məlum olan Puluadi ölkəsini və onun Q. A.
Melikişviliyə görə kitabələrin tapıldığı yerin yaxınlığında yerləşən Libliuni
«hökmdar şəhəri»ni lokalizə etmək mümkündür.
Mixi yazılı mənbələrdən bizə hələlik Cənubi Azərbaycan ərazisində
məlum olan ən qədim şimal «ölkə» Puluadidir. O, əvvəllər düşünüldüyü kimi
Aşşur və Urartu işğalçılarının gedib çatmadıqları ərazidə yerləşirdi.
Urartu mənbələrindəki coğrafi adları lokalizə edən materiallar I. M.
Diakonoff and S. M. Kashkai. Repertoire Geographique des Textes Cuneiformes,
band 9, Wiesbaden 1981 əsərində toplanmışdır.
Salnamələrdə və öz dövlətlərinin sərhədlərində, bəzən işğal edilmiş
ölkələrdəki qayalarda, çox zaman da yaşayış məntəqələrinin və ya yenidən bərpa
edilmiş qala və şəhərlərin yaxınlığında qoyulmuş və Urartu hökmdarlarının
qələbələrindən bəhs edən kitabələrdəki toponimlər və hidronimlər yerli əhalinın
dilcə qohumluğu, onun sosial şəraiti və əhalinin sıxlığı barədə mühakimə
yürütməyə imkan verir.
İstər hökmdarların zəfər kitabələrindən, istəsə də onların öz
tabeçiliklərində olanlarla məktublaşmalarından ibarət olan Aşşur və eləcə də
Urartu kitabələri qismən də olsa göstərilən əyalətlərin tarixini işıqlandırır. Bu
kitabələr çox birtərəfli olsa da müəyyən dərəcədə Urmiyanı hövzədəki dövlətlərin
inkişafı və qüvvətlənməsi məqamlarına nəzər yetirməyə imkan verir. Onlar qədim
dövlətlərin qismən də olsa siyasi tarixini bərpa etməyə, təsərrüfatın aparıcı sahəsini
müəyyənləşdirməyə imkan yaradır. Mixi yazılı mətnlər bu ərazi əhalisinin dil
mənsubiyyətini müəyyənləşdirmək üçün sistematik material (etnik, toponimik,
antropoloji) verən yeganə mənbələrdir.
1
O. W. Muscarella. Qalatgah: An Urartian Site in Northwestern Iran. Expedition, 1971, 13, 3-4, p. 47.
Tədqiq etdiyimiz ərazi barədə yazılı mənbələrin natamam məlumatlarını
müəyyən dərəcədə arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi mədəniyyət
abidələrinin məlumatları tamamlayır.
Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar son vaxtlaradək çox
məhdud miqyasda aparılırdı.
Tapıntıları əsasən tunc dövrünə və dəmir dövrünün başlanğıcına aid olan
Astara çayı boyunca İran Talışına H. Morqanın
2
ekspedisiyasından sonra, 1940 ildə
E. F. Şmidt qədim yaşayış məskənləri qalıqlarının təyyarədən foto-şəkillərini
çəkmişdir.
3
1936-cı ildə A. Steyn
4
Cənubi Azərbaycanın Cənub əyalətlərində arxeoloji
kəşfiyyat işi, sonralar 1940-cı ildə isə İran arxeoloji idarəsi burada bir sıra
qazıntılar aparmışdır; lakin bu qazıntılar elə bir əhəmiyyətli nəticələr vermədi.
Əgər, bilavasitə mannalılara və onların qonşularına aid əsaslı arxeoloji
qazıntılar olmasa idi, təbiidir ki, onların cəmiyyətinin iqtisadi və mədəni
xüsusiyyətlərini də işıqlandırmaq mümkün olmazdı. Bu boşluğu məhz Manna
ərazisində — Urmiya gölünün ətrafındakı müxtəlif məntəqələrdə aparılmış
arxeoloji qazıntıların nəticələri xeyli dərəcədə tamamlayır. Buradan əldə edilmiş
materiallar cəmiyyətin inkişafını, onun iqtisadi və mənəvi həyatındakı
dəyişiklikləri izləmək üçün çoxlu yeni faktlar vermişdir.
Gölün qərb sahilində yerləşən Göytəpədə T. Berton Braunun rəhbərliyilə
Britaniya arxeoloji cəmiyyəti tərəfindən təşkil edilmiş ekspedisiya qazıntı işləri
aparmışdır
5
. Təpənin heç də bütün təbəqələri tam açılmamışdır. Burada bir neçə
şurf qızılmış və e. ə. III minillikdən başlayaraq İslam dövrünədək uzun bir dövrü
əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur. E. ə. II minilliyin sonlarına aid
edilən «V» dövrünə aid «K» qəbrindən həmin dövr üçün səciyyəvi olan material
əldə edilmişdir. Boz-qara və qırmızı keramika məmulatı ilə təmsil olunan «A»
təbəqəsi e. ə. I minilliyin əvvəlinə aiddir. Qabların qulpları qabarıq heyvan
fiqurcuqları formasındadır.
Göytəpə keramikası Həsənlu V və IV dövrləri ilə xeyli ümumi cizgilərə
malikdir. Burada bir çox keramika formaları Həsənluda olduğu kimi özündən
2
H. de Morgan. Recherches au Talyche Persan. Paris, 1901
3
E. F. Schmidt. Flights over Ancient Cities of Iran. Chicago, 1910.
4
A. Stein. An Archaeological Tour in the Ancient Persia. "Iraq", III, 1936.
5
Bəzi tədqiqatçılar Gilzan əyalətini bu ərazidə lokalizə edirlər. Bax: İ. M. Dyakonov. AVİU, № 28, 15-
ci qeyd; И. Aлиев. История Мидии. Баку. 1960, səh. 40; S. T. Yeremyan Ermənistan SSR-in
Atlasında /1961/ Urmiya gölünün qərb sahilində Şatiraraqan əyalətini, Gilzanı icə Van gölünün
cənubunda yerləşdirir; E. A. Грантовски. «Ранняя история иранских племен Передней Азии» /M.,
1970, səh.123/ əsərındə Gilzanı «Böyük Zabın yuxarı axarında və ola bilsin ki, ondan qərbdə»
yerləşdirir. Biz Gilzan ölkəsinin Urmiya gölünün qərb sahilində lokalizəsinin tərəfdarıyıq; belə ki, onun
adı mətnlərdə demək olar ki, həmişə Zamua və Manna ilə birlikdə çəkilir.
əvvəlki dövrlərlə müqayisədə dəyişir. Bu dövrə məxsus olan qabların əyri dimdik
formalı lüləyi uzunvari üfüqi formaya çevrilir.
Buradan metal əşyalardan ancaq dəmir qılınc dəstəyinin bir hissəsi
tapılmışdır.
Boz daşdan yonulmuş, böyürlərində ieroqlif işarələri olan heyvan fiqurları
Göytəpə üçün səciyyəvidir. T. Berton Braun Göytəpə tapıntılarını Qafqaz və Aralıq
dənizi materialları ilə müqayisə edir.
6
Təbrizdən cənubi-şərqdə yerləşən Yanıqtəpədə
7
arxeoloji qazıntılar
aparılır. Lakin bu qazıntılar hələlik çox az material vermişdir. E. ə. I minilliyin
əvvəllərinə aid olan tapıntılar Həsənluda «Grey Ware Phase» («boz gil məmulatları
dövrü») dövrunə uyğun gələn boz gil məmulatlarının üstünlük təşkil etdiyini
göstərir.
Tehran universitetinin professoru Ə. O. Negahbanın Qızılüzən (Səfidrud)
çayının aşağı vadisində yerləşən Mərlik təpəsində apardığı qazıntılar zəngin və
çeşidli materiallar verməkdədir. Buradan qəbirlərdəki zəngin dəfn avadanlığına
görə Ə. O. Negahbanın hökmdar nəslinə və əyanlara məxsus etdiyi qədim
qəbiristan aşkar edilmişdir.
Ölülər, sağlıqlarında istifadə etdikləri hər şeylə - içərisinə yemək və su
qoyulmuş adi mətbəx avadanlığından tutmuş gözəl ayin qabları və bəzək
şeylərinədək, ovçular və döyüşçülər isə hətta silahla təchiz olunmuşlar. Bundan
əlavə, Mərlik qəbiristanının bir xüsusiyyəti də atların hər cür əsləhə ilə birlikdə,
ayrıca basdırılmasıdır. Görünür, at Mərlikin qədim sakinlərinin həyatında mühüm
rol oynamışdır. Mərlikdən aşkar edilən zərgərlik və keramika məmulatı o dövr
sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey
deyir.
Çoxlu zərif və zəhmət tələb edən bədii işləri özü ilə basdırmağa razı olan
bu yerli əyanların lazımınca varlı olduqlarını qeyd etməliyik.
Ə. O. Negahban bu qəbirləri e. ə. IX əsrə aid edir; lakin, belə hesab edir
ki, onlardan tapılan bəzi əşyalar daha əvvəllər hazırlanmışdır. Mərlik tapıntıları
Mitanni və Urartu incəsənəti, həmçinin Talış, Şimali-Qərbi İran, Gilan və
Mazandaran əyaləti materialları ilə oxşarlıq aşkara çıxardır. Məhz buna görə də Ə.
O. Negahban güman edir ki, bu əyalətlərə ola bilsin ki, siyasi və iqtisadi cəhətdən
Mitanni dövlətinin
8
tənəzzülü və Midiya dövlətinin
9
təşəkkülü ərəfəsində yaranmış
6
T. Burton-Brown. Excavations in Azarbaijan, 1948, London, 1951.
7
Bu ərazidə Mannaya tabe olan nə başında Manna canişinləri dayanan Subi, Bari və Uişdiş ölkələri
yerləşirdi /AVİU, № 42, 33/.
8
Mitanni dövləti e. ə. II minilliyin əvvəllərində Yuxarı Mesopotamiyada təşəkkül tapmışdı. O,
Karhemişdən Kaşiyar dağlarınadək ərazini əhatə edirdi. Özünün ən qüdrətli dövründə Aşşuru və digər
qonşu ölkələri işğal etmişdi. E. ə. II minilliyin ikinci yarısında Aşşur tərəfindən darmadağın edilən
Mitanni dövləti süquta uğradı. Bax: В. В. Струве. История Древнего Востока. Л., 1941, səh. 255-260;
Q. A Melikişvili. Nairi-Urartu. Tbilisi, 1954, səh. 93-104
«Mərlik hökmdarlığı» başçılıq etmişdir. Bu nəticə çox da konkret deyildir; belə ki,
müəllif çox uzun bir zaman fasiləsi — təqribən min il müddət göstərir. Bundan
əlavə Mərlik dövləti siyasi ağalıq olmadan da qonşu tayfalarla qarşılıqlı əlaqələr
nəticəsində təsir göstərə və təsirə məruz qala bilərdi.
İran arxeoloji cəmiyyəti Əli Hakeminin rəhbərliyi altında Qızılüzən çayı
vadisində, Mərlikin yaxınlığında Qaluraz adlı yerdə də qazıntılar aparır. Qazıntılar
nəticəsində bünövrəsi daşdan, özü isə ağacdan olan binaların qalıqları aşkara
çıxarılmışdır. Bu tikintilərdən bir qədər kənarda nekropol yerləşir. Əli Hakemi, bu
mədəniyyətin antik mənbələrə
10
görə Qızılüzən çayı vadisində məskunlaşmış mard
tayfalarına məxsus olmasını güman edir. Qaluraz tapıntıları e. ə. I minilliyin ilk
əsrlərinə aid edilir.
11
Ziviyə kəndi sakinləri tərəfindən Saqqız yaxınlığında tapılmış dəfinə
xüsusi maraq kəsb edir. R. Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz
adlarını vermiş və Saqqız sözü Saka sözündən törənmişdir.
12
Ziviyə kəndinin adı II Sarqon və Aşşurbanipalın kitabələrində Zibia—
İzzibia—Uzbia kimi qeyd edilən Manna qalasının adı ilə müqayisə edilir
13
. R.
Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə, Zibia, görünür əhalinin yaşadığı yer
- şəhər yox, daha mühüm yaşayış məskənlərinə gedən yolu kəsən və ancaq qoşun
yerləşən adi istehkam məntəqəsi olmuşdur
14
.
Ziviyə dəfinəsi əşyaları e. ə. IX—VII əsrlərə aid edilir
15
. Ziviyə dəfinəsi
bu əraziyə bir tərəfdən güclü qonşuların (təcavüzünün) gücləndiyi, digər tərəfdən
isə yeni köçəri tayfaların daha intensiv axınının başlandığı həmin «hərc-mərclik
dövrü»nü özündə əks etdirir. Bütün bunlar təsərrüfat formalarında dəyişikliklərə,
əhalinin təsviri sənətində müxtəlif üslubların qarışmasına və paralel mövcudluğuna
səbəb oldu.
Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə
müqayisə edilən Ziviya dəfinəsinin skif üslubu qızıl əşyalarını B. B. Piotrovski e.
ə. VII əsrin sonuna və VI əsrin əvvəllərinə aid edir
16
.
R. B. Barnet Ziviyə dəfinəsini müxtəlif dövrlərdə və ayrı-ayrı üslublarda
hazırlanmış əşyalarla birgə dəfn sayır. Bütün bu əşyaların tapıldığı sarkofaqı
təsvirlərinə və formasına görə o, e. ə. VII əsrin sonlarına aid edir
17
.
9
E. O. Negahban. A Preliminary Report on Marlik Excavations. Tehran, 1964; yenə də onun. Notes on
some Objects from Marlik, "Journal of Near Eastern Studies" (bundan sonra INES), XXIV, 4, 1965.
10
Strabon, IX, 13, 3.
11
A. Hakemi. Kaluraz et la civilization des Mardes. "Archaeologie vivant" I, Paris, 1968.
12
Excavations in Kaluraz, Gilan. "Bulletin of the Asia Institute Pahlavi University", 3, 1973.
13
R. Ghirshman. Le Tresor de Sakkez. "Artibus Asiae", XIII, 3, 1950. p. 201.
14
AВИУ № 46; И. М. Дяконов. История Мидии. M.- L., 1956, səh. 247.
15
R. H. Dyson. Archaeological Scrap Glimpses of History of Ziwiye Expedition, v, 3, 1963. pp. 32-37.
16
Б. Б. Пиотровский. Ванское царство. M, 1959, səh. 255.
17
R. D. Barnett. The Treasure of Ziwiye. "Iraq", XVIII, 2, 1956, pp. 111 - 115
A. Qodar əşyaların əksəriyyətini, R. Girşman isə onların ancaq bir qismini
(digərlərini o, aşşurlara və ya skiflərə aid edir) mənşəcə yerli hesab edirlər.
A. Qodar ilk, eləcə də sonrakı nəşrlərində güman edir ki, skiflər
mannalıların incəsənətini qəbul etmiş və bu dintez sayəsində sonralar Ön Asiya və
Orta Rusiyada yayılmış «skif heyvani üslubu»nu yaratmışlar
18
.
S. İ. Rudenko özünün «Искусство Алтая и Передней Азии» (Moskva,
1961) əsərində Ön Asiya incəsənəti (qismən də Ziviyə əşyaları) ilə Altay və Şimali
Qara dəniz kurqanlarından tapılmış əşyalarda bəzi ümumi cizgilər aşkara çıxarır.
Lakin o, Ön Asiya incəsənətinin skif tayfaları incəsənətinə təsirinin izahını düzgün
saymır. O, eyni zamanda qeyd edir ki, Şimali Qara dənizyanı abidələrində qabarıq
əks olunan e. ə. I minilliyin birinci yarısına aid edilən Ön Asiya incəsənəti
ünsürləri, xüsusilə də «skif heyvani üslubu» vaxt ötdükcə, Qara dənizyanı skiflərin
Ön Asiya ilə əlaqələri zəiflədikcə tənəzzülə uğrayır və sadələşir. E. ə. V əsrdə Qara
dənizyanı skiflərinin incəsənətinə yunan incəsənəti öz təsirini göstərir.
Skif incəsənətinin Ön Asiya incəsənətinin təsiri altında yaranması
nöqteyi-nəzərini M. İ. Artamonov da müdafiə edir. O, belə hesab edir ki, bu
incəsənət nə skif, nə də Midiya mədəniyyəti olmuşdur; bu, gəlmələrin qədim
Mesopotamiya bədii irsini mənimsəməyə əsaslanan İran incəsənətidir
19
.
İndi demək mümkündür ki, Manna incəsənəti gəlmə tayfaların
incəsənətinə təsir etməliydi, belə ki, onların gəldiyi dövrdə Manna əhalisi oturaq
həyat tərzi keçirirdi və yüksək inkişaf etmiş sənətkarlıq istehsalına malik idilər.
Bunu Ziviyədən tapılmış əşyalardan başqa daha əvvəlki dövrə aid edilən Həsənlu
tapıntıları da göstərir.
Bu zonada ən böyük arxeoloji obyekt Urmiya gölünün cənub sahilində,
Həsənlu kəndi yaxınlığında yerləşən təpədəki qədim yaşayış məskənidir.
Həsənlu təpəsi Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığında
yerləşir. Vadiyə giriş çətindir, sanki hər tərəfdən əhatələnmişdir; o qərbdən Zaqroş
dağları, cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır.
Ora giriş ancaq qərbdən Kəlyaşin və Rəvanduz aşırımı, şərqdən isə Kadar çayı
boyunca mümkündür. 1956-cı ildən burada R. Daysonun rəhbərliyi altında
Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar
aparmışdır. Həsənlu rayonu e. ə. IX əsrin ortalarından III Salmanasarın (e. ə. 859-
824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənluda
aşkar edilmiş qədim yaşayış məskəni hələlik mixi yazılı mənbələrdə adı çəkilən
heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir
20
. Tikinti qurğularının qalıqları
18
A. Godard. Le Tresor de Ziwiye. Haarlem, 1950; yenə onun L'Art de İran, Paris, 1962.
19
M. И. Aртамонов. Происхождение скифского искусства. С. A. 4, 1968, səh. 28-29.
20
E. A. Qrantovskiy güman edir ki, e. ə. IX əsrə aid Aşur kitabələrində də təsadüf edilən İdi adı
Həsənlunun ən qədim adıdır və belə hesab edir ki, ona aid onomastik material e. ə. IX əsrin
sonlarınadək Həsənlu əhalisinin irandilli olmadığını sübut edir. Э. A. Грантовский. «Сeрaя
кeрамикa», «Рacпиcнaя кeрaмикa» и индо-иранцы. «Meждународный симпозиум по этническим,
проблемам древней истории Центральной Азии». Душанбе,, 17-22 октября 1977 г. M., 1977, səh.
göstərir ki, o xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi
olmuşdur. E. ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl stratiqrafiyasını verən
Həsənlu təpəsi 27,5 metr dərinliyədək qazılmışdır. Bu stratiqrafiya tarixi məlum
olan abidələrlə paralelli keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin
nəticələrındən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.
R. Dayson Həsənluda qazılmış materialları on dövrə ayırır. X—VI dövr
materialları Həsənlu təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.
Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V və IV dövrlərdir.
Keramika məmulatı dibinin formasına görə «Button Base Phase» adlanan
V dövr e. ə. 1200-1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənlu təpəsi
kiçik binalarla abadlaşdırılır. E. ə. 1100-800-cü illərə aid IV dövr «Grey Ware
Phase» əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili, əsasən şüyrələnmiş
boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat
qülləli qala divarları həmin dövrə aiddir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə
izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binalar qalmış
daş və ağac hissələrindən istifadə edilərək yeni memarlıq detalları və əsas plana
əlavə tikililər artırmaqla bərpa olunmuşdur.
Bu dövrün binalarından bir neçə yazılı əşyalar aşkar edilmişdir
21
: Daş
fraqment üzərində «Kadaşman-Enlil»in
22
adı, zədələnmiş toppuz başı üzərində
«Aşşuruballitin sarayı»
23
və daş qab üzərində «Uşişi günəş allahına (həsr edilmiş)
İdi ölkəsi (hökmdarının) Bauri sarayı» yazılmışdır. Sonuncu kitabənin axırının
tərcüməsi şübhə doğursa
24
da, kitabənin özü e. ə. VIII əsrdən sonra yazıla
bilməzdi
25
.
R. Daysonun fikrincə IV dövr mədəniyyətinə urartulular tərəfindən
qalanın dağıdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.
III dövr «Triangle Ware Phase» xarabalıqların toxunulmaz halda qaldığı
vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki-erkən IIIB (e.
16; M. Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi
əleyhinə hərbi yürüşlərindən bəhs edən Taştəpədəki /Həsənludan təqribən 40 km şərqdə yerləşir/
qayaüstü kitabələrini şərh edərək belə nəticəyə gəlir ki, Meişta şəhəri Həsənlu təpəsindəki qədim
qalanın urartuca adıdır və Həsənlu IV Urartu işğalı zamanı dağıdılmışdır /Mирио Сальвини/.
Распространение влияния государства Урарту на восток. «II Международный симпозиум по
армянскому искусству». Ереван. 1978, səh. 1-10/.
21
R. N. Dyson. The Architecture of Hasanlu. Period I to IV. AJA v. 81, N4, 1977, p. 551.
22
Əgər bu Kassi hökmdarının adıdırsa, onda bu ad altında ilk dəfə hakimiyyət sürənin hökmranlıq
dövrü e. ə. XIV əsrin əvvəlinə, ikinci hökmdarınkı isə e. ə. XIII əsrin ikinci yarısı-e. ə. XIII əsrin
ortalarına aiddir. Bu əşyanın əvvəlki dövrdən qalma olduğu hesab edilir.
23
Bu adla Aşşur hökmdarlarından I Aşşurubalit (e. ə. 1365-1330-cü illər) və II Aşşuruballit (e. ə. 611-
609-cu illər) məlumdurlar.
24
O. W. Muscarella. Hasanlu in the Ninth Century V. c and its Relation with other cultural centers of
the Near East. Chronologies in Old World Archaeology. AJA, 75, 3, 1971, p. 264.
25
R. H. Dyson. Problems of Protohistoric Iran as seen from Hasanlu. JNES, XXIV. 3, 1965, p. 202.
ə. 750-600-cü illər) və son IIIA (e. ə. 600-400-cü illər) kəsimo bölünür. Yeni
məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar
asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (IIIB dövrü) və
açıq sarı rəngli keramika (IIIA dövrü) hazırlamışlar.
Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr «Post Triangle
Ware Phase» və I İslam dövrü gəlir
26
.
Həsənluda qazılmış arxeoloji material Cənubi Azərbaycanın və
ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə
malikdir. Həsənlu qazıntıları özündən əvvəlgilərdən burada təkcə yaşayış
məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin
özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə
sistematik olaraq aparılmış qazıntılardır və onlar bu rayonun ardıcıl mədəni
inkişafının dolğun lövhəsini yaradır. Müasir tədqiqat metodları sayəsində buradan
əldə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün
olmuşdur.
Həsənlu qazıntıları şəhərsalma, sənətkarlıq istehsalı, incəsənət, təsərrüfat
həyatının müxtəlif sahələrinə aid material vermişdir. Onlar yazılı mənbələrin
məlumatlarını yeni şəkildə dərk etməyə və bu rayonun tarixini geniş şəkildə
işıqlandırmağa imkam yaratmışdır.
Həsənlu materialları qonşuluqdakı qədim yaşayış məskənləri və
nekropollar yerləşən təpələrdən aşkar edilmiş arxeoloji materiallarla tamamlanır.
Həsənlu təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar
Həsənluda qazılmış dövr etibarı ilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin
material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adı ilə adlandırılmışdır.
Həsənludan 1,5 km cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar
Həsənlu X dövrünə müvafiq gələn daha qədim dövr (e. ə. VI-V minilliklər)
əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu
hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar
bərkidikdən sonra onun üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar
bəzən həndəsi şəkillərlə bəzədilirdi.
IX və VIII dövrlər müvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə
təmsil edilmişdir.
Dəlmətəpə tapıntıları e. ə. V minilliyin sonuna aid edilən və Yaxın Şərqdə
həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş
etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və ya qara-
26
R. H. Dyson. Hasanlu and Early Iran. "Archaelogy", XIII, 2, 1960; yenə onun. The Hasanlu Project.
"Science", 135, 1962; yenə onun. Excavating the Mannaean Citadel of Hasanlu. "İllustreiled London
News (bundan sonra ILN), 1961; yenə onun. Nine Centure Men in Western Iran. "Archaeology", XVI1,
1, 1964; yenə onun In the City of the Golden Bowl. ILN, 1964; W. E. Crawford. Hasanlu 1960.
"Bulletin of the Metropolitan Museum of Art (bundan sonra VMMA), XX, 1961.
qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effektli və çoxsaylı
kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.
Pişdəlitəpədə VIII dövr e. ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə
mədəniyyəti ilə Urmiya gölünün şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında
oxşarlıq tapılır. Buraya qəhvəyi qara rəngli, həndəsi rəsmli sarımtıl rəngli
keramika, dəvəgözü və çaxmaqdaşından bıçaqlar, saxsı iy, heyvan heykəlcikləri və
s. daxildir.
Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına,
həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan
R. Dayson tərəfindən müəyyənləşdirilmişdir.
O. V. Muskarellanın rəhbərliyi altında Həsənludan 25 km qərbdə yerləşən
Dinha təpədə də arxeoloji qazıntılar aparılmışdır. Aşkar edilmiş materiallar uzun
bir xronoloji dövrü əhatə edir. Həsənlu IV və V dövrlərinə müvafiq gələn tikili
qalıqları, həmçinin Dinha III (e. ə. 1350-1000-ci illər) və Dinha II (e. ə. 1000- 800-
cü illər) nekropolları e. ə. II minilliyin sonu - e. ə. I minilliyin əvvəlinə aiddir.
Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, şərq tərəfdən isə açıq qoyulmuş Dinha
III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi qaydada basdırılmışdır. Bu
dövrdə boz-qara keramika hazırlanmışdır. Qulpsuz, sərbəst növlü «çaydan»lar,
birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır.
Dinha II dövrünə dulus kürələri, tikili kompleksləri və qəbiristanlıq aiddir. Ölülər
divarları çiy kərpic, ya da daşdan tikilmiş qeyri düzkün formalı qəbirlərdə
basdırılmışdır. Bu qəbirlərin də divarları üç tərəfdən hörülmüş və iri sal daşla üstü
örtülmüşdür. Ondan başqa, daxilində ancaq uşaq sümükləri aşkar edilmiş iri
təsərrüfat qablarında dəfn adəti xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdə boz-qara
keramikadan istifadə davam edir. Əksər hallarda keçmiş formalar saxlanılsa da,
«körpücük» halqası ilə novu birləşdirilmiş «çaydan»lar, heyvan başı şəklində
düzəldilmiş qulplu qablar kimi yeni formalar, Həsənlu IV dövrü ilə yaxın
paralelləri olan tunc və dəmirdən düzəldilmiş bəzəklər və silahlar meydana çıxır.
27
O. V. Muskarella öz tədqiqatlarında Dinha təpəsinin hər iki dövrünün həm
keramika, həm də metal əşyalarının Cənubi Azərbaycan və İranda aşkar edilmiş
sinxron abidələrinin materialları ilə əlaqəsini izləmişdir.
Həsənludan tapılmış sümük qalıqlarının analizi T. A. Ratbunun
tədqiqatında aparılmışdır
28
.
Müəllif Həsənluda yeddi dövrdə (I-V, VII və IX) aşkar edilmiş 120 kişi,
qadın və uşaq skeletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83) IV
dövrə, 21-i V dövrə aiddir; qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir.
Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırımışdır. Müəllif qeyd edir ki,
ölülərin 32%-nin başı şimala, 31%-nin başı isə qərbə doğru qoyulmuşdur.
27
O. W. Muscarella. The İron Age at Dinkha Tepe. Iran. AJA, v. 9, 1977.
28
T. A. Rathbun. An Analysis of the Skeletal Material excavated at Hasanlu, Iran. "University, of
Kansas", 1964.
T. A. Ratbun şərq səmtini əsas istiqamət sayır. B. A. Ratbunun apardığı
ölçülər burada əhalinin uzunsov başlı, Aralıq dənizi tipində olduğunu göstərir.
Kişilərin orta boyu 168,32 sm, qadınlarınkı isə 159,55 sm olmuşlar.
Həsənlu təpəsinin şimal ətəyindəki nekropol ərazisində 1947-1948-ci
illərdə müstəqil qazıntılar aparmış M. Rad və A. Hakimi öz tədqiqatlarında
səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənlunun qədim sakinləri
dəfn zamanı günəşi səmt götürmüşlər. Məhz buna görə də, ilin və günün vaxtından
asılı olaraq dəfn olunanların başlarının istiqaməti dəyişmişdir
29
.
İran alimlərindən A. Hakimi və M. Radın «İran arxeoloji hesabatları»
məcmuəsinin I cildində (Tehran, 1950)
30
çap edilmiş «Həsənlu (Sulduz)
qazıntılarının təsviri və nəticələri» tədqiqatı da Həsənlu qazıntılarına həsr
olunmuşdur. Qazıntı aparılmış qəbirlərə əsaslanan müəlliflər belə nəticəyə
gəlmişlər ki, Həsənlu dəfn adətləri həmin dövrdə Qərbi Asiyanın digər
vilayətlərində mövcud olmuş dəfn adətlərindən fərqlənmir. Sol və ya sağ böyrü
üstə bükülü vəziyyətdə olan skeletlərin səmti günəşə doğrudur. Müəlliflər
Kalardəşt, Ziviyə və s. tapıntıları ilə də paralellər gətirib metal və sümükdən
düzəldilmiş əşyaları, keramika məmulatını təhlil etmiş, Əhəmənilər dövrü
incəsənətinin mannalıların və midiyalıların incəsənəti ilə əlaqəsini qeyd etmişlər.
Yazılı mənbələrdə öz əksini tapmış Urartu təcavüzünü son illərdə
Urmiyanın hövzənin qərbində qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyət
qalıqları da təsdiqləyir. Lakin bu qazıntılar Urartu aqalığının müvəqqəti və qısa
müddətli olduğunu da göstərir. Bu vilayətlərin maddi mədəniyyətlərində
urartuluların dövlətin mərkəzində yerləşən öz yaşayış məskənləri üçün səciyyəvi
olan yekrənglik yoxdur, Urartu mədəniyyəti ünsürləri ilə yanaşı yerli ənənələr
mühüm yer tutur.
Cənubi Azərbaycanın qərb hissəsindəki qədim maddi mədəniyyət
abidələrinin icmalı V. Klayssın rəhbərliyi ilə aparılmışdır.
Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından
tikilmiş düzbucaqlı tikili olan «Siyahtəpə» qalası aşkar edilmişdir.
Yaxınlıqda isə «Oğluqala» adlı qala yerləşir. Urmiya gölünün sağ
sahilində Kazımbaşı təpəsindəki xarabalıqda qala divarlarının qalıqları aşkar
edilmişdir
31
. Mərənddən 19 km şimali-qərbdə, Livar təpəsində qala tikililərinin
qalıqları tədqiq edilmişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan
tikilmişdir. Küncləri bürclü və iri meydançalı qala divarlarının bir hissəsi
saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e. ə. VIII əsrədək)
üzə çıxarılmışdır. Müəllif güman edir ki, Livar qalasının mövcudluğu Urartu
29
1959
30
Bax: Г. П. Михалевич. А. Накими и М. Рад. Описание и результаты раскопах в Хасанлу
(Солдуз), С A, 2, 1966.
31
W. Kleiss. Survey in Azerbaijan. "Iran", YII, 1969, p. 188.
dövründə Mərənd düzənliyinnn sıx məskunlaşdığını göstərir və çox güman ki, II
Sarqonun yürüş yolu bu vadidən keçmişdir.
Araz çayı vadisində, Türkiyə-Azərbaycan-İran sərhədlərinin qovşağında
Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları qərb tərəfdə yaxın,
şərqdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir.
Uşpu-Nəgadehdən 8 km şimali-şərqdə keramika tapıntılarına görə Urartu
dövrünə aid edilən istehkamın xarabalığı yerləşir. İstehkamın divarları yonulmamış
sal qaya daşlarından hörülmüşdür. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox
güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi
istehkamı olmuşdur
32
.
Uşnudan 15 km şərqdə çox böyük və dik bir təpədə Qalatgah xarabalığı
yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları
qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin
bir hissəsi görünür. Qalatgah tapıntıları Həsənlu III dövrünə müvafiq gəlir.
Keramika Həsənlu və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla
cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil
məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş
Urartu tipli qırmızı keramika qırıqları da aşkar edilmişdir. Buradan ağ daşdan
hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür
də tapılmışdır. Silindrin asmaq üçün ilgəkçiyi vardır. Qalatgahda tapılan nümunə
Şimali-Qərbi İranda ilk tapıntıdır. Buradan sındırılmış daş blok üzərində Urartu
kitabəsi də aşkar edilmişdir. Mətndə Urartu hökmdarları İşpuini və Minuanın adı
çəkilir
33
.
Makudan cənubi-şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi
yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Topraqqala ilə müqayisə
ediləcək möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəllər bu
rayonda aşkar edilmiş, hazırda Tehran arxeoloji muzeyində saxlanılan kitabənin
sayəsində müəyyan edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (təqribən e. ə. 685-
e. ə. 615) dövründə tikilmişdir. Kitabədə «Rusanın kiçik şəhəri»nin və Xaldi
tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir
34
.
Kitabədəki «orda heç nə (əvvəllər) tikilməmişdi»-məlumatına müvafiq
olaraq arxeoloji qazıntılar ancaq Urartu materialları verir. V. Klayssa görə təqribən
e. ə. 600-cü ildə, digər Urartu qalalarının məhv edildiyi bir dövrdə Rusaxinili
dağılmış və yandırılmışdır. Sonralar yaşayış məntəqəsi məskunlaşmadığına görə
abidə bir təbəqəli qalmışdır. Qala terraslı istehkamları, möhtəşəm divarları ilə
əhatələnmişdir. Şimal və cənub hissələrdə böyük darvaza qalıqları qalmışdır. Ən
32
W. Kleiss. Bericht Uber Erkundungsfahrten in Iran im Jahre 1970, Archologische Mitteilungen aus
Iran", 4, 1971, p. 5-59.
33
O. W. Muscarella. Qalatgah: An Urartian Site in Nortwestern Iran, p. 45-48.
34
Q. A. Melikişvili. UKN, 280.
yüksək nöqtədə narınqala (içqala), cənub tərəfdə isə üzərində piktoqrafik və ya
mixi işarələrlə həcmi göstərilən pifoslar (iri küplər) olan anbarlar yerləşirdi.
Binalardan çoxlu miqdarda qırmızı şüyrələnmiş keramika tapılmışdır. Təsərrüfat
xarakterli mətn yazılmış gil lövhə mühüm əhəmiyyətə malikdir. Tikililərdən
dördkünc formalı bina məbəd sayılır. Bunu Urartu tanrısı Xaldinin adı yazılmış
kitabənin fraqmenti də təsdiqləyir.
Təpənin ətəyində qala ilə eyni dövrdə mövcud olmuş, yaşayış məskəni
yerləşirdi. Tikili qalıqları göstərir ki, onlar daş bünövrə üzərində çiy kərpicdən
tikilmişlər. Buradan üzərındə silindrvari möhür izi və mixi yazı olan gil bulla
tapılmışdır. Yaşayış məskəni qala ilə eyni zamanda məhv olmuşdur
35
.
Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşən dörd
hündür təpədən birində - Həftavantəpədə Ç. Barney tərəfindən qazıntı aparılmışdır.
Tədqiqatlar nəticəsində e. ə. III minillikdən başlamış orta əsrlər dövrünədək
müddəti əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir.
Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmasa Həsənlu üçün
qəbul edilmiş dövrləşmə ilə uyğun gəlir.
Həftavantəpə V dövrü intensiv tikinti fəaliyyətini aşkara çıxarır.
Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri davam etdirən
qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc
küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xətlər
və ya üçbucaqlarla bəzədilmişdir.
Əsas tikililər təpəpin başında (C. Barney onları Urartu dövrünə aid edir)
eləcə də onun altında IV dövr təbəqəsindədir. E. ə. IX-VIII əsrlərə aid edilən bir
neçə qəbir sonuncu dövrə məxsusdur. Uzun tunç zəncirlər, muncuqlar və «çaydan»
tipli qablar Həsənlu IV dövrü ilə sıx əlaqələri aşkara çıxarır
36
.
Cənubi Azərbaycanın şərq əyalətlərində arxeoloji tədqiqatların toplu
icmalını S. Kroll vermişdir (S. Kroll. Archaologische fundplatze in İranisch-Ost
Azerbaijan. AMI, 17, 1984). Xronoloji baxımdan onlar müxtəlif tarixi dövrləri
əhatə edir.
Ərdəbildən 44 km şimali-qərbdə, Ağqala qalasında və b. yerlərdə ilk
dəmir dövrünə aid formaca oxşar keramika aşkar edilmişdir.
Manna tarixinə həsr edilmiş ilk tədqiqat S. Belkin əsəridir (S. Belsk. Das
Reich die Mannaer. VBAG, 1884).
35
W. Kleiss. Bastam. Survey of Excavations in Iran during 1968-69. "Iran" YIII, 1970. p. 176—178;
Excavation oi the Urartian Fortress Rusahinili, Bastam, 1969. "Bulletin of the Asia Institute Pahlayi
University", 3, Shiraz, 1973, p. 16-24; S. E. Kroll. Excavations oi Bastam. "Archaeology", 4, XXY,
1972, p. 292-297.
36
C. A. Burney. Haftavan Tepe. Survey of Excavation in Iran 1967-68 Iran", YII, 1969, p. 177-179;
Evcavation at Haftavan Tepe, 1968. First Preliminary Report. "Iran", YIII. 1970. p. 160-170;
Exacavation at Haftavan Tepe, 1972. Thirt Preliminary Report. "Iran", XI, 1973, p. 153-172
Q. A. Melikişvilinin «Некоторие вопросы истории Маннейского
царства» (ВДИ, 1949, I, cтр. 57-72) məqaləsində Mannanın siyasi tarixi nisbətən
ətraflı işıqlandırılmışdır. Q. A. Melikişvili həmçinin özünün «Nairi-Urartu»
(Tbilisi, 1954, səh. 117-142, 298-304) əsərində Urmiyanı hövzə ərazisinin tarixinə
və e. ə. II minilliyin sonu - e. ə. I minilliyin əvvəllərində burada yaşamış əhalinin
etnik tərkibinə də xüsusi diqqət yetirmişdir.
Q. A. Melikişvili hər iki əsərində belə nəticəyə gəlir ki, Manna əhalisinın
sinfi təbəqələşməsi prosesi həmin dövrdə Aşşur və Urartu mənbələrinin də təsdiq
etdikləri kimi xeyli dərinləşmiş və əhalinin istismar olunan əsas kütləsini qullar
təşkil etmişdir.
İ. M.. Dyakonovun «История Мидии» (M.-L., 1956) və İ. H. Əliyevin
«История Мидии » (Baku, 1960) monoqrafiyalarında gələcək Midiya ərazisində
mövcud olmuş ilk dövlət qurumu kimi Manna tarixinə və mannalıların mümkün
etnik mənsubiyyətləri məsələlərinə də nəzər yetirilir.
Manna, onu əhatə edən əyalətlərin və tayfaların tarixi e. ə. VII və e. ə. VI
əsrlərin hüdudlarında Manna ərazisini tutmuş və müəyyən dərəcədə onun həmin
dövrdə özünün yüksək inkişaf səviyyəsinə çatmış mədəniyyətinin varislərinə
çevrilən midiyalıların tarixi ilə sıx bağlanır.
İ. M. Dyakonov Aşşur yazılı mənbələri əsasında Manna dövlətinin
təşəkkül və inkişafını, onun siyasi tarixini tədqiq etmişdir. O, Aşşur
hökmdarlarının Urmiyanı rayonlara yürüşlərinin ətraflı təhlilini, mənbələrdə adı
çəkilən müxtəlif əyalətlərin lokalizəsini vermişdir. Bundan əlavə, İ. M. Dyakonov
Urmiyanı hövzənin lullubu, kuti, kassi, hürri, elam tayfa qruplarına aid müxtəlif
etnik mədəni və digər məsələrə də ətraflı nəzər yetirir
37
.
O, hürrilərin Urmiya gölündən şərqdə yayılmamaları fikrini müdafiə edir.
Manna davləti ərazisindən onomastik materiallar üzrə yeni tədqiqatlar onun
hürrilərlə qohumluğunu göstərir. Mannanın təsviri sənəti də hürri təsviri sənəti ilə
bir çox ümumi cizgilərə malikdir.
İ. M. Dyakonov hesab edir ki, Manna dövləti xeyli dərəcədə güclü ibtidai
icma qalıqları olan tayfa quruluşunu saxlamışdı; hökmdarın hakimiyyətini
ağsaqqallar şurası məhdudlaşdırırdı. O, fərz edir ki, göstərilən ərazi «e. ə. IX-VII
əsrlərdə sinifli cəmiyyətin və dövlətin ən başlanğıc inkişaf mərhələsində
olmuşdur»
38
. İ. M. Dyakonov Manna cəmiyyətini patriarxal və ev quldarlığı
hüdudundan çıxmayan erkən quldarlıq cəmiyyəti kimi müəyyənləşdirir
39
.
İndi əldə edilmiş maddi mədəniyyət nümunələri bu ərazidə iqtisadiyyatın
müxtəlif sahələri, sinfi təbəqələşmənin daha da dərinləşməsi və xeyli irəliləmiş
sinifli cəmiyyətin mövcudluğu barədə fikir yürütməyə imkan verir.
37
И. М. Дьяконов. История Мидии, səh. 98-134.
38
И. М. Дьяконов. История Мидии, səh. 154
39
Yenə orada, səh. 175.
İ. H. Əliyev yazılı mənbələrin məlumatları ilə yanaşı öz tədqiqatına İran
yaylası ərazisində paleolit dövründən başlamış arxeoloji materialları da geniş cəlb
etmişdir. O, Təpə Sialk, Təpə Giyan, Təpə Hissar, Göytəpə və Suzun son tunc
dövrü materiallarını nəzərdən keçirir. Lakin bu arxeoloji materiallar əsasən Manna
dövləti ərazisindən kənara aiddir.
İ. H. Əliyev gələcək Qərbi Midiya ərazisində dövlət təşəkkülü prosesinə,
xüsusilə Manna dövlətinə böyük diqqət yetirir. O, belə hesab edir ki, «Manna
birləşməsi qədim ənənələri olan ərazidə, gələcək Midiyanın dağlıq hissəsində, uzun
müddət İran yaylasının qədim tarixində mədəni və iqtisadi cəhətdən qabaqcıl olan
bir rayonda təşəkkül tapmışdır»
40
.
İ. h. Əliyev Manna, Gilzan, Kirruri, Zamua, Parsua və digər qonşu
əyalətlərin onomastik materialını əsasən «Zaqroş-Elam», qismən də «Kuti-Qafqaz»
və ya «subar-hürri» dilləri qrupuna aid edir.
Azərbaycan ərazisində mövcud olmuş bir dövlət kimi Manna tarixi
«Azərbaycan tarixi»ndə də nəzərdən keçirilir (c. 1, 1958, səh. 23-36).
Qonşu ölkələrin tədqiqi ilə əlaqədar bu vilayətlərin siyasi və iqtisadi
tarixinin, incəsənətinin bəzi məsələləri də işıqlandırılmışdır.
B. B. Piotrovski özünün Urartu dövlətinin tədqiqinə həsr edilmiş
«История и культура Урарту» (Yerevan, 1944), «Искусство Урарту VIII-VII
вв. дo н. э.» (Л., 1962), «Ванское царство» "(M., 1959) əsərlərində Urmiyayanı
əyalətlərdəki tayfaların social-iqtisadi, siyasi və mədəni tarixinin bəzi məsələlərinə
toxunmuşdur.
Urmiyayanı hövzənin şimal və şimali-şərq əyalətlərinin təsərrüfat
məsələləri, hərbi-siyasi, tarixi və toponimikası N. V. Arutyunyanın «Земледелие
и скотоводства Урарту» (Ереван 1964) və «Биайнили» (Eреван, 1970)
əsərlərinin tədqiqat obyektidir.
Yazılı mənbələrin tədqiqi əsasında müəllif belə nəticəyə gəlir ki,
Mannanın Sanqibutu, Bari, Uişdiş, Messi əyalətləri zəbt edilmiş ərazilərdə istər
Urartu dövlətinin, istərsə də yerli əhalinin özü tərəfindən çəkilmiş suvarma
qurğuları şəbəkəsinə malik ən inkişaf etmiş əkinçilik mərkəzlərindən biri
olmuşlar
41
.
Müəllif göstərilən ərazilərlə yanaşı Puluadi, Gilzan və başqa əyalətləri də
səmərəli maldarlıq əyalətlərinə aid edir.
40
И. Алиев. История Мидии. Səh. 176
41
Yerli əhalinin suvarma şəbəkələri, memarlıq kompleksləri və s. kimi belə böyük qurğuların
tikintisində iştirakı məsələsinə İ. M. Dyakonovun «К вопросу о судьбе пленных в Ассирии и
Урарту» (ВДИ, 1, 1952, səh. 90-100) məqaləsində də toxunulmuşdur. Məqalədə göstərilir ki, əsirlərdən
hökmdar emalatxanalarında, bağçılıq və tarlaçılıq təsərrüfatlarında, şəxsi təsərrüfatlarda istifadə etməklə
yanaşı, onlardan əvvəllər suvarılmayan ərazilərin mənimsənilməsində də istifadə edilirdi. Çəkilmiş
kanallar təkcə hökmdar torpaqlarını yox, həm də şəxsi torpaq payı olan bütün əhalinin sahələrini su ilə
təmin edirdi.
Urmiyanı hövzəsi əyalətlərinə irandilli tayfaların yayılması məsələlərinə
xeyli tədqiqat həsr olunmuşdur. Bu istiqamətdə işləyən E. A. Qrantovski akkaddilli
mətnlərdə İran adlarının ifadə edilməsi qanunauyğunluğunu əsaslandırır. Mixi
yazılı mətnlərdəki onomastik (antroponimik vo toponimik) materialları sistemlə
təhlil edən E. A. Qrantovski belə hesab edir ki, irandilli tayfaların Qərbi İranda
yayılması artıq e. ə. IX əsrin birinci yarısında məlum idi. Bu vəziyyət, həmçinin
Qərbi İran tayfaları ilə bağlı arxeoloji materiallar olmasına və bu materialların
Zaqafqaziya və Şimali Qafqaz materialları ilə aşkar əlaqəsinə əsaslanma ona
irandilli tayfaların Qərbi İrana Qafqazdan keçib getmələrini güman etməyə imkan
verir
42
.
T. Sulimiriskinin «Scythian Antiquities in Western Asia» «Artibus Asia»
(XVII, 3/4, 1954) əsəri skiflərin Ön Asiyada görünmələrinə həsr olunmuşdur.
Tədqiqat işinə yazılı mənbələr, həmçinin Volqaboyu, Şimali Qafqaz və
Azərbaycanın arxeoloji materialları cəlb edilmişdir. Müəllif kərtmə qəbirlər
mədəniyyətini skiflərə» aid edir və onların şimaldan cənuba doğru hərəkət yollarını
izləyir. O, skiflərin Ön Asiyada görünmələrini e. ə. IX əsrə aid edir.
R. Girşmanın ayrı-ayrı məqalələrində, Qədim İranın tarixinə və
arxeologiyasına həsr edilmiş əsərlərində irandilli tayfaların burada görünmələri ilə
əlaqədar olaraq Urmiyayanı əyalətlərin tarixinə xüsusi əhəmiyyət verilir: R.
Ghirshman. Iran from the Earliest Times to the Islamic Conquest. 1954; yenə onun.
La Tresor de Sakkes, les origines de L'art Mede et les Bronzes du Luristan; yenə
onun Invasion des nomades sur le plateau Iranien aux premiers siecles du Ier
millenaire avant J. C. "Dark ages and Nomade c 1000 V. c", Istanbul, 1964; yenə
onun. La civilisation Achemenide et l'Urartu. Ip. XXV Mеждународного
конгресса востоковедов, I, M, 1960; yenə onun. Persia from the Origins to
Alexander the Great. London, 1964; yenə onun. Iran. Protoiranier, Meder,
Achameniden. München, 1964. P. Girşman öz əsərlərində irandilli tayfaların Ön
Asiyaya axın yollarına böyük diqqət yetirir. Qafqaz və İran yaylasından əldə
edilmiş arxeoloji materialları nəzərdən keçirən R. Girşman onlar arasında yaxın
əlaqə olduğunu görür və belə hesab edir ki, midiyalılar və farslar buraya
Qafqazdan keçib gəlmişlər; onlar burada ilk Əhəmənilərin incəsənət və tikinti
texnikasında öz əksini tapmış Urartu mədəniyyəti ilə tanış olmuşlar.
İndi əldə olan çoxlu arxeoloji materiallar sayəsində Urmiyanı əyalətlərin
qədim əhalisinin incəsənətinə, onların Ön Asiyanın digər əyalətləri ilə əlaqələrinə
42
Э. А. Грантовский. Иранские имена из приурмийского района IX VIII вв. до н. э., cб. «Древний
Мир», 1962. cəh. 250—266; yenə onun. Древнее этническое название* Parsava—Parsa, KSİNA,
1961, XXX; yenə onun. Ранняя история иранских племен Предней Азии, M., 1970; yenə onun. О
распространении иранских племен на территории Ирана. «История Иранского государства и
культуры», М., 1971
və qarşılıqlı təsirlərinə həsr edilmiş: xüsusi tədqiqat əsərləri yarandı. İncəsənət
məsələləri aşağıdakı əsərlərdə xüsusilə dolğun araşdırılır:
Qədim İran arxeologiyası üzrə toplu olan L. Vanden Bergenin
Archeologic de L'Iran ancien- Leiden, 1959 monoqrafiyasında ayrıca bir başlıqda
Cənubi Azərbaycanın arxeoloji abidələrının icmalı verilmişdir.
L. Vanden Bergenin (L. Vanden Berghe. La necropole de Khurvin.
Istanbul, 1964) əsəri Tehrandan 80 km şimali-qərbdə yerləşən Xurvin qazıntılarına
həsr olunmuşdur. Burada qəbirlərə əsasən boz-qara keramika qoyulmuş nekropol
qazılmışdır. Xurvin materialları e. ə. XIII-IX əsrlərə aid edilir. L. Vanden Berge bu
əsərində belə bir ideya irəli sürür ki, e. ə. II minilliyin sonlarında meydana çıxan
boz-qara rəngli keramika yəqin ki, buraya gəlmiş irandilli tayfalara məxsus
olmuşdur. Həmin keramika yerli əhaliyə məxsus rəngli, naxışlı keramikanı əvəz
etmişdir. L. Vanden Bergenin bu mülahizəsi hələ çox təxminidir və onun təsdiqi
üçün əlavə arxeoloji qazıntı işləri aparılmalıdır.
R. H. Daysonun «Notes on Weapons and Chronology in Northern Iran
around 1000 V. S «Dark Ages arid Nomads c 1000 V. S», Istanbul, 1964 və T. S.
Yanqun A Comparative Ceramic Chronology for Western Iran, 1500-500 V.S
«Iran» III, 1965. əsərləri qərbi İranın maddi mədəniyyət abidələrinin dövrünün
müəyyənləşdirilməsinə və xronologiyasına həsr olunmuşdur.
Mixi yazının öyrənilməsinin lap başlanğıcından tədqiqatçıları tarixi
coğrafiya problemləri maraqlandırmışdır. Mənbələrdə xatırlanan Zaqroş və
Urmiyayanı rayonuna aid coğrafi adların lokalizə edilməsinə alimlər çoxlu tədqiqat
işi həsr etmişlər.
Luis D. Levinin nəşr olunmuş Gerographical Studies in the Neo-Assyrian
Zagros, 1 - 11, «Iran», XI, 1973, XIII, 1974. əsərində tarixi coğrafiya məsələlərinə
dair ətraflı biblioqrafiya verilmişdir; o, bəzi hallarda Zaqroşdan şimaldakı rayonda
yerləşən əyalətlərin yeni lokalizəsini irəli sürür.
V. Klaysın Zur Ausbreifcung Urartus nach Osten. "Istanbuler
Mitteilungen", 19/20, 1969-1970. əsəri arxeoloji obyektləri nəzərə almaqla e. ə.
714-cü ildə II Sarqonun Urmiya gölünün şimalına yürüşünə həsr olunmuşdur.
Alman alimi R. M. Bömerin Zur Lage von Parsua im IX Jahrhundert von
Christus. "Berliner Jahrbuch fur Vor-und Fruhgeschichte», V, 1965; Volkstum und
stadte der Mannaer. «Baghdader Mitteilungen», III, 1964 məqalələri Urmiyayanı
qədim əyalətlərin və şəhərlərin lokalizəsinə həsr edilmişdir. Birinci məqalədə o,
Zamua, Kirruri və Parsua əyalətlərinin lokalizəsinə nəzər yetirir. Zamua və Kirruri
əyalətləri sonuncu dəfə III Salmanasarın e. ə. 843-cü ilə aid olan kitabəsində, yəni
Manna və Parsua adının ilk dəfə çəkildiyi ildə xatırlanır. R. M. Bömerə görə
yuxarıda adları çəkilən əyalətlər həmin dövrdə sonuncular tərəfindən zəbt edilərək
aralarında bölünmüş və beləliklə də müstəqilliklərini itirmişlər.
İkinci məqalədə müəllif Manna dövlətinin ayrı-ayrı coğrafi adlarını
lokalizə etməklə yanaşı bu adların linqvistik təhlilini aparmış və belə nəticəyə
gəlmişdir ki, onların çoxu hürri, qismən də kassi dillərinə aiddir.
A. Kammenhüberin tədqiqatlarında hürri etnosuna, onun Ön Asiyada
yayılmasına, onomastik materialın öyrənilməsinə xüsusi diqqət yetirilir A.
Kammenhüber. Hippologia Hethitica. Wiesbaden, 1961; Die Arier Vorderen
Orient. Heidelberg, 1968.
Müəllif Mittani dövlətinin təşəkkülünü, onun qonşu tayfalar və dövlətlərlə
qarşılıqlı əlaqələrini izləyir, hürrilərin Qədim Şərq dünyasının mədəni
nailiyyətlərinə verdiyi töhfəsini xüsusilə qeyd edir. A. Kammenhüber e. ə. II
minillikdə hürri — ari əlaqələrinə xüsusi diqqət yetirir və belə hesab edir ki, bu
əlaqələr güclü olmamışdır; arilər nə siyasi, nə də dil cəhətdən hürrilərə təsir
göstərməmişlər.
İ. M. Dyakonovun «Арийцы на Ближнем Востоке: конец мифа. (K
методике исследования исчезнувших языков)» (ВДИ, 4, 1970, səh. 39-63)
məqaləsi də A. Kammenhüberin toxunduğu problemlərə həsr olunmuşdur. İ. M.
Dyakonov A. Kammenhüberin Hind-İran tayfalarının Mittani dövlətində hakim
mövqe tutan ünsür olmadıqları və onların Ön Asiyanı at və yüngül döyüş (cəng)
arabası ilə tanış etmədikləri kimi nəticələri ilə razılaşır. O, hürrilərlə Hind-İran
tayfalarının təmas yerini indiki Cənubi Azərbaycan ərazisi ilə əlaqələndirir. İ. M.
Dyakonov Maittanne terminində (istilahında) Urmiyanı hürrilərinin qədim adını
görməyi təklif edir; o belə hesab edir ki, e. ə. II minilliyin əvvəllərində ikitəkərli
müharibə arabası düzəltməklə məşğul olmuş, Şərqi Avropadan və Orta Asiya
çöllərindən gəlmiş arilərlə tanışlıq məhz Urmiyayanı rayonda baş vermişdir.
Dostları ilə paylaş: |