Solmaz qaşqay



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
kitab20110305115844139

 
 
 
 
 
 
244
AVİU № 72 
245
AVİU № 73 
246
AVİU № 72. 
247
AVİU № 81 
248
И. М. Дьяконов, История Мидии, səh. 317. 
249
İeremiya LI 27. 


IV FƏSİL 
 
MANNANIN TƏSƏRRÜFAT HƏYATI 
MƏNŞƏYİ VƏ DİN 
Yazılı mənbə və maddi mədəniyyət məlumatları nə qədər lakonik olsa da 
biz e. ə. I minilliyin əvvəllərində Urmiyayanı hövzə əyalətlərində istehsalın 
səviyyəsi və təsərrüfat formaları haqqında müəyyən təsəvvür əldə edə bilərik. Əsas 
təsərrüfat növləri hələ qədimdən əkinçilik və maldarlıq olmuşdu. 
 
ƏKİNÇİLİK 
Zaqroş dağ sistemi, onun su ehtiyatı və iqlim şəraiti indi olduğu kimi 
qədimdə demək olar ki özündə təsərrüfat məqsədli istifadə üçün tükənməz 
imkanlara malikdir; münbit çökəklikləri əkinçiliklə məşğul olmağa şərait yaradır. 
İranın qərb hissəsinə əsasən qış və yaz fəsillərində ildə 500 mm-dək 
yağıntı düşür. Atlantik qütb hava kütləsinin bu rayona axını sayəsində yayda 
dağlara yağış yağır. Silsilənin qərb yamacları daha rütubətli olduğu üçün burada 
dəmyə əkinçiliyi xeyli geniş inkişaf etməli idi. Min metrdən daha yüksəklikdə 
yerləşən qəhvəyi və qara-boz torpaqlarla səciyyələnən ərazi yağıntı ilə yaxşı təmin 
olunmuşdur. 
Beləliklə, yüksək dağ çökəkliklərində və mailli qərb yamaclarında dəmyə 
əkinçiliyinin yayılması mümkündür
250

Şərq yamaclarında iqlim xeyli qurudur; belə ki, Xəzər dənizindən gələn 
rütubətli hava kütləsinin qarşısını Elbrus dağının qolları kəsir. Burada suvarmada 
və su təchizatında kəhriz sularından istifadə olunur. Elbrus, Talış və Boqrovdağ 
silsilələri Xəzər dənizinə yönəlmiş şərq yamacları hədsiz yağmurlar nəticəsində 
güclü kəsintilərə məruz qalmış və enliyarpaqlı sıx meşələrlə örtülmüşdür. Urmiya 
gölünə tökülən Cağatu və Tatay çaylarının vadiləri çox münbitliyi ilə fərqlənir
251

Assuriya çarları basqın etdikləri ərazidən bol qənimət ələ keçirdiklərini
yerli hökmdarlardan hər il bac topladıqlarını bildirirlər
252
. Birdəfəlik bac adətən 
taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından yürüşün özündə 
qoşunu dolandırmaq üçün istifadə olunurdu. Assuriya istilaçılarını mal-qara, metal 
və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac olaraq 
hər il başqa şeylərlə yanaşı taxıl da alınırdı. 
250
İranda toplanılan buğda və arpa məhsulunun 50%-ni müasir Cənubi Azərbaycan və Xorasan verir. 
Bax: Современный Иран. M., 1957. 
251
М. П. Петров. Иран. М., 1955, səh. 41-45, 112-115; С. Г. Гореликов. Иран. М., 1961, səh. 32-50; 
59-60. 
252
И. М. Дьяконов. Развитие земельных отношений а Ассирии. Л., 1949, səh. 130-131. 


Həsənluda aparılan qazıntı işlərinin nəticələri rayonun iqtisadiyyatında 
əkinçiliyin çox mühum yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı 
cərgə arpa, bir neçə növ buğda və darı yetişdirilirdi
253
. Digər tikintilər sırasında 
burada içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da 
aşkar edilmişdir. 
Əkinçilik qədim əhalinin əsas peşələrindən biri olduğuna görə əkinçilik 
texnikası yüksək səviyyədə inkişaf etdirilməli idi. Dəmir dövrünə keçdikdən sonra 
əkinçilik alətləri təkmilləşdirilməyə başlandı. Tarlalar ağac kotanla, dəmir toxa ilə 
şumlanırdı. Taxıl dəmir oraqla biçilirdi. Həsənluda qazıntı zamanı dəmir toxalar və 
dəmir oraq tiyələri tapılmışdır
254

Şəkillərdən göründüyü kimi, təsərrüfatda yüklər iki və ya dördtəkərli 
arabalarda daşınırdı. 
Təsərrüfat haqqında xüsusilə çox məlumatı II Sarqonun e. ə. 714-cü ildə 
Urartuya qarşı yürüşünün müfəssəl təsvirindən almaq mümkündür. Bu təsvirdə 
Mannada və onun tabeliyindəki vilayətlərdə arpa ilə dolu anbarların ələ
keçirilməsindən, zəngin əkinçilik rayonlarının var-yoxdan çıxarılıb xaraba
qoyulmasından danışılır. İstilaçının keçdiyi bütün yol boyunca mannalılar onun 
qoşununu ərzaqla təmin etməyə məcbur idilər. Məsələn, deyilir ki, Manna çarı 
Ullusunu Zirdakka qalasında «mənim (II Sarqonun) qoşunumu yedirib içirmək 
üçün anbarlara un və şərab doldurmuşdur»
255

Zikirtu ilə döyüşə hazırlaşanda II Sarqon Mannanın Panziş qalasını 
möhkəmləndirmişdi: «Onun (Ullusununun) qalası Panzişə... yaxınlaşdım. Bu 
şəhəri daha da möhkəmləndirdim, onun içərisinə yağ, dən, şərab və döyüş 
ləvazimatını qaldırdım»
256

Uişdiş və Sanqibutu vilayətində çoxlu taxıl ehtiyatı var idi, görünür, 
müharibə ehtimalına qarşı və ya qıtlıq illəri üçün yaradılmışdı: «onun ölkəni və 
camaatı dolandırmaq üçün uzun müddət anbarlara vurduğu bərəkətli arpa və
buğda ehtlyatını qoşunumun atları, qatırları, dəvələri və ulaqları ilə daşıtdırıb öz 
düşərgəmdə qalaq-qalaq yığdırdım»
257

Şəhərlərdə belə böyük albarlar olduğunu arxeoloji qazıntılar da sübut edir.
Həsənluda qazıntı zamanı tapılmış binalardan biri təsərrüfat məqsədləri üçün 
istifadə olunurdu. Onun içərisində keramik məmulat, kənd təsərrüfatı 
məhsullarının: qala ətrafında yetişdirilən buğda, arpa, darı, əncir və üzümün 
qalıqları var idi
258

253
R. H. Dyson. The Hasanlu Project. ―Science‖, 135. 1962, p. 645.
254
R. H.Dyson. Science Meet Ancient Hasanlu. "Natural History", LXXIII 8, p.18. 
255
F. Thureau-Dangin. Göst. əsəri. sətr. 53; AVİU, 49, səh. 322. 
256
F. Thureau -Dangin. Göst. əsəri. Sətr. 76-78; AVİU, 49, səh. 323- 327. 
257
AVİU, N 49, səh. 326-327. 
258
M. van Loon. Excavation in Northwest Iran, səh. 27. 


Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa 
imkan verirdi. Bizə məlum olduğuna görə, Urartu çarı I Rusa mannalılardan zəbt 
etdiyi Sanqibutu vilayətinin Ulxu
259
şəhərinin ətrafında kanallar çəkdirmişdi. «O, 
axar suyu aparan kanal qazmış və onu Fərat çayı kimi gur axmağa məcbur 
etmişdir. Kanaldan saycız-hesabsız arxlar ayırmışdı... zəmiləri həqiqətən 
suvarırdı»
260
. Bu təsvir Tuşpa şəhərinə çəkilmiş Minuanın yaxşı qalmış kanalını 
xatırladır
261

Arxların bəzisi borularla yerin altından çəkilmişdi
262
. Sanqibutu 
vilayətinin təxmin edildiyi rayonun yaxınlığında Bastam məskənində də uzunluğu 
12 kilometrə qədər olan bu cür kanalın qalıqları tapılmışdır
263

Güman edilir ki, kanallar çox uzun idi və Sanqibutunin xeyli hissəsinin 
torpaqlarını suvara bilirdi. Su, ola bilsin, Araz çayının qolu Kotor çayından 
götürülürdü. 
II Sarqon Sanqibutu vilayətinin «böyük, qamış kimi sıx bitən ağaclarını», 
meyvə bağlarını və üzümlüklərini, xüsusilə qeyd edir. Görünür, Mannada 
üzümçülük də böyük miqyas alıbmış. II Sarqon tənəkləri «dağların pöhrəlikləri» 
adlandırır
264
. Burada şərabçılıq inkişaf etmiş sahə idi. Ulxu şəhərini aldıqdan sonra 
II Sarqon məlumat verir ki, gizli şərab zirzəmilərinə girmiş və onun qonşuları 
«irili-xırdalı tuluqlardan ləzzətli şərabı çay suyunu içən kimi içmişlər». Mannanın 
digər vilayətlərində də şərab ehtiyatları var idi. Həsənluda qazıntı zamanı aşkara 
çıxarılan məskəndən bu cür şərab anbarları, onların içərisində isə torpaq döşəməyə 
basdırılan şərab küpləri tapılmışdı
265
. Urartuda Karmir-blurda torpaq zirzəmiyə 
dörd çərgə düzülmüş iri çaxır küpləri (karas) olan belə binalar qazılıb aşkar 
edilmişdir. Bu küplər onun həcmini göstərən mixi yazılara və ieroqlif işarələrə 
malikdir. B. B. Piotrovskinin məlumatına görə onların bəziləri 240 litrə yaxın çaxır 
tutur
266
. Belə anbarlar Şərqi Anadoluda Altıntəpə yaşayış yerində də aşkar 
edilmişdir
267


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin