Solmaz qaşqay



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   ...   7   8   9   10   11   12   13   14   15
kitab20110305115844139

 
 
 
 
 
259
Ulxu müasir Marand şəhərinin yaxınlığında yerləşdirilir. AVİU, səh. 335, qeyd 50. 
260
F. Thureau-Dangin. sətr. 203-204; AVİU 49, səh. 327. 
261
UKN, 43-56. 
262
E. Zhureau-Dangen. Göst. əsəri. sətri 222. 
263
W. Kleiss. Excavation of the Urartian fortress Rusahinili, Bastam, 1969, səh. 20. 
264
F. Thureau-Dangin, sətr. 239. 
265
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 122. 
266
Б. Б. Пиотровский. Кармир-Блур II. Результаты раскопок 1949-1950. «Археологические 
раскопки в Армении», 2, Ереван, 1950, səh. 18-20. 
267
Tahsin Özquç. Altintepe II, səh. 34. 


MALDARLIQ VƏ ATÇILIQ 
Əkinçiliklə yanaşı maldarlıq da təsərrüfatın ən mühüm sahələrindən biri 
idi. 
Cənubi Azərbaycanın şimali-qərb hissəsi-Qaradağın ətəklərinin Muğan 
düzü ilə qovuşduğu yerlər yaxşı qış otlağıdır. Zaqros dağları sistemində geniş təbii
otlaqlar vardır və burada ayaqaltı yemlə milyonlarla mal-qara saxlamaq 
mümkündür
268

Manna ərazisində qaramal, davar, at saxlanılması mixi yazılardan bəllidir. 
Burada köçəri maldarlıq (yaylaq maldarlığı) inkişaf etmişdi. Mal-qara yazda 
dağlara sürülür, payızda vadilərə gətirilirdi. B. B. Piotrovskinin fikrincə ola bilsin 
ki, Urartu çarlarının yürüşlərinin vaxtı yaylaq maldarlığı ilə bağlı imiş. Daha çox 
qənimət ələ keçirmək mümkün olsun deyə, yürüşlər ya mal-qara dağlara sürülənə 
qədər, ya da dağdan qaytarılandan sonra edilirdi
269
. Bu mülahizənin düzgünlüyünü 
o da təsdiqləyir ki, Həsənlu ərazisinə yürüş və qədim qalanın dağıdılması yayın 
sonuna təsadüf etmişdi: buradan üzümlə dolu qablar tapılmış, görünür, şərab 
çəkmək üçünmüş
270

II Sarqon bildirmişdi ki, du'uzu ayı (iyun-iyul aylarına müvafiqdir
271

«qoşun yığmaq və düşərgə salmaq üçün» buyurulubdur
272
. Yürüşlərin təsvirinin 
sonunda adətən çoxlu qaramal və davar aparıldığı haqqında məlumat verilirdi. 
II Aşşurnasirapal Daqara ölkəsindən və bütün Zamuanın çarlarından bac 
olaraq «at, qaramal və davar» tələb edirdi
273

III Salmanasar Mannanın adını ilk dəfə çəkəndə buradan «saysız-hesabsız 
qaramal və qoyun» ələ keçirdiyini söyləyir
274

I Argişti Aza vilayəti və Mannada külli miqdarda mal-qara ələ keçirir. O, 
məlumat verir ki, 2411 baş qaramal, 6140 baş davar, 170 at və 62 dəvə 
aparmışdır
275
. Aza vilayətində əsasən, əkinçilik və bostançılıq geniş yayıldığına 
görə, mal-qaranın hesabı bütövlüklə Mannaya aid edilir
276

I Argiştinin oğlu II Sardurinin kitabəsində bir neçə vilayətdən o cümlədən 
Puluadidən ələ keçirilən mal-qara sadalanır və sayı göstərilir. Puluadi ölkəsinin 
payına təkcə bir yürüş zamanı ələ kcçirilən təqribən 1400 baş at, 1200 başdan çox 
qaramal və 18 min başdan çox davar, 115 baş dəvə düşür
277

268
S. Q. Qorelikov. İran, səh. 59-60. 
269
Б. Б. Пиотровский. Ванское царство, səh. 149. 
270
R. H. Dyson. Problems of Protohistoric Iran as seen from Hasanlu, səh. 202. 
271
AVİU № 49. 
272
F. Tluireau-Dangin, sətr. 8. 
273
ARAB I, 451, 452. 
274
ARAB I, 587. 
275
UKN, 127, U, sətr. 7-8. 
276
H. V. Arutyunyan. Göst. əsər, səh. 148. 
277
N. V. Arutyunyan. Göst. əsəri, səh. 143-144. 


Düşmən qoşunları hücum edəndə yerli əhali var-yoxunun heç olmazsa bir 
qismini qarətdən xilas etmək üçün, adətən mal-qarasını dağlara ötürürdü. Assuriya 
çarları dağlara sürülən mal-qaranı ələ keçirib geriyə, yəni vadilərə qaytardıqlarını 
tez-tez xəbər verirlər. V Şamşi-Adad Messi vilayətində, Mannanın özündə və 
başqa vilayətlərdə qaramal, davar, qoşqu atları və dəvələr ələ keçirmişdi
278

Sənədlərdə dəvə çox az xatırlanılır. Onlardan yük heyvanı kimi istifadə 
olunmuşdur. Hökmdar I Rusanın torpaq sədlərin düzəldilməsində və kanalların 
çəkilməsində dəvələrdən istifadə etməsi bizə məlumdur
279

Allahları aparan döyüş arabalarına qatır və öküzlərin qoşulmasını əks 
etdirən Həsənlu qızıl camındakı təsvirlər onlardan istifadəni göstərir. Tanrıların 
qabağına qurbanlıq qoyun gətirirdilər. Ölənlərə də qurban kəsirdilər. Qəbirlərdən, 
adətən keçi və qoyun sümükləri aşkar edilir
280

Manna çarlığının vilayətlərində atçılığa çox böyük əhəmiyyət verilirdi. 
Qafqazda və Ön Asiya vilayətlərində at ən azı e. ə. III minillikdən məlum idi. E. ə. 
III minilliyin birinci yarısına aid Elam təsərrüfat sənədləri arasında ayğır, madyan 
və dayçalara aid məlumatlar vardır
281

Kassilər dövrünə aid Babil sənədlərində və incəsənətində at xatırlandığına 
görə onun əhliləşdirilməsini kassilərlə əlaqələndirirlər
282
. Atçılıq tədricən daha 
geniş yayılır. O, iqtisadiyyat və hərbi işdə aparıcı mövqe tutmağa başlayır, bəzi 
əyalətlər atçılığın inkişafı üzrə ixtisaslaşır. Mannanın təsərrüfat həyatında atın 
əhəmiyyətinin güclənməsini köçmə maldarlığın inkişafı ilə bağlayırlar. Mal-
qaranın sayının çoxalması otlaqların genişlənməsini, maldarların get-gedə öz 
yaşayış məskənlərindən daha da uzaqlaşmasını tələb edirdi. At köç yurdlarını 
yaşayış məskənləri ilə birləşdirən əsas nəqliyyat vasitəsinə çevrildi
283

E. ə. II-I minilliyin ayrıcında və xüsusilə I minilliyin əvvəlində minik 
atından hərbi məqsədlərlə istifadə edilməsi, süvariliyin yayılması irandilli əhalinin 
məskunlaşması ilə əlaqədar idi. Görünür, qonşu xalqların süvari qoşunları məhz öz 
silahlı süvariləri ilə güclü olan irandilli tayfalarla mübarizədə təşəkkül tapmışdı. 
Atçılıq sürətlə yayılır, iqtisadiyyatda və hərbi işdə getdikcə daha böyük 
yer tuturdu. Urmiya gölünün şimal-şərq əyalətlərinin təbii şəraiti - təbii otlaqlar 
olan alp çəmənlikləri və münbit vadilər atçılığın inkişafına imkan yaradırdı. 
Assuriya 
qaynaqlarında Urmiyaboyu vilayətlərdən alınan bac 
sadalanarkən tədricən at birinci göstərilir, bəzi vilayətlərdən bac olaraq ancaq at 
alınırdı. Mannaya yürüş etmiş çarların demək olar hamısı belə məlumat verirdi: 
«Mannalılardan qoşqu atları bac aldım». Zamuadan, Gilzandan, Messidən, 
278
ARAB, I, 718. 
279
F. Thureau-Dangin, göst. əsəri. 36, 78; AVİU № 49, səh. 322-323. 
280
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 121. 
281
W. Hinz. Das Reich Elam. Stuttgart, 1964, səh. 25. 
282
И. М. Дьяконов, История Мидии, səh. 124-125. 
283
Б. Б. Пиотровский. Археология Закавказья. Л., 1949, səh. 75-77 


Gizilbundadan Assuriya çarına qoşqu atları göndərirdilər. I Rusa zamanında 
Urartulular tərəfindən tutulan, lakin Assuriya çarının köməyilə yenidən Mannaya 
qaytarılan Manna vilayəti Subinin əhalisi at yetişdirməkdə xüsusilə mahir idi. II 
Sarqonun kitabəsində bu barədə ətraflı danışılır: «Həmin vilayətdə yaşayan 
adamların bütün Urartuda süvari qoşun üçün at əhliləşdirməkdə tayı-bərabəri 
yoxdur. Öz geniş ölkəsində, öz çar alayı üçün bəslədiyi və hər il vergi kimi aldığı 
kiçik dayçaları, Urartu adamlarının Mannalılar ölkəsi adlandırdıqları Subi 
vilayətinə gətirirdilər, boy-buxununa baxmayınca, minib səyirtməyincə, gərdişə 
gəlməyi, dövrə vurmağı, dönməyi, döyüş üçün vacib olan bütün vərdişləri 
öyrətməyincə bu dayçaları yəhərləmirdilər»
284

Urartu hökmdarı I Rusanın döyüş zamanı minik atlarından istifadə etməsi 
II Sarqonun: «öz qoşununu sıraya düzdü, onları qaçağan minik atlarına mindirdi və 
silah verdi» məlumatından da bəlli olur
285

Subi vilayətinin Sanqibutu ilə həmsərhəd zonasında Uşkaya ilə Tarmakisa 
(indiki Təbriz) qalaları arasında yerləşən Aniaştaniya
286
məskənini II Sarqon 
«ilxılar evi» adlandırır
287

Gizilbunda vilayəti qəsəbələrin rəisləri Mannanın Zirdiakka qalasına II 
Sarqona qoşqu atları, sayagəlməz qaramal və davar gətirirdilər
288

Mannalı Ullusunu da II Sarqona «qoşqu ləvazimatı ilə birlikdə qoşqu 
atları» bəxş etmişdi
289

Həsənludan tapılan müxtəlif əşyaların üzərindəki rəsmlərdən görünür ki, 
təkərli nəqliyyat da, atminmə də geniş yayılmışdı. Qızıl və gümüş canların 
üzərindəki təsvirlər biratlı və ikiatlı arabaların mövcud olduğunu göstərir. Bunların 
bəzisi çox tutumlu idi: ikiatlı arabada üç adam yerləşirdi. Arabanın dalınca iki 
döyüşçü yəhərsiz at aparırdı
290
. Hər iki arabanın təkərlərində Assuriya və Urartu 
arabalarında olduğu kimi altı dəndənə vardı
291

Həsənluda e. ə. IX əsr layından üzərində at və atlı təsviri olan ağac relyef 
tapılmışdır
292
. Qazıntı zamanı aşkar edilmiş əşyalar arasında at, qoç və buzov başı 
formasında məharətlə hazırlanmış ritonlar (su içmək üçün qablar) vardır
293

Buradan kəm və bər-bəzəkli qoşqu şeyləri ilə birlikdə dəfn edilən at da 
284
F. Thureau-Dangin, göst. əsəri, sətr. 170-173, AVİU № 49, səh. 326 
285
AVİU, 49, səh. 324. 
286
E. A. Qrantovski Aniaştaniya adını İran dilləri ilə izah edir. O, güman edir ki, bu söz yerli dillər 
tərəfindən mənimsənilmişdir; ümumiyyətlə isə o qeyri-iran dilləri mühitində də yarana bilərdi. Bax. Э. 
А. Грантовский. Ранняя история иранских племен Передней Азии. Səh. 279-280. 
287
F. Thureau-Dangin, göst. əsəri. Sətr. 184; AVİU № 49, səh. 326. 
288
AVİU № 49, səh. 323. 
289
Yenə orada, səh. 322. 
290
Archeology, XII, 3, p. 171. 
291
Б. Б. Пиотровский. Урартская колесница. «Древний мир», М., 1962, səh. 341 
292
V. E. Crawford. Hasanlu 1960, səh. 92. 
293
Yenə orada, səh. 93 


tapılmışdır
294
. At dəfn etmək Naxçıvan diyarında da geniş yayılmış bir adət idi. 
Qədim Şahtaxtı qəbiristanının bir çox qəbirlərində çoxlu qab-qacaqla birlikdə at 
skeletlərinə də rast gəlinir, lakin insan sümüklərinin izləri yoxdur
295
. Mərlik 
mədəniyyəti daşıyıcılarının dəfn adətlərindən də ata xüsusi münasibət 
bəslənildiyini, ona hətta müəyyən dərəcədə sitayiş edildiyinn görmək olar. 
Döyüşçülərin məzarları ilə yanaşı, atlar üçün ayrı-ayrı dəfn kameraları qurulurdu. 
Bu kameralardan at dişləri və tunc gəmlər tapılmışdır
296
. Kaluraz məhəlləsində 
ayrı-ayrı at qəbirləri aşkar edilmişdir. Hər bir qəbirdən bütün qoşqu ləvazimatı və 
bəzək şeyləri ilə birlikdə üç at skeleti çıxmışdır
297
. Beləliklə, görürük ki, bu 
vilayətlərdə əkinçiliklə yanaşı, maldarlıq və atçılıq da geniş surətdə inkişaf etmişdi. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin