Solmaz qaşqay


MƏNƏVİ MƏDƏNİYYƏT VƏ DİNİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   ...   7   8   9   10   11   12   13   14   15
kitab20110305115844139

 
MƏNƏVİ MƏDƏNİYYƏT VƏ DİNİ 
ETİQADLAR 
Qədim dövrün müxtəlif xalqlarının mənəvi mədəniyyətində dini etiqadlar 
və ayinlərin icrası xüsusi yer tutur. Əhalinin dini etiqadları ilə tanışlıq onun 
mədəniyyətini və incəsənətini, onun dünyagörüşünün inkişafını başa düşmək üçün 
zəruridir. 
Yerli əhalinin dini baxışları haqqında yazılı qaynaqların məlumatı son 
dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin 
sitayiş etdikləri allahların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir 
neçə məlumat belə güman etməyə əsas verirki, mannalıların şəhərlərində ayrı-ayrı 
məbədlər varmış və bu məbədlərdə allahların heykəlləri qoyulubmuş. II 
Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı 
Zamridə ələ keçirilən bütlərdən də xəbər verir
387
. II Sarqon deyir ki, mannalılar 
çarları Ullusunu ilə Aşşura və öz allahlarına təşəkkür duası oxumuşlar; «onlar 
mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin allahlarının hüzurunda xeyir-
dua vermişlər»
388

Arxeoloqlar Həsənluda qazıntı zamanı aşkara çıxarılmış məskənin 
binalarından birini məbəd hesab edirlər: bu binanın ortasında kərpic meydança 
vardı, güman ki, gətirilən qurbanları burada yandırırlarmış. Divarlardan birinin 
dibində pilləkanlı səki aşkar edilmişdir, səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu. 
Binaların döşəməsinə daş lövhələr düzülmüşdür. Onun altında isə suyun 
axması üçün tünglər yerləşir
389

Yerli əhalinin dini görüşləri haqqında biz maddi mədəniyyət abidələrındən 
daha çox məlumat ala bilərik. Dəfn adətləri, keramika və metal məmulatın, dəyirmi 
386
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 121. 
387
ARAB, I, 454. 
388
F. Thureau-Dangin, sətr. 63. AVİU № 43, 323. 
389
M. van Loon. Excavation in Northwest Iran, 1962, səh. 26; R. H. Dyson. Hasanlu et les valleos de 
Solduz et d'Ushnu, səh. 88. 


möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının 
xüsusiyyətlərini əkə etdirir. 
Həsənludan tapılmış qızıl camın yuxarı registrindəki təsvirlər allahlara 
sitayiş və qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir. Qatırlar və 
öküz qoşulmuş üç cənk arabasını, ətəyi uzun, qolu qısa olan, saçaqlı paltar geymiş 
allahlar sürürlər. Onların saçları bellərinə çatır. Allahlara tərəf iki fiqur gəlir, 
ehtimal ki, kahinlərdir - biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri 
ibadət edirmiş kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca 
qurbanlıq qoyunlar gətirir. Onlar da allahlar və kahinlər kimi geyinmişlər, lakin 
saçları çiyinlərinədək kəsilmişdir. 
Bu təsvir kompleksi allahlara şərab nəziri vermək mərasiminin icrasından, 
havaların məhsul üçün əlverişli olması naminə qurbanlar kəsilməsindən bəhs edən 
münbitlik mifləri ilə əlaqələndirilir
390

Camın üzərində təsvir edilmiş allahların baş geyimində qanadlara və 
buynuzlara bənzər şeylər vardır. Həsənluda minalı divar daşında buynuzlu allahın 
başının relyefli təsviri aşkar edilmişdir
391
. Qanadların olması bu ərazidə geniş 
yayılmış hürri ənənəsi sayılır
392

Qızıl camın üzərində təsvir edilmiş, öküz qoşulu cəng arabasını sürən 
allahı tufan, hərb allahı ilə eyniləşdirmək olar ki, onun da atributu (əlaməti) 
öküzdür. Bu allah assurların allahı Adada, urartuluların allahı Teyşebaya, hürrilərin 
allahı Teşşoba (Teşuba) uyğundur
393

Qatırlar qoşulmuş cəng arabalarının sürücüləri Mesopotamiya allahları 
olan Günəş allahı Şamaş və Ay allahı Sin ilə tutuşdurulur. Mesopotamiya 
təsvirlərindən göründüyü kimi, bu allahlar tez-tez Adad allahı müşayiət edirlər. 
Bunlar üçü birlikdə dində təbiətin xeyirxah qüvvələrinin təcəssümü olan allahlar 
üçlüyünü təşkil edirlər
394
. Adətən mifik rəvayətlərdə xeyirxah qüvvələr şər 
qüvvələrlə qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır. 
Urmiyayanı ərazidə aşkara çıxarılmış qədəhlərdən birinin üzərində 
məhvedici kor qüvvələrin təcəssümü olan ikibaşlı ilana qarşı təbiətin xeyirxah 
qüvvələrinin mübarizəsi təsvir edilmişdir. Bu motiv Həsənlu camı üzərində də əks 
olunmuşdur; burada düşmən qüvvələr üçbaşlı əjdaha surətində çıxış edirlər
395

Qədim əhali vəhşi heyvanlara və ev heyvanlarına fövqəltəbii qüvvələr 
isnad verir, bəzilərini allahların rəmzi, müttəfiqi və əksinə, düşməni sayırdılar. 
390
P. Diba. Le vase en or de Hasanlu, səh. 130. 
391
R. H. Dyson. Ninth Century Men in Western Iran, şək. 7. 
392
R. Dussaud. Le religion de Hittite et des Hourrites des Pheniciens et des Syriens. "Mana", Paris, 
1949, səh. 338. 
393
E. Porada. The Hasanlu Bowl, səh. 19. 
394
P. Diba. Le vase en or de Hasanlu, səh. 129. Q. N. Kuroçkinin «К интерпретации некоторых
изображений раннего железного века с территории северного Ирана». (Сов. археология 1974, 2)
məqaləsində camın üzərindəki təsvirlərə qədim İran mifologiyası nöqteyi-nəzərindən baxılır. 
395
P. Amiet. Une vase rituel iranien. "Syria", LXX, səh. 235. 


Mesopotamiya və Kiçik Asiya allahları ilə yaxınlıq, əlbəttə Urmiya gölü 
hövzəsinin vilayətləri həmsərhəd ərazilər arasında mövcud olmuş qonşuluq 
münasibətləri və əlaqələr sayəsində mümkün ola bilər. Lakin nəzərdən keçirilən 
ərazidə Assuriya və ya Urartu allahlarının tam eyni olan allah təsvirləri 
tapılmamışdır. Məlumdur ki, qədim xalqların demək olar hamısında təbiət 
qüvvələrınə sitayiş geniş yayılmışdır, lakin bu qüvvələr hər dəfə yerli şəraitə və 
adətlərə müvafiq olaraq təsvir edilirdi. 
Nəzərdən keçirilən ərazinin qədim əhalisinin etiqadlarında dirilik ağacına 
sitayiş böyük yer tutur. Bu Həsənlunun, Mərlikin, Ziviyənin qədim əhalisinin 
incəsənətində də öz əksini tapmışdır. Sənətkarların hazırladıqları bir çox metal və 
sümük əşyalarda, möhürlərdə dirilik ağacının ətrafında ayaq üstə durmuş və yaxud 
diz çökmüş heyvanlar təsvir olunur. Həsənludan tapılmış qab parçalarından 
birində
396
, Mərlikdən tapılmış möhürlərdə
397
ağacın qabağında dayanan dağ 
keçisinin təsviri vardır. Mərlikdə aşkara çıxarılmış qızıl qədəhin üzərindəki 
təsvirdə dirilik ağacının yanlarında qanadlı öküzlər dayanmışdır
398
. Ziviyədə aşkara 
çıxarılmış qızıl pektoralın yuxarı registrində dirilik ağacına bənzədilmiş ağac, onun 
yanlarında qabaq ayaqlarını qaldırmış dağ keçiləri, aşağı registrdə qanadlı öküzlər
təsvir edilmişdir
399

Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı 
təbiətin ölməsi və dirilməsi ideyasını, qədim əhalinin əhyaya (dirilməyə) və axirətə 
inamını təcəssüm etdirirdi
400
. Müvafiq dövrün qəbirləri də buna sübutdur. Ölünü 
sağlığında nədən istifadə eləmişsə və o dünyada ömrünü davam etdirmək üçün nə 
lazımsa hamısı ilə təmin edirdilər
401
. Qəbirlərə silah, bəzək şeyləri, içində yemək-
içmək olan çoxlu qab-qacaq qoyulurdu, bəzən qazıntı zamanı bu yemək-içməyin 
qalıqları tapılır. Qəbirlərə hökmən qoyulan əşyalardan biri də ehtimal ki, dini 
mərasimlərdə işlədilən və içərisinə müqəddəs su doldurulan uzunlüləli qablar idi. 
Mərhumun baş tərəfində qurbanlıq heyvanlar yerləşdirilirdi. 
Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu: görünür, o da 
ilahiləşdirilirdi. Mərlik
402
, Kaluraz
403
və Şaxtaxtı
404
nekropolundan, tapılmış 
materiallar sübut edir ki, atlar ayrıca qəbirlərdə basdırılırdı. 
396
V. E. Crawford. Hasanlu 1960, səh. 92. 
397
E. O. Negahban. Notes on some Objects, səh. 312. 
398
Yenə orada, səh. 322. 
399
A. Godar. Le tresor de Ziwiye. 
400
T. A. Madloom. The Chronology of New-Assyrian Art. London. 1970, pl. XLXX; Б. Б. 
Пиотровский. Скифы в Закавказье. «Уч. зап. ЛТУ», 85, 1949, səh. 183; М. А. Гусейнова. 
Изображение древа жизни на сосуде эпохи бронзы из долины реки Гянджачай в Азербайджане. 
ДАН, XXVIII, 9-10, 1972. 
401
V. E. Crawford. Hasanlu 1960, səh. 89. 
402
E. O. Negahban. Notes of some Objects from Marlik, səh. 309-310. 
403
A. Hakemi. Kaluraz et la Civilisation des Mardes, səh. 64-65. 
404
Л. К. Алекперов. Крашеная керамика Нахичеванского края и Ванское царство, səh. 249-262; О. 
А. Абибуллаев. Материалы Шахтахтинского погребения, səh. 27-37.


Əfsanəvi xüsusiyyətlərə malik olduqları güman edilən atların təsvirlərinə 
sənətkarların qayırdıqları əşyalarda da rast gəlinir
405

Materiallar kectərir ki, Urmiyayaiı vilayətlərdə allahlar panteonu varmış, 
əhali allahlara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini 
ayinlər icra edilirmiş. Urmiya gölü hövzəsi əhalisinin özgün mənəvi mədəniyyəti 
dini örtükdə müəyyən dərəcədə öz əksini tapmışdı. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin