Solmaz qaşqay



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   ...   7   8   9   10   11   12   13   14   15
kitab20110305115844139

 
 
SƏNƏTKARLIQ VƏ XAMMAL MƏNBƏLƏRİ 
PROBLEMİ 
Manna ərazisinin zəngin faydalı qazıntı mənbələri həmişə Aşşur 
işğalçılarının diqqətini cəlb etmişdir. Kitabələrdə ələ keçirilmiş qızıl, gümüş, mis, 
qurğuşun və s. adı çəkilir. 
Yazılı abidələr dövründə metallar, onların istehsalı və emaletmə sənəti 
Yaxın şərqdə artıq çox yaxşı məlum idi. Aşşur mixi yazılı mənbələrindən istifadə 
edilən metalların adı bizə məlumdur. Yalnız - annaku (m) termini anlaşılmazdır. 
Onu gah qurğuşun, gah da qalay kimi tərcümə edirlər. «Annaku (m)» sözü 
haqqında mütəxəssislərin mülahizələri B. Landsbergerin tədqiqat işində nisbətən 
dolğun işıqlandırılmışdır
298

Belə güman edilir ki, qalay qədim dövrlərdə zəngin və müxtəlif çeşidli 
faydalı qazıntı yataqları olan Qaftazda və Təbriz rayonunda çıxardılırdı. Strabonun 
adını çəkdiyi qədim Drangiananın da qalay tədarükçüsü olması güman edilir
299

Tarixçilərin mülahizələri başlıca olaraq arxeoloji materiallara, daha doğrusu əldə 
edilmiş tunc məmulatı tərkibində qalayın mövcudluğuna əsaslanır. Ona görə də, 
anlaşıldığı kimi qalay mənbələrinin hardasa metaləritmə mərkəzlərinin 
yaxınlığında olması güman edilir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, təbiətdə təbii halda saf qalaya
təsadüf olunmur. Onun əsas birləşməsi qranitdə və qranit süxurlarda, habelə qalaylı
294
R. H. Dyson. The Hasanlu Project, səh. 645. 
295
А. К. Алекперов. Крашеная керамика Нахичеванcкого края и Ванское царство. СА, 4, 1937, 
стр. 249-262; О. А. Абибуллаев, Матер. Шахтахтинского погребения. Изв. Азерб. ССР, 5, 1961, 
стр. 27-37. 
296
E. O. Negahban. Notes on some Objects from Marlik, səh. 310; yenə onun. The Wonderful Gold 
Treasures of Marlik, səh. 663. 
297
A. Hakemi. Excavation in Kaluraz, Gilan, səh. 6. 
298
V. Landsberger. Tin and Lead: The Adventures of the vocables, JNES, 1965. 24, 3, səh. 285-296. 
299
Strabon, XV, 2, 10. 


süxur damarlarının dağılması nəticəsi olan daş və çınqılda təsadüf edilən oksiddir. 
Lakin 
intruziv 
formssiyaların 
geoloji-geokimyəvi 
tədqiqatlara əsaslanan 
geoloqların axtarışları qalayın ümumiyyətlə Qafqazda və İranda meydana çıxması 
üçün şəraitin olmadığını göstərir. Qalay istehsalı sahəsində dəfələrlə aparılan 
axtarışlar da müsbət nəticə verməmişdir
300
. Drangianaya gəldikdə isə demək 
lazımdır ki, Orta Şərq ölkələrinin (İran, Əfqanıstan, Pakistan) geoloji cəhətdən 
öyrənilməsi göstərir ki, qalay Əfqanıstanın Gilmənd (Həzəricat) zonasında, ancaq 
yüksək tutumlu küçələrdə müşahidə olunur
301
. Yazılı mənbələrdə annaku (m) 
metalı xərac kimi, eləcə də aşşurların Urmiyanı və Kiçik Asiyanın şərq əyalətlərinə 
hərbi yürüşləri zamanı ələ keçirilmiş qənimətlər sadalanarkən adı çəkilir. O, demək 
olar ki, həmişə digər metallarla yanaşı, adətən miqdarı göstərilmədən xatırlanır. 
Ələ keçirilən metalın nadir hallarda miqdarı göstərildikdə sadalanan rəqəmlərdə 
uyğunsuzluq nəzərə çarpır. Məsələn, iki talant (I talant 30 kq-a bərabərdir) gümüş 
və qızıl, habelə iqtisadiyyat üçün daha mühüm və vacib olan yüz talant mislə 
yanaşı yüz talant annaku (t) metalının da adı çəkilir
302

Əgər kiçik əyalət hakimlərinin xəzinəsində öz ərazisində istehsal edilmiş 
və ya ticarət vasitəsilə toplanmış bu qədər annaku (m) - qalay var idisə, onda o 
digər ələ keçirilmiş metalların çox olduğu Karxemiş, Til-Barsib və s. kimi zəngin 
şəhərlərin xəzinələrində də olmalı idi
303

Bundan əlavə, tutalım ki, ehtiyatda bu qədər annaku (m) - qalay olmuşdur. 
Məlumdur ki, qədim əhali artıq tuncla tanış olsa da əşyaların əksəriyyəti demək 
olar ki, saf misdən hazırlanırdı. Deməli, onda mis dəfələrlə çox olmalı idi. Bunu 
arxeoloji materialların kimyəvi təhlili də təsdiqləyir.
Ur şəhərindən tapılmış əşyaların təhlili göstərir ki, onların tərkibinin 
99,12%-ni mis təşkil edir
304
. Misirdə firon I Pepinin (IV sülalə) aşkar edilmiş 
heykəli 98, 2% misdən ibarətdir
305
. Bu və ya digər hallarda qalaya ümumiyyətlə 
təsadüf edilmir. S. Deşin təhlil etdiyi çoxlu əşyalar digər metalların çox cüzi təbii 
qarışığı olan misdən hazırlanmışdır
306

Tunc əşyalar olduqca azdır və həmişə yazılı mənbələrdə qeyd edilir. II 
Aşşurnasirapal tuncdan hazırlanmış balta ilə dağlarda özünə yol açır
307
. Özünün 
300
M. А. Кaшкай, М. М. Алиев. Из истории геологических понятий и горнорудного дела в 
древнем и средневековом Азербайджане. Труды ин-та истории, естествознания и техники АН 
ССР, т. IX, 1954; М. А. Кашкaй, И. Р. Селимханов. Из истории древней металургии Кавказа. 
Баку, 1973, səh. 164. 
301
Ю. С, Перфильев, В. В. Веселов, В. М. Морал. Основные черты металлогении Среднего 
Востока. «Сов. геология», 1973, 10, səh. 76. 
302
ARAB I, 466, 477, 501. 
303
ARAB I, 476, 601. 
304
«Очерки по истории техники древнего Востока», М.-Л., 1940, səh. 84. 
305
A. Лукас. Материалы и ремесло древнего Египта. М.,1958, səh. 304 
306
C. H. Desch. Report of the Metallurgical Examination of Spesimen for the Sumerian Comutee of the 
British Association, 1928, p. 440; 1933, p. 304. 
307
ARAB I, 460. 


hərbi yürüşlərinin birində
308
o, külli miqdarda mis əşyalarla yanaşı, yüz ədəd tunc 
qab ələ keçirir. 
II Sarqonun Musasir məbədində ələ keçirdiyi qənimətin ətraflı təsvirindən 
görünür ki, bütün əşyalar demək olar ki, gümüş, qızıl və misdən hazırlanmışdır. 
Tuncdan ancaq hökmdar heykəlinin oturacağı hazırlanmışdır; heykəlin özü və dörd 
qapıçının heykəli isə bütövlükdə saf misdəndir. II Sarqon külçə halında 3600 tunc 
da ələ keçirdiyini qeyd edir
309
. Əlbəttə Musasir kimi zəngin bir məbəd bu qədər 
tunc və həmçinin «ağ mis» (URUDU. UD. U.)
310
adı altında güman edilən qalay 
ehtiyatına da malik ola bilərdi; kitabələrdə «tunc» (UD. KA. BAR) istehsalında da 
«ağ», «parlaq» mənası bildirən UD. işarəsi vardır. 
Arxeoloji materiallar da qalayın hətta e. ə. II minilliyin sonu və e. ə. I 
minilliyin əvvəllərində, daha doğrusu qalay xəlitəli tunc özünün çiçəklənmə 
dövrünə çatdığı bir zamanda da geniş yayılmasını söyləməyə imkan vermir. 
Halbuki, əgər Təbriz rayonu və Qafqaz qalayın mənbəyi olsaydı onda bu hər 
şeydən öncə. Cənubi Azərbaycan, Qafqaz və Mesopotamiyanın özünün metal 
məmulatına böyük təsir göstərərdi. Bunun əksinə olaraq göstərilən ərazilərdən və 
qonşu əyalətlərdən saf qalaydan hazırlanmış əşyalar olduqca az tapılmışdır və 
onların hamısı da bəzək şeylərindən ibarətdir
311
. E. ə. 3500-3200-cü illərə aid 
edilən ən qədim tunc Urda aşkar edilmişdir
312

Göytəpə «D» materialları göstərir ki, qalay qarışıqlı tunc Cənubi 
Azərbaycanda e. ə. III minilliyin sonlarından meydana çıxmışdır
313
. Təxminən 
həmin dövrdən o, Şimali Azorbaycanda da görünməyə başlayır
314

V. D. Forbes Təpə Hissar, Təpə Giyan və Suzdan tapılmış metal 
məmulatlarının təhlili haqqında məlumat verir. Onlar əsasən misdən və cüzi qalay 
qarışıqlı tuncdan hazırlanmışdır
315

E. ə. 3500-2000-ci illərə aid edilən Təpə Qavrdan tapılmış doqquz, Tel-
Billadan tapılmış bir nümunənin təhlilləri məlumdur. Tərkibində 5 faizdən çox 
308
ARAB I, 466. 
309
F. Thureau-Dangin, göstərilən əsəri, səh. 362; AVİU № 49.
310
Yenə orada. 
311
Cənubi Azərbaycan və İran ərazisində saf qalaydan və ya xalitəsindən əşyalar tapılmamışdır. Şimali 
Azərbaycanda aparılmış arxeoloji qazıntılardan isə bizə Qalakənddən tapılmış saf qalaydan hazırlanmış 
bir ədəd ayaq xalxalı, Mingəçevirdən tapılmış qurğuşun xəlitəli iki əşya məlumdur. Bax. A. A. Иессен. 
Из истории металлургии Кавказа. M.-Л., 1935, səh. 158, 182; M. Кaшкай, И. Р. Селимханов. 
Исследование металлических изделий из древнего Мингечаура эпохи развитой бронзы. Изв. 
АГУ им С. М. Кирова, Баку, 1959, H. Kəsəmənlinin rəhbərliyi ilə 1973-cü ildə Daşkəsən rayonunun 
Xaçbulaq kəndindəki kurqanda aparılmış qazıntılar zamanı e. ə. I minilliyin əvvəllərinə aid qəbirdən saf 
qalaydan hazırlanmış boyunbağı tapılmışdır, Bax: С. M. Кaшкай. O metalle appaki (m) приурмийских 
областей, ВДИ 1976, № 3. 
312
C. N. Desch. göst. əsəri, səh. 437-441. 
313
T. Burton-Brown. Excavations in Azarbaijan, 1948, səh. 190. 
314
İ. N. Nərimanov, İ. R. Səlimxanov. Şərqi Zaqafqaziya əhalisinin məişətində ilk metalların tətbiqi. 
DAN Azerb. SSR, 4, 1965, səh. 76-79. 
315
P. G. Forbes. Studies in Ancient Technology. Leiden, 1964, IX.


qalay olan üç nümunədən başqa digər nümunələrdə onun ancaq izləri vardır. M. 
Levey belə hesab edir ki, qalay az işlənən metal olmuşdur. Ondan döymə üsulu ilə 
hazırlanması çətin olan, ancaq tökmə üsulu sayəsində öz formasına düşən 
mürəkkəb formalı məmulatın hazırlanmasında istifadə edilmişdir. Qalan əşyalar 
digər metallarla yüzdə bir qatışığı olan saf misdən tökülmüş, sonra isə döymə üsulu 
ilə lazımı formaya salınmışdır
316

Lakin mis və qalayın ərintisindən tunc alınması üsulu artıq məlum olanda 
da digər cismləşdirici materiallardan istifadə edilmişdir. Öz qalaylarının olmaması 
və görünür ki, onun gətirilməsindəki fasilələr sənətkarları tökmə zamanı tunc 
xəlitəsinin ərimə nöqtəsini azaltmağa imkan verən və onun möhkəmliyini artırmaq 
keyfiyyətinə malik qurğuşun, sürmə, arsen kimi əvəzedicilərdən istifadə etməyə 
məcbur etmişdir. 
Gültəpədən (Naxçıvan MP) e. ə. II minilliyin sonlarına aid mis-arsen 
xəlitəsindən hazırlanmış əşyalar aşkar olunmuşdur
317
. Mingəçevir tapıntılarının 
böyük əksəriyyəti özündə mis-sürmə xəlitəsini əks etdirir
318
. Həsənlu IV 
təbəqəsindən azacıq kalsium və maqnezium qarışıqlı sürmə tərkibli tunc əşyaları 
tapılmışdır
319

Bütün bu faktlar qalayın uzaqdan gətirilən qiymətli və nadir metal 
olmasını göstərir. Qalayın Ön Asiyaya haradan gətirilməsi məsələsi xüsusi tədqiqat 
tələb edən mühüm tarixi-arxeoloji problemlərdən biridir. Annaku (m) metalı 
çıxarılan Təbriz rayonuna gəldikdə isə o, qurğuşun filizi yataqları ilə indi də 
zəngindir. Məlumdur ki, gümüş saf halda çox az çıxarılır. Hətta indi də onun bütün 
istehsalının 80% -i gümüş tərkibli qurğuşundan alınır
320

Filizin gətirilməsini xüsusi «təmizlənmiş gümüş» növünün adı çəkilən, 
həmçinin «saflaşdırılmış Kaniş gümüşünə» işarə edilən Kaniş mətnləri də 
təsdiqləyir
321
. Bundan əlavə mətnlərdə yuyulmuş, xırdalanmış (metalın vəziyyəti 
və onun keyfiyyətini bildirən yerli istilahlarla) gümüşdən də bəhs olunur
322

Filizin çox böyük məsafələrə aparılmasını Babil padşahı Burnaburiaşın 
Misir fironu Ehnatona göndərdiyi məktub da sübut edir: «Sobaya 20 min (çəki 
vahidi - S. Q.) qızıl qoyanda oradan heç 5 min təmiz qızıl da çıxmadı»
323

Metaltökmə ustalarının filiz mədənlərindən uzaqlarda işlədiklərini bəzi
yaşayış məskənlərindən tapılmış metaləritmə emalatxanalarının qalıqları da sübut 
edir
324

316
M. Levey. Chemistry and chemical Technology in Ancient Mesopotamia. 1959, səh. 201-207. 
317
O. H. Həbibullayev. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959, səh. 54. 
318
Г. М. Асланов. Р. М. Ваидов, Г. И. Ионе. Древний Мингечаур, Баку, 1959. 
319
P. H. Dyson. The Hasanlu Project, səh. 646. 
320
A. Q. Betextin. Mineraloqya, M., 1950, səh. 227. 
321
Н. Б. Янковская. Клинописные тексты из Кюль-тепе в собраниях СССР. М., 1968, səh. 29. 
322
Yenə orada. 
323
«Очерки но истории техники Древнего Востока», səh. 90. 


Aşşurların qurğuşuna olan marağı ondan istehsalın müxtəlif sahələrində 
istifadə edilməsi ilə izah olunmalıdır. Qurğuşun da mis kimi ödənc vasitəsinə 
çevrilə bilər və gümüşü əvəz edib pul rolu oynaya bilərdi
325
. Tunc məmulatı 
tərkibində ərinti qatışığı kimi qurğuşuna tez-tez, özü də kifayət dərəcədə (20%-
dək) təsadüf olunur
326
. Bundan əlavə ondan boyaq (ağ boyaq, sülükən, kron və s.) 
mis hazırlanmasında lazım olan qurğuşun oksidi almaq üçün istifadə edilirdi
327

Misir materialları qurğuşundan insan və heyvan fiqurları, balıq ovu toru üçün 
qursalar, üzüklər, muncuqlar və s. bəzək əşyaları, məcməyi, boşqab, tıxac, habelə 
mərasim qabları və allahların heykəllərinin baş geyimlərinin qəliblərinin 
hazırlanmasında istifadə edildiyini göstərir. Qurğuşundan həm də tunc çəki 
daşlarının və tunc heykəlciklərnn boşluğunu doldurmaq üçün də istifadə 
olunmuşdur
328

Herodotun yazdığından məlumdur ki, Babildə Fərat çayı üzərində daşları 
bir-birinə «dəmir və qurğuşunla bəndlənmiş» körpü tikilmişdi
329

Göründüyü kimi qalaydan fərqli olaraq qurğuşun digər metallarla yanaşı 
daha gərəkli material olmuş və ondan daha geniş istifadə edilmişdir. 
Q. A. Melikişvili Puluadi əyalətinin adını Ön Asiyanın bir çox dillərində 
mövcud olan pulad («polad») sözü ilə əlaqələndirir. Bu sözün indi mövcud olan 
dillərin materialları əsasında etimologiyası açılmadığına görə Q. A. Melikişvili 
zənn edir ki, həmin söz həmişə olduğu kimi metal və metal məmulatı istehsalı ilə 
məşğul olmuş tayfaların və ya yerlərin adından, burada isə məhz Urartu 
mənbələrində adı çəkilən Puluadi ölkəsinin adından yaranmışdır
330
. Həqiqətən də 
bu ölkənin lokalizə edildiyi rayonda indi də mis, qurğuşun, dəmir də s. metallar 
çıxarılır. 
Qədim sənətkarlar əsasən, təbii ehtiyatların onlara verdiyi imkanlardan 
faydalanmışlar. Puluadi əyaləti ilə yaxın qonşuluqda yerləşən Mərlik tapıntıları 
onların metal məmulatı istehsalında necə bir sənətkarlıq və məharətə nail 
olduqlarını göstərir. 
Aşşur hökmdarları göstərilən ərazilərdən metallarla yanaşı, onlardan 
hazırlanmış əşyaları da ələ keçirir va ya xərac kimi alırdılar. II Aşşurnasirapal 
Zamualı Amekanın «çoxlu əşyalar, mis səhənglər, mis kasalar, mis məcməyilər, 
324
Ф. А. Махмудов, Р. М. Мунчаев, И. Г. Нариманов. О древнейшей металлургии Кавказа. «Сов. 
археология», 1968, № 4. Səh. 17; К. X. Кушнарева, Т. Н. Чубинишвили. Древние культуры 
южного Кавказа. Л., 1970, səh. 114. 
325
E. Ebellig. Keilschrifttexte aus Assur verchiedenen inhalts. Leipzig 1920, 2, səh. 57. Н. Б. Янковская 
Некоторые вопросы экономики Ассирийской державы; ВДИ, 1959, № 1, səh. 36. 
326
A. А. Иессен. Из истории металлургии Кавказа, səh, 110, 181; А. Лукас, Материалы и ремесло 
древнего Египта, səh. 341. 
327
A. Q. Betextin. Minerologiya, səh. 227. 
328
А. Лукас. Материалы и ремесло древнего Египта, səh. 375-376 
329
Heredot, I, 186. 
330
Г. А. Меликишвили. О некоторых наименованиях металлов в древневосточных и Кавказских 
языках. ВДИ, 1968, № 4, səh. 124. 


onun sarayının xəzinəsini, toplanmış varidatını ələ keçirdiyi barədə məlumat 
verir
331
. III Salmanasar Gilzandan bac kimi gümüş, qızıl, qurğuşun, həmçinin mis 
qablar alır
332
. V Şamşi-Adad Gizilbundada gümüş qablar, əla qızıl və mis ələ 
keçirir
333

Həsənlu, Mərlik, Ziviyə və Naxçıvan zonasında aparılmış qazıntılar 
nəticəsində əldə edilən əşyalar, habelə Cənubi Azərbaycan ərazisindən e. ə. I 
minilliyin əvvəllərinə aid edilən təsadüfi tapıntılar bu ərazidə yaşamış əhalidə 
sənətkarlıq
334
istehsalının yüksək səviyyəsi barədə mixi yazılı mənbələrə əsaslanan 
fikri təsdiqləyir. 
Bundan əlavə tapılmış əşyaların bəzilərinin qeyri-adi incəliyi və zərifliyi 
də sənətkarların çox böyük zövqə malik olduqlarını göstərir. 
Hələ II Aşşurnasirapal məlumat verirdi ki, öz paytaxtı Kalxuya bu 
vilayətlərdən sənətkarlar aparırdı
335
. Tapıntılar göstərir ki, sənətkarlar əl çatan 
bütün material növlərindən istifadə edir, metal, ağac, sümük, gil və daşdan 
məmulat hazırlayırdılar. Buradan tapılan əşyaların bəzisində Assuriya, Urartu və 
ya skif sənətlərinin təsiri nəzərə çarpırdı, ayrı-ayrı məmulatlar isə naşı təqliddən 
başqa bir şey deyildi. Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin 
ümumi mürəkkəb süjetləri var idi. Lakin sənətkarlıq məmulatının əsas qismi 
mükəmməlliyi və forma rəngarəngliyi ən qədim vaxtlardan burada inkişaf edən 
yerli sənətin özgünlüyünü göstərir. 
Oxşarlıq əlamətlər və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər 
arasında qədimdən mövcud olan qarşılıqlı əlaqənin qanunauyğun nəticəsi idi. 
Mövcud quru yollarından başqa, Diala və Xabur çayları kimi su yolları da Assuriya 
ilə əmtəə mübadiləsinə, şübhəsiz çox kömək edirdi
336
. Yaxın Şərqi Egey sahilləri 
ilə birləşdirən yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə 
qərbə gedən yollar böyük əhəmiyyətə malik idi
337
. Azərbaycandan Kiçik Asiyanın 
qərb sahillərinə gedən yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə 
üçün, hətta təkərli nəqliyyat üçün də elə bir maneə yoxdur
338

Həsənludakı qədim qalanın ərazisində qazıntı zamanı sənətkar 
emalatxanası, emalatxanada isə tökmə üsulu ilə tunc dirəkciklər, baltalar 
331
ARAB I, 454. 
332
ARAB, I, 589. 
333
ARAB, I, 191. 
334
B. Yusifov. Assuriya, Urartu və Midiyanın sənət təşkilinin ümumi cəhətlərini öyrənərkən orada azad 
sənətkarlıqla yanaşı Çar sənət təsərrüfatı olmağını göstərir. Bax. Характер и организация ремесла в 
Ассирии, Урарту и Мидии. Труды института истории АН Азерб. ССР, Баку, XIV. 
335
ARAB, I, 457. 
336
А. А. Оппенгейм. Торговля на Ближнем Востоке в древности, с. 7.. Труды V Международного 
конгресса экономической истории. М.,1970. 
337
R. D. Barnett. The Aegaean and Near East. 1956, səh. 226. 
338
J. M. Birmingham. The Overland Route across Anatolia in the eighth and seventh centuries V. C 
"Anatolian Studies", XI, 1961, səh. 193-195. 


hazırlamaq üçün qəliblərin qırıqları, habelə bəzək şeyləri hazırlamaq üçün qəliblər 
tapılmışdır
339

Mannanın metal üzrə sənətkarlarının iş texnikasına birtaylı və ikitaylı açıq 
qəliblərdə tökmə işləri, naxışvurma, ştamplama və həkkaklıq daxil idi
340

Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli 
oraqlardan istifadə edilirdi. Bunların bir neçə nümunəsi qazıntı zamanı Həsənludan 
tapılmışdır. Tunc kotan modelləri Mərlik qəbirlərində aşkar edilmişdir
341

Yuxarıda göstərilən obyektlərin hamısında aşkara çıxarılmış qəbirlərdə, 
habelə Həsənlu qalasında silah daha çox tapılmışdır. 
Döyüş zamanı Həsənlu qalası dağıdılmış, vuruşan tərəflərin silahları onun 
xarabalıqları altında qalmışdı. Bu silahlar tunc və dəmirdəndi, bəzisi qızıl və 
gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdi. 
Tuncdan və dəmirdən qayrılmış ensiz və yastı ox ucları bu dövr üçün 
səciyyəvidir
342

Bu məntəqələrdə e. ə. VIII əsrin ortalarından Yaxın Şərqdə külli miqdarda 
meydana çıxan «skif» tipli ox ucluqlarına ümumiyyətlə təsadüf olunmamışdır. 
Tiyəsinin yuxarı hissəsində qabarıq aypara təsviri verilmiş xəncərlər Həsənlu qızıl 
camının üzərində təsvir edilmiş xəncərlərə bənzəyir
343
. Döyülmüş dəmirdən 
hazırlanan «açıq aypara» tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı. Bəzi 
xəncərlərin qəbzələri məharətlə bəzədilmiş, xəncərlərdən birinin qəbzəsi metal 
məftillə köbələnmişdi. Sümük və ağacla naxışlanmış qəbzələr də vardır. Bir 
xəncərin qəbzəsi həndəsi ornamentli zərvərəqlə örtülmüşdü
344

Üç-üç düzülən, gözləri sümükdən olan doqquz ədəd qabarıq insan başı ilə 
bəzədilmiş tunc toppuz maraq doğurur. 
Həsənlu xarabalıqlarında iki tip - şiş və daraqlı döyüşçü dəbilqələri 
tapılmışdır. Tunc daraqlar tunc papaqlara yaxud toxunma və dəri papaqlara 
bərkidilirdi. Daraqlı dəbilqələrdən birinin darağında aydın həndəsi rəsm və 
papağında ilan təsvirləri var idi. 
Şiş, konusvari dəbilqələr Assuriya qoşunu üçün səciyyəvi idi. E. ə. I 
minilliyin daraqlı kaska-dəbilqələr qoyan Urartu döyüşçüləri də artıq II Sarduri 
dövrünə yaxın Assuriya dəbilqələri tipində dəbilqələr qoymağa başlamışdılar
345

Biri tuncdan, digəri dəmirdən olan iki yanaqlıq da tapılmışdır. 
339
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 121; V. E. Crawford. Hasanlu, 1960, səh. 91. 
340
R. H. Dyson. Early Cultures of Solduz, Azerbaijan, səh. 2961. 
341
E. O. Negahban. Notes on some Objects from Marlik, şək. 7. 
342
R. H. Dyson. Notes of Weapons and Chronology in Northern Iran aroud 1000 B.C, səh. 40; E. O. 
Negahban. Further Find from Marlik Animal Figures and other Objects, ILN, mai, 1962, səh. 669. 
343
Yenə orada. 
344
V. E. Crawford. Hasanlu, 1960, səh. 93. 
345
С. М. Бациева. Борьба между Ассирией и Урарту за Сирию, ВДИ 2, 1953, səh. 27. P. Maxwell-
Hislop. Daggers and Swords in Western Asia. "Iraq", XVIII, 1976, səh. 44. 


Qədim Həsənlu məskəni çox ehtimal ki, şiş dəbilqəli assurlar və ya 
urartulular tərəfindən dağıdıla bilərdi, deməli, güman etmək olar ki, daraqlı 
dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar. Bunu ondan da yəqin etmək
mümkündür ki, III Salmanasarın Balavat darvazasında daraqlı dəbilqə qoymuş dağ
camaatı ilə vuruşan şiş dəbilqəli assurlar göstərilmişdir
346

Mərlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hər 
hansı bir çara məxsus ola bilərdi və cah-cəlallı dekorativ görkəminə baxmayaraq 
ondan əməli surətdə istifadə olunurdu. Dəbilqə özü tuncdan idi, onun üstünə 
çəkilmiş qızıl və gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı 
allah, əllərini qaldırıb ibadət edən ilahələr və onların başı üzərində qanadlarını 
açmış quş təsvir edilmişdi. Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan 
daraqları sancmaq üçün lüləcik var idi. Bu dəbilqənin formasında e. ə. VII əsrin 
ortalarına aid Assuriya relyefində təsvir edilən Elam döyüşçüsünün başından yerə 
düşmüş dəbilqəyə oxşarlıq tapırlar
347

Döyüşçünün geyiminə dəriyə və ya parçaya bənd etmək üçün deşikləri 
olan tunc çiyinliklər də daxil idi
348

Metal məmulat parçalara sancılan xeyli miqdarda müxtəlif qabarıq bəzək 
şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və i. a. ilə təmsil olunmuşdur. 
Ştamplama üsulu ilə rəsmlər basılmış tunc və dəmir zolaqlar aşkara çıxarılmışdır. 
Ehtimal ki, bunlar dəri kəmərlərə bərkidilmiş, bəzən tunc zolaqların pərçimləri 
dəmirdən, dəmir zolaqların pərçimləri isə tuncdan olurdu
349

Həsənluda tapılmış qızıl və gümüş məmulat da sənətkarların yüksək 
məharətinə gözəl misaldır. Yuxarıda adını dəfələrlə çəkdiyimiz qızıl cam, bir də 
gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl camın üzərində allahlara qurbanvermə 
mərasimi, miflərdən və ya görünür əhali arasında geniş yayılmış dastandan ayrı-
ayrı səhnələr təsvir edilmişdir. 
R. Dayson onun e. ə. IX əsrdən xeyli əvvəl - e. ə. I minilliyin əvvəllərində 
qayrıldığını qəbul edir
350
. E. Porada bu camı daha əvvəllərə - e. ə. XII - X əsrlərə 
aid edir
351
. R. Daysonun fikrincə üzərində hürrilər dövrü mesopotamiyalıları və 
suriyalıları xatırladan təsvirlər olan bu cam göstərilən əyalətlər üçün nadir əşyadır
və o, buraya xaricdən gətirilə və yaxud mannalıların hərbi əməliyyatları zamanı ələ 
keçirilə bilərdi. Lakin digər əyalətlərdə aşkar edilmiş əşyalarla oxşarlığa malik olsa 
da Həsənlu qızıl camı təsviri üslub cizgilərinə və hazırlanmasının texniki 
xüsusiyyətlərinə görə hamısından fərqlənir. Həsənlunun özündə aşkar edilmiş 
tapıntılar və Mərlikdə yüksək sənətkarlıqla hazırlanmış çoxlu miqdarda zərgərlik 
346
L. W. King. Bronze Reliefs from the Gates of Salmaneser III. London 1915. 
347
Ch. Wilkinson. Art of the Marlik Culture, səh. 108. 
348
R. H. Dyson. The Death of a City. "Expedition". II, 3, 1959, səh. 10. 
349
V. E. Crawford. Hasanlu, 1960, səh. 93. 
350
R. H. Dyson. Ninth Century Men in Western Iran, səh. 10 
351
E. Porada. The Hasanlu Bowl, səh. 19. 


əşyaları tapıntıların yerli mənşəli olmasını və inkişaf etmiş özünəməxsus zərgərlik 
sənəti məktəbinin mövcudluğu barədə fikir yürütməyə imkan verir. Gümüş qədəhin 
üzərində qızılla gümüş qatışığından - elektrondan düzəldilmiş relyefli təsvirlər 
vardır və bunlar ehtimal ki, qələbə səhnəsini əks etdirir: məğlublar cəng arabasının 
dalına düşüb gedirlər. Hər iki məmulatdakı təsvirlərdə eyni kompozisiya üsulundan 
istifadə edilmişdir. 
Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Mərlik 
qızıl qabları maraqlıdır. Qızıl qabların biri xüsusilə seçilir. Onun üzərində dirilik 
ağacının yanlarında dal ayaqları üstə qalxmış, qanadları olan dörd öküzün 
başlarının qabarıq təsviri vardır; bu heyvanların 2 santimetr qabağa çıxan relyefli 
başları ayrılıqda hazırlanmamış, qabın gövdəsi ilə birlikdə döymə üsulu ilə bütöv 
bir əşya kimi düzəldilmişdir
352

Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq 
edilirdi: Mərlikdə gövdəsi gümüş, lüləsi qızıl qab tapılmışdır
353
. Ziviyə dəfinəsinin 
əşyaları arasında qızıl işləməli gümüş boşqab vardır
354

Metal qab tapıntılarından heyvan başı formasında hazırlanmış ritonları 
qeyd etmək olar. R. Girşmanın qeyd etdiyi kimi heyvan formalı ritonlar Qərbi 
Asiyada geniş yayılmışdı. Onlara Aşşur, Urartu, İran, mili həm də Manna 
ərazilərindəki qazıntılarda təsadüf olunur. R. Girşman ritonları üç növə ayırır: 
heyvan bədənli ritonlar (e. ə. VIII əsrədək), heyvan başlı ritonlar (e. ə. VIII əsrdən 
başlayaraq və Midiyalılar dövründə) və Əhəmənilər dövrünə aid buynuz ritonlar. 
E. ə. I minilliyin əvvəllərinə aid muxtəlif formalı ritonlar daha çox Qərbi İranda 
yayılmışdır
355

Həsənlu tapıntıları onların mannalılar arasında da yayıldığını göstərir. 
Qazıntılar zamanı buzov və at başı formalı pis saxlanılmış ritonlar, həmçinın qoyun 
başı formalı kiçik mis riton aşkar edilmişdir. Qoyunun gözləri, qaşları və burun 
pərələrinin üzərindəki zolaqlar Misir mavi pastası ilə bəzədilmişdir. Ritonun 
çənbəri heyvanın təsviri olan gümüş frizlə tamamlanır. Qoyunun buynuzu da 
gümüş vərəqlə örtülmüşdür
356
. İranın qərbi dağlıq əyalətlərinin hansındasa 
təsadüfən tapılmış qoyun başlı bir gümüş riton R. Dayson tərəfindən nəşr 
olunmuşdur. Çox məharətlə hazırlanmış spiralvari qabağa çıxan buynuz qabın 
qulpu rolunu oynamışdır. Bu riton e. ə. VIII əsrə aid edilir
357

Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar, 
bilərziklər, kəmərlər, qızıldan, serdolikdən, balıqqulağından düzəldilmiş çoxlu 
352
E. O. Negahban. The Wonderful Gold Treasures of Marlik, səh. 664. 
353
E. O. Negahban. Notes on some Ohjects from Marlik, səh. 322. 
354
R. Ghirshman. Persia from the Origins to.Alexander the Great, səh. 109. 
355
R. Ghirshman. Le rhyton en Iran. Notes Iraniennes, XI. "Artibus Asiac", XXV, 1, 1962 səh. 75-77; 
yenə onun. Iran Protoiranier, Merler, Achameniden. München, 1964, səh. 124, 326-628; R. II. Dyson. 
Early Cultures of Solduz, Azerbaijan, səh. 2962, şək. 1035; 
356
V. E. Crawford. Hasanlu 1960, səh. 93. 
357
R. H. Dyson. An Iranian Drinking Vessel. "Expedition", 1, 2, 1959, səh.19. 


muncuq vardır. Bu bəzək şeyləri müxtəlif üsullarla: ştamplama, oyma, tökmə, 
deşmə üsulları ilə hazırlanır, həmçinin, burulmuş tunc və qızıl məftildən istifadə 
olunurdu. 
Həsənluda qadınlar həlak olmuş bir binadan mis üzüklər, uzanmış şirlər 
formalı dəmir ilgəcli xeyli iri tunc sancaqlar aşkar edilmişdir. Onlardan bəzilərinə 
mis zəncirlər bərkidilmişdir. Buradan boyunbağının qızıl asmaları da tapılmışdır. 
R. Dayson onları Aşşurnasirapal dövrü relyeflərinin təsvirləri ilə müqayisə edir
358

E. O. Nigahban Mərlikdən tapılmış yeddi guşəli ulduz təsviri olan relyefli qızıl 
asmanı da bu təsvirlərlə müqayisə edir
359

Mərlik qızıl boyunbağılarından biri eşmə simlərdən hazırlanmış kəpənək 
formalı bəzəklə növbələşən yumru və uzunvarı formalı muncuqlardan 
düzəldilmişdir
360

Həsənludan da eyni ilə belə eşmə simlərdən düzəldilmiş bəzək əşyaları 
tapılmışdır. R. Girşman onu e. ə. IX-VIII əsrlərə aid edir
361

Mərlikdən tapılmış açıq ağızlı, dişi qabarıq şir ilə tamamlanmış qızıl 
bilərzik maraq kəsb edir. Şir başının gözlərinə və qulaqlarına çevrələr və nöqtələr 
vurulmuşdur
362
. Bu bilərzik eyni tipli ən qədim bilərzikdir. Şir başlıqlı belə bir 
bilərzik Ziviyədən də tapılmışdır. E. Porada onu e. ə. VIII-VII əsrlərə aid edir
363

Ziviyədən yerli mannalı sənətkarların məhsulu hesab edilən iki qızıl 
kəmərin fraqmentləri tapılmışdır. Bütün qızıl lövhəciklərdə onu kəmərin dəri 
hissəsinə bərkitmək üçün dəliklər vardır. Kəsici alətlə edilən naxış mərasim 
nümayişində iştirak edən insan qrupu təsvir olunmuşdur
364

Həm qəbirlərdən, həm də məskənlərdən tapılmış keramika sayca çox, 
forma və keyfiyyətcə rəngarəngdir - kobud düzəldilmiş mətbəx ləvazimatındən 
tutmuş müxtəlif təyinatlı incə, zərif məmulatadək cürbəcür əşyalar vardır. 
Həsənluda qazıntı zamanı aşkar edilmiş «sənətkar evi» adlandırılan tikilidə metal 
məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa, həyətdən keramika bişirmək 
üçün soba da tapılmışdır. Hazır məmulat həmin evin damında qurudulurmuş-
uçulmuş damın üstündən çoxlu keramika qırıntısı tapılmışdır
365

Yaxşı bişirilmiş, parıldayan və ya parıldamayan bozumtul-qara və qəhvəyi 
rəngli monoxrom keramika əvvəlki kimi yenə də dəbdə idi. Bu dövrdə qapalı 
358
R. H. Dyson. In the City of the Golden Bowl, səh. 372; "Archeology", XIY, 1, 1961, səh. 64; V. E. 
Crawford. Hasanlu, 1960, səh. 94. 
359
E. O. Negahban. Notes on some Objects from Marlik, səh. 318. 
360
Yenə orada, səh. 319. 
361
R. Ghirshman. Persia from the Origins to Alexander the Great, səh. 26. 
362
E. O. Negahban. Notes on some Objects from Marlik, səh. 320. 
363
E. Porada. Iran ancien. L'art a 1'epoque preislarnique. 
364
R. Ghirshman. Le Tresor de Sakkez, səh. 192-194. 
365
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 121. 


sobalarda, azaldılmış atmosfer təzyiqi altında keramika bişirmək ənənəsi davam 
etdirilirdi
366

Həsənlu keramikasının tədqiqatçısı belə hesab edir ki, saxsı qabların 40%-
i yüksək keyfiyyətli qara-boz və ya tamamilə qara rəngli, 60%-i isə kobud 
hazırlanmış məmulatdan ibarətdir, şirli qablar isə elə bir faiz təşkil etmir
367

Sadə həndəsi rəsmlərlə bəzədilmiş, uzunlüləli qara, parlaq «çaydanlar» və 
ilməkvarı qulpu olan kuzələr o dövr üçün səciyyəvidir. Bu cür qablar-çaydanlar 
qazıntı zamanı IV Həsənludan
368
, Göytəpədən
369
, habelə Naxçıvan MR-də 
Qızılvəngdən, Muncuqlu təpədən, Mərdangöldən də tapılmışdır. Bunların lülələri 
uzunsov, dirsəkli, novşəkillidir, quş dimdiyinə bənzəyir. Bəzisində qulp əvəzinə 
kiçik bir çıxıntı vardır
370

E. ə. I minilliyin əvvəlində Urmiya hövzəsi vilayətlərinin Assuriya ilə 
qarşılıqlı münasibətlərinin intensiv vaxtında şirli keramikadan hazırlanan əşyalar 
da meydana gəlir. Məlum olduğu kimi, assurlar bu növ keramika hazırlamaqda 
hələ Orta Assuriya dövründən kamilləşmişdilər. 
Həsənludan yerli ustaların əlinin məhsulu olan şirlənmiş boz, sarımtıl-boz 
və göyümtül-ağ rəngli nadir qablar və divar kaşıları, habelə buhların daha səliqəli 
hazırlanmış, ola bilsin, kənardan gətirilmiş bir neçə nümunəsi tapılmışdır
371

Daşişləmə sənəti üçayaqlı dövrə, mərmərdən yonulmuş əsa başı, 
alebastrdan hazırlanmış gözəl qabla təmsil olunmuşdur. Daşdan yonulmuş 
silindrşəkilli möhürlər incəliyi ilə fərqlənir: bunların bir qismində ov səhnələri, diz 
çökmüş oxatanların və müxtəlif heyvanların fiqurları təsvir olunmuşdur. Həmin 
möhürləri Assuriyanın son dövrü möhürləri ilə əlaqələndirirlər
372
. Dirilik ağacı və 
yanlarında keçilər təsvir edilən başqa tip möhürləri e. ə. II minilliyin ortalarından I 
minilliyin əvvəlinədək Yaxın Şərqin əksər hissəsində yayılmış Mitanni üslubu 
deyilən üslubda əlaqələndirirlər
373

Ağac və sümük də gil kimi təsərrüfatda istifadə edilən əsas materiallardan
idi. Ağac qalıqlarının tədqiqi göstərir ki, burada qovaq, sərv, qarağac, yemişan, 
alma və armud ağaclarının oduncağından istifadə edilirmiş
374

366
R. H. Dyson. Early Cultures of Solduz, Azerbaijan, səh. 2659; T. Cuyler Young. A Comparative 
Ceramic Chronology for Western Iran, 1500—500 B. C, səh. 57-59. 
367
T. Cuyler Young, göst. əsəri, səh. 53-87. 
368
V. E. Crawford. Hasanlu 1960, səh. 91. 
369
T. Burton Brown. Excavations in Azerbaijan. 1948, səh. 155. 
370
А. К. Алекперов. Крашеная керамика Нахичеванского края и Ванское царство, səh. 251; О. А. 
Абибуллаев. Материалы Шахтахтинского погребения, səh. 2961. 
371
R. H. Dyson. The Hasanlu Project, səh. 641; yenə onun Early Cultures of Solduz, Azerbaijan, səh. 
2961. 
372
R. H. Dyson. The Hasanlu Project, səh. 641. 
373
E. O. Negahban. A Preliminary Report on Marlik Excavation, səh. 24. 
374
R. H. Dyson. Sciences Meet in Ancient Hasanlu, səh. 17. 


Bərk oduncaq növlərindən yaşayış evləri tikintisində tir kimi istifadə 
olunur, nizə, toppuz və ox sapları qayırılırdı. Müxtəlif əşyaların gövdəsi ağacdan 
yonulur, sonra üstünə metaldan üz çəkilirdi. 
Ağacdan yonulmuş relyefli atlı heykəli Həsənluda ağac oymaçılığı 
sənətinin nümunəsidir. Ağacdan düzəlmiş adam başı da qalmışdır: uzun ensiz 
sifəti, çox qabağa çıxan burnu vardır, qaş-gözü inkrustasiya üsulu ilə 
qoyulmuşdur
375

Buradan həmçinin bir neçə müxtəlif parça qırığı, o cümlədən zərif və cod 
parça qırıqları tapılmışdır
376
. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bu 
parçalar qoyun və ya keçi yunundandır. Parça əriş və ağac saplarını bir-birinə 
keçirmə metodu ilə toxunurdu. Parçaların bir qismi xovlu idi - saçaqları da olurdu, 
saçaqsızı da. Bəzən xovun uzunluğu üç santimetrə çatırdı. Parça nümunələrindən 
birinin saçağı ilməkvari düzəldilmişdi. 
Mərlikdə də kiçik parça kəsikləri, adi və eşmə kəndir qalıqları 
tapılmışdır
377

Həsənluda və Mərlikdə aşkar edilmiş parça qırıqları və vaxtına və yaxşı 
qalmasına görə Ön Asiya parçaları arasında nadir tapıntılardır
378
. Yazılı 
qaynaqlardan bilirik ki, e. ə. IX əsrdə II Aşşurnasirapal Zamuadan bac olaraq yun 
və əlvan yun parçadan tikilmiş paltar alırdı
379
. Belə şeylərin bac olaraq alınmasına 
çox seyrək təsadüf edilir və yalnız II Sarqon Musasirdə «Urartu və Xabxa ölkəsinin 
ala-bəzək kətan geyimlərini, tünd bənövşəyi rəngdə boyanmış yunun, al-qırmızı 
paltar üçün yununu» ələ keçirməyindən danışırdı
380

Həsənlu sakinlərinin geyimi bizə yerli sənətkarlar tərəfindən hazırlanmış 
qablarda, silindrşəkilli möhürlərdə, bəzək şeylərində təsvir edilmiş şəkillərdən 
tanışdır. Görünür, məşğuliyyət növündən və sosial vəziyyətdən asılı olaraq 
adamların geyimi də müxtəlifdi. Adətən ətəyi topuğa çatan qısaqol paltar 
geyirdilər: paltarın ətəyi və qolları saçaqlı olurdu. Üstündən bellərinə enli kəmər 
bağlayırdılar. Həsənludan tapılmış sümük parçalarından birinin üzərində təsvir 
edilən yürüş səhnəsindəki fiqurların geyimi və duruşu Ziviyədən tapılmış sümük 
dairəcik üzərində təsvir edilmiş o cür fiqurların geyiminə və duruşuna çox oxşayır. 
Döyüşçülərin də geyimi uzun idi, ətəyə doğru genəlirdi, parçadan və ya dəridən 
olurdu, üzərinə kiçik metal lövhəciklər tikilirdi. Həmin geyimlər o dövrün 
375
V. E. Crawford. Hasanlu 1960, səh. 92; R. H. Dyson. The Hasanlu Project, səh. 45. 
376
R. H. Dyson. Sciences Meet in Ancient Hasanlu, səh. 21. 
377
E. O. Negahban. A Preliminary Report on Marlik Excavation, səh. 24. 
378
Həsənlu və Mərlikdə e. ə. I minilliyə aid edilən toxuculuq qalıqları tapılandan əvvəl parça məmulatı 
Altay kurqanlarından məlum idi. Onlar yüksək saxlanılma keyfiyyəti və dəqiq rəsmləri ilə fərqlənirlər. 
Lakin onlar yuxarıda göstərilən dövrdən bir qədər sonlara aiddirlər (bax С. И. Руденко. Искусство 
Алтая и Передней Азии. səh. 12 və s). 
379
ARAB, I, 454, 457. 
380
AVİU № 49. səh. 331. 


Mesopotamiya paltarlarına bənzəyirdi. Belə bir bənzərliyin özü də bu vilayətlər 
arasında mövcud olmuş əlaqələrdən xəbər verir
381
. Həsənludan tapılmış gümüş 
vazanın rəsmlərindən və II Sarqon dövrünə aid olub Manna qalasının alınmasını 
təsvir edən Assuriya relyefindən göründüyü kimi, Manna döyüşçülərinin geyiminin 
başqa bir növü ətəyi dizdən qısa xirqə idi. Döyüşçülərin kürəyini sol çiyinə bənd 
edilən heyvan dərisi örtürdü
382

Mərlik sakinlərinin geyimi haqqında gümüş qədəh üzərində çəkilmiş 
rəsmlərə görə mühakimə yeritmək olar: onlar ətəyi dizə qədər olan qısaqol xirqə 
geyir, üstündən enli kəmər bağlayırdılar
383
. Qəbirdən tapılmış, paltarın ön hissəsinə 
tikilmiş bir cərgə qızıl düyməyə əsasən belə bir nəticə çıxarmaq olar ki, Mərlik 
sakinləri uzun paltar da geyirmişlər
384


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin