R. Dayson belə hesab edir ki, bu, cəmiyyətdə sosial iyerarxiyanın
mövcudluğunu əks etdirir
386
.
Mərlik qəbirləri ictimai təbəqələşməni daha parlaq əks etdirir. «Hökmdar
qəbiristanlığı» adlandırılan bu qəbiristan öz
zənginliklərinə və görünür
mövqelərinə görə də bir-birindən xeyli fərqlənən zadəganlara məxsus olmuşdur.
Bəzi qəbirlər başqalarına nisbətən müxtəlif avadanlıq və qiymətli əşyalarla daha
çox təmin olunmuşdur. Dəfn üçün qazılmış quyuların hamısının divarları gil
məhlulu ilə, daşla örtülmüşdür. Dəfn adəti Həsənlu qəbirlərində olduğu kimidir.
Dostları ilə paylaş: