MANNANIN ŞƏHƏRLƏRİ VƏ ŞƏHƏR HƏYATI
Sinfi təbəqələşmə, maddi sərvətlər toplanması və bununla əlaqədar tez-tez
baş verən düşmən basqınları əhalini öz təhlükəsizliyini qorumaq üçün yollar və
vasitələr axtarmağa məcbur edirdi. E. ə. II mnnilliyin sonuna məxsus abidələr
göstərir ki, mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan
müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə
salmağa başlayırlar. E. ə. I minilliyə yaxın bu məskənlər tədricən qalın divarlar
arasına alınır və əsl qalalara çevrilir.
Arxeoloji cəhətdən bu proses Həsənlunun V və IV dövrləri arasındakı
keçid mərhələsi ilə əyaniləşir. Təpənin başında beşinci dövrə aid orta ölçülü tikili
qalığı aşkar edilmişdir. Onun divarları 38×38×16 ölçülü kvadrat formalı çiy
kərpiclərdən hörülmüşdür. Ölçülər göstərir ki, kərpiclərin ölçüsü sonrakı yüzilliklər
boyu
dəyişməmişdir. Bəzən bütöv kərpic sıraları yarım kərpiclərlə
tamamlanmışdır. Məhz buna görə də bəzi yerlərdə divarın eni təqribən 60 sm-ə
çatmışdır. Bu tikinti texnikasından IV dövrdə də istifadə edilmişdir. Lakin artıq
həmin dövrdə tikililər möhkəm divarlarla dövrələnmişdir.
Manna dövlətinin yaşayış məntəqələrinin adını çəkən Aşşur mənbələri
onları uzun mübarizədən sonra ələ keçirdikləri (bəzən də onlar buna müvəffəq
olmurdular) möhkəmləndirilmiş qala şəhərlərə
«alani dannuti») və bu
qalaların ətrafında yerləşən yaşayış məskənlərnnə («alani sehruti sa limetisunu»)
ayırırlar. Urartu məskənləri də ələ keçirilmiş əyalətlərdə qalaların mövcudluğunu
qeyd edir və onları alu — adi yaşayış məntəqələri və möhkəmləndirilmiş qalalar —
E. GAL agununi manu adlandırırlar
135
.
Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Görünür,
onların bəzisi yalnız mühüm strateji məntəqələrdə qərar tutan və daha vacib
yaşayış mərkəzlərinin yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən
müdafiə üçün bu qala-şəhərlərdə müəyyən qədər qoşun saxlanırdı. Habelə
mühasirə təhlükəsi yarandıqda mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri
burada daldalanırdılar. Həmin qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir
sahədə yerləşirdi. Görünür, Zibia (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan
135
Şəhərlər haqqında bax: Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царства,
səh. 70: И. М. Дьяконов. История Мидии, səh. 185-188. И. Алиев. История Мидии, səh. 200-202.
idi. Onun xarabaları hündürlüyü 90 metr olan təpədədir. Təpənin çox məhdud bir
sahəni tutan, ətrafına çiy kərpicdən hasar çəkilmiş yuxarı hissəsində tikililərin
qalıqları vardır.
R. Dayson özü belə güman edir ki, onu əhalinin daimi yaşayış yeri olan
şəhər hesab etmək mümkün deyildir
136
.
A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış
yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı
çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində
lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə
eyniləşdirir
137
. Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır
138
.
Assuriya qaynaqlarına görə Mannanın paytaxtı İzirtu bu qalaların
bilavasitə yaxınlığındaymış. Onların adları həmişə birgə çəkilirdi və assurlar
İzirtuya Zibia və Armait qalaları dağıdıldıqdan sonra yaxınlaşırdılar.
Həsənlu yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən
olan kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan
hasar çəkilmişdir. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan
əsasında bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş istehkam qədimlərdə
Həsənlu təpəsində yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş.
Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə
məqsədlərinə xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Saiqibutu
vilayətində belə bürclər varmış: «Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal
yandırılıb-yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı
düşmən yaxınlaşdıqda xəbər verirdilər»
139
.
Giriş yolları müdafiə edilən şəhər-qalalar (alani dannuti) çox böyük bir
ərazini əhatə edən və ən əlverişli mövqe tutan məskənlər idi. Bunlar daha ciddi
möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları
vardı. Şəhər-qalaların bəzisi «çar şəhəri» (al sərruti) adlanırdı və çarın, əyanların,
vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və sənət mərkəzləri
idi. Kiçik qalalar və onların ətrafında olan məskənlər dağıdılanda orada yalnız mal-
qara zəbt edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarların ehtiyatda olan
taxıl, gümüş, mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı.
Assuriya relyeflərində verilmiş bu cür qalaların zahiri görkəmini
təsəvvürdə canlandırmağa kömək edir. Manna qalalarının tutma səhnələri
Xorasabadda II Sarqon dövrünə aid relyeflərdə təsvir olunmuşdur
140
. Torpaqqalada
Aşşur relyefinin qüllələrinə bənzər qülləciklər təsvir edilmiş, tunc lövhələrdən
136
R. H. Dyson. Archaeological Scrap Glimpses of History of Ziwiye, səh. 34.
137
A. Godar. Le Tresor de Ziwiye, səh. 127.
138
И. М. Дьяконов. История Мидии, стр. 207.
139
F. Thureau—Dangin, göst. əsəri, sətr. 249—250; AVİU № 49, səh. 328.
140
P. E. Botla et F. Flandin. Monument de Ninive II. 1848, p1. 145, 146.
hazırlanmış üçmərtəbəli binanın modeli tapılmışdır
141
. Karmirblurda da sümükdən
kəsilib düzəldilmiş belə bir qülləcik tapılmışdır
142
. Mannanın Uşkaya
143
qalasını II
Sarqon belə təsvir edir: «Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun
bol əmlakını qarət edib düşərgəmə daşıtdırdım. Qayaya söykənən bünövrəsini,
səkkiz qulac qalınlığında qalanın möhkəm dinarını onun diş-diş olan üst
hissəsindən ta hündür özülünədək birnəfəsə söküb yerlə-yeksan etdim. Qalanın
içində olan evlərə od vurdum, onların uzun tirlərini yandırdım»
144
.
Ən mühüm qalaların müdafiəsini möhkəmlətmək üçün onların ətrafında
dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə
qalalar idi
145
.
Həsənlu təpəsində qazıntı zamanı tapılmış şəhər böyük təpəni tuturdu və o
təpənin başında binalar tikilmişdi. Təpəni əhatə edən möhkəmləndirilmiş divarın
salamat qalmış özülünün qalınlığı 3 metr 20 santimetrdir ki, bu da II Sarqonun
kitabəsində deyilən təqribən 8 qulaca uyğun gəlir. Divarların özülü iri daş
tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış özülünün hündürlüyü 2
metr 60 santimetrə yaxındır. Qala divarının qalan hissəsi isə kvadrat şəkilli çiy
kərpicdən tikilmişdi. Güman edirlər ki, divarların hündürlüyü 10 metrə yaxın ola
bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30—35 metr aralı, hərəsi 10
kvadratmetr olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər
arasındakı divar 3×0,5 metr ölçülü iki dayaq divarla möhkəmləndirilmişdi. Qalanın
mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından
yerinə iri daşla döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbə idi. Yuxarı
mərtəbələrə pilləkan vardır
146
. Binaların kərpic divarları da daş binövrənin üstündə
hörülürdü. Kərpiclər 38×38×16 santimetr ölçüdə kvadrat şəkilli çiy kərpiclər idi.
Divar bir cərgədə bütöv kərpicdən və bir cərgə yarım kərpicdən hörülürdü,
beləliklə qalınlığı təqribən 60 santimetrə çatırdı. Yaşayış binalarının dəhlizi, ona
bitişik yan otaqları, pillə suvanmış daş özüllər, üzərində diametri yarım metr olan
ağaç sütunlar vardı
147
. Divarların qalıqlarına görə güman edirlər ki, sütunların
hündürlüyü 7 metrdən çox imiş. Zalın divarları boyunca çiy kərpicdən tikilib gillə
suvanmış skamyalar, zalın ortasında ocaq vardı. Saray kompleksinin ayrı-ayrı
otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə daş tavalar
141
E. Herzfeld. Archaeological History of Iran. London, 1935, səh. 8.
142
Б. В. Пиотровский. Искусство Урарту VIII – VI вв. до н. э., səh. 90; yenə onun, Karmir-blur I,
səh. 17
143
Ola bilsin ki, Savalan dağının şimal ətəyində müasir Uski şəhərilə eyniləşdirmək olar. Bax: AVİU №
43, qeyd. 41.
144
F. Thureau—Dangin, göst. əsəri, sətr. 178-181; AVİU N49, səh. 326.
145
F. Thureau—Dangin, göst. əsəri. sətr 189; AVİU N49, səh. 326.
146
R.H. Dyson. Problems of Protohistoric Iran as seen form Hasanlu, səh. 198; yenə onun, The Death of
a city, səh. 7.
147
Diametri 67 sm, hündürlüyü 24 sm olan oxşar daş özüllər Altıntəpədə də tapılmışdır. T. Özgüç.
Altintepe, səh. 34.
döşənmişdi
148
. Qapılar dabanlıqlara söykənən mehvər ətrafında fırlanırdı
149
. Biz II
Sarqonun məlumatından bilirik ki, çar saraylarının üstü sərv ağacından yonulmuş
tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü
150
.
Mannaya qonşu olan Allabria vilayətinin III Salmanasarın salnaməsində
verilmiş təsviri, otaqlar haqqında müəyyən təsəvvür yaradır: «Mən allabrialı Yanzi
buriaşın möhkəmləndirilmiş Şurdira şəhərini, qızıl qapısını, saray kənizlərini, xeyli
mülkiyyətini ələ keçirdim»
151
. Buna müvafiq olaraq biz Manna şəhər-qalalarında
da «saray kənizləri» üçün ayrıca zəngin bər-bəzəkli otaqlar olduğunu
təsəvvürümüzə gətirə bilərik, xüsusilə də ona görə ki, Həsənlu qalasının sütunlu
zala bitişik otaqlarının birindən eyni vaxtda tələf olmuş üzüklü, bilərzikli,
dekorativ sancaqlı 44 qadının skeletləri tapılmışdır.
Aşkar edilmiş silahdan məlum olur ki, çar əhatəsinin hərbi nümayəndələri
üçün sarayda xüsusi otaqlar varmış
152
. Allahlara ibadət etmək üçün məbədlər
tikilirdi. Məbədin baş otağının ortasında kərpic meydança var idi, güman ki,
qurbangah imiş
153
. Divarlardan birinin dibində pilləvari alçaq çəki düzəldilmiş və
səkiyə üçayaqlı çıraq qoyulmuşdu. Yerə tava döşnmişdi; tavaların altından su
axıdan boru keçirdi
154
.
Təsərrüfat ehtiyacları üçün əsas binalara bitişik çoxlu köməkçi otaq
tikilirdi: bunların bir qismindən taxıl və şorab saxlanan nəhəng qablar tapılmışdır.
Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da
yaşayırdı. Ustalara məxsus otaqlardan tökmə üsulu ilə tunc məmulat-balta, bəzək
şeyləri və i. a. hazırlamaq üçün birtaylı və ikitaylı qəliblər tapılmışdır. Keramika
məmulatını bişirmək və qurutmaq üçün evin qabağında sobalar qurulmuşdu, hazır
məmulat evlərin yastı damlarında saxlanırdı
155
.
Qalanın ətrafında aşağılarda kiçik məskənlər (alani şihruti) yerləşirdi.
Bunların sakinləri əkinçilik və heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla
təchiz edirdilər. Bəzən bir şəhərin ətrafında xeyli məskən olurdu.
Adətən mixi yazılarda düşmən şəhərləri üzərində qələbənin təsviri
edilərkən «yaxşı möhkəmləşdirilmiş şəhər-qalanı və onun ətrafında olan kiçik
məskənləri zəbt etdim»
156
trafaret bir formuldan istifadə olunur. Bir çox
məskənlərin əhalisi düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz
148
R. H. Dyson. Hasanlu et les vallees de Solduz et d'Ushnu, səh. 85-87; yenə onun. Problems of
Protohistoric Iran as seen from Hasanlu, səh. 199; V. E. Crawford. Hasanlu 1960, səh. 89-90.
149
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 121.
150
AVİU N49.
151
G. G. Cameron. Annals of Salmaneser III, king of Assyria, səh. 24.
152
"Archaeology" I, XIY, 1961, səh. 64; R. II. Dyson. Excavation at Hasanlu in 1970. "A Survey of
Persian Art, 1971, səh. 1-6.
153
M. van Loon. Excavation in Northwest Iran, 1962, səh. 26.
154
R. H. Dyson. Hasanlu et les vallees de Solduz et d'Ushnu, səh. 88.
155
R. H.Dyson. Hasanlu and Early Iran, səh. 121.
156
ARAB, I, 587, 588.
əmlakını buraya daşıyır, mal-qarasını sürüb gətirirdi
157
. Qala mühasirəyə alınanda
onun müdafiəsində qoşunlardan başqa, burada daldalanan əhali də iştirak edirdi.
Kiçik məskənlər talan edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə
işğal etmək heç də həmişə mümkün olmurdu, buna görə də onların bəzisi bir neçə
dəfə mühasirəyə alınırdı. Lakin inşaat texnikası o qədər mükəmməl idi ki,
dağıdılmış qalalar tez bərpa olunur, orada həyat davam edir, müdafiə qaydaya
salınırdı.
Həsənlu qalası bir neçə dəfə dağıdılmış və hər dəfə təxminən öz ilkin
planı əsasında bərpa edilmişdi. Qala son dəfə, görünür, qəfil hücum nəticəsində
dağıdılmışdı. Şiddətli yanğın tikililəri bürümüş, çoxlu adam yanıb həlak olmuşdu.
Onların əmlakı yanan və uçulan binaların xarabalıqları altında qalmışdı. Çox
ehtimal ki, qalanı bərpa etmək mümkün olmamış və yeni sakinlər buraya yüz ildən
sonra gəlmişdilər.
Həsənlu təpəsində qazıntı zamanı aşkara çıxarılmış bir şəhərin Manna
ərazisində mövcud olması cəmiyyətin yüksək sosial-iqtisadi, siyasi və mədəni
inkişaf səviyyəsinə sübutdur.
Dostları ilə paylaş: |