Solmaz qaşqay



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   ...   7   8   9   10   11   12   13   14   15
kitab20110305115844139

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
405
E. O. Negahban. The Vonderful Gold Treasure of Marlik, səh. 664. 


NƏTİCƏ 
Beləliklə bu əsərdə nəzərdən keçirilən yazılı mənbələr və Cənubi 
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntıların materialları e. ə. II 
minilliyin sonlarından bu ərazidə sinfi təbəqələşmə və dövlət təşəkkülü prosesi 
getdiyini göstərir. 
Qazıntılar aparılmış yaşayış məskənlərinin materialları və qəbir avadanlığı 
göstərir ki, sinfi təbəqələşmə prosesi artıq xeyli dərinləşmiş, əhalinin ayrı-ayrı 
təbəqələri öz əmlak vəziyyətlərinə görə kəskin surətdə fərqlənmişlər. Burada 
tədricən dövlət - şəhərlər, sonra isə daha böyük qurum - Manna dövləti təşəkkül 
tapır. Bu proses güman ki, e. ə. I minilliyin ilk əsrlərində buraya gəlmiş köçəri 
qrupların tərəfindən müəyyən dərəcədə ləngidilmişdir. Belə bir şərait, zəngin təbii 
ehtiyatlara malik torpaqlara kəskin ehtiyac duyan qonşu dövlətlər tərəfindən 
Urmiyanı əyalətlərin əl keçirilməsini asanlaşdırırdı. Bununla yanaşı, e. ə. I 
minilliyin əvvəllərində burada «Mannalılar ölkəsi» adı ilə tanınan və uzun müddət 
Urmiyayanının xırda və pərakəndə «ölkə»lərini birləşdirə bilən sabit dövlət 
qurumu təşəkkül tapır. Bu əsərin ikinci fəslində nəzərdən keçirilmiş tədqiqatçıların 
məlumatları ilə əlaqədar belə bir nəticəyə gəlmək mümkündür ki, Manna dövləti 
əhalisinin əsas tərkibini kuti-lullubi və hürrilər təşkil etmişlər. 
Mannanın çiçəklənmə dövründə onun sərhədləri cənub-şərqdə və qərbdə 
xeyli dəqiq müəyyənləşmişdi və o qonşu dövlətlər tərəfindən də tanınmışdı. 
Dövləti formal da olsa ağcaqqallar şurası tərəfindən qismən 
məhdudlaşdırılan irsi hakimiyyətə malik olan hökmdar idarə edirdi. 
Dövlətin ərazisi canişinləri hökmdar tərəfiidən təyin və ya təsdiq edilən 
əyalətlərə bölünmüşdü. Hökmdarın sərəncamında hərbi yürüşlər zamanı və sərhəd 
boyunca yaşayış məntəqələrinə giriş yollarını nəzarətdə saxlayan məxsusi olaraq 
tikilib möhkəmləndirilmiş qalalarda ordu var idi. Yaşayış məntəqələrinə hücum 
zamanı müdafiədə bütün əhali iştirak edirdi. 
E. ə. VIII əsrin sonlarında Manna dövləti özünün ən yüksək çiçəklənmə 
dövrünə çatdı. Bu dövrdə sarayları, və zəngin müxəlləfatlı binaları olan yaxşı 
möhkəmləndirilmiş iri şəhərlər salınır. 
Yuxarıda nəzərdən keçirilən materiallar əhalinin, təsərrüfat həyatının 
ümumi mənzərəsini yaratmağa imkan verir. Bu materiallar göstərir ki, dövlətin 
çiçəklənməsi və möhkəmlənməsi Manna cəmiyyətinin nail olduğu yüksək iqtisadi 
səviyyəyə əsaslanmışdır. 
Əhalinin oturaq hissəsi geniş miqyasda əkinçilik və bağçılıqla məşğul 
olmuşdur. Hərbi əməliyyatlar zamanı düşmənlər tərəfindən ələ keçirilən 
heyvanların sayından göründüyü kimi burada maldarlıq çox mühüm rol 
oynamışdır. 
Manna torpaqlarında sənətkarların incəsənəti böyük peşəkarlıq 
səviyyəsinə çatmışdı. 


Bütün bu məlumatlar Manna haqqında e. ə. I minilliyin birinci yarısında 
Ön Asiyanın qabaqcıl dövlətləri səviyyəsində olan bir dövlət kimi danışmağa 
imkan verir. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin