MANNA DÖVLƏTİNİN MEYDANA GƏLMƏSİ
E. ə. I minilliyin əvvəllərindən Urmiyayanı Zaqros zonasında müxtəlif
birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin-Manna çarlığının meydana
gəlməsi üçün zəmin hazırlayır. Bu çarlığı Cənubi Azərbaycan ərazisində ilk iri
dövlət qurumu hesab etmək olar.
Manna birləşməsi qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox
böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana
gəlmişdi.
Manna e. ə. – III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube,
hürri tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Mannanın adı mixi yazıda - ilk dəfə e. ə. 843-cü ildə III Salmanasar
kitabəsində — «Munna» formasında — çəkilmişdir. Adətən assurlar
158
Mannanı —
«manneylər ölkəsi», Mannaş, urartulular isə Mana ölkəsi adlandırırdılar
159
.
Manna adı mənşəcə yerli ad idi. Bəlkə də bu ad əvvəlcə Urmiyayanı
tayfalardan birinə məxsus olmuş
160
, sonra mannalıların birləşdirdiyi torpaqların
hamısına yayılmışdı.
III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş
təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta
Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal
157
ARAB, I, 447.
158
ARAB, I, 637, 739
159
UKN №28.
160
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 57
edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür,
assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə
gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər.
E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş
ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya
qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində
yazılmışdır: «Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki
mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri
Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını,
qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub
yandırdım»
161
.
Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar
ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən
başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və
onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı
çəkilir.
Hökmdar Udakidən sonra e. ə. 737-ci il yüruşləri ilə əlaqədar III
Tiqlatpalasarın və II Sarqonun e. ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı
İranzunun adı çəkilir (Əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni şəxsiyyət
olduğunu nəzərə alsaq deməli o, 20 ildən çox Mannada hökmdarlıq etmişdir). Belə
məlumatlardan görünür ki, elə həmin vaxtdan Mannada hökmdarlıq təsilatı irsi
imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları
idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu
Ualli idarə edirdi.
Materiallar bizdə Manna hökmranlığının dövlət quruluşu haqda aşağıdakı
şəkildə təsəvvür yaradır. Dövlətin başında irsi hakimiyyətə malik hökmdar
dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan
əyalətlərə bölünürdü.
Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi
hakimiyyətə malik olmuşlar
162
.
Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru
gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və
onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə
gətirib çıxarmışdır.
Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud
hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi.
Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn,
Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu
hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatından görünür ki,
161
Layard, göst. əsəri. 96, ARAB, I, 587.
162
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царства, səh. 71.
Ullusunu «özünün böyükləri, ağsaqqalları, məsləhətçiləri, nəslinin nümayəndələri,
canişinləri, ölkəsini idarə edən zadəganları»
163
, yəni hökmdar hakimiyyətini
məhdudlaşdıran ağsaqqallar şurası
164
sayılanlarla birlikdə II Sarqonu qarşılamağa
çıxmışdı. Bizə belə gəlir ki, artıq həmin dövrdə ağsaqqallar şurasının mövcudluğu
formal xarakter daşımış, hökmdara və onun qəbul etdiyi qərarlara həlledici təsir
göstərməmişdir.
Hökmdar əlbəttə artıq hakimi mütləq idi. II Sarqonun dövrünə aid
məlumatdan gördüyümüz kimi Manna hökmdarının tabeliyindən azad olmağa
çalışan, «onun ölkəsini idarə edən canişinlərin və başçıların» sərbəstlik cəhdləri
sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir
müstəqil hakimiyyətə malik deyildilər.
Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun
özünün bütün qohum-əqrabası və Manna zadəganları ilə onu qarşılaması ona öz
hörmət və dostluğunu göstərmək idi. Mətnin ardından məlum olur ki, Ullusunu
özunün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür
165
; əksinə II
Sarqon üçün «özünün böyük oğluna hədiyyələr verməyi tapşırır». O, öz
hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir
166
.
Q. A. Melikişvilinin fikrincə Manna hökmdar oğullarının aşşurlara girov
verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərir
167
.
Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən
müdafiə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri
dövlətlərındən birinə çevrilməsinə imkan verdi.
Mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini
və ərazisinin genişlənməsini müəyyən dərəcədə izləmək mümkündür.
Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər
tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük
əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir
çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub
qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin
Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər.
Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası
Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir
168
. Bu ölkəyə
sonra III Salmanasar, V Şamşi-Adad
169
, II Adadnerari
170
yürüşlər etmişdilər.
163
AVİU № 49, səh. 32. F. Thureau-Dangiri, göst. əsəri, 33-34.
164
И. М. Дьяконов. История Мидии, səh. 174
165
Görünür, bəlkə də formal olaraq girov götürmə adəti mövcud imiş, hətta ən zəif hökmdar özündən
xeyli güclü rəqibindən girov ala bilərmiş.
166
F. Thureau-Dangin. Göst. əsəri, 54-55; AVİU, 49, səh. 322.
167
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 71
168
ARAB, 1,457.
169
ARAB, I, 718.
170
ARAB, I, 518, 739.
Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna
hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun
sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi
171
. Q. A. Melikişvili belə
hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal
edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun
əhalisi etnik cəhətdən Mannalılarla qohum olmuşdur
172
.
Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı.
Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala
şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir.
Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir
söyləməyə imkan verən maraqlı məlumat vardır
173
.
Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna
görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub
«Urartuya xidmət etməyə» razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı
üsyan qaldırmışdı
174
. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar
İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria
hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər
175
. Sonralar çar
Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi
176
.
Mannanın şərq sərhədlərində «dağlıq diyar» adlanan Gizilbunda vilayəti
yerləşirdi
177
. Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular.
Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının
hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə
çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya
hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin
əhalisinin daldalandığı «möhkəmləndirilmiş şəhər» Uraşı işğal etdi, «şəhərin
küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar
Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların
əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və
tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od
vurub yandırdı...»
178
.
III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa
ölkələrlə bərabor «Gizilbundanı ta hüdudlarınadək» istina etdiyi
179
haqqında
171
F. Thureau-Dangin, göst. əsəri, səh. 51-52; AVİU № 49.
172
Q. A. Melikişvili, göst. əsəri, səh. 58-59, 62.
173
G. G. Cameron. Annals of Salmaneser III, səh. 24.
174
AVİU №46, (52).
175
AVİU № 49, səh. 322.
176
AVİU № 50, (17).
177
Kızıl-Uzen (Sefid-rud) çayının yuxarı axarında müasir Taxt-i Bilqis şəhərinin ətraflarında
yerləşdirilir. AVİU, № 43, qeyd 27.
178
ARAB, I, 719
179
ARAB, I, 733.
məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı,
hətta II Sarqon, gizilbundalıları «öz güclərinə güvənən, başının üstündə
hökmranlıq tanımayan» adamlar adlandırır
180
. Gizilbundanın ayrı-ayrı hökmdarları
bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.
Zikertu əyaləti müasir Mianə-Ərdəbil şəhərləri rayonu ilə lokalizə
edilir
181
. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun
verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu
canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən
Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda «hökmdar
şəhəri» var idi.
Zikertunun adını antik mənbələrdə xatırlanan İran tayfası saqartilərin adı
ilə eyniləşdirirlər
182
. Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları
ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu
əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir.
II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və
715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir.
O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi
və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir.
Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-
ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı
zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə
divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi
183
.
Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin
aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı
qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın
hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir
184
. III Adadnerari işğal etdiyi
ölkələr arasında «Günəşin batdığı böyük dənizə»dək uzanan Andiyanın da adını
qeyd edir
185
. Bu dəniz Xəzər dənizi hesab olunur
186
.
Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı
aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir.
Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə
birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar
187
.
180
AVİU № 49.
181
И. Алиев. История Мидии, səh. 40, И. М. Дьяконов. История Мидии. Səh 88, 205; Е. A.
Грантовский. Сагартии и XIV округ государства Ахеменидов по списку Геродота, КСИНА, 1962.
182
Heredot, I, 125
183
F. Thureau-Dangin. Göst. əsəri, sətr. 188; AVİU N49, səh. 326.
184
ARAB, I, 588
185
ARAB, I, 739
186
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 75, sn. 2; И. М.
Дьяконов. История Мидии, səh. 165; E. Herzfeld. The Persian Empire, səh. 60 və 196.
187
AVİU №46, (75), № 49, səh. 325.
Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab
edilən bu ada
188
, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin
öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.
Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində
yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir.
Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya
əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların
köməyilə yenidən Mannaya tabe edildi.
Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri
hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu
əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu
189
.
II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu
anbarları ilə zəngin olan Tarun və Tarmakis qalalarının adını çəkir
190
.
Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər midiyalıların
məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi. Midiya tayfa ittifaqı e. ə. IX əsrin 30-
cu illərində qüvvətləndi. III Salmanasar onları ilk dəfə özünün e. ə. 824-cü ildəki
24-cü hərbi yürüşünü təsvir edərkən xatırlayır. O, ətrafdakı məntəqələrlə birlikdə
Kuakinda, Tarzanabi, Esamul, Kinablila qalalarını tutması barədə məlumat verir
191
.
İ. M. Dyakonov bu adların Zamua toponimləri ilə oxşarlığını və onların İran
dillərinə aid olmadığını göstərir
192
. Ola bilər ki, həmin ərazi midiyalılar tərəfindən
sonralar məskunlaşmış və ona görə də burada midiyalılardan əvvəlki yerli etnik
qruplara aid olan toponimik adlar hələ qorunub saxlanılmışdı.
Midiya tayfaları artıq elə güclənmişdilər ki, həmişə sərhəd əraziləri təhdid
edirdilər və Aşşur hökmdarları onlara qarşı vaxtaşırı hərbi yürüşlər aparmağa
məcbur idilər.
Qərb sərhədlərində yerləşən Urartu Mannanın qorxulu qonşusu idi. Urartu
adını (e. ə. II minilliyin sonlarına aid aşşur mənbələrində «Uruatri», «Uratri») yerli
ad hesab edirlər. Əvvəllər o qeyri-müəyyən və xeyli geniş bir əraziyə şamil
edilirdi. Sonralar bu ərazidə müxtəlif tayfa birlikləri yarandı və dağıldı
193
.
Urartu dövlət qurumu e. ə. IX əsrdən tarixi meydana çıxdı. O, tədricən elə
gücləndi ki, aşşurlulara müqavimət göstərmək qabiliyyətinə malik oldu, sonraca
188
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 65, sn. 2, И. М.
Дьяконов. История Мидии, səh. 98
189
AVİU, № 49, səh. 326.
190
Tarmakis şəhərini müasir Təbrizlə eyniləşdirirlər. И. М. Дьяконов. История Мидии, стр. 216, И.
Алиев. История Мидии, стр. 113; A. Fazili. Təbriz şəhərinin qədim tarixindən, «Azərbaycan», №20,
1970; Е. А.Грантовский. Ранняя история иранских племен Передней Азии, стр. 280, и cл. ARAB.
I, 581.
191
ARAB, I, 581.
192
И. М. Дьяконов, История Мидии, səh. 162.
193
Г. А. Меяикишвили. Наири-Урарту, səh. 154-155; Б. В. Пиотровский. Ванское царство. Səh.
43-51; Н. В. Арутюнян. Биайнали. Səh. 19.
özü hücuma keçərək sərhədlərini genişləndirməyə çalışan Aşşuru xeyli sıxışdırdı.
E. ə. IX əsrin sonlarından başlayaraq Urartu hökmdarlarının mixi yazılı kitabələri
və salnamələri meydana çıxdı. Həmin mənbələrdən Manna tarixinə aid Aşşur
mənbələrinin üstündən sükutla keçdikləri müəyyən məlumatlar əldə etmək
mümkün oldu. Onlar Urmiyayanı əyalətlər barədə də əlavə məlumatlar verir.
Minua (təqr. e. ə. 810-781-ci illər) dövründən başlayaraq Urartu
hökmdarları Manna ölkəsinin adını çəkir və oraya öz yürüşlərinə başlayırlar.
Əvvəllər aşşurlarda olduğu kimi bu yürüşlər yaşayış məskənlərinin oda qalanması
və qənimət ələ keçirilməsi ilə müşayət olunan basqınçılıq xarakterı daşıyırdı.
«Xaldi allahının qüdrətilə İşpuininin oğlu Minua deyir: mən Manna ölkəsi
əleyhinə yönəldikdə (bu) ölkəni dağıtdım (və) oda qaladım». Zəfər məlumatlarında
ölkənin işğalı və ya onun üzərinə xərac qoyulması göstərilmir. Sonralar, Mianduab
yaxınlığındakı Daştəpə qayaüstü kitabələrindən məlum olur ki, Minua bu rayonda
özünə dayaq məntəqəsi rolu oynayan hansısa bir qala tikdirmiş, sonra isə Meişta
şəhərini və Manna ölkəsini işğal etmişdir. İşğal edilmiş ərazilərdə o öz əsgərlərini
saxlayır.
«Xaldi allahının əzəmətilə İşpuininin oğlu Minua bu qalanı tikdirdi. O,
Meişta şəhərini ələ keçirdi, oradan Manna ölkəsini işğal etdi, orada... piyada
döyüşçülər saxladı.»
194
.
Bu kitabədən göründüyü kimi, Meişta şəhəri Manuanın dövründə müstəqil
olmuş və Manna sərhədləri yaxınlığında yerləşirmiş, halbuki, onun xələfi İşpuini
həmin şəhəri Parsuaya aid hesab etmişdir
195
. Bu ərazilər həmsərhəd idilər və
görünür İşpuininin yürüşündən sonra Manna Parsuanın Meişta ilə həmsərhəddə
yerləşən hissəsini zəbt etmişdir. Minuanın Mannanı zəbt etməsi barədəki məlumatı
ancaq bu əraziyə aiddir.
Urartuluların Manna əyalətlərinə hərbi yürüşləri Minuanın oğlu I Argişti
(təqr. e. ə. 786-764-cü illər) və Argiştinin oğlu II Sarduri dövründə (təqr. e. ə. 760-
730-cu illər) müntəzəm şəkil aldı. Məhz həmin dövrdə Urmiyayanı torpaqların
işğalı urartuluların diqqət mərkəzində olmuşdur. Öz hakimiyyətinin 7-ci ilindən
başlayaraq 13-cü ilinədək, hökmdar I Argişti hər il (Q. A. Melikişvilinın (UKN,
səh. 242-246) I Argiştinin hakimiyyət illərini təsvir edən salnaməyə görə irəli
sürdüyü bölgüyə əsasən) Urmiya gölündən cənubdakı əyalətlərə hərbi yürüş edir.
Urartulular Buştu əyalətini tutmaq üçün mübarizə aparmışlar
196
. Hələ III
Salmanasar bu ərazidə Buştu qalasını ələ keçirdiyini qeyd edir
197
, Buştu əyalətinə
hərbi səfər urartulular tərəfindən Mannaya qarşı hücum hesab edilir. Urartulular
194
UKN, № 28.
195
UKN, № 24.
196
Bu əyalət Diyala çayının yuxarı axarında lokalizə edilir. UKN səh. 424; Э. А. Грантовский. Ранняя
история иранских племен. Передней Азии, səh. 141.
197
AVİU, № 28.
möhkəmləndirilmiş şəhərləri, Buştu əyalətinin bəzi rayonlarını və zəngin qənimət
ələ keçirirlər
198
.
Sonralar Urartunun zəiflədiyi dövrdə Manna bu əyaləti yenidən ələ
keçirir. Aşşurbanapalın kitabəsində Manna tərəfindən tutulmuş şəhərlər arasında
Busutu qalasının adı çəkilir
199
.
E. ə. 776-775-ci illərdə görünür, Manna özü hücuma keçir və Urartunu
təhdid edir. Bunu I Argiştinin kitabəsi də təsdiqləyir. Kitabədə I Argiştinin Manna
ordusunu dəf etməsi, ona üstün gəlməsi və 3270 adam, 170 at, 62 dəvə, 2411 baş
iri və 6140 baş xırdabuynuzlu heyvandan ibarət böyük qənimət ələ keçirməsindən
bəhs olunur
200
.
E. ə. 774-cü ildən başlayaraq Manna və Urartu arasında mübarizə Urmiya
gölündən şimala keçir. Öz hakimiyyətinin 13-cu ilində I Argişti Manna və Cənubi
Zaqafqaziyada yerləşən Etiuni əyalətlərinə qarşı iki hərbi yürüş edir
201
. O, bu
ölkəni talan etdi, şəhərləri yandırdı, döyüşlə Mannanın möhkəmləndirilmiş
«hökmdar şəhəri» Şimerihadirini ələ keçirdi, oradan kişi və qadınları əsir apardı
202
.
II Sarduri də bu rayon ərazisində müharibələr aparır. O, Mannaya yürüşü,
möhkəmləndirilmiş narınqalası olan Darba şəhərini tutması və orada Urartu
canişini qoyması barədə məlumat verir. II Sarduri ələ keçirdiyi əyaləti öz ölkəsinə
birləşdirir
203
.
Görünür Darba qalası Urmiya gölündən şimalda, Urartu ilə həmsərhəd
ərazidə yerləşirmiş, belə ki, məhz buradan II Sarduri Eriaxi əyalətinə yönəlir
204
.
II Sardurinin salnaməsində Puluadi əyalətinə hərbi yürüşdən də bəhs
olunur
205
. Bu əyalətin yerləşdiyi ərazi, görünür zəbt edilmiş yaşayış məntəqələri
yaxınlığında qaya üzərində həkk edilmiş kitabənin tapılması sayəsində məlum
oldu
206
. Kitabədə Puluadi dağlıq ölkəsinin hökmdarı Kadiau üzərindəki qələbədən,
21 qalanın, 45 şəhərin, o cümlədən Libliuni «hökmdar şəhəri»nin ələ
keçirilməsindən bəhs edilir
207
. Salnamədə həmçinin göstərilir ki, II Sarduri düşmən
ölkəsini itaətdə saxlamaq üçün bu əyalətdə özünün qalalarını saldırır.
Beləliklə, gördüyümüz kimi, Manna dövləti özünün bütün sərhədləri
boyunca müdafiəyə məcbur olmuş və bəzi dövrlərdə bu mübarizələr çox güman ki,
onu çox zəiflətmişdir. Lakin elə dövrlər də olmuşdur ki, Manna güclü qonşu
198
UKN, № 127, III
199
AVİU, № 28, qeyd 2.
200
UKN, 127, IV, V.
201
Etiuni adı Cənubi Zaqafqaziyada müxtəlif siyasi və etnik birləşmələrə aid edilirdi. UKN. səh. 426.
202
UKN, 127, V, sətr. 37-41.
203
UKN, 155, V, sətr. 21-23.
204
Eriaxi əyaləti indiki Leninakan rayonu ərazisində yerləşirdi. Bax UKN, səh. 425.
205
UNK, 155 E.
206
Г. А. Меликишвили. Новая Урартская надпись из Иранского Азербайджана, səh. 5.
207
Libliuni indiki Sekendel yaşayış məntəqəsi ilə eyniləşdirilir. Bax. M. J. Mashkoor. The History of
Urartu. Tehran, 1966, səh. 3 (fars dilində); W. Kleiss. Zur Ausbreitung Urartus nach Osten, səh. 130.
dövlətlər arasında gedən çəkişmələrdən və onların daxili vəziyyətlərınin
ağırlaşmasından faydalanaraq öz ərazisini bərpa edə və genişləndirə bilmişdir.
Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar
İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun
sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox
toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını
çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər.
Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü
Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar
aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli
dərəcədə narahat edən midiyalılarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e.
ə. 744 və e. ə. 737-ci illərdə midiyalılar əleyhinə apardığı hərbi yürüş
marşrutlarının İ. M. Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin
yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə
toxunmamışdır
208
.
Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə
dostluq münasibətlərini göstərir. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də
mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın
vəziyyəti yüngülləşdi
209
.
Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad
olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı
müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri
ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə
cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır.
Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda
izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən
dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti
özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir
210
.
İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir
qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də
onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.
İranzunun ölümündən (təqribən e. ə. 719 və 716-cı illər arasında) sonra
onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun
siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə
keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları
tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri
208
И. М. Дьяконов, История Мидии, səh. 196-202.
209
И. Алиев. История Мидии, səh 181.
210
S. M. Kashkay. General outlines of the material culture of the Nakhichevan zone and Iranian
Azerbaijan (end of the second-beginnings of the first millennium B. C.) Acta antiqua Academia
scientiarum Hungaricae, XXII, fasc.164, 1974.
uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar
211
. Aza öz dövləti
ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, «çıxılmaz Uauş dağı»nda
(Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü.
Hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni
itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin 6-cı, 7-ci və 8-ci
illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir.
«...Uauş dağında, onlar Azanın meyidini atdıqları yerdə mən (yəni II Sarqon - S.
Q.) Baqdattinin dərisini soydurdum və onu mannalılara göstərdim»
212
.
II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma
keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və
Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi
qoruyurmuşlar.
Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22
qalasını tutdu və mannalı canişini Dayaukkunu ona qarşı qaldırdı
213
. E. A.
Qrantovski müəyyən etmişdir ki, digər canişinlərlə birgə qiyam edən Dayaukku
Mannaya tabe olan Missi ölkəsinin hakimi idi
214
. Ullusunu olduqca ağır vəziyyətə
düşdü. O, Aşşurun himayəsindən qurtulmaq və Urartu tərəfindən yardım almaq
istəyindən əl çəkməli oldu. II Sarqon onu bağışladı, «bütün günahlarından keçdi»
və Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və
Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Aşşur qoşunlarını taxıl
məhsulları, ot-ələf, at, iri və xırdabuynuzlu heyvanlarla təchiz edirdilər
215
. II
Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu
özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II
Sarqon məlumat verir: «onların ağası, hökmdar Ullusunuya fəxri süfrə açdım, onun
taxtını atası İranzununkundan hündur yüksəltdim»
216
. Görünür, müqaviləyə əsasən
II Sarqon urartulular tərəfindən zəbt edilmiş və öncə Aşşura birləşdirilmiş 22 qala
və iki möhkəmləndirilmiş şəhəri Mannaya qaytarmalı olmuşdur
217
. Urmiya
gölündən cənubda yerləşən bu qalalar Dayaukkunun tabeliyində idilər
218
.
Urartu
koalisiyasının
məğlubiyyəti ila nəticələnən Uauş dağı
yaxınlığındakı döyüşdən sonra II Sarqon Urmiya gölünün şimal sahilləri boyu
211
AVİU № 46 (52) и прим. 12.
212
Yenə orada.
213
AVİU №45 (76).
214
Э. А. Грантовский. Ранняя история иранских племен. Передней Азии, səh. 250-251.
215
P. Thureau-Dangin, göstərilən əsəri, səh. 53, AVİU № 49, səh. 322.
216
P. Thureau-Dangin, göstərilən əsəri, səh. 53, AVİU № 49, səh. 323.
217
ARAB, II, 56, AVİU № 54.
218
Г. А. Меликишвили. Наири-Урарту, səh. 283.
yürüşünü davam etdirdi. Subi əyalətindəki bir çox qalalar, eləcə də Sanqibutu
219
əyalətindəki zəngin Ulxu
220
şəhəri Mannaya qaytarıldı.
Urartu qoşunlarını təqib edən II Sarqon Urartunun 63 əyalətlərinə daxil
oldu, I Rusanı tam məğlubiyyətə uğratdı, onun çoxlu şəhər və yaşayış məskənlərini
dağıtdı, külli miqdarda qənimət ələ keçirdi. Urartunun baş tanrısı Xaldinin şəhəri -
Musasirdən zəbt edilən qənimət xüsusilə zəngin və rəngarəng idi
221
. E. ə. IV
əsrədək bərpa olunmayan Həftəvan təpədəki qalanın da dağıdılması həmin dövrə
aid edilir
222
. I Rusa məğlubiyyətə dözmədi və II Sarqonun məlumatına görə özünü
öldürdü
223
.
Darmadağın edildikdən sonra zəifləyən Urartu dövləti görünür bir müddət
elə bir təhlükə təşkil etmirdi. Manna öz sərhədlərini genişləndirə bilərdi. Zikertu,
Andiya və Gizilbunda əyalətləri tabe edildi, urartulular tərəfindən ələ keçirilmiş
qalalar və Uişdiş, Subi, Sanqibutu əyalətləri qaytarıldı. Sonralar II Sarqon Mannanı
müttəfiq dövlət adlandırır, Ullusunu ilə görüşərkən onunla hədiyyə mübadilə
edirdi
224
.
Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri
dövründə o Aşşurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Aşşur
yaşayış məskənlərini ələ keçirə bildi
225
.
Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705-681-ci illər) Mannaya hücum etməli
oldu. Lakin bu hərbi yürüş görünür o qədər də müvəffəqiyyətli keçməmişdir. Belə
ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur
226
.
Eyni zamanda Urartu da şərq əyalətlərinə olan iddialarından əl
çəkməmişdi. I Rusanın oğlu II Argiştinin dövründə Urartu bu istiqamətdə öz hərbi
yürüşlərini yenidən həyata keçirdi. Bunu Savalan dağının cənub yamacındakı
qayaüstü iki kitabə də təsdiq edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya
qədər Uşulu və Buku ölkələrinin işğalından bəhs olunur
227
. Geri qayıdanda
urartulular üzərinə xərac qoyulmuş Qirduni, Qituxani, Tuişdu ölkələrini və
219
Sanqibutu, Bit-Sanqibutu, Sanqi-illu adlarının komponentlərini araşdıran Y. B. Yusifov «Sanqi»nin
adının tayfa adı olduğu qənaətinə gəlir, Bax. Й. Б. Йусифов. О некоторых компонентах
неизвестного происхождения. «V Всесоюзная сессия по Древнему Востоку», Тбилиси, 1971.
220
Ulxunun Mərənd vadisində yerləşdiyi güman olunur. И. М. Дьяконов, История Мидии, səh. 217.
Б. В. Пиотровский. Ванское царство. Səh 104. Mərənd vadisinin şərq hissəsində Livar kəndi
yaxınlığında e. ə. VIII əsrə aid edilən şəhər tipli böyuk Urartu qalası aşkar edilmişdir. W. Kleiss.
Bericht Uber Erkundungsfahrten in Iran, səh. 58.
221
Г. А. Меликишвили. Наири-Урарту, səh. 160-165
222
Ch. Burney. Excavations at Haftavan-tepe, 1972, səh. 155-164.
223
AVİU № 46, (129).
224
ARAB, II, 210-211.
225
ARAB, II, 853, AVİU № 73.
226
ARAB, II, 364, 383.
227
Bu çay gümanla Qarasu çayı ilə eyniləşdirilir. W. Kleiss Zur Ausbreitung Urartus nach Osten, səh.
134.
Rutumni şəhərini (?) zəbt edirlər. Ələ keçirilmiş qalalardan biri Argiştiirdu
(«Argiştinin canişini») adlandırılır
228
.
Mannanın növbəti hökmdarı Ahşerinin (Ahseri) adı Asarxaddonun (e. ə.
680-669-cu illər) məlumatlarından birində çəkilir. Aşşurla mübarizədə Ahşeri
«Mannalılar ölkəsinın əyalətlərində» yerləşən kimmerilərin və skiflərin
yardımından istifadə edirdi
229
. Asarxaddon özünü «Mannalılar ölkəsinin əhalisini,
ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif
İşpakanın qoşununu qılıncdan keçirən» kimi qələmə versə də Manna ona tabe
olmamışdı
230
.
Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı
soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac
toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi
231
.
Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə midiyalılar üsyan
qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi
Kaştaritinin başçılıq etdiyi midiyalıların birliyi xalq hərəkatı nəticəsində
yaranmışdı
232
.
Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla
mübarizədə qələbə çaldılar.
Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş
qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır
233
.
Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar
aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, midiyalıların və
ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı
Dostları ilə paylaş: |