Bu üsyan Mannanın məğlubiyyətindən dərhal sonra baş vermişdir. Buna
görə də bizə elə gəlir ki, ona öz mülklərini itirən Manna torpaq sahiblərinin
narazılığı da səbəb ola bilərdi və çox güman ki, nise mati termini məhz belə torpaq
sahiblərinə aid edilmişdir.
Görünür bu üsyan Ahşerinin daxili vəziyyətindən çox, məhz onun hər
şeydən əvvəl, xarici siyasətinə qarşı yönəldilmişdi. Axı, Aşşurbanapalın Ahşerinin
bütün nəslinin «qılıncdan keçirilməsi» barədəki məlumatının əksinə olaraq Ahşeri
öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əleyhdarları Aşşurlarla ittifaq
tərəfdarları idilər və üsyan da onun köməkliyi olmadan hazırlana bilməzdi.
Ahşerinnn hətta öz paytaxtı İzirtunu tərk etdikdən sonra da, bir kitabəyə görə
İştatti
244
, digərinə görə isə Atran
245
qalasında möhkəmlənərək aşşurlara kəskin
müqavimət göstərirdisə Ahşerini öldürən qiyamçılar aşşurlara daha çox kömək
göstərmiş oldular. Ahşernnin oğlu Ualli Aşşurun qələbəsini etiraf etdi, aşşurluların
iddia etdikləri bütün xəracları ödədilər və əlavə olaraq daha 30 at verdilər. O, oğlu
Erisinini və qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Aşşurbanapal
Mannaya özünün sülh elçisini göndərir
246
.
Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə.
616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq
qalmaqda idi. «Gedd salnaməsi» məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə
uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını
və onlara köməyə gələn mannalıları əsir aldı
247
.
Aşşuru qəti olaraq tamamilə məğlubiyyətə uğradan midiyalılar Yaxın
Şərqdə rəqabətsiz bir qüdrətli dövlətin əsasını qoydular. Onlar Manna dövlətini çox
güman ki, e. ə. 615-610-cu illər arasında darmadağın etmişlər
248
. Lakin hələ bir
müddət Midiyadan asılı bir dövlət kimi də olsa Manna öz müstəqilliyini
saxlamışdı.
Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya
kitabında Urartu dövləti, Manna və skiflər e. ə. 593-cü ildə midiyalılarla birlikdə
Babil əleyhinə çıxışa çağrılırlar
249
.
Dostları ilə paylaş: