Solmaz qaşqay


MANNANIN ŞƏHƏRLƏRİ VƏ ŞƏHƏR HƏYATI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   2   3   4   5   6   7   8   9   ...   15
kitab20110305115844139

 
MANNANIN ŞƏHƏRLƏRİ VƏ ŞƏHƏR HƏYATI 
Sinfi təbəqələşmə, maddi sərvətlər toplanması və bununla əlaqədar tez-tez 
baş verən düşmən basqınları əhalini öz təhlükəsizliyini qorumaq üçün yollar və 
vasitələr axtarmağa məcbur edirdi. E. ə. II mnnilliyin sonuna məxsus abidələr 
göstərir ki, mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan 
müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə 
salmağa başlayırlar. E. ə. I minilliyə yaxın bu məskənlər tədricən qalın divarlar 
arasına alınır və əsl qalalara çevrilir. 
Arxeoloji cəhətdən bu proses Həsənlunun V və IV dövrləri arasındakı 
keçid mərhələsi ilə əyaniləşir. Təpənin başında beşinci dövrə aid orta ölçülü tikili 
qalığı aşkar edilmişdir. Onun divarları 38×38×16 ölçülü kvadrat formalı çiy 
kərpiclərdən hörülmüşdür. Ölçülər göstərir ki, kərpiclərin ölçüsü sonrakı yüzilliklər 
boyu 
dəyişməmişdir. Bəzən bütöv kərpic sıraları yarım kərpiclərlə 
tamamlanmışdır. Məhz buna görə də bəzi yerlərdə divarın eni təqribən 60 sm-ə 
çatmışdır. Bu tikinti texnikasından IV dövrdə də istifadə edilmişdir. Lakin artıq 
həmin dövrdə tikililər möhkəm divarlarla dövrələnmişdir. 
Manna dövlətinin yaşayış məntəqələrinin adını çəkən Aşşur mənbələri 
onları uzun mübarizədən sonra ələ keçirdikləri (bəzən də onlar buna müvəffəq 
olmurdular) möhkəmləndirilmiş qala şəhərlərə 
«alani dannuti») və bu 
qalaların ətrafında yerləşən yaşayış məskənlərnnə («alani sehruti sa limetisunu») 
ayırırlar. Urartu məskənləri də ələ keçirilmiş əyalətlərdə qalaların mövcudluğunu 
qeyd edir və onları alu — adi yaşayış məntəqələri və möhkəmləndirilmiş qalalar — 
E. GAL agununi manu adlandırırlar
135

Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Görünür, 
onların bəzisi yalnız mühüm strateji məntəqələrdə qərar tutan və daha vacib 
yaşayış mərkəzlərinin yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən 
müdafiə üçün bu qala-şəhərlərdə müəyyən qədər qoşun saxlanırdı. Habelə 
mühasirə təhlükəsi yarandıqda mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri 
burada daldalanırdılar. Həmin qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir 
sahədə yerləşirdi. Görünür, Zibia (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan 
135
Şəhərlər haqqında bax: Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царства, 
səh. 70: И. М. Дьяконов. История Мидии, səh. 185-188. И. Алиев. История Мидии, səh. 200-202. 


idi. Onun xarabaları hündürlüyü 90 metr olan təpədədir. Təpənin çox məhdud bir 
sahəni tutan, ətrafına çiy kərpicdən hasar çəkilmiş yuxarı hissəsində tikililərin 
qalıqları vardır. 
R. Dayson özü belə güman edir ki, onu əhalinin daimi yaşayış yeri olan 
şəhər hesab etmək mümkün deyildir
136
.
A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış 
yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı 
çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində 
lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə 
eyniləşdirir
137
. Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır
138

Assuriya qaynaqlarına görə Mannanın paytaxtı İzirtu bu qalaların 
bilavasitə yaxınlığındaymış. Onların adları həmişə birgə çəkilirdi və assurlar 
İzirtuya Zibia və Armait qalaları dağıdıldıqdan sonra yaxınlaşırdılar. 
Həsənlu yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən 
olan kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan 
hasar çəkilmişdir. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan 
əsasında bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş istehkam qədimlərdə 
Həsənlu təpəsində yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş. 
Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə 
məqsədlərinə xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Saiqibutu 
vilayətində belə bürclər varmış: «Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal 
yandırılıb-yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı 
düşmən yaxınlaşdıqda xəbər verirdilər»
139

Giriş yolları müdafiə edilən şəhər-qalalar (alani dannuti) çox böyük bir 
ərazini əhatə edən və ən əlverişli mövqe tutan məskənlər idi. Bunlar daha ciddi 
möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları 
vardı. Şəhər-qalaların bəzisi «çar şəhəri» (al sərruti) adlanırdı və çarın, əyanların, 
vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və sənət mərkəzləri 
idi. Kiçik qalalar və onların ətrafında olan məskənlər dağıdılanda orada yalnız mal-
qara zəbt edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarların ehtiyatda olan 
taxıl, gümüş, mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı. 
Assuriya relyeflərində verilmiş bu cür qalaların zahiri görkəmini 
təsəvvürdə canlandırmağa kömək edir. Manna qalalarının tutma səhnələri 
Xorasabadda II Sarqon dövrünə aid relyeflərdə təsvir olunmuşdur
140
. Torpaqqalada 
Aşşur relyefinin qüllələrinə bənzər qülləciklər təsvir edilmiş, tunc lövhələrdən 
136
R. H. Dyson. Archaeological Scrap Glimpses of History of Ziwiye, səh. 34. 
137
A. Godar. Le Tresor de Ziwiye, səh. 127. 
138
И. М. Дьяконов. История Мидии, стр. 207. 
139
F. Thureau—Dangin, göst. əsəri, sətr. 249—250; AVİU № 49, səh. 328. 
140
P. E. Botla et F. Flandin. Monument de Ninive II. 1848, p1. 145, 146. 


hazırlanmış üçmərtəbəli binanın modeli tapılmışdır
141
. Karmirblurda da sümükdən 
kəsilib düzəldilmiş belə bir qülləcik tapılmışdır
142
. Mannanın Uşkaya
143
qalasını II 
Sarqon belə təsvir edir: «Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun 
bol əmlakını qarət edib düşərgəmə daşıtdırdım. Qayaya söykənən bünövrəsini, 
səkkiz qulac qalınlığında qalanın möhkəm dinarını onun diş-diş olan üst 
hissəsindən ta hündür özülünədək birnəfəsə söküb yerlə-yeksan etdim. Qalanın 
içində olan evlərə od vurdum, onların uzun tirlərini yandırdım»
144

Ən mühüm qalaların müdafiəsini möhkəmlətmək üçün onların ətrafında 
dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə 
qalalar idi
145

Həsənlu təpəsində qazıntı zamanı tapılmış şəhər böyük təpəni tuturdu və o 
təpənin başında binalar tikilmişdi. Təpəni əhatə edən möhkəmləndirilmiş divarın 
salamat qalmış özülünün qalınlığı 3 metr 20 santimetrdir ki, bu da II Sarqonun 
kitabəsində deyilən təqribən 8 qulaca uyğun gəlir. Divarların özülü iri daş 
tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış özülünün hündürlüyü 2 
metr 60 santimetrə yaxındır. Qala divarının qalan hissəsi isə kvadrat şəkilli çiy 
kərpicdən tikilmişdi. Güman edirlər ki, divarların hündürlüyü 10 metrə yaxın ola 
bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30—35 metr aralı, hərəsi 10 
kvadratmetr olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər 
arasındakı divar 3×0,5 metr ölçülü iki dayaq divarla möhkəmləndirilmişdi. Qalanın 
mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından 
yerinə iri daşla döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbə idi. Yuxarı 
mərtəbələrə pilləkan vardır
146
. Binaların kərpic divarları da daş binövrənin üstündə 
hörülürdü. Kərpiclər 38×38×16 santimetr ölçüdə kvadrat şəkilli çiy kərpiclər idi. 
Divar bir cərgədə bütöv kərpicdən və bir cərgə yarım kərpicdən hörülürdü, 
beləliklə qalınlığı təqribən 60 santimetrə çatırdı. Yaşayış binalarının dəhlizi, ona 
bitişik yan otaqları, pillə suvanmış daş özüllər, üzərində diametri yarım metr olan 
ağaç sütunlar vardı
147
. Divarların qalıqlarına görə güman edirlər ki, sütunların 
hündürlüyü 7 metrdən çox imiş. Zalın divarları boyunca çiy kərpicdən tikilib gillə 
suvanmış skamyalar, zalın ortasında ocaq vardı. Saray kompleksinin ayrı-ayrı 
otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə daş tavalar 
141
E. Herzfeld. Archaeological History of Iran. London, 1935, səh. 8. 
142
Б. В. Пиотровский. Искусство Урарту VIII – VI вв. до н. э., səh. 90; yenə onun, Karmir-blur I, 
səh. 17 
143
Ola bilsin ki, Savalan dağının şimal ətəyində müasir Uski şəhərilə eyniləşdirmək olar. Bax: AVİU № 
43, qeyd. 41.
144
F. Thureau—Dangin, göst. əsəri, sətr. 178-181; AVİU N49, səh. 326. 
145
F. Thureau—Dangin, göst. əsəri. sətr 189; AVİU N49, səh. 326. 
146
R.H. Dyson. Problems of Protohistoric Iran as seen form Hasanlu, səh. 198; yenə onun, The Death of 
a city, səh. 7. 
147
Diametri 67 sm, hündürlüyü 24 sm olan oxşar daş özüllər Altıntəpədə də tapılmışdır. T. Özgüç. 
Altintepe, səh. 34. 


döşənmişdi
148
. Qapılar dabanlıqlara söykənən mehvər ətrafında fırlanırdı
149
. Biz II 
Sarqonun məlumatından bilirik ki, çar saraylarının üstü sərv ağacından yonulmuş 
tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü
150

Mannaya qonşu olan Allabria vilayətinin III Salmanasarın salnaməsində 
verilmiş təsviri, otaqlar haqqında müəyyən təsəvvür yaradır: «Mən allabrialı Yanzi 
buriaşın möhkəmləndirilmiş Şurdira şəhərini, qızıl qapısını, saray kənizlərini, xeyli 
mülkiyyətini ələ keçirdim»
151
. Buna müvafiq olaraq biz Manna şəhər-qalalarında 
da «saray kənizləri» üçün ayrıca zəngin bər-bəzəkli otaqlar olduğunu 
təsəvvürümüzə gətirə bilərik, xüsusilə də ona görə ki, Həsənlu qalasının sütunlu 
zala bitişik otaqlarının birindən eyni vaxtda tələf olmuş üzüklü, bilərzikli, 
dekorativ sancaqlı 44 qadının skeletləri tapılmışdır. 
Aşkar edilmiş silahdan məlum olur ki, çar əhatəsinin hərbi nümayəndələri
üçün sarayda xüsusi otaqlar varmış
152
. Allahlara ibadət etmək üçün məbədlər 
tikilirdi. Məbədin baş otağının ortasında kərpic meydança var idi, güman ki, 
qurbangah imiş
153
. Divarlardan birinin dibində pilləvari alçaq çəki düzəldilmiş və 
səkiyə üçayaqlı çıraq qoyulmuşdu. Yerə tava döşnmişdi; tavaların altından su
axıdan boru keçirdi
154

Təsərrüfat ehtiyacları üçün əsas binalara bitişik çoxlu köməkçi otaq 
tikilirdi: bunların bir qismindən taxıl və şorab saxlanan nəhəng qablar tapılmışdır. 
Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da 
yaşayırdı. Ustalara məxsus otaqlardan tökmə üsulu ilə tunc məmulat-balta, bəzək 
şeyləri və i. a. hazırlamaq üçün birtaylı və ikitaylı qəliblər tapılmışdır. Keramika
məmulatını bişirmək və qurutmaq üçün evin qabağında sobalar qurulmuşdu, hazır 
məmulat evlərin yastı damlarında saxlanırdı
155

Qalanın ətrafında aşağılarda kiçik məskənlər (alani şihruti) yerləşirdi. 
Bunların sakinləri əkinçilik və heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla 
təchiz edirdilər. Bəzən bir şəhərin ətrafında xeyli məskən olurdu. 
Adətən mixi yazılarda düşmən şəhərləri üzərində qələbənin təsviri 
edilərkən «yaxşı möhkəmləşdirilmiş şəhər-qalanı və onun ətrafında olan kiçik 
məskənləri zəbt etdim»
156
trafaret bir formuldan istifadə olunur. Bir çox 
məskənlərin əhalisi düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz 
148
R. H. Dyson. Hasanlu et les vallees de Solduz et d'Ushnu, səh. 85-87; yenə onun. Problems of 
Protohistoric Iran as seen from Hasanlu, səh. 199; V. E. Crawford. Hasanlu 1960, səh. 89-90. 
149
R. H. Dyson. Hasanlu and Early Iran, səh. 121. 
150
AVİU N49. 
151
G. G. Cameron. Annals of Salmaneser III, king of Assyria, səh. 24. 
152
"Archaeology" I, XIY, 1961, səh. 64; R. II. Dyson. Excavation at Hasanlu in 1970. "A Survey of 
Persian Art, 1971, səh. 1-6. 
153
M. van Loon. Excavation in Northwest Iran, 1962, səh. 26.
154
R. H. Dyson. Hasanlu et les vallees de Solduz et d'Ushnu, səh. 88. 
155
R. H.Dyson. Hasanlu and Early Iran, səh. 121. 
156
ARAB, I, 587, 588. 


əmlakını buraya daşıyır, mal-qarasını sürüb gətirirdi
157
. Qala mühasirəyə alınanda 
onun müdafiəsində qoşunlardan başqa, burada daldalanan əhali də iştirak edirdi. 
Kiçik məskənlər talan edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə 
işğal etmək heç də həmişə mümkün olmurdu, buna görə də onların bəzisi bir neçə 
dəfə mühasirəyə alınırdı. Lakin inşaat texnikası o qədər mükəmməl idi ki, 
dağıdılmış qalalar tez bərpa olunur, orada həyat davam edir, müdafiə qaydaya 
salınırdı. 
Həsənlu qalası bir neçə dəfə dağıdılmış və hər dəfə təxminən öz ilkin 
planı əsasında bərpa edilmişdi. Qala son dəfə, görünür, qəfil hücum nəticəsində 
dağıdılmışdı. Şiddətli yanğın tikililəri bürümüş, çoxlu adam yanıb həlak olmuşdu. 
Onların əmlakı yanan və uçulan binaların xarabalıqları altında qalmışdı. Çox 
ehtimal ki, qalanı bərpa etmək mümkün olmamış və yeni sakinlər buraya yüz ildən 
sonra gəlmişdilər. 
Həsənlu təpəsində qazıntı zamanı aşkara çıxarılmış bir şəhərin Manna 
ərazisində mövcud olması cəmiyyətin yüksək sosial-iqtisadi, siyasi və mədəni 
inkişaf səviyyəsinə sübutdur. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin