Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa
imkan verirdi. Bizə məlum olduğuna görə, Urartu çarı I Rusa mannalılardan zəbt
etdiyi Sanqibutu vilayətinin Ulxu
259
şəhərinin ətrafında kanallar çəkdirmişdi. «O,
axar suyu aparan kanal qazmış və onu Fərat çayı kimi gur axmağa məcbur
etmişdir. Kanaldan saycız-hesabsız arxlar ayırmışdı... zəmiləri həqiqətən
suvarırdı»
260
. Bu təsvir Tuşpa şəhərinə çəkilmiş Minuanın yaxşı qalmış kanalını
xatırladır
261
.
Arxların bəzisi borularla yerin altından çəkilmişdi
262
. Sanqibutu
vilayətinin təxmin edildiyi rayonun yaxınlığında Bastam məskənində də uzunluğu
12 kilometrə qədər olan bu cür kanalın qalıqları tapılmışdır
263
.
Güman edilir ki, kanallar çox uzun idi və Sanqibutunin xeyli hissəsinin
torpaqlarını suvara bilirdi. Su, ola bilsin, Araz çayının qolu Kotor çayından
götürülürdü.
II Sarqon Sanqibutu vilayətinin «böyük, qamış kimi sıx bitən ağaclarını»,
meyvə bağlarını və üzümlüklərini, xüsusilə qeyd edir. Görünür, Mannada
üzümçülük də böyük miqyas alıbmış. II Sarqon tənəkləri «dağların pöhrəlikləri»
adlandırır
264
. Burada şərabçılıq inkişaf etmiş sahə idi. Ulxu şəhərini aldıqdan sonra
II Sarqon məlumat verir ki, gizli şərab zirzəmilərinə girmiş və onun qonşuları
«irili-xırdalı tuluqlardan ləzzətli şərabı çay suyunu içən kimi içmişlər». Mannanın
digər vilayətlərində də şərab ehtiyatları var idi. Həsənluda qazıntı zamanı aşkara
çıxarılan məskəndən bu cür şərab anbarları, onların içərisində isə torpaq döşəməyə
basdırılan şərab küpləri tapılmışdı
265
. Urartuda Karmir-blurda torpaq zirzəmiyə
dörd çərgə düzülmüş iri çaxır küpləri (karas) olan belə binalar qazılıb aşkar
edilmişdir. Bu küplər onun həcmini göstərən mixi yazılara və ieroqlif işarələrə
malikdir. B. B. Piotrovskinin məlumatına görə onların bəziləri 240 litrə yaxın çaxır
tutur
266
. Belə anbarlar Şərqi Anadoluda Altıntəpə yaşayış yerində də aşkar
edilmişdir
267
.
Dostları ilə paylaş: