Şərqdə Qızılüzən çayının dərələri ilə kəsilmiş Elbrus dağı yerləşir. Ölkənin
mərkəzini böyük, lakin duzlu olduğu üçün təsərrüfat əhəmiyyəti olmayan Urmiya
gölü tutur. Gölə başlanğıcını Savalan silsiləsindən götürən Acıçay, Kürdüstanda
Çehel-çeşmə dağlarından başlayaraq 240 km uzunluğunda və deltasının eni 10 km-
dən çox olan Cağatu çayı tökülür. Cağatu çayı, eləcə də Tatay (Simminrud) bol
suludurlar. Bu çayların vadiləri yüksək məhsuldarlığı ilə seçilir və əhali tərəfindən
sıx məskunlaşmışdır.
Gölə tökülən digər çaylar o qədər də böyük deyildirlər. Yayda çox vaxtı
quruyan və gölə çatmayan bu çayların sularından suvarmada istifadə olunur.
Urmiya gölü 1300 m yüksəklikdə yerləşir. Uzunluğu 140 km,
eni isə
təqribən 40 km-dir. Daşqınlar dövründə onun ərazisi 5.800 kv. km-ə çatır.
Dərinliyi 6 metrdən - 12 metrədəkdir. Gölün bir litr suyunun tərkibini 188 qram
müxtəlif mineral duzlar təşkil edir.
Yüksəkliklərdə torpaq gilli-daşlı, vadilərdə gilli qaratorpaq,
düzən
əyalətlərdə isə qonur-boz torpaqlardan ibarətdir, su mənbələrinin və iqlimin imkan
verdiyi vadilərdə əhali suvarma əkinçiliyi ilə məşğul olur.
Atmosfer çöküntüləri ilə daha çox təmin olunan yüksək dağlıq sahələrdə
dəmyə əkinçiliyi yayılmışdır. Hal-hazırda Cənubi Azərbaycan İranda əsas taxıl
məhsulları tədarükçülərindən biridir. Min metrdən
iki min metr yüksəkliyədək
əsasən palıd ağacları ilə örtülmüş Qaradağ, Talış, həmçinin Zaqroş dağlarının
meşələrində cüyür, maral, qaban, pələng, gepard (gillik pişiyi) və s. vardır.
İran yaylasının şimal və qərb ətəkləri daha çox
çöl bitkilərinin üstünlük
təşkil etdiyi alp çəmənliklərindən ibarətdir. Bu keçmə maldarlığının inkişafına
şərait yaratmışdır.
Bu ərazinın faydalı qazıntılarla zənginliyi burada metal məmulatı istehsalı
texnikasının inkişafında böyük rol oynamışdır. Zəncan ətrafında zəngin dəmir və
mic mədənləri yerləşir. Qaradağda və Miyanə yaxınlığında
qurğuşun mədəni və
gümüş yataqları məşhurdur. Avşar yaxınlığında arsen yataqları var. Zəncan, Avşar,
Xoy və Astara əyalətləri qızıl yataqları ilə xeyli zəngindir. Bu ölkənın zənginlikləri
iqtisadiyyatları müəyyən dərəcədə həmin zənginliklərə sahiblikdən asılı olan qonşu
dövlətlərin həmişə nəzərini cəlb etmişdir.
Dostları ilə paylaş: