IX BAŞLIQ
{Kritonla, sikofantlardan* necə qorunmaqla bağlı danışıq. Arxedem}
Mənə bəlli olan bir olayı da sizlərə danışmaq istəyirəm. Bir gün Sokrat, Kritonun yana-yana deyinib: bu Afinada adamı başını aşağı salıb, qulağıdinc işləməyə də qoymurlar, dediyini eşitdi.
-İndi,- o, deyinirdi,- məni ayrı-ayrı fırıldaqçılar gündə məhkəmələrə çəkib, işdən-gücdən qoyurlar, adamı yandıran da odur, mənim bir dənə də suçum yoxdur, bunların istəyi isə mənim başımı ağrıdıb, bezdirib, axça qoparmaqdır.
Sokrat ondan soruşdu:
-Mənə bax, Kriton, sən iti ona görə saxlayırsan, qoyunlarını qurddan qorusun, eləmi?
-Elədir, onları saxlamasam, qoyun saxlamaqdan da qazancım olmaz.
-Onda, nədən elə bir kimsəni qulluğa götürmürsən, başını ağrıdan bu adamlardan yaxanı qurtarsın?
-Ürəkdən elə bir qulluqçqumun olmasını istərdim, ancaq qorxuram, sonra o da mənim üstümə ayaq alıb, baş ağrısı verə.
-Bunu bilməyə nə var: sənin kimi adamla yaxşı davranıb, qarşılığında səndən axça qazanmaq yaxşıdır, yoxsa sənə başağrısı verib, yağı olmaq, nəsə qazana bilməmək? Mənim bu sözlərimə inan, Afinada səninlə arxadaş olmaqdan böyük sevinclər duyacaq çoxlu adamlar tapa bilərsən.
Bundan sonra Sokrat da Kritona qoşuldu, birlikdə axtarıb Arxedemi tapdılar, o, dildən iti, sözü kəsərli bir sözçü(orator, natiq), zirək bir adam idi, ancaq yoxsulluq içində yaşayırdı; korluq içində yaşamağının nədəni də: ona tapşırmaq istədikləri məhkəməlik işlərin yaxşı-yamanlığına, düz-əyriliyinə yanaşanda vasvasılıq eləməsi, alçaq yollarla axça qazanmağı özünə sığışdırmaması idi; O, ancaq düzgün saydığı işlərdə kiminsə hayına-harayına yetərdi, onu da deyərdi, bu sikofantları uduzdurub, axça qazanmaqdan da qolay bir iş yoxdur.
O gündən sonra Kriton, taxıl yığımında, yağ, çaxır, yun toplanışında, Arxedem üçün də pay ayırıb, ona göndərdi, tanrılara qurban verəndə, onu da yemək masasına oturtdu, bir sözlə, ona sayğı ilə yanaşmağa başladı. Arxedem də Kritonun evinə özünün sığınacağı kimi baxmağa, ona böyük sayğı ilə yanaşmağa başladı. Sonra Arxedem, Kritona qara yaxıb, onu bezdirən bir sikofantın çoxlu dolaşıq işlərini tapıb üzə çıxardı, onunla arası olmayam çoxlu kimsələri də tapıb, bu işə qoşdu; beləliklə bu adama qarşı özü məhkəmə açıb, onun suçlarını üzə çıxarıb, tutuqlatdı, üstəlik ona məhkəmədə, çoxlu görkolma(cərimə) axçası ödətdirdi. İndi artıq boğazacan dolaşıq-bulaşıq işlərdə əli olan bu sikofant, özü qaçıb Arxedemdən yaxasını qurtarmağa çalışırdı. Ancaq Arxedem də oçağacan ondan əl çəkmədi, o öz əli ilə gətirib, Arxedemə axça da verdi, bir də Kritonla işi olmayacağına da and içdi. Onun bu sayaq işləri yaxşı bacardığını görən arxadaşları, Kritona yalvar-yaxar eləyib, öz işlərini yoluna qoymaq üçün, Arxedemin onlara da yardım göstərməsini dilədilər; onların bu istəklərini: hansısa çobanın sürüsünü qurddan yaxşı qoruyan itinin olduğunu bilən qonşu çobanların da, öz sürülərini onun sürüsünün yaxınlığında otarıb, onun itinə arxalanmalarına da bənzətmək olardı. Arxedem uzun ullər, beləcə Kritonun da, onun arxadaşlarının da işinə yaradı, bundan o da, Kriton da böyük qazanclar götürdü. Kimsə Arxedemə ilişib, Kritondan axça qazandığına görə, ona yarınmaqda qınasaydı, o, deyərdi: “ Deyin görək, hansı yaxşıdır,- ərdəmli adama yaxşılıq eləyib, onunla arxadaşlıq eləmək, onun yağıları ilə çəkişmək, onları yerində oturdub, bu işdən özünün də, qulluq göstərdiyinin də nəsə qazanması, yoxsa, yaxşı adamın işini əyməyə çalışmaq, onunla yağlıq eləmək, ona ilişən yaramazlara qoşulub, onların sırasında olmağı ilə tanınmaq?” O gündən sonra Arxedem, Kritonun ən yaxın arxadaşı oldu, onun başqa arxadaşlarının işlərinə də yarayb, onların da sayğısını qazandı.
Dostları ilə paylaş: |