Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


X BAŞLIQ {Diodorla, özünə necə arxadaş tapmaqla bağlı danışıq. Hermogen}



Yüklə 1,55 Mb.
səhifə60/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   56   57   58   59   60   61   62   63   ...   84
X BAŞLIQ
{Diodorla, özünə necə arxadaş tapmaqla bağlı danışıq. Hermogen}
Sokratın yaxın yoldaşlarından olan Diodorla, belə bir danışığını da eşitmişdim.

-Diodor, mənə de görüm, sənin qulun qaçanda, onu tapıb, geri qaytarmaq üçün çalışırsanmı?-deyə Sokrat sözə başladı.

-Elədir, and olsun Zevsə,- Diodor dedi,- mən başqalarını da bu axtarışa qoşuram, onu tapıb qaytarana ödül də boyun oluram.

-Birdən qulun bərk ağrınırsa, onu sağaltmaq üçün axça ödəyib, həkim çağırırsanmı?

-Sözsüz, belə də eləyirəm.

-Birdən sənin tanışlarından birisi, sənə öz qulundan qat-qat çox yaxşılığı dəyə biləcək bir kimsə, yoxsulluq ucbatından acından ölmək qorxusu ilə üz-üzə qalsa, necə bilirsən, onu bu durumdan qurtarmaq üçün çalışmağa dəyər, yoxsa yox? Sən Hermogeni yaxşı tanıyırsan, bilirsən, o, yaxşılıqitirən adam da deyil, necə bilirsən, ona indiki bu ağır günüdə yaxşılıq eləsən, sonra da onun bütün ömrü boyu sənə yaxşılıq eləməyə çalışacağını görsən, bundan duyduğun sevincdən də böyük qazancın olarmı? Öz aramızdır, sənə könüllü olaraq yardım göstərən kimsə, özü də səni ancaq yaxşı diləklərlə anan, sənə bağlı olan, ancaq sənin buyuruğuna görə yox, ürəyinin istəyi ilə sənə gərəkli olmağa çalışan, sənin gözündən yayınanları da gözdən qaçırmayıb, yaxşılığına çalışan kimsə - sənə çoxlu qullarının olmasından da irəli deyilmi? Var-yatırına yaxşı yiyəlik eləməyi bacaran adamlar deyərlər: “Çox dəyərli bir nəsnəni ucuz satırlarsa, onu əldən buraxmayıb, al!” Bunu da biləsən, yaşamın çox ağırlaşdığı indiki çağlarda, azacıq axça yatıraraq, çoxlu yaxşı arxadaşlar qazanmaq olar.

-Çox düz deyirsən, Sokrat,- Diodor dilləndi.- Hermogenə de, mənə dəysin.

-And olsun Zevsə, yox,- Sokrat onun sözünü tutmadı,- sənin böyüklüyünə yaraşan iş bu olardı, onu çağırmaqdansa, özün Hermogenə baş çəkəydin, mən bilən bu görüşün baş tutmasına o səndən az önəm verməz.

Beləliklə də, Sokratın dediyinə qulaq asan Diodor Hermogenin yanına getdi, azacıq axça qoyub, onun işlərini yoluna saldı, Hermogenlə arxadaşlığa başladı, bundan sonra Hermogen bütün ömrü boyu, sözdə də, işdə də ona yaxşılıq eləmək üçün əldən ayaqdan gedərdi.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin