Sosial fəlsəfə


Nigah anlayışı. Nikahın emosional-psixoloji, mənəvi və estetik dayaqları



Yüklə 72,75 Kb.
səhifə39/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   35   36   37   38   39   40   41   42   ...   55
sosial fəlsəfə

40. Nigah anlayışı. Nikahın emosional-psixoloji, mənəvi və estetik dayaqları.

Ailənin əsasını ər ilə arvad arasında rəsmi qaydada bağlanılmış nigah əlaqələri təşkil edir. Onlardan biri digərində öz həyatının tamamlayıcısını tapır. Nəticədə ər ilə arvadın həqiqi uyğunlaşması baş verir. Qeyd edək ki, ailədə şəxsiyyətlərarası uyuşma çox çətin və incə məsələdir. Həyatda, əmək fəaliyyətində, təhsildə, kommunikasiya prosesində bir-birilə ünsiyyətdə olan insanların bir-birilə uyuşma səviyyəsi müxtəlif olur.

Şəxsiyyətlərarası uyuşma ünsiyyətdə, birgə fəaliyyətdə və yaxud ailədə qarşılıqlı qəbuletmə deməkdir. O dəyərlər oriyentasiyasının optimal əlaqələndirilməsinə, sosial və əxlaqi mövqelərə, zövq ümumiliyinə temperament və xarakter göstəricilərinə, emosional və intellektual tərəflərə əsaslanır. Ailədə ər ilə arvadın bir-birilə uyuşması, qarşılıqlı razılıq və qane olma psixoloji, fizioloji və digər incəliklər ilə bağlıdır.

Ailədə şəxsiyyətlərarası uyuşma olduqda qarşılıqlı rəğbət, hörmət, münasibətlərin gələcəkdə də etibarlı olacağına təminat yaranır.

Ailənin əsasını nigah təşkil edir. Nigah ər ilə arvad arasındakı münasibətləri və onların qarşılıqlı öhdəliklərini hüquqi yolla rəsmiləşdirən müqavilədir. Nigah sevgiyə və inama arxalandıqda daha möhkəm olur. Vaxtilə Hegel deyirdi ki, iki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O hər şeydən əvvəl ər ilə arvadm ikisini bir şəxsə çevirərək qarşılıqlı sevgi və inam əsasmda yaranan mənəvi ittifaqdır .

Nikahın emosional-psixoloji, mənəvi və estetik dayaqları sevgi münasibətləridir. Lakin nəzərdə tutulmalıdır ki, bəzən nigah sevgidən kənarda və sevgi isə nigahdan kənarda mövcud ola bilir. Sevgi qarşılıqlı səmimiyyətə və inama əsaslandıqda daha möhkəm olur. Arximed deyirdi ki, sevgi elə bir teoremdir ki, onun hər gün isbat olunmağa ehtiyacı vardır.




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin