Sosial fəlsəfə


İctimai şüurun strukturu: adi və nəzəri şüur, ideologiya və ictimai psixologiya



Yüklə 72,75 Kb.
səhifə50/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   47   48   49   50   51   52   53   54   55
sosial fəlsəfə

54. İctimai şüurun strukturu: adi və nəzəri şüur, ideologiya və ictimai psixologiya

İctimai şüur mürəkkəb struktura malik olub, müxtəlif səviyyələri əhatə edir. Onun tərkibində adi həyat təsəvvürlərindən, sosial psixologiyadan tutmuş sözün tam mənasında elmi xarakter daşıyan mürəkkəb formalara qədər çoxlu tərəflər vardır. Müxtəlif meyarlardan çıxış etməklə onun bir sıra struktur bölgülərini aşkar etmək olar.



İctimai rəyin cəmiyyətdə rolu mövcud quruluşun xarakterindən, əhalinin sosial proseslərdə iştiraketmə dərəcəsindən, şüurluluğu və mədəniyyəti göstəricilərindən asılıdır. Bu mənada müasir cəmiyyətin daha da demokratikləşməsi gedişində ictimai rəyin ölkə daxilində və beynəlxalq miqyasda qarşıya çıxan problemlərin həllındə təsir gücü də artır.

Yuxarıda deyildiyi kimi, ictimai şüurun strukturuna sosioloji baxımdan yanaşdıqda burada ictimai psixologiya ictimai ideologiya səviyyələri ayrılır. Bu mərhələlər sosial gerçəkliyin anlaşılması dərinliyinə görə bir-birindən fərqli iki pilləni ifadə edir. Onlarda həm də müxtəlif sosial qrupların və milli-etnik birliklərin sosial həyata münasibətləri əks olunur. Həmin münasibətlər insanların tələbatlarını ifadə edir və məzmunca müxtəlifdir. Burada gerçəkliyin, mənimsənilməsi haqqında fikirlər, ictimai həyat şəratinin dəyişdirilməsinə və yaxud saxlanılmasına yönələn baxışlar mövcud olur. Bundan əlavə, maddi və mənəvi dəyərlərin yaradılması və istehlakı ilə bağlı müxtəlif sosial qrupların mövqeləri də burada geniş yer tutur,

İctimai şüurun strukturunun sosioloji səpkisi hər şeydən əvvəl, onun sosioloji determinasiyası və şərtlənməsinə diqqət yetirir. Bu halda şüurun ictimai həyatda yerı, oynadığı rolu, yerinə yetirdiyi funksiyalar əsas götürülür. Sosioloji səpki ictimai şüurun iki əsas səviyyəsini fərqləndirir: ictimai psixologiya və ictimai ideologiya. Bu bölgüdə qnoseoloji səpkinin əksinə olaraq şüurdan gerçəkliyə doğru istiqamət götürülür. Sosioloji səpkidə əsas yeri gerçəklik haqqında biliklər deyil, həmin biliklərə münasibət, onların ictimai həyatda oynadığı rol, müxtəlif şüur subyektlərinin (sosial, xalq, millət) tələbatları və ictimai fəaliyyət növləri ilə əlaqəsi tutur.

Qeyd olunmalıdır ki, ictimai şüuru sosioloji və qnoseoloji səpgidə öyrənməyin özü qarşılıqlı əlaqə və vəhdətə çıxış edir. Bu vəhdət həm ictimai və fərdi şüurun nisbətinin, həm də ictimai şüurun müxtəlif formalarının öyrənilməsində daha aydın aşkara çıxır.

Bu deyilənlərdən əlavə ictimai şüurun konkret tarixi tipləri (müxtəlif formasiyalar üzrə) bir-birindən fərqləndirilir. Nəhayət, ictimai şüurun vəziyyətlərə görə təsnifatı (dövrün mənəvi mühiti, ictimai əhval-ruhiyyə və ictimai rəy) da tətbiq olunur




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin