22. Məhsuldar qüvvələr və onun əsas ünsürləri. Insan istehsalın subyekti və başlıca məhsuldar qüvvəsidir
Tədqiqatçılar məhsuldar qüvvələrin inkişafını, biosferin təbii resurslarının nisbi məhdudluğu, ictimai istehsalın tələbatlarının artımı, təbii mühitin böhran vəhiyyətə düşməsi kimi ziddiyyətlərin aradan götürülməsi zərurətinə əsaslanaraq, müasir sivilizasiyarın texnoloji inkişafını yeni, konseptual modellərin axtarılmasında görürlər. Bunun üçün bir sıra sosial, elmi-texniki, tibbi -bioloji problemləri həll etmək lazımdır (məs. A.I.Vernadski onların bəzilərini qeyd edirdi: qüdrətli enerji bazasının yaradılması, sintetik məhsulların (o cümlədən ərzaq) hazırlanması, ekoloji cəhətdən qapalı olan qida sistemlərin yaradılması və s.) .
Şübhəsiz, biosferi texniki qurğularla əvəz etmək qeyri-mümkündür. Söhbət elə bir istehsal fəaliyyətindən gedir ki, bu zaman sənaye, kənd təsərrüfatı və bərpaedici fəaliyyət, təbii əlaqələr və münasibətlərin pozulmasına səbəb olmasın.
İbtidai-icma cəmiyyətində istehsalın məqsədi - bioloji tələbatların minimumunun ödənilməsi idi, bu da öz növbəsində istehsal üsulu, bir də insanların təbiətə münasibətini müəyyən edirdi.
Quldarlıq və feodalizm cəmiyyətlərində "cəmiyyətin bir hissəsi digərini, özünün təkrar istehsalı üçün zəruri olan təbii və qeyri-təbii şərti olduğunu hesab edirdi. Qul... torpağın əlavəsidir" (K.Marks). Tədricən təbiət xammal mənbəyinə çevrilir.
Kapitalizm cəmiyyətində istehsalın məqsədi və motivi dəyərin daima artırılmasıdır, istehsal yalnız kapitalı artırmaq məqsədini güdür.
Ümumi şəkildə cəmiyyətdə iqtisadiyyatın inkişafı haqqında M.Veberin əsas ideyaları da maraqlıdır, Məlumdur ki, cəmiyyətin tarixi mərhələlərini o, ideal tiplərin ifadə üsulu adlandırıb, bununla tarixi inkişafın universal qanunauyğunluğu ideyasına qarşı çıxmışdır. İctimai münasibətlərin təşkili üsulunun müasir tipi - rasionallıqdır. Veber cəmiyyətin təsərrüfatçılıq sahəsinin, müxtəlif sosial qrupların maddi və ideoloji maraqlarının, bir də dini şüurun qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirmişdir
Dostları ilə paylaş: |