31. Texnika anlayışı, onun mahiyyəti.Texnika və texniki fəaliyyə
Cəmiyyət və sivilizasiyanın inkişafında texnika çox böyük rol oynayır. Bunu müasir dövrün nümunəsində də görmək olar. Texnikanın (birinci növbədə əmək alətlərinin, rabitənin, bütün kommunikasiya sistemlərinin inkişafı) tərəqqisi insan həyatının bütün sahələrinə güclü təsir göstərir. Elmi-texniki inkişafın rasional idarəolunması məhdud-ssiyentist, texnisist proqram kimi yox, səmərəli texnika, ona əsaslanan istehsalın və sosial (ilk növbədə ekoloji) mənafelərin optimal uzlaşması olduğu nəzərdə tutulmalıdır. İlk nəzərdə sadə görünən bu məsələnin həlli bir sıra çətinliklərlə rastlaşır, o cümlədən insanın mahiyyəti ilə onun mövcudluq üsulu arasındakı ziddiyyətlər (səbəbi-texnikanın əsasında quraşdırılmış dünya tərəfindən bu mahiyyətin dəyişdirilməsi və təhrif edilməsidir).
Texnika insanların yaratdığı istehsal vasitələri və alətləri sisteminin, habelə əmək prosesinin həyata keçirilməsini təmin edən üsul və əməliyyatların, qabiliyyət və məharətlərin məcmusudur.
Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və təkmilləşir. O təkcə maddi istehsal sahəsindəki vasitələrlə məhdudlaşmır. O özünə həm də mənəvi, məişət və digər qeyri-istehsal xarakterli tələbatları ödəmək üçün istifadə olunan vasitələri daxil edir .
Texniki vasitələr öz məzmununa görə çox rəngarəngdir. Onların bir hissəsi cansız təbiətə, digərləri üzvi aləmə uyğun gəlir. Nəhayət elə texniki vasitələr vardır ki, onlar spesifik insan orqanlarının funksiyalarını yerinə yetirməyi bacarır. Məsələn, qeyri-üzvi təbiətdə texnika elektrotexnikanı, istilik texnikasını, fiziki texnikanı və tikinti texnikasını əhatə edir. Üzvi aləmdə texnikaya kənd təsərrüfatı biotexnologiyası və sair daxildir.
Deyilənlərdən əlavə təfəkkür texnikası, incəsənət sahələrinin texnikası və insanları idarəetmə texnikası və sair də mövcuddur. Texnikanın müasir anlamı aşağıdakı üç tərəfı əhatə edir: a) nəzəri yə empirik tərəfləri əlaqələndirən spesifik bilik sahəsi; b) insanın təbiətı öz tələbatına uyğun şəkildə dəyişdirməyə yönələn insan fəaliyyəti sahəsi (bütün texniki vasitələr və proseduralar da daxil olmaqla); v) insanın bu və ya digər fəaliyyətinin, professional xüsusiyyətlərini təşkil edən məharət və vərdişlərin məcmusu
Dostları ilə paylaş: |