Sosial fəlsəfə


Ikinci əlamət dil ümumiliyidir



Yüklə 72,75 Kb.
səhifə36/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
sosial fəlsəfə

Ikinci əlamət dil ümumiliyidir. Milli dil dedikdə ümumxalq danışıq dili, millətin bütün üzvlərinin başa düşdüyü və ədəbiyyatda möhkəm qərarlaşmış dil başa düşülür. Yalnız bu səviyyədə götürülən dil ümumiliyi bir millətin tərkibini əhatə edən milyonlarla və on milyonlarla insanın birgə iqtisadi, siyasi və mə'nəvi həyatını tə'min edə bilir. Lakin dil amilini mütləqləşdirmək doğru deyildir. Bə'zən belə olur ki, bir neçə xalq eyni bir milli dildə danışır. Məsələn ingilis dili ingiltərəlilərin, şimali amerikalıların və hətta Yeni Zelandiya əhalisinin vahid dilini təşkil edir. Yaxud da Almaniya və Avstriya xalqları alman dilində, ispanlar, meksikalılar və kubalılar isə ispan dilində danışırlar. Deyilənlər sübut edir ki, millətin dil ümumiliyi ərazi ümumiliyi ilə ayrılmaz vəhdətdə götürülməlidir.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin