Sosial fəlsəfə


İnsan birliklərin tarixi formaları: qəbilə, tayfa, xalq, millət



Yüklə 72,75 Kb.
səhifə34/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
sosial fəlsəfə

37. İnsan birliklərin tarixi formaları: qəbilə, tayfa, xalq, millət

Bəşəriyyətin tarixi gedişində aşağıdakı etniki birlik formaları olmuşdur: qəbilə, tayfa, xalq və millət.

Ibtidai cəmiyyətdə insanlar qəbilə və tayfa halında yaşamışlar. Müasir antropologiya, etnoqrafiya və arxeologiya elmləri sübut edir ki, ibtidai insanlar sürü halında yaşayırdılar. Çox keçmədən sürü qəbilə ilə əvəz olunmuşdur. Qəbilə- insanların qan qohumluğu, mənafe ümumiliyi, yaşayış məskəni, dil, adətlər və e'tiqadlar ümumiliyi əsasında yaranan birlik formasıdır. Hər bir qəbilə öz tərkibində təxminən 30- 50 nəfəri əhatə edirdi. Onlar vahid yaşayış məskəninə, eyni fəaliyyət növlərinə (əsasən ovçuluq və balıqçılıq), məişətə və mədəniyyətə malik olmuşlar. Qəbilə qədim cəmiyyətin çoxfunksiyalı özəyi rolunu oynamışdır. Onun iqtisadi əsasını ov aparılan ərazilər, balıq hövzələri üzərində icma mülkiyyəti təşkil edirdi. Qəbilə icması üzəvlərinin mənşəyi əvvəllərdə ana xətti (matriarxat)ilə müəyyən olunurdu, sonralar isə o ata xətti (patriarxat) ilə əvəz edildi.

Ibtidai icma quruluşu inkişaf etdikcə qəbilələrin tərkibində insanların sayı artırdı. Sonralar onların ayrılması baş verdi və nisbətən yüksək birlik forması olan tayfa təşəkkül tapdı. Bu prosesin əsasında birbirilə qohum olan bir neçə qəbilənin birləşməsi dururdu. Tayfanın əsas əlamətləri aşağıdakılardır: öz adının olması, dil və ərazi ümumiliyi, ümumi adətlər və dini e'tiqadlar, vahid mədəniyyət ünsürləri. Hər bir tayfa iki və daha çox qəbilənin birləşməsindən yaranırdı. Onun tərkibində bir neçə yüz nəfərdən tutmuş, min nəfərdən də çox adam əhatə olunurdu. Tayfanın daxilində hər bir qəbilə müstəqil sosial- istehsal vahidi funksiyasını davam etdirirdi. Qəbilə kimi tayfa da insanların qan qohumluğuna əsaslanırdı. Bununla yanaşı tayfa ictimai həyat təşkilinin yeni formasını da yaratdı: bu tayfa mülkiyyətinin meydana gəlməsidir. Tayfa mülkiyyəti yaşayış məskənini, ov ərazilərini, ümumi otlaqları və sair faydalı torpaq sahələrini əhatə edirdi. Cəmiyyətdə idarə etmənin təkmilləşməsinə olan tələbat nəticəsində qəbilə rəhbəri, kahinlər, hərbi mə'murlar, habelə qəbilə şurası yarandı

Xalq insanların elə birlik formasıdır ki, o eyni ərazidə yaşayan, umumi dilə, psixiki tərzə, mədəniyyətə və həyat tərzinə, adət və ənənələrə malik olan insanları əhatə edir. Yeni birlik forması olan xalq qan qohumluğu əlaqələrinə deyil, müxtəlif insanlar arasında təsərrüfat əlaqələrinə əsaslanırdı. Artıq xalq sırf etnik birlik forması deyildi, o sosial- etniki birlik mahiyyəti kəsb edirdi. Xalq əsas etibarilə feodalizmin məhsuludur. Bununla yanaşı qeyd edilməlidir ki, o müxtəlif cəmiyyətlərdə mövcud olur. Bir sıra xalqlar (bolqarlar, macarlar) müxtəlif etnik qruplardan təşkil olunurlar. Бə'zi xalqlar (məsələn italyanlar) hətta müxtəlif irqləri də əhatə edirlər. Millət kapitalizm cəmiyyətinin formalaşması dövründə qərarlaşmışdır. Sonralar kapitalizmin inkişafı gedişində iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox xalqlar millətə çevrildilər. Lakin xalqlar millətə çevrilmədən, yəni xalq kimi qala da bilirlər. Genetik baxımdan tayfa xalqdan və xalq isə millətdən əmələ gəlir. Lakin bu heç də həmişə belə olmur. Elə konkret hallar mövcuddur ki, bir ölkə daxilində (Afrika və Asiyada belə ölkələr xeylidir) onların hamısı bir- birilə yanaşı və sıx qarşılıqlı tə'sirdə mövcud olurlar.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin