35. Sosial qrup anlayışı və onun əlamətləri.
Sosial qrupa daxil olan insanlar bir neçə ümumi sosial əlamət əsasında birləşirlər. O bütövlükdə ictimai həyatını, xüsusən də sosial sistemin başlıca subyektlərindən biridir. Belə qruplar təkcə sırf sosial əlamətlərə görə deyil, həm də peşə, etniki, ərazi, demoqrafik və dini göstəricilər üzrə mövcud olurlar. Qeyd edək ki, sosial qrupların bu növləri bir-birindən əlahiddə deyildir, çox yaxındır. Buna görə də şəxsiyyət eyni zamanda bir neçə sosial qrupun əlamətlərini özündə daşıya bilir. Məsələn, öz ictimai vəziyyətinə görə (əsas qrup yaradıcı əlamətə görə) fəhlə olan hər hansı bir insan həm də əlavə olaraq çilingər, gənc, azərbaycanlı, müsəlman və sair əlamətlərə malik olmaqla müvafıq surətdə həmin əlamətlərə görə birləşən digər sosial qruplara da daxil olur.
Sosial qruplar bir-birindən çox müxtəlif göstəricilərə görə fərqlənirlər. Onlardan aşağıdakılar mühüm yer tutur: ictimai əməyin təşkilində yeri və rolu, «həyat və məişət şəraiti, cəmiyyətin sosial-siyasi həyatında rolu, idarəçilikdə iştiraketmə səviyyəsi, təhsil və mədəniyyət göstəriciləri, mənəvi fəaliyyət və şüurluluq dərəcəsi, ictimai psixologiya səviyyəsi.
Cəmiyyətin sosial strukturunda ictimai əmək bölgüsü ilə şərtlənən sosial kateqoriyalar və təbəqələr əsas yeri tutur. İctimai əmək bölgüsü tarixi inkişaf gedişində insanların birgə istehsal fəaliyyəti prosesində baş vermişdir. Əmək bölgüsü o vaxt ictimai mahiyyət kəsb edir ki, əməyin bu və ya digər növləri insanların müəyyən sosial-mütəşəkkil qruplarına təhkim olunur. Başqa sözlə desək, işçilərin bir qrupu maddi istehsal sahəsində çalışırlar (fəhlələr, aqrar işçiləri, istehsal-texniki ziyalılar), digərləri qeryi-maddi sahələrdə (mənəvi istehsalda, elmdə, din ilə məşğul olanlar), üçüncülər isə sosial mövcudat olan insanın yetişdirilməsi ilə məşğul olurlar. İctimai əmək bölgüsünün bir mühüm nəticəsi odur ki, insanların bəzi qrupları idarəçilik fünksiyaları yerinə yetirirlər, digərləri isə onlara tabe olurlar
Dostları ilə paylaş: |