34. Siniflərin mənşəyi və mahiyyəti
Siniflərin mənşəyi və mahiyyəti XIX və XX əsrlərdə müxtəlif sosioloji nəzəriyyələrdə təhlil olunurdu. Belə nəzəriyyələrin sırasında K. Marksın siniflərin mənşəyi və mahiyyəti haqqındakı təlimini göstərmək olar.
Cəmiyyətin sosial strukturunu K.Marks 5 mart 1852-ci ildə I.Veydemeyerə yazdığı məktubunda belə təsəvvür edir: «Mənə gəldikcə nə müasir cəmiyyətdə siniflər mövcud olduğunu açmaq, nə də bunların arasında mübarizə getdiyini kəşf etmək mənim xidmətim deyildır... Mənim gördüyüm yeni iş bunu sübut etməkdən iləarət olmuşdur ki, 1) sinifləri mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədardır, 2) sinfı mübarizə hökmən proletariat diktaturasına doğru aparır, 3) bu diktaturanın özü, bütün siniflərin məhv edilməsinə və sinifsiz cəmiyyətə doğru yalnız bir keçiddir».
Marks və onun davamçıları cəmiyyətdə əsas və qeyri-əsas siniflərin olduğunu qeyd edir, hər bir sinfin daxilində və siniflərarası laylar, təbəqələr və qrupların olduğunu göstərirdilər. Əsas siniflər- mövcud ictimai-iqtisadi formasiyanın, istehsal üsulunun mahiyyətıni ifadə edir; məsələn, qullar və quldarlar, kəndlilər və feodallar, proletarlar və burjualar. Bununla belə sinifli cəmiyyətlərdə hakim istehsal üsulu ilə yanaşı əvvəlki istehsal üsullarının qalıqları və yeni istehsal üsullarının rüşeymləri yarandığı zaman qeyri-əsas, keçid sinifləri də mövcud olur. Hər bir sinfin daxilində də müxtəlif təbəqələr, qruplar vardır ki, onların mənafeləri qismən bir-birindən fərqlənir.
Dostları ilə paylaş: |