Millətin üçüncü və ən əsas əlaməti iqtisadi həyat ümumiliyidir. Bu əlamət o demək deyildir ki, millətin bütün nümayədələri eyni bir məhsul istehsal edirlər. Iqtisadi həyat ümumiliyi ölkənin müxtəlif rayonları arasında təsərrüfat fəaliyyətinin ixtisaslaşdırılması və onlar arasında ticarət- mübadilə əlaqələrinin möhkəmlənməsi əsasında əmələ gəlir. Buna görə də belə düşünmək doğru olar ki, kapitalizmin təşəkkülü və inkişafı prosesində həm də millətin iqtisadi cəhətdən kopsolidiyası (birləşməsi) baş verir.