Sosial işin təşkilinin texnologiyalarını izah edin.
Sosial işin texnologiyası müraciətçinin ehtiyatlarının fəallaşdırılmasına və çətin həyat şəraitindən çıxmağa nail olmağa yönəldilən sosial iş sahəsində çalışan mütəxəssisin peşə ustalığında və fərdi texnikasına əsaslanan hərəkətlərin ardıcılığıdır. Peşə ustalığı dedikdə sosial iş üzrə mütəxəssisin şəxsi və işçi keyfiyyətlərinin onun bilik və təcrübəsi ilə üst üstə düşməsi başa düşülür. Fərdi texnika müraciətçinin onun çətin həyat şəraitinin qarşısının alınması məqsədi ilə istifadə etdiyi bacarıq və vərdişlərin cəmidir. Sosial işin texnologiyalarının iki növü vardır: innovasiyalı və ənənəvi formada sosial işin təşkili. Sosial işin texnologiyalarının məzmunu fərdi və qrup formalarına bölünür. Fərdi formalara aiddir:
İlkin qəbul və məsləhət vermə
Qrup formalarına aidir: Məşğələ-praktikum; Kollektiv yaradıcı işlər; Sosial treninq və təlimlər
Sosial işin texnologiyasına sosial diaqnostika,sosial prafilaktika, sosial reabilitasiya,sosial terapiya, sosial artterapiya və s aiddir. Sosial diaqnostoka zamanı işçi insanlarla münasibətdə müvəffəqiyyətin əldə olunmasını təmin edənmüraciətin şəxsi ehtiyyatlarını və sosial əhatənin rezerv imkanlarıni üzə çıxarır.
Sosial prafilaktika-insanın həyatının normal səviyyəsinin qorunmasına yönəldilmiş tədbirlər sistemidir. Sosial reabilitasiya müraciətin statusunun bərpasınaonun maddi müstəqilliyinənail olmasına dəstək olanmetodlar kompleksidir. Sosial terapiya-müraciət qabiliyyətinin inkişafına və kompensasaiyasına dəstək olan texnikanların cəmidir. Sosial terapiyanın xüsusi növü art terapiyadır. Artterapiya incəsənətlə əsəbilik, gərginlik tipli müalicələri nəzərdə tutur.
Dostları ilə paylaş: |