Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işin metodoloji əsaslarını izah edin



Yüklə 61,51 Kb.
səhifə14/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işin metodoloji əsaslarını izah edin

Sosial işin metodoloji əsası kimi sosiologiya, psixologiya, fəlsəfə, iqtisadi nəzəriyə, politologiya, hüqüqşunaslıq və s elmlərlə birbaşa əlaqədardır. Sosial iş sosial problemlərin iqtisadi vəziyyətinin təhlilini tələb edir. Sosial işi sosialogiya və iqisadi elmlərlə qarşılıqlı əlaqələndirərkən sosial mənşəyindən və statusundan asılı olaraq ailələri qruplaşdırmaq, onların vəziyyətinin səviyyəsini nəzərə alaraq, gəlir göstəricilərini, iqtisadi vəziyyətlərini nəzərə alaraq kömək straregiyası hazırlamaq, ailəninin özünümüdafiə imkanlarını nəzərə almaq vacib hesab edilir. Daha sonra problemə psixoloji, hüquqi, pedaqoji, fəlsəfi yanaşma tətbiq edilir.

Sosial işin metodoloji əsası kimi fəlsəfə çıxış edir. Sosial işin bütün fəaliyyəti insanla onun ətraf mühitlə qarşılıqlı əlaqələri ilə bağlıdır. Sosial işin funksional əsası və mənəvi-əxlaqı ölçüsü kimi humanizm çıxış edir bu da sosial işin əsas fəlsəfi mənasıdır. Sosial işin problemlərinin başa düşülməsi üçün sosial fəlsəfənin böyük əhəmiyyəti var. Sosial iş üçün sosialzaman və sosial məkan, münaqiçə, həyat tərzi və.s universal sosiomədəni kateqoriyalar olduqca önəmlidir.

Sosial işin bir çox yanaşmaları bu və ya digər psixoloji təsəvvürlərə arxalanır. Sosial işin diaqnostik nəzəriyyəsinin əsası kimi psixoanaliz çıxış edir. İnsanın daxili aləmi haqqında elm kimi çıxış edən müasir psixologiya insanın həyatını daha mənalı etməyə, fərdi qabiliyyətini reallaşdırmağa köməklik göstərir. Sosial işin təşkilində psixodiaqnostika, məsləhətvermə, sosial proqnozlaşdırma, psixoterapektiv yardım geniş tətbiq edilir.

Sosial iş təşkili sosial pedaqogika ilə də əlaqədardır. Tarixən sosial kömək öz qarşısına sosial tərbiyə vəzifəsini də qoyurdu. Sosial pedaqogika özündə ailə, vətəndaş, din və hüquqi tərbiyəni birləşdirir. Sosial pedaqogika insana məqsədyönlü təsir göstərir və insanın bütün sosial kateqoriyalarının, eləcə də yaş qruplarının sosial tərbiyəsini tədqiq edir. Uşaqların, yeniyetmələrin sosial tərbiyələrinin əsas ocaqları ailə,təhsil müəsissələri və sosial mühitdir. Yaşa dolmuş insanların sosial tərbiyələrinin əsas formalarını könüllü cəmiyyətlər, ailə klubları və.s formalşdırır. Sosial işin təşkili antropologiya elmi ilə də əlaqədardır. Antropologiya cəmiətin sosiomədəni təşkilinin erkən formalarını, sosial etnik icmaların təyat tərzini, ənənələrini, məişətini öyrənən elmdir. Sosial işi antropologiya ilə birləşdirən anlayış sosial məkan anlayışıdır. Sosial işin təşkil üçün hüqüq elmi də xüsusi əhəmiyyətlidir belə ki, məcburi sosial normalar təbiq edilir.




  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin