Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial tədqiqatların sosial işin təşkilinə təsiri haqqında məlumat verin



Yüklə 61,51 Kb.
səhifə17/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial tədqiqatların sosial işin təşkilinə təsiri haqqında məlumat verin.

Sosial tədqiqat həyatın istənilən sahəsində insanlara ətrafda baş verən sosial hadisə və proseslərin səbəbini və xarakterini araşdırmaq, dəyişmə və inkişaf tezliyini öyrənmək və cəmiyyətdəki problemləri həll etmək məqsədilə həyata keçirilən tədbirləri qiymətləndirmək məqsədilə həyata keçirilir. Cəmiyyətdə baş verən hadisə və proseslər birbaşa insan həyatı ilə əlaqədə olduğundan, insanın həyat şəraitinə təsir göstərdiyindən sosial tədqiqat da bu hadisələrin müsbət təsirlərini artırmaq, mənfi təsirlərini azaltmağın yollarını araşdırır, eyni zamanda yaranan sosial problemlərin əmələ gəlmə səbəblərini tapmağa və aradan qaldırmağa xidmət edir. Məşhur pediatr Bencamin Spok qeyd edirdi ki, “indiki gənclər valideyn olmağa qorxurlar, çünki bunun üçün kifayət qədər bacarıqlarının və uşaq inkişafı haqqında biliklərinin olmadığını düşünürlər. Lakin, övladları dünyaya gəldikdən sonra onlar öz qabiliyyətlərini və biliklərinin kifayət qədər olduğu qənaətinə gəlirlər”. Sosial tədqiqat da eynilə belədir. Oxumağa və öyrənməyə başladıqdan sonra siz əslində sosial tədqiqatla bağlı çox şey bildiyinizi dərk edirsiniz, çünki bu elə sizin həyatınızı əks etdirir. Lakin dərin elmi biliklərə yiyələnərək öz qabiliyyətlərinizi bir növ itiləşdirirsiniz.

Sosial tədqiqatın vacibliyini ifadə edən bir neçə əsas səbəb var. Birincisi, bu sosioloqlara və sosial işçilərə öz işlərində daha effektiv olmağa, daha yaxşı və aydın nəticə almağa kömək edir. Sosial təqdiqatın təmin etdiyi informasiya vasitəsilə sosial işçilər hər hansı spesifik problem zamanı hansı müdaxilə metodunun və texnikanın daha çox işə yaradığını müəyyən edə bilirlər. Əgər klientlə iş onun ehtiyaclarına uyğun şəkildə araşdırılıb və qiymətləndirilibsə, sosial işçi klientə həqiqətən kömək etdiyini (və ya əksinə) müəyyən edə bilir. Uğurla fəaliyyət göstərən sosial xidmət mərkəzlərinin və ya sosial xidmət göstərən təşkilatların əksəriyyəti həyata keçirdikləri proqramları qiymətləndirmək və ya təsirini ölçmək məqsədilə sosial tədqiqatdan istifadə edirlər. İkinci vacib səbəb isə ondan ibarətdir ki, tədqiqat vasitəsilə toplanmış məlumatlar sosial işdə ətraflı bilik bazası yaratmağa kömək edir. Bu “bütün konseptləri ayırd edir və ümumiləşdirir, nəzəriyyələr əsaslandırılması üçün sübut, dəlil toplayır, təcrübə metodlarının effektivliyini müəyyən edir”

Sosial tədqiqatın məzmunu hal-hazırda “sübuta əsaslanan təcrübə metodu” kimi izah edilir ki, bu da xüsusi problemlərin həlli zamanı ən yaxşı dəlillərin qərəzsiz və müvafiq istifadəsini nəzərdə tutur. (Gambrill 2008; Rubin və Babbie 2007). Rubin və Babbie bunu belə izah edir: “Real təcrübə zamanı sübuta əsaslanmış metoddan istifadə edən sosial işçilər əsl tənqidi mühakimə ilə məşğul olurlar. Hansısa bir keyslə əlaqədar onlar klientin və ya səlahiyyətli orqanın verdiyi məlumatı olduğu kimi qəbul etmək əvəzinə, məlumatın doğruluğunu sübut etmək üçün araşdırma aparırlar. Bu onlara mövcud adət-ənənəni və şayələri kor-koranə qəbul etmək əvəzinə, ən yaxşı elmi dəlilləri tapmağa və fərdlərə, ailələrə və qruplara müvafiq müdaxilə üsulunu tapmağa kömək edir



  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin