Sosial işin təşkili



Yüklə 1,02 Mb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#35357
1   2   3   4   5   6
Medine Rehimova MSs

Böyük qan dövranı vasitəsilə qan orqanizmin bütün orqan və toxumalarına çatdırılır, burada qaz və maddələr mübadiləsi həyata keçir. Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlanır. Aortadan ayrılan ümumi yuxu və körpücükaltı arteriyaları baş, boyun və kürək nahiyələrini qanla təchiz edir. 



Kiçik qan dövranı vasitəsilə qan ağciyərlərə çatdırılır, oksigenlə zənginləşərək yenidən ürəyə doğru yönəlir.

Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlanır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına bölünür ki, bunlar da venoz qanı ağciyərlərə çatdırır.

Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə ürəyə doğru hərəkət edir və ürəyin sol qulaqcığına daxil olur.Sol qulaqcıqdan qan sol mədəciyə,oradan isə aortaya,yəni böyük qan dövranına keçir.

Arteriyaların divarı üç qişadan ibarətdir.


1. Daxili və ya intima qişası — daxildən yastı endotel hüceyrələri ilə örtülmüş nazik elastik birləşdirici toxumadan təşkil olunmuşdur.
2. Orta və ya əzələ qişası — halqaşəkilli saya əzələ toxumasından və elastik liflərdən ibarətdir.
3. Xarici və ya adventisiya qişası — sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur.

Arteriyalar damardaraldıcı (simpatik) və damargenəldici (parasimpatik) sinir lifləri ilə təchiz olunmuşdur.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin